ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə152/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   149   150   151   152   153   154   155   156   157

Gid gözləmədiyi sualdan sarsıldı. Rəngi qaraldı, bozardı. Nifrətlə qadına 
baxıb: “Allah, Allah məni belə nadanlardan xilas elə”, - deyib, hirslə uzaqlaşdı. 
 
 
OĞRU QONAQ 
 
Xaricdən qayıdan bir nəfərin qardaşı iş yerində hey lovğalanırdı ki, qardaşım 
bilirsiniz necə suvenirlər gətirib, iki göz istəyir tamaşa eləsin. İş yoldaşlarından biri 
qırsaqqız oldu ki, apar məni, baxım o suvenirlərə... 
İş yoldaşını qardaşına təqdim etdi ki, sənin təəssüratını eşidib, suvenirlərə 
baxmaq istəyir. 
Xaricdən qayıdan söhbət edə-edə suvenirləri göstərdi, keçib stol arxasında 
çay içə-içə söhbətlərini davam etdirdilər. 
Ev yiyəsi tez-tez oğluna, “dərsə gecikərsən ha, oğlum” dedikcə uşaq da 
çavab verirdi ki, ata, sənin aldığın xarici stolüstü saatı qurmuşam, vaxt çatan kimi 
zənk vuracaq. 
Saat iki tamamda zəng vurdu. Amma stolun üstündə yox, suvenirlərə 
baxmağa gələn qardaşının iş yoldaşının cibində. 
 
 
OXŞARLIQ 
 
Bir kəndli uzunqulağa minib vacib iş üçün yola düşdü. Xeyli getdikdən 
sonra günortaüstü Qarabulağın yanına çatdı. Yadına düşdü ki, ciyəri yanır. 
Uzunqulağı yolun ortasında qoyub, iyirmi-otuz metr aralıda olan bulağa endi. 
Doyunca su içib, əl-üzünü yudu. Çər dəymiş uzunqulaq  cinsində bir xasiyyət var. 
Əgər onu yolun ortasında saxlasan dərhal geriyə dönüb gəldiyi istiqamətə baxacaq. 
Həmin kəndlinin uzunqulağı da  belə elədi. Bunu hiss etməyən yolçu yenidən 
uzunqulağı minib yoluna davam etdi. O, qovhaqovla gün yaxan vaxtı gəlib Lerikin 
üstündəki hündür təpəyə çıxdı. Təəcüblə Lerikin gah ayağına, gah da başına baxıb 
dedi: 
- Zəhrimara qalasan, Lənkəran, necə xaraba  Lerikin  özüdür.   Elə  bil  bir 
almadır ikiyə bölünüb. 
O vaxtdan Lerik camaatı oxşar iki şey görəndə gülümsünüb bir-birinə həmin 
kəndlinin son cümləsini təkrar edirlər. 
 
 
KÜÇƏLƏRDƏ BÜZÜŞÜR 
 
Qazaxlı el şairi Məmməd 50-ci illərdə Bakıya gəlibmiş. Şəhərdə üç-dörd gün 
bulvarı, parkı gəzib Qazağa qayıdanda qohum-qardaş onun başına yığışıb 
soruşurlar: 
- A şair Məmməd, Bakıda nə gördün, şəhər camaatı necə dolanır? 
- Bakıda iki cür dolanan   var: Varlılar  bulvarda  öpüşür,   kasıblar küçələrdə 
büzüşür - cavabını verir şair Məmməd. 


 
 
GƏRƏYİN OLAR 
 
Bir türk əsgəri naqanı sökür, amma yığa bilmir. Döyüşçülərdən biri Dəli 
Səməd ağanı
77
 göstərib deyir.  
- Apar ver, əcəmi kürdünə, o yığa bilər. Səməd ağa da bir anın içində naqanı 
yığıb qoyur cibinə. Türk təəccüblə deyir: 
- Ağa neylədin, axı, naqan mənimdir. Dəli Səməd ağa: 
- Yapmasını bilməyən, atmasını da bilməz. Naqan mənimdir... 
Bu dəfə daha ciddi görkəm alıb: - Əfəndim, ətrafımız gavurlarla doludur. 
İstəyirsən ki, heç vaxt düşmənə hədəf olmayasan naqanın yapmasını da öyrən, bu, 
sənin həmişə gərəyin olacaq - deyib dilbir, dinbir türkün naqanını özünə qaytarır. 
 
 
TƏKİ SİZƏ BİR ŞEY OLMASIN... 
 
Əllinci illərdə kombayn sürüçüsünün köməkçisi işləyən Muradın qəfil açılan 
yay vurub bir gözünü çıxardır. Bir xeyli xəstəxanada müalicə olunub evinə qayıdan 
Murada kolxoz sədri baş çəkməyə gəlir. Sədr təsəlli verib deyir ki, heyif oldu, 
gözünün birini zəhrimar yay vurub çıxartdı. 
Murad isə köksünü ötürüb: 
- A sədr,  - deyir, narahat olmağa dəyməz. Biz kolxozçuların  it günündə 
yaşayışına elə bir gözlə də baxmaq kifayət eləyər. Təki sizin, milis rəisinin, 
raykomun   gözünə bir şey olmasın... 
 
 
NƏYİMƏ LAZIMDI 
 
İlin yekununda kolxoz idarə heyətinin iclasında təltif olunanlar sırasında 
faytonçu Əsgərin də adını çəkirlər. 
  
Əlini qaldırıb danışmaq üçün söz istəyən Əsgər kişi deyir: 
- A sədr, qadan alım, bir məni başa sal   görüm,  mənə verdiyiniz   medalın 
puluna ayda Eminin dükanından bir konyak alıb içə biləcəmmi? 
- Nə konyak, nə pul, a kişi, sevin ki, hökumət səni təltif edir. Medala heç bir 
pul-zad verilmir. Vur yaxana, fəxrlə gəz. 
Dəli Əsgər: 
- Qadan alım, a sədr, - deyir, - çox sağ ol məni yada saldığına görə. Amma 
medalı mənə yox,  Məmməd oğlu Əsədə ver, o gecələr də yuxusunda orden-medal, 
fəxri fərman görür.  Bir konyak almağa gücü çatmayan medal mənim nəyimə 
lazımdı... 
 
                                                 
77
 Bоrçаlı mаhаlının Qасımlı kəndindəndir. 1929-cu ildə bоlşеviklərin təzyiqindən Тürkiyəyə mühаcirətə gеdib. 
Аlаy kоmаndiri Dəli Səməd аğа 1962-ci ildə оrаdа vəfаt еdib. Мəşhur Bоrçаlı igidi Səməd аğаnın /? - 1880/ 
nəvəsidir 


 
BİL, AL 
 
Pedaqoji institutda /indiki N.Tusi adına Universitetdə/ fotoqraf işləyən Elxan 
Kərimov bir gün professor Əhməd Seyidovun yanına gəlib deyir: 
- Professor, mənim qohumumun sizdən imtahanı var. Xahiş edirəm, ona elə 
qiymət yazın ki, təqaüdə düşə bilsin, kasıb ailədəndir... 
-Qohumuyun adı nədir? 
-Bilal. 
-Adının mənasını bilirsən? 
- Yox, professor, bilmirəm. 
- Bilal - yəni bil, al! Bilikli ol. İncimə dostum, sənin qohumun bilməsə 
qiymət almayacaq. 
 
 
MOLLA MƏHƏMMƏDİN 
DÖRD HAZIRCAVABLIĞI 
 
İyirmi il bundan əvvəl rəhmətə getmiş Molla Məhəmməd Əfəndiyevi 
Körpülü, Ləmbəli və Borçalı elinin camaatı bu gün də hörmət və ehtiramla 
xatırlayır. Hər dəfə xeyir-şər məclislərində adı anılan Məhəmməd dayının 
hazırcavablığı da yada düşür. Ləmbəli kəndində o vaxtlar azərbaycanlılarla yanaşı 
ermənilər də yaşayırdı. 
Bir gün Məhəmməd dayı sovxoz bağından ot biçib gətirirmiş. Ot gətirdiyi 
eşşəyin yanında ayağına qırmızı bağlanmış qoduq da varmış. Sovxoz direktoru 
Sərkis Azatyan və partkom Sərkis Abovyan bağ yolunda onunla rastlaşırlar. 
Partkom direktora deyir ki, soruşacam görüm bu kişi qoduğun baldırına qırmızı ipi 
niyə bağlayıb. Direktor nə qədər deyir ki, lazım deyil, tanımırsan, buna da Molla 
Məhəmməd deyərlər, elə cavab verər ki, yeddi qatından keçər. 
Partkom Sərkis isə dinc durmayıb yaxınlaşan Məhəmməd dayıdan soruşur: 
- A kişi, siz musurmanlar bu qoduğun ayağına qırmızı ipi niyə bağlayırsınız? 
Hazırcavab Məhəmməd dayı hiss edir ki, namərd erməni ona sataşmaq istəyir. 
- Görürsən ki, - deyir, - qoduq hələ balacadır, pionerdir. Böyüsün, sən boyda 
olanda partiyaya keçirəcəyəm. Onda qırmızı ipi də açacam. 
 
* * * 
 
Məhəmməd dayının iştirak etdiyi məclisdə cavan bir aşıq oxuyurmuş. Aşığın 
oxumağı, özünü məclisdə yüngül aparmağı onun xoşuna gəlmir. Məsələni başa 
düşən cavan aşıq onun xoşuna gəlmək üçün bir el bayatısı oxuyur. Bəndin sonunda 
“ölürəm, ölürəm, ay aman, ay aman” sözlərini bir neçə dəfə təkrar edir. 
Buna heç dözə bilməyən Məhəmməd dayı üzünü aşığa tutub deyir: 
- Ölmə, ölmə, ay oğul, cavansan, hayıfsan, qoy səni buraya gətirən ölsün. 
  
Bir dəfə Ləmbəli Molla Məhəmmədin qapısına cavan bir molla gəlib çıxır. 
- Ata, - deyir, - icazə ver, bir ağız Quran oxuyum. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə