ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə153/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   149   150   151   152   153   154   155   156   157

- Oxu, - deyə, - Molla Məhəmməd razılıq verir. 
Cavan molla beş-on dəqiqə oxuyandan sonra üzünü ona tutub: 
- Ata, kimə bağışlayım? - deyir. İcazə ver, bu cavana bağışlayım, yəqin 
oğlundur. 
- Yox, ona yox, buna bağışla, deyə Molla Məhəmməd   ayaqlarına   dolanan   
küçüyü göstərir. 
- Küfr  danışma, ata, çəhənnəmə gedərsən. 
- Hardan oxumusan indi dediklərini? 
- Qurbanı olduğum Qurani-şərifdən. 
- Hansı Qurandan? Quranda elə şey yoxdur, qələt eləmə. 
- Öz canım üçün, ordan oxumuşam, özü də Daşkənd çapından. 
Molla Məhəmməd üzünü oğluna tutub: 
- Qaç, - deyir, - sarı üzlü Quranımı gətir. 
Uşağın gətirdiyi Quranı cavan mollaya verib: 
- Al, - deyir, - buda Daşkənd çapı.Tap görüm, burda elə şey yazılıbmı? 
- Onda   səhv   eləmişəm,   İstanbul çapındadır. 
- Qaç oğlum, qəhvəyi rəngli Quranı da gətir. 
Uşaq o kitabı da gətirir. Məlum olur ki, mollanın oxuduğu İstanbul çapında 
da yoxdur. Cavan molla əlacsız qalıb deyir: 
- Hörmətli ata, məni bağışla, indi anladım ki, kimin qapısına gəlmişəm, - 
deyib arxasına baxmadan uzaqlaşır. 
  
 
HANSI ATANA 
 
Molla Məhəmməd dua verib ayağa durdu. 
- Allah rəhmət eləsin, - dedi, - son qəminiz olsun.  Mərhum haqq dünyasına 
qovuşur. Bu dünya vəfasızdı, insanın gələni  də var, gedəni də. İnsan torpaqdan
sudan və havadan yaranıb, ona da qayıdır. 
Hüzürdə iştirak edən şərqşünas alim isə: 
- Səhviniz var, molla əmi, - dedi, insan nə torpaqdan, nə sudan, nə də 
havadan   yaranmayıb.   İnsan   meymundan əmələ gəlib. Bunu biz alimlər çoxdan 
sübut etmişik. 
Müdrik Molla Məhəmməd təmkinini pozmadı. Gözucu alimə baxıb, “lənət 
şeytana” - dedi, qonaq olduğuna xətrinə dəymədi. - Görünür, məni tanımır. Yəqin 
başqa məclislərdə nadan mollalara çox rast gəlib, onları pərt eləyib. Məni də 
belələrindən hesab edir. 
Meyit dəfn olunandan sonra camaat yenidən həyətə yığışdi. Molla 
Məhəmməd müharibədə şəhid olanlara, qürbətdə həlak olanlara, Məhəmməd 
peyğəmbərə və cəmi dünyadan gedənlərə dua verib salavat çəkdi. 
Qonaq alim yenə öz təklifi ilə mollaya irad tutaraq dedi: 
- Molla əmi, bəs atalarımızı niyə unutdunuz,  bir salavat da onlar üçün deyin. 
Hazırcavab Molla Məhəmməd: 
- Hansı atana salavat deyim, oddan, sudan, havadan yaranan üçün, yoxsa 
meymundan əmələ gələnə... - deyib alimin cavabını verdi. 


  
 
MALÇI 
ƏHVALATLARI 
 
Həmkəndlisi olsam da, əsl adını mən də bilmirəm. ağlım kəsəndən böyüyün 
də, kiçiyin də onu “Malçı əmi” deyə çağırdığını eşitmişəm. Kimi deyir ki, ömrü 
boyu mal-qoyun saxlayıb, kimi də onun Yolçu adlı qardaşı olduğunu söyləyir. 
Malçı, Yolçu, deyirlər, rəhmətlik atası istəyib ki, oğlanlarının adını bir-birinə 
yaraşdırsın. 
Qəribə xasiyyətinə görə bəzi adamlar onu tünəkə, ürəyi yumşaq hesab edir, 
bəziləri də nəslində-kökündə keylik var, - deyir. Kim nə hesab eləyir eləsin, amma 
bircə onu bilirəm ki, doxsan beş illik ömrünü (maşallah, gözdəyməsin, bu saat ona 
heç kəs bu yaşı verməz, üzünə baxanda deyirsən 40-45 yaşındadır) naxır, ya da 
sürü otarmaqda keçirən Malçı babanın sözü-söhbəti artıq kəndimizdə zərb-məsələ 
dönüb. İl quraqlıq keçəndə: “yağış da yağmır, toz-torpaq yata” - demək əvəzinə
“yağış da yağmır, toz qalxa” - deyir. Ya da “evdə heç nə olmayanda yağ-pendir də 
yavanlıqdır” kimi qəribə, baş-ayaq danışığı var.  
 
 
SƏNİN 
QAYNATANDIR 
 
Böyük oğlu Qulamın toyu olanda Malçı yaylaqda qoyun otarırdı. 
Yoldaşları nə qədər deyirlər ki, sürünü biz otararıq, yeri get, ilk övladıyın 
toyunda iştirak elə. Amma Malçı “sürünü yiyəsiz qoyub gedə bilmərəm” deyib 
toya getmir. 
 El yaylaqdan qayıdandan bir neçə ay sonra Malçı yaylaqdan evə gəlir. Təzə 
gəlin qapı-bacanı süpürürmüş. 
- A qızım, ev yiyəsi hanı? - deyə Malçı arvadı Zəhranı soruşur. 
Gəlin onun üst-başına təəccüblə baxıb: 
- Qonşuya gedib, bəlkə də gec gəldi, - deyir və ona əhəmiyyət vermədən 
yenidən qapını süpürməyə başlayır. 
Malçı o yana, bu yana boylanıb harasa yoxa çıxır. Bir azdan Zəhra qonşudan 
qayıdıb gəlininə: 
- A qızım, ağzım Saranın qeybətinə qarışdı.Məni soruşan-zad olmayıb ki... 
-  Olub, bir dilənçi gəlmişdi. 
- Pay-pürüş verdinmi, a qızım? 
- Yox, sap-sağlam, qıp-qırmızı bir kişiidi, kül başına, qoy gedib işləsin. 
- Nahaq pay verməmisən, a qızım. 
- Odey, yenə   gəlir, - deyə gəlin qonşudan gələn Malçını göstərir. 
Zəhra: 
- Ay evi yıxılmışın qızı, sus, o gələn sənin qaynatandır. 
 
 


EKİZLƏRİMİN ADI NƏDİR 
 
Bir dəfə gecə saat dörd-beş radələrində yataqdan gələn Malçı baba qapısının 
ağzında durur. Nə qədər fikirləşir, evdəki ekiz qızlarından heç birinin adını yadına 
gətirə bilmir. Gəlib qonşusu Bəbir kişinin qapısını döyməli olur. Gecənin bu vaxtı 
Malçının kənddə görünməyi Bəbir kişini təşvişə salır. 
- Nə olub, a Malçı, xeyir ola belə bivaxt? 
- Heç, elə şey olmayıb, ay Bəbir, altı aydı kəndə ayaq basmıram, bu gecə 
evdə yatmaq fikrinə düşdüm, amma bir saatdı qapının ağzında durub fikirləşirəm, 
heç cür bizim ekizlərin adını yadıma sala bilmirəm. Sən bilərsən, a qonşu, bizim 
ekiz qızların adı nədi? 
Bəbir kişi xeyli deyinir, lakin kiminlə danışdığını xatırlayır və Malçının 
qızlarının adını deməkdən başqa çarəsi qalmır. 
 
 
DÜZ AĞAC AXTARIRAM 
 
Nadir hallarda kənddə-kəsəkdə, evdə-eşikdə görünən Malçı bir günorta üstü 
evə gəlib çıxır. Arvadı Zəhranın yuduğu paltarı əyri-üyrü bir kötüyün üstünə 
sərdiyini görüb: 
- Ora niyə sərirsən? - deyir. 
- Neyləyim, hara sərim bəs, sən də adını  kişi  qoymusan,  bu iki 
addımlıqdakı meşədən bir düz ağac, iki də dirək  kəsib   gətirmirsən   ki,   qapıda 
paltar zivəsi çəkək. 
Heç vaxt odun, ot yığmaqda səriştəsi olmayan, ömrü boyu qoyun otaran 
Malçı baltanı götürüb meşəyə yollanır. 
Aşağıdan baxır, görür ki, ağac düzdü, başını qaldıranda görür ki, yox, ya 
ortasında, ya da ucunda bir az əyriliyi var. O dəqiqə yadına düşür ki, Zəhra 
dübbədüz ağaç gətirməyi tapşırıb. Kəsməyib keçir, düz ağac axtarır. Beləcə bütün 
günü qan-tər içində meşəni dolanır, amma düz ağac tapa bilmir. 
O qədər axtarır ki, gəlib meşədə odun yığan fırıldaq Teymura rast olur. Onun 
yığdığı   odundan   bir  ağacı   göstərib deyir: 
- A Teymur, bu ağac düzdürmü? Teymur hərif tapdığına sevinir: 
- Əlbəttə, dübbədüzdü, görmürsənmi? 
- Bunu mənə satarsan? 
- Sataram, niyə satmıram, on manat ver, götür apar. 
Malçı sevincək olub, dərhal on manat verib meşədə ağac alır. 
 
 
TANIMAQ ÜSULU 
 
Bir gün Malçı qonşuya gəlir. Qonşu, şəhərdə yaşayan alim oğlu ilə söhbət 
edirlər. Alim dünya hadisələrindən - kosmosdan, dünya əhalisinin artımından, 
müasir texnikadan xeyli danışır. Görür, Malçı heç bunun söhbətinə fikir vermir, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə