Şahzadə Xanbaba xan Qacarın ilk oğlu Mənsur Mirzə də hərbçi olmuşdur.
1869-cu ildə Tiflisdə anadan olan Mənsur Mirzə ilk təhsilini
klassik gimnaziyada
almışdır. Yelizavetqrad süvari məktəbini kornet rütbəsində bitirən Mənsur Mirzə
on səkkiz yaşından otuz yeddinci Tver-Draqun alayında xidmətə başlamışdır.
1905-ci ilə qədər həmin alayda xidmət etmiş və Kamin ili Port-Artur müharibəsinə
könüllü getmişdir. Müharibədə o, iki ordenlə - ikinci dərəcəli “Müqəddəs Anna”
/qılıncla birgə/ və “Müqəddəs Vladimir” ordenləri ilə təltif olunmuşdur. Port-Artur
döyüşlərində yaralanan şahzadə Mənsur Mirzə bir
müddət nizami orduda xidmət
edə bilmir. Ona görə də Qafqaz hərbi Dairəsinin qərargahında çalışır.
Birinci Dünya müharibəsi başlananda şahzadə - polkovnik Mənsur Mirzə on
ikinci Starobudov draqun alayının tərkibində döyüşə gedir. 1915-ci il iyunun 10-da
Rudzviyan yaxınlığındakı döyüşlərdə üç eskadronla düşmənin hücum edən güclü
qüvvələrinə qarşı əks - həmləyə keçir, özü kontuziya alsa da, döyüşdən çıxmır.
Polkovnik Mənsur Mirzənin alayı süngü zərbəsilə düşməni Dnestr çayının
sahillərinə kimi geri oturdur və tutulmuş səngərləri əldə saxlayır.
Bu döyüşlərdə
göstərdiyi igidliyə görə o, qızıl silahla təltif olunur. Müharibənin axırıncı ilində on
ikinci Tver Qusar alayının komandiri olan Mənsur Mirzə inqilabdan sonra Bakıya
qayıdır. Az müddət Milli Azərbaycan ordusunda xidmət edir. Aprel çevrilişindən
sonra Respublika Xalq Komissarlığında mülki vəzifədə çalışır.
Şahzadə polkovnik Mənsur Mirzə Qacar 1931-ci il sentyabrın 26-da, altmış
üç yaşında Bakıda vəfat edir.
* * *
Şahzadə polkovnik Xanbaba xan Qacar iki oğul (Mənsur Mirzə, Bəhmən
Mirzə) və beş qızın (Mülkümə, Mahmənzər, Aliyə, Tubu və Mülkcahan) atası idi.
O, ailənin ən kiçiyinə - 1894-cü ildə anadan olan oğluna atası Bəhmən Mirzənin
adını qoymuşdu. Nəvə Bəhmən Mirzə ilk təhsilini
ikinci klassik Tiflis
gimnaziyasında almışdı. 1919-cu il dekabrın 24-də Azərbaycan hökuməti 150
nəfər gənci Rusiyanın ali təhsil ocaqlarına oxumağa göndərdi. Onların arasında
Bəhmən Mirzə də vardı. O, Moskva Dağ Mühəndisləri İnstitutunun mexanika
fakultəsinə qəbul olundu. Az müddət burada oxuyan Bəhmən Mirzə Peterburqdakı
Texnologiya İnstitutuna dəyişdirilir. O, çoxsaylı Qacarlar nəslindən yeganə şəxsdir
ki, Peterburqda təhsil alanda bolşeviklərə qoşulub gizli inqilabi iş aparıb. 1920-ci
ildə aprel çevrilişindən sonra Azgrbaycana gəlib dövlət bankının komissarı və
maliyyə komissarlığının üzvü olub. İki il Tiflis və Batumda işlədikdən sonra,
1922-ci ildə Marsel şəhərinə Zaqafqaziyanın ticarət üzrə sədri vəzifəsinə işə
göndərilib. 1927-ci il sentyabrın 13-də plevrit xəstəliyindən
vəfat edən Bəhmən
Mirzənin cənazəsi Tiflisə gətirilərək ana babası Mirzə Fətəli Axundovun yanında
dəfn olunur.
Mülki müşavir A.Q.Şerbinin Mirzə Fətəliyə 14 may 1877-ci il tarixli gizli
məktubundan: “Bir az bundan əvvəl cənab Q.Qrimdən öyrəndiyim sevinc dolu
xəbərlə Sizi təbrik etməyi özümə borc bilirəm. Çox şad oldum ki, şahzadə Rzaqulu
Mirzə iki süvari alayına briqada
Komandiri
17
təyin olunub”. Şahzadə Rzaqulu
Mirzənin peterburqlu Mariya
Vladimirovna Pollana 28 yanvar 1876-cı il tarixli məktubundan: “Mənim Qafqaz
ordusuna göndərilməyim yəqin ki, Sizə məlumdur. Mən ayın 15-də Şuşadan
İrəvana yola düşdüm. Əlahəzrət böyük knyaz Qafqaz canişininin əmrilə mən oraya
təyin edilmişəm... Mənim Tiflisdə bir nəfər qohumum vardır. O, mənim sevimli
qardaşım poruçik Xanbaba xanın qaynatası Mirzə Fətəli Axundovdur.
Mən onu
gözəl sifətlərinə görə səmimi qəlbdən sevirəm...”
Böyük dramaturqun şəxsi arxivində saxlanan məktubların əksəriyyətində
Xanbaba xan belə səmimiyyətlə yad edilir.
Tiflisdə dərc olunan “Zarya Vostoka” qəzeti 1926-cı il nömrələrində iki gün
/11, 12 noyabrda/ dalbadal onun ölümü haqqında nekroloq vermişdir:
“Uzun sürən ağır xəstəlikdən sonra Şahzadə Bəhmən Mirzənin oğlu,
mərhum Mirzə Fətəli Axundovun kürəkəni polkovnik şahzadə Xanbaba xan Qacar
noyabrın 9-da vəfat etdi. Cənazə Krılov küçəsindəki üç nömrəli evdən götürüləcək.
Dəfn mərasimi bir nömrəli müsəlman qəbiristanlığında olacaq”.
Polkovnik şahzadə Xanbaba xan Qacar 1849-cu ildə anadan olmuşdur.
* * *
Rəşid bəylə atası Mirzə Fətəlinin beş il davam edan yazışmalarında bir
nəfərin də adı tez-tez hörmət və ehtiramla çəkilir,
uzaq Brüsseldən ona səmimi
salamlar göndərilir. Məktublarda belə ehtiramla yada düşən Ağəli Əkbər İsmayılov
kimdir? Nəslin ağbirçəyi İzzət xanım Qayıbovanın saxladığı balaca bir yazı bu
barədə ətraflı məlumat verir. Onu vaxtilə İzzət xanımın anası Ziba xanım Qayıbova
ömrünün qürub çağını yaşayan Şəmsi Qacarın dilindən yazıya alıb. Burada Ağəli
Əkbər İsmayılovun taleyi ilə yanaşı, Bəhmən Mirzə Qacarın övladları haqqında da
məlumat verilir.
Aydın olur ki, Ağəli Əkbər İsmayılov əslən Şamaxı şəhərindəndir. Atasının
ölümündən sonra üç manat pulla Tiflisə gəlir. O vaxtlar Tiflisdə ipəyə böyük
ehtiyc vardı. Şamaxıya nisbətən ipək burda iki-üç dəfə baha satılırdı. Bunu öyrənən
Ağəli Əkbər Şamaxıya qayıdır və gücü çatan qədər ipək götürüb payi-piyada
Tiflisə gəlir.
Onun ikinci gəlişi daha uğurlu olur. Bu dəfə at alır və yenidən ipək dalınca
Şamaxıya qayıdır.
Beləliklə, o, yavaş-yavaş varlanır və keçmiş Vorontsov, indiki
Qorqasali küçəsində müflisləmiş bir tacirdən mülk alır. Əlli beş nömrəli bu mülk
Mirzə Fətəlinin yaşadığı əlli üç nömrəli evin qonşuluğunda yerləşirdi. Qısa vaxta
onlar elə dostlaşırlar ki, hətta daha tez-tez görüşmək üçün daxili eyvana körpü salıb
birləşdirirlər.
Babam bisavad idi və Mirzə Fətəlidən xahiş etmişdi ki, ona savad öyrətsin.
O vaxtlar ərəb əlifbası işləndiyi üçün bu iş asan deyildi. Babamın
dediyin görə, elə
ikinci günü o, oxumağı öyrənib. Onun ticarət işləri çox yaxşı gedirdi. Evdən əlavə
o, Qocorda bağ da alır, evlənir. Sonralar öz qızlarını - sənin nənəni, Sittarə xanımı,
17
Çаr оrdusundа pоlkovniklə gеnеrаl аrаsındа оlаn yüksək hərbi rütbə - müəl.