ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə155/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   149   150   151   152   153   154   155   156   157

yunun,   hələ  onu demirəm. Belə yumşaq, dümağ yun ceyranda ömür boyu billah 
olmayıb, olmayacaq da... 
Qoyun tərifdən lap xoşhal oldu. Vüqarla bir ayağına, bir bədəninə baxıb, quş 
kimi yerində tullandı. 
- Mən ömrüm boyu ceyranlarla gəzmişəm, onlarla da dostam. Mən heç vaxt 
onları belə cəld, qəşəng görməmişəm, - deyib canavar qoyunu yenidən ağızdolusu 
təriflədi. - Mən başa düşmürəm, - dedi, siz niyə o acgöz insanlarla dost olursunuz 
ki, hələ gül kimi ceyran adınızı dəyişib qoyun qoyublar. Siz onlara süd, bala və yun 
verirsiniz, üstəlik də sizi təhqir edib adınızı qoyun deyə çağırırlar. Kefləri duranda 
da bıçağı götürüb cumurlar canınıza... 
- Bəs nə edək, bizə bir yol göstər, canavar qardaş... 
- Gəlin bizimlə dost olun, biz canavarlarla gəzib dolanın, çətinə düşəndə biz 
sizə arxa olaq, siz də bizə - deyib canavar onu şirin dillə tikanlığa çağırdı. 
Qoyun zərif ayaqlarını şəstlə irəli atıb, vuqarlı addımlarla canavara doğru getdi. 
- Bu gündən səninlə qardaşam, tərk etdim o vəfasız, yırtıcı insanları, - dedi, 
əl verib canavarla görüşdü. 
Canavar: 
- Gəl aşağı enək, - dedi. - Gəl, a ceyran balası, yoxsa paxıl sahibin   görüb 
dalımızca düşər, odlu silahı ilə bizi qanımıza qəltan eləyər. 
Onlar qoşa, deyə-gülə dərəyə endilər. Qoyun şehli dərənin təzətər otlarından 
yeyir. Canavar isə ehtiyatla o yan - bu yana baxa - baxa ona şirin, yağlı sözlər 
deyirdi. Nə gələn, nə gedən görməyən canavar atdanıb qoyunun yağlı quyruğundan 
bir parça qopartdı. Bir göz qırpımında onu içəri ötürüb qoyunun xirtdəyindən 
yapışdı. 
Gözü kəlləsinə çıxan qoyun: 
- Neynirsən - dedi. - ağrıdır axı... 
- Üç  gündü acından ölürəm, sənin dalınca neçə dağ, neçə çay keçib 
gəlmişəm, yeyəcəm səni, ay ceyran bala. 
Qoyun son nəfəsində: 
- Hə... indi bildim ki, qoyunam ki, qoyun... sözünü zorla deyə bildi. 
 
Avqust, 1987-ci il.  
Truskovets şəhəri. 
 
 
 
HƏSƏNİN İKİ ƏMƏLİ 
 
Bir neçə gün idi, Həsən nahara gələndə anası Humay xala şikayətlənib 
deyirdi: 
- Ay bala, bu ağzı yanmış çalağan yenə toyuğun iki cücəsini apardı. Ay oğul, 
bu gün-sabah camaat beçə çığırtması yeyəndə biz də ağzımızı açıb baxacağıq. Sən 
atanın goru, buna bir əncam çək. Ora bax, toyuq da dəli kimi gəzir. On gün əvvəl 
arxasınca sel kimi axan cücədən ikicəciyi qalıb. 
Həsən: 


- Neyləyim ay ana, - dedi, - iş-gücümü buraxıb çalağan qovlamayacağam 
ki... 
Çalağan əlindən yanıqlı arvad yenidən şikayətləndi: 
- Tutlu dərədə, deyirlər, ağzı yanmışın yuvası var, qırt düşüb hər günorta 
acıxanda durub özünü vurur bizim cücələrə. 
Həsən ağlına gələn qəfil fikirdən özü də gülümsündü. Səhərisi o, nahara 
həmişəkindən tez gəlib çalağanı gözlədi. Bir az bekar durmaqdan bezikib 
darvazanın qopmuş taxtasını mıxlamaqla məşğul oldu. Bir gözü isə qapıda-bacada 
hərlənən ikicə cücəli toyuqda idi. Həsən toyuğun qiyyə çəkən səsinə başını 
qaldırdı. Amma gec idi. Tüfəngə əl atana kimi çalağan cücəni havada çığırda-
çığırda aparırdı. Tənbəllik eləməyən Həsən çalağanın dalınca qaçdı. Göydə 
çalağan, yerdə Həsən elə bil kros yarışına çıxmışdılar. 
 Tutlu dərənin başı üstündə dövrə vuran çalağan süzə-süzə uca bir ağaca 
qondu. Ani olaraq ətrafına göz gəzdirib, qanadlarını şappıldatdı. Boğazını dik tutub 
dimdiyində yazıq-yazıq civildəyən cücəni bir nəfəsə uddu. Yenidən qanadlarını 
şappıldadıb havaya qalxdı, dərəni yarım dairə ilə süzüb güllə kimi gəlib yuvasına 
qondu. 
Qalınlıqda Həsəni güdən çalağan irəli yeridi. Çalağan Həsənin ağacın başına 
dırmaşdığını görüb pırıltı ilə uçub başqasına qondu. Yuvaya çatan Həsən başındakı 
nimdaş kepkasını çıxartdı, yumurtaları bir-bir kepkasına yığdı. Ehmallıca aşağı 
düşüb, birbaşa evə gəldi. 
Həftədə bir dəfə gəlib baxırdı ki, görüm çalağan nə eləyir. Hər dəfə gələndə 
ağacın ətrafında dümağ çalağan tükünün çoxaldığını görürdü. Yumurtaları gecə-
gündüz çalxalayan çalağan bir şey çıxarda bilmirdi. Onun sinəsi, qarnının altı 
sürtülməkdən ətcəbala olmuşdu. 
Üçüncü həftə gələndə Həsən çalağanın başını aşağıya sallamış gördü. 
Bişmiş yumurtalardan bala çıxarda bilməyən çalağanın ürəyi partlayıb 
ölmüşdü... 
 
* * * 
 
Həsən hövlnak yerindən qalxdı. Yuxulu gözlərini ovuşdurub: 
- Nə olub, ay ana, qoysana yataq, gecənin bu vaxtı nə qara-qışqırıq 
salmısan? 
Arvad qorxunc və qırıq səslə: 
- Damdan,- dedi,- yaman tappıltı səsi gəlir. Bir dur bax, deyəsən oğru... 
Həsən tez-tələsik geyindi, çırağa əl atıb yandırdı. Çöldə it kəsik-kəsik hürür, 
gah da vahimə ilə ulayırdı. Sahibini görən kimi ona yaxınlaşdı, üzünü dama doğru 
tutub daha da bərkdən hürməyə başladı. Şübhələnən Həsən ehtiyatlı addımlarla bir 
əlində çıraq, o birində yaba damın ağzına yaxınlaşdı. Qapı axşamdan necə 
bağlanmışdı, eləcə də qalırdı. Bir istədi geri qayıtsın, içəridə bərk tappıltı eşidib 
dayandı. Qapıya lap yaxın durub dinşədi. Mırıltı və bərk ayaq səsləri eşidib qorxa-
qorxa qapını azca araladı. Çırağı irəli tutub bir-birinin üstünə qalaqlanmış qoyun-
keçinin ancaq leşini gördü. Sağ tərəfdə isə işıqdan qorxub dibə qısılmış canavarın 
iki gözü par-par parıldayırdı. 


Qanıqara Həsən zirzəni keçirib geri qayıtdı. Gecə paltarında qarşısına gələn 
arvad təşvişlə: 
- Nə olub, a bala, - dedi, - o nə idi elə damda gumbuldayan? 
- Heç, nə olacaq, damın bacası açıq qalıb, canavar ordan düşüb qoyun-
keçinin hamısını şil-küt eləyib. Yeri Muradı oyat, gəlsin görək... 
Əhvalatdan halı olan Murad: 
- Nəyi gözləyirsən, - dedi, - tüfənglə vur ölsün, yoxsa çıxıb qaçar, 
- Yox, ay Murad, mən onu elə asan ölümlə öldürməyəcəyəm. - deyib   Həsən   
güclü əllərilə dörd barmaq yabanın ortadan iki barmağını qırıb atdı. 
İçəri girdilər. Vəhşi qurd dəhşətli gözlərini bərəldib, özünü damın 
divarlarına çırpırdı, amma çıxmaq heç cür mümkün deyildi. Həsən yaxınlaşıb 
yabanı onun boynuna saldı, bərk sıxıb onu divara qısnadı. 
- Murad, tez ol, təkənin boynundakı zınqırovu aç, bağla bunun boynuna. 
Murad qoyun-keçi leşlərinin arasında təkənin cəmdəyini tapdı. Zınqırovu 
açıb, əli əsə-əsə canavarın boynuna bağladı. 
Həsən: 
  
- Bərk bağladınmı? İndi kənara dur, qoy çıxıb getsin. 
Canavar bir göz qırpımında açıq qapıya şütüdü. Zınqırovu səslənə-səslənə 
çöllərə tərəf üz qoydu. Duyuq düşən kənd itləri ağız-ağıza vermişdi. Həsənin iti isə 
onun quyruğunu azca dişləyə bilmişdi. 
Zınqırovlu çanavar altı ay heç yerdə özünə yer tapa bilmədi. Haraya, hansı 
sürüyə yem üçün hücum edirdisə, zınqırovunun səsi onun gəlişini özündən qabaq 
xəbər verirdi. Duyuq düşən çoban onu gülləyə basır, kənd itləri qovub örüşlərdən 
çıxarırdı. Özünə heç yerdə yem tapa bilməyən yalquzaq canavar arıqlayıb əldən 
düşdü. 
El yaylağa keçəndə çobanlar onu Odun dağının yamacında uzanıb ölmüş 
gördülər. Bir dəri, bir sümük olmuş canavarın boğazından zınqırovu açıb ayrı bir 
təkənin boğazına bağladılar. 
O vaxtdan bizim obada təzə bir deyim yarandı. Kimin kimdən xoşu 
gəlmirsə, o dəqiqə yarızarafat,  yarıxoş deyir: “Mənə dəyib dolaşma, yoxsa 
boynuna Həsənin təkəsinin zınqırovunu bağlaram”. 
 
31 avqust, 1981-ci il 
  
 
 
 
 
Ş.NƏZİRLİ:  
“MƏNİM ÜÇÜN ƏNQİYMƏTLİ  
MÜKAFAT GENERALŞIXLİNSKİ  
       MÜKAFATIDIR...” 
 
- Şəmistan müəllim, əvvəlcə mükafata layiq görülməyiniz münasibətilə Sizi 
təbrik edirik. 
- Çox sağ olun. Mükafat və ya hər hansı təltifat bəzi adamlarda arxayınçılıq 
yaradır. Xoşbəxtlikdən bu məndə yoxdur. Mənim üçün ən əziz, general Şıxlinski 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə