ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə151/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   147   148   149   150   151   152   153   154   ...   157

- Qohum, belə bir evi tikdirməyə nə var ki, içində yemək yox, içmək yox - 
deyən Murad ağır bir söyüşlə evi tərk edir. 
 
 
KEÇƏL DAZIYNAN, AŞIQ SAZIYNAN 
 
Bir dəfə Şıxlı aşıq Məhəmmədi televiziyada çıxışa çağırırlar. Buraxılış 
vərəqəsi olmadığına görə qapıda dayanan milis nəfəri onu içəri buraxmır. 
- Əmi, - deyir, - sizi kim çağırıb? 
- Oğul,   məni   redaktor   Şəmistan Nəzirli çağırıb, bəlkə buraxasan gedəm. 
  
-  Get, gör oradadımı, gəlibmi? Amma buraxılış vərəqəsi gələnədək qoy 
sazın qalsın burda. 
-  Onu eləyə bilməyəcəyəm! 
-  Niyə, əmi? 
- Ona görə ki, qazı qızıynan, keçəl dazıynan, aşıq da sazıynan tanınar, oğul. 
 
 
EŞŞƏK TAPILDI 
 
Bir kəndlinin eşşəyi itir. Çox axtarır, tapa bilmir. Gəzə-gəzə gəlib qonşu 
kəndlərdən birinə çıxır. Görür ki, molla camaatı bir yerdə yığıb vəz verir. O, 
mollaya yaxınlaşıb eşşəyinin itməyini bildirir və buradakı camaatdan eşşəyi soraq 
eləməyi xahiş edir. Molla deyir ki, keç əyləş camaatın içində, söhbətimin sonunda 
soruşaram. 
Kəndli əli noxtalı gəlib camaatın arasında əyləşir. Molla söhbətinə yekun 
vura-vura nəsihət edir ki, çamaat, həyatda sevgi olmasa, yaşayış olmaz. 
Heyvanlarda, quşlarda, insanlarda, hətta bitkilərdə belə sevgi var. Bunu eşidən 
kimi bir cüssəli adam ayağa qalxıb soruşur: 
- Molla əmi, o sevgi nədir, ağacdamı bitir? 
Molla dərhal eşşəyi itmiş kəndliyə: 
- Oğul, eşşəyin tapıldı, dur noxtanı keçir başına, apar qapına... 
 
 
SƏNİN OLSUN 
 
Bir dəfə Daş Salahlı kəndinə iki molla gəlib çıxır. Əvvəlcə mollalar su 
istəyirlər. Ev yiyəsi görür ki, mollalar suyu içdilər, nəsə söhbəti uzada-uzada 
ocaqda qaynayan xörəyə baxırlar. Onları yeməyə dəvət edir. Xörək çəkilir. Amma 
mollalar xörəyə əl uzatmırlar. Ev yiyəsinin “niyə yemirsiniz?” sualına mollabaşı: 
- Xörək bişirən arvadın əri varmı, ya duldur, - soruşur. 
Ev sahibi mollanın fırıldağını başa düşür, amma özünü o yerə qoymur. 
- Yox, - deyir, - molla qardaş, o iki qadından birinin əri üç ildir rəhmətə 
gedib. 
Molla dərhal nəsihətə başlayır: 


- Bəs siz necə müsəlmansınız. Allahın günahına batırsınız. Biz dul qadının 
bişirdiyi xörəyə heç əlimizi də vura bilmərik. Hələ bir yeməyi də təklif edirsiniz.   
Bu,   haramdır.   Bir  Allah bəndəsi yoxdumu ki, bu saat bu dul qadının siğəsini 
onun adına oxuyaq. Sonra xörəyimizi yeyərik. 
Sofuoğlu İsa deyir ki, molla qardaş, bizdə elə bir adam yoxdu, bəlkə sizin 
birinizə siğə edəsiniz. 
Mollalar bir ağızdan: 
- Nə olar, biz bu günahı boynumuza alıb, sizi xəcalətdən qurtararıq. 
- Mollabaşı, bir sualıma cavab ver, sonra oxuyarsan, Allahın günahımı ağır 
olar, yoxsa insanın şilləsimi? 
- Əlbəttə, günah, şillə... 
- Onda insanın şilləsi sənin olsun, Allahın günahını özümüz çəkərik, - deyib 
mollaları şillələyir. 
 
 
QARAYAZIDA ƏRDƏDİR 
 
Otuzuncu illərdə Qazaxda kommunist partiyasının üzvü olmaq istəyən bir 
kəndlidən qəbul vaxtı soruşurlar: 
- Xaricdə   yaşayaş   qohumun-zadın varmı? 
- Var, qadan alım, niyə yoxdu. Əmim qızı o tay Qarayazıda ərdədir. 
 
 
OĞURLUĞUN SONU 
 
Kənddə oğru peyda olmuşdu, amma tutmaq mümkün olmurdu. Hər gecə bir 
ailənin hinindən ya toyuq, ya hinduşka, ya da qoyun, quzu yoxa çıxırdı. 
Altı “dost” hər axşam əməliyyata çıxar, ələ keçirdiklərini hər gecə növbə ilə 
birinin evində yeyib-içirdilər. Bir axşam növbə Məhəmmədin evinə düşdü. 
Gündüzdən Yusifin toyuq-cücəsi “nişangaha” qoyulmuşdu. Qaş qaraldı. 
“Dəstə”dən iki nəfər nə qədər Yusifin evinin dörd yanında hərləndisə, toyuq-
cücəni oğurlamağa girəvə tapmadılar. 
Qarda, ayazda çox dolandılar. Nəhayət, saat on ikiyə işləyəndə kisədə başı 
üzülmüş on-on beş toyuğu Məhəmmədin mətbəxində yerə qoydular. Ev yiyəsi 
arvadına him elədi ki, tez ol, toyuqları təmizlə. 
Arvad yarıqaranlıq mətbəxdə toyuqları yola-yola bir an diqqət kəsildi. Başını 
qaldırıb təəccüblə: 
- Boy, ay Məhəmməd, - deyir, - dədəmin canı haqqı, bu bizim toyuğa 
oxşayır. 
“Əməliyyat”dan gec qayıdanlardan acıqlı olan Məhəmmədi daha da hirs 
vurdu. Eyvanda duran balaları eşitməsin deyə, aşağı əyilib arvadın qulağına: 
- Azz, gicləmə, tez ol, - deyir. Yetim Yusifindi. Uşaqlar indicə gətiriblər. 
Camaat acından qırıldı. 
  
Arvadın könlü şübhə içində olsa da, əlinin sürətini artırır. “Dostlar” yedilər-
içdilər, gecədən xeyli keçmiş evlərinə dağılırlar. 


Məhəmmədin arvadı tezdən durdu. Ətəyini anbardakı arpa ilə doldurub, hinin 
ağzını açdı. “Cip-cip, cip-cip” - eləyib dəni ovuc-ovuc hinin ağzına səpdi. Amma 
nə qırıltı eşitdi, nə toyuq gördü. Heysiz halda hinin qabağında oturdu. 
- Kül mənim başıma, - dedi, - özüm öz əlimlə malımı oğrulara yedirtdim. 
Bu, kənddə oğurluğun son aqibəti oldu. 
 
 
AĞILA EHTİYACIN VAR 
 
Kasıb, baməzə Murad güzaranı xoş olan bir tanışının yanına gəlir, xeyli hal-
əhvaldan sonra: 
- Dost, sənə bir sualım var, - deyir, - icazə ver, ərz edim. 
Muradın işi düşdüyünə və onunla hesablaşmağa gəldiyinə sevinib fəxr edən dostu 
qürurla deyir: 
- Buyur, - dedi, əziz dost. 
Murad: 
- Tutaq ki, bir gün yol getdiyin vaxtı qarşına bir bağlama pul, bir də bir cam 
ağıl çıxdı. Sən onun hansını götürərdin? 
Özünü gözütox göstərmək istəyən Muradın acgöz dostu: 
- Əlbəttə, - deyir, - ağılı götürərdim, pul nəyimə lazımdır, pul əl çirkidi. 
Murad isə gülümsünüb deyir: 
- Hə... Görünür, sənin ağıla ehtiyacın var,   mən   isə   pulu   götürərdim,   
ona ehtiyacım daha çoxdu. 
  
 
TURİST SƏFƏRİNDƏ 
 
- Gördüyünüz bu şəhər xarabalığının üç min ildən çox yaşı var. 
Makedoniyalı İsgəndər bu şəhərin təkrarsız gözəlliyinə vurulub, Neron onu 
“Avropa mələyi” adlandırıb, Seneka onu nəğmələrində vəsf edib, Homer “mənim 
gözümün dərmanı bu şəhərdədir” - deyib. Onu ölkənin ədalətli padşahı öz əlilə 
tikib, ucaldıb. Gözü bu gözəlliyi götürməyən yadellilər dönə-dönə hücum edib 
şəhəri xarabazara çeviriblər. Şəhərimizin xilası uğrunda minlərlə insan həlak olub. 
Gələn yeni nəsl bu şəhərdən ayrılmaq istəməyib, ulu babalarının qəhrəmanlığını 
hər gün, hər saat görmək üçün xaraba qalan şəhərin dörd tərəfində indicə gəzib 
gəldiyiniz yeni şəhəri salıblar... 
Gid danışırdı, özü də həvəslə, ehtirasla ulu babaları, qədim şəhərləri 
haqqında maraqlı məlumatlar verirdi. 
Söhbətə yekun vurub üzünü qarşısındakı turistlərə tutdu: 
- İndi söz sizindir, - dedi, buyurun, eşidirəm sizi, kimin sualı var? 
Hamı susurdu. Birdən turistlərin arasından bir qadın əzilə-əzilə, nazqəmzə ilə: 
-  Mənim sualım var, - dedi. Gid sevincək olub: 
-  Eşidirəm, xanım, buyurun! Xanım ipək çətirini oynada-oynada: 
- Siz   deyə   bilərsinizmi,   burdan qayıdanda univermağı necə tez tapmaq 
olar?.. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə