ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   14   15   16   17   18   19   20   21   ...   157

* * * 
 
Bəhmən Mirzə Qacarın hərbçi oğulları draqun /xüsusi süvari qoşun 
hissələri - Ş.N./ alaylarında leybqvardiya zabiti kimi rus və İran ordularında şərəflə 
xidmət etmişlər. 
1884-cü ildə “Sın oteçestva” jurnalı /2.III-50/ yazırdı: “Şahzadə Bəhmən 
Mirzənin həddi-buluğa çatmış oğlanlarının bəziləri rus, bəziləri isə İran ordusunda 
hərbi xidmətdədirlər. Demək olar ki, bütün Qafqaz draqun alaylarında şahzadə 
Bəhmən Mirzənin ya oğlanları, ya da zabit qohumları var. Şahzadə Bəhmən 
Mirzənin oğlu Mahmud Mirzə keçmişdə Nijeqorod droqun alayında türk 
kompaniyasında ştabsrotmistr olmuşdur. Kompaniyanı qurtardıqdan sonra əmisi 
Məhəmməd şah onu İrana çağırır. Hazırda o, general rütbəsində İran leyb-
qvardiyasına komandanlıq edir”. 
Bəzən arxivdən heç bir sənəd tapmayanda əl boyda şəklin arxasındakı iki-üç 
sətirlik avtoqraf da adamın köməyinə gəlir. Onda bizdən çox-çox uzaq illərdə 
yaşamış həmin avtoqrafı yazana qəlbinin dərinliklərində minnətdarlığını 
bildirirsən. Gözəl xətlə yazılmış aşağıdakı sətirləri oxuyanda şahzadə Şahruh 
Mirzənin ruhuna rəhmət oxudum: “Kazak polkunun leyb-qvardiya polkovniki 
şahzadə Şahruh Mirzədən Mələksimaya
16
 dostluq hədiyyəsi. 16 may 1899-cu il, 
Tiflis şəhəri”. Bir az aşağıda isə xırda hərflərlə belə yazılmışdı: “Şahzadə 1915-ci 
ildə Cəbrayılda vəfat etdi”. 
 
 
M.F.AXUNDOVUN QOHUMU 
 
“Bir oğlumdan başqa bir də Nisə xanım adlı qızım vardır ki, şahzadə 
Bəhmən Mirzənin oğlu Xanbaba xana ərə vermişəm. Qızımın əri bizim 
imperatorun ordusunda xidmət edir, xoşəxlaq, savadlı, təmiz cavanlardan biridir. 
Günah işlərin və bəd əməllərin yanından belə ötməzdi. Mənim kimi o da mütləqa 
şərab içməz, həmişə Tiflisdə yaşayır. Öz evimdə ona bir neçə otaqdan ibarət 
mənzil ayırmışam. Qızımdan və həmin Xanbabaxandan iki nəvəm vardır”. 
Bu sətirlərin müəllifi böyük dramaturqumuz Mirzə Fətəli Axundovdur. 
Araşdırmalardan məlum olur ki, 1851-ci ildə Tiflisdən Şuşaya keçən 
Bəhmən Mirzə, Axundovla dostluq əlaqəsini kəsməmiş, əksinə, onu daha da 
dərinləşdirib qan qohumluğuna kimi davam etdirmişdir. 
M.F.Axundovun böyük qızı Seyrabəyim 1866-cı ildə Bəhmən Mirzənin oğlu 
Xanbaba xanla ailə qurur. Bu saf, ülvi izdivacdan iki övlad - Mələksima adlı qız və 
Mənsur Mirzə adlı oğul dünyaya gəlir. Altı il sonra - 1872-ci ildə Seyrabəyim vəfat 
edir. İki uşağın yetim qalması Mirzə Fətəliyə çox ağır təsir edir. Onların yad qapazı 
altına düşməməsi və sevimli kürəkəni Xanbaba xanın  “xoşəxlaq, savadlı, təmiz 
                                                 
16
 Pоlkоvnik Хаnbаbа хаn Qаcаrın oğlu, М.F.Ахundоvun nəvəsidir. 1905-ci ilin sеntyаbrındа ilk Zаqаfqаziyа 
müsəlmаn qаdınlаrının хеyriyyə cəmiyyəti оnun еvində təsis оlunmuşdur. Мilyоnçu H.Z.Таğıyеvin оğlu Аğаsаdıq 
Таğıyеvin həyаt yоldаşı idi. Мələksimаnın Аğасаdıqdаn bir оğlu (Zеynаl), iki qızı (Zərrintаc вэ Zеynəb) Sоvеt 
dövrünə qədər yаşаmışlаr. Zеynаl bаbаsının fаbrikinin dirеktоru оlmuşdur - müəl. 
 


cavanlardan biri” olması xatirinə Mirzə Fətəli ikinci qızı Nisə xanımı da bir il 
sonra ona ərə verir. 
M.F.Axundovun öz kürəkəni haqqında yazdığı tərif dolu sətirlər təkcə 
Xanbaba xana aid deyil. Bu işdə bir ata kimi Bəhmən Mirzənin da təlim-tərbiyəsi 
təsirli rolunu oynamışdır. Heç şübhəsiz ki, məhz şahzadə Bəhmən Mirzə kimi 
maarifçi, tarixşünas və sözübütöv kişilər belə oğul tərbiyə edə bilərdi. Sevindirici 
haldır ki, Bəhmən Mirzənin altmış üç övladının hamısı Xanbaba xan kimi təmiz 
əxlaqlı gənc olmuşdur. Əksəriyyəti hərbçi olan oğlanların heç biri nə dinlərini 
dəyişmiş, nə də dillərini unutmuşdur. Yuxarıda Şəmsəddin Mirzənin xatirəsindən 
sitat gətirmişdik. Orada müəlif yazır ki, Oryoldan atam Əliqulu Mirzənin cəbhəyə 
getmək söhbəti anamla Azəbaycanca olmuşdur. O vaxtlar zadəgan ailələrində 
fransız və rus dillərində danışmaq dəbdə olsa da, atam ailədə həmişə doğma 
Azərbaycan dilində danışardı. 
Xanbaba xan Mirzə Qacarın hərbi fəaliyyəti haqqında əlimizdə çox az 
məlumat var. O, uzun illər orduda şərəflə xidmət etmiş, süvari polkovniki rütbəsinə 
qədər yüksəlmişdir. 1877-78-ci illər rus-türk müharibəsinin fəal iştirakçısı olan 
şahzadə Xanbaba xan Qacar qırx beşinci Şimal-draqun alayındakı döyüş 
qabiliyyətinə görə “Müqəddəs Stanislav” ordeninin ikinci və üçuncü dərəcəsilə 
/qılınc və bantla birgə/, “Müqəddəs Anna” ordeninin üçüncü dərəcəsilə və 
“Müqəddəs Vladimir” ordeninin üçüncü dərəcəsilə təltif olunmuşdur. 
İmperatorun yüksək dərəcəli əmrinə əsasən Xanbaba xan və böyük qardaşı 
Şahrux Mirzə Qacar ali-həzrət titulunu da daşıyır, əlavə olaraq ildə altı yüz manat 
təminat da alırdılar. 
M.F.Axundovun Rəşid bəyə yazdığı məktublarından hiss olunur ki, o, 
kürəkəni Xanbaba xanın cəbhədə göstərdiyi şücaətlə fəxr edirmiş. Böyük 
dramaturqun şəxsi arxivində onlarla məktubu, əlyazması qorunub saxlanılır. O 
vaxtlar Belçika məmləkətinin paytaxtı Brüssel şəhərində ali təhsil alan oğlu Rəşid 
bəyə yazdığı məktubların demək olar ki, əksəriyyətində Xanbaba xan hörmətlə 
xatırlanır. 
Məktublarından birində Rəşid bəy Rusiya - Türkiyə müharibəsindən söhbət 
açır və Xanbaba xandan nigaran qalaraq “müharibənin gedişi haqqında mənə 
ətraflı yaz, ata. Xanbaba xan yenə sərhəddəmi vuruşur?” - sualına cavab istəyir. 
Başqa bir məktubunda isə oxuyuruq: 
“Siz Allah, Xanbaba xan haqqında məktubunuzda geniş yazın. Mənim 
səmimi salamlarımı Xanbaba xana, anama, bacıma, bizim əzizimiz Ağa Əli Əkbərə 
(haqqında aşağıda bəhs olunacaq - Ş.N.), dostumuz Kərbəlayi Lətif əmiyə 
yetirin. Balaca Mirzə Mənsuru və hələ üzünü görmədiyim Nisə xanımı öpün. 
Xanbaba xan ötən məktubunda yazmışdı ki, artıq Mirzə Mənsura əlifbaları 
öyrətmişəm...  Bu, mənim üçün çox sevindirici bir xəbər oldu. Çalışaq ki, Mirzə 
Mənsur tam Avropa təhsili alsın...” 
Mirzə Fətəlinin oğlu Rəşid bəyə məktubundan: “Keçən məktubda mən 
ananın fotoşəklini sənə göndərmişdim. İndi isə Xanbaba xanın, Nisə xanımın, 
Mansur Mirzənin və Mələksima xanımın şəkillərini göndərirəm. Mənim keçən 
məktubumda verdiyim suallara cavab yaz...” 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə