ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.

səhifə21/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
1   ...   17   18   19   20   21   22   23   24   ...   157

Qacarlar nəslinin daha bir general oğlu şahzadə Əmənulla xan Mirzə Qacar 
olmuşdur. O, qardaşı Əmir Kazımxandan doqquz yaş kiçik idi. Təəssüf ki, onun 
haqqında əlimizdə olan faktlar çox azdır. İnqilabdan əvvəl dərc olunan qəzetlər: 
“Kavkaz”, “İrşad”, “Əxtər” Əmənulla xanın hərb fəaliyyətindən qısa yazılar verib. 
1862-ci il yanvarın 8-də Şuşada anadan olan şahzadə Əmənulla xan Mirzə 
Peterburqdakı hərbi kadet korpusunu bitirmişdir. On yeddi yaşında poruçik rütbəsi 
alan Əmənulla xan 1879-cu il iyulun 19-da xidmətə başlamış, doqquzuncu Kuban 
piyada-kazak batalyonunda komandir olmuşdur. 1900-cu il mayın 6-da nizami 
kazak batalyonundakı nümunəvi xidmətinə görə Əmənulla xan Bəhmən Mirzə 
oğluna yesaul /mayor/ rütbəsi verilmişdir. 
Birinci Dünya müharibəsi illərində Avstriya cəbhəsində vuruşan igid süvari 
komandirin döyüş fəaliyyəti üçüncü dərəcəli “Müqəddəs Vladimir”, ikinci dərəcəli 
“Müqəddəs Anna” və üçüncü dərəcəli “Müqəddəs Stanislav” ordenlərinə layiq 
görülür. 
1915-ci ildə üçüncü Kuban-kazak piyada divizionuna komandirlik edən 
Əmənulla xan Mirzəyə həmin il aprelin 25-də polkovnik rütbəsi verilir. Güclü 
döyüşlər zamanı ayağından ağır yaralanan Əmənulla xan arxa cəbhəyə göndərilsə 
də, hərbi fəaliyyətini dayandırmır. 
Kuban kazak nizami hissələrindəki nümunəvi xidmətlərinə görə şahzadə 
Əmənulla xan Qacar 1917-ci ildə general-mayor kimi ali rütbə ilə təltif olunur. 
  
Fevral-burjua inqilabından sonra Qafqaza qayıdan Əmənulla xan bir müddət 
Tiflisdə və Şuşada yaşamışdır. 
1918-ci ildə Milli Ordumuz yaradılanda Azərbaycan Respublikası hərbi 
Nazirinin adına dekabrın birində belə bir raportla müraciət etmişdir: 
“Respublika ordusuna böyük xeyir gətirmək arzumu nəzərə alaraq məni 
müvafiq bir işlə təmin etmənizi xahiş edirəm. Bununla yanaşı, Sizə məlum edirəm 
ki, mənim zabit kimi otuz beş illik fasiləsiz hərbi xidmətim və döyüş 
mövqelərində, bir də iştirakçısı olduğum rus-yapon və Birinci Dünya 
müharibələrində qazandığım döyüş təcrübəm var. 
Azərbaycan Əlahiddə korpusunun siyahısında mənim təyin olunmam 
haqqında sənədlərim və şəxsi işim vardır. Xidmət kitabçam da adı çəkilən 
korpusun qərargahında saxlanılır. 
 
HÖRMƏTLƏ, 
GENERAL-MAYOR, ŞAHZADƏ 
ƏMƏNULLA XAN MİRZƏ QACAR, 
GƏNCƏ ŞƏHƏRİ” 
 
General Əmənulla xan Qacar Xankəndində yerləşən Birinci süvari 
diviziyasının rəis müavini və qarnizon rəisi olmuşdur. O, 1920-ci il martın 21-də 
gecə qəfil basqın edən daşnak ordusuna qarşı döyüşlərdə mərdliklə vuruşmuşdur. 
Aprel çevrilişində bolşevik təzyiqinə dözməyən və bolşevik təhlükəsini əvvəlcədən 
hiss edən Əmənulla xan 1920-ci ildə İrana mühacirətə getmişdir. Tehranda yaşayan 
general-mayor Əmənulla xan Mirzə Qacar hərbi məktəbdə işləmiş, İran nizami 
ordusunun yaradılmasında yaxından iştirak etmişdir. İran Milli Məclisinin üzvü,  


İran-Sovet dostluğu cəmiyyətinin sədri, general-mayor Əmənulla xan Mirzə Qacar 
1937-ci ildə Tehranda vəfat etmişdir. 
 
* * * 
 
Qacarlar nəslinin on beşdən çox oğlu 1918-20-ci illərdə zabit kimi Milli 
Ordumuzda xidmət edib. Onların dörd nəfəri general idi: ŞAHZADƏ ƏMİR 
KAZIM MİRZƏ QACAR, ƏMƏNULLA  MİRZƏ QACAR, FEYZULLA MİRZƏ 
QACAR və MƏhƏMMƏD MİRZƏ QACAR. Qardaşların hərbi nazir Səməd bəy 
Mehmandarovun adına yazdığı ərizələr Respublika Yeni Tarix Mərkəzi Dövlət 
Arxivində saxlanılır. General Əmir Kazım Mirzə Qacarın 1918-ci il dekabrın 1-də 
vətənpərvər ruhda yazdığı ərizədə onun ömür yolunun indiyədək açılmayan 
səhifələri də var: 
 
 
“ƏLAHƏZRƏT YOLDAŞ 
HƏRBİ NAZİRƏ 
 
Hörmətli cənab Səməd bəy, təəssüflər olsun ki, Bakıya gəlib Siz 
Əlahəzrətlərinə xahişimi çatdıra bilmədim. Bunun da səbəbi hərbi Nazirliyin 
Gəncəyə köçürülməsi oldu. 
Sizinlə görüşə bilmədiyimə çox təəssüf etdim. Bakıyə gəlib Sizi tapa 
bilmədim, çünki Siz xidməti işlərinizlə əlaqədar şəhərdən müvəqqəti getmişdiniz. 
Oğlumun və qızımın xəstəliyi haqqında evdən teleqrama almışam, Tiflis şəhərinə 
qayıdıram. İcazənizlə Sizə yazılı surətdə müraciət edirəm və bundan əlavə raport 
da yazmışam. 
Mən otuz dörd il hərbi xidmətdə olmuşam. Və iki hərbi kompaniyada iştirak 
etmişəm: 1877-78-ci illərdə rus-türk müharibəsində və rus-yapon müharibəsində. 
Öz xahişimlə cəbhəyə göndərilmişəm və döyüşlərdə podpolkovnik rütbəsində 
iştirak etmişəm. Bir neçə döyüş təltifatı alandan sonra polkovnik rütbəsinə layiq 
görülmüşəm. 
Xidmət etdiyim müddətdə qoşun hissələrinin iki tədris kursunu bitirmişəm: 
Qafqaz süvari tədris rotasının və ikinci süvari zabit məktəbinin kurslarını. Hər iki 
kursu da birincilər sırasında, mükafatla. 
Az müddət istefada olsam da, hərbi ruhda tərbiyə almış, həmişə də hərbi işlə 
maraqlanmış və hərbi ədəbiyyatı izləmişəm. Məhz buna görə də hərbi qulluğun 
müasir tələblərinə uyğun olaraq xidmət borclarını icra etmək bacarığına və lazımi 
qədər fiziki qüvvəyə malik olduğumu hiss edirəm. 
Qərargahın Azərbaycan korpusuna təqdim etdiyim xidmət dəftərçəmdə 
keçdiyim hərbi xidmət haqqında tam məlumat almaq olar. 
Zati-aliləri, Vətənin keçdiyi bu ağır vaxtda öz xalqıma xeyir vermək 
məqsədilə, bu, həm də mənim ailəmin zəifləmiş iqtisadi vəziyyətinin 
yaxşılaşmasına səbəb olardı. 


Xahiş edirəm, Azərbaycanın hər hansı hərbi idarəsində mənə general 
vəzifəsindən birini /nəzarət generalı və ya məiyyət generalı/ və yaxud Sizin 
məsləhət gördüyünüz vəzifəni həvalə edəsiniz
Sizin mənim haqqımda xeyirxah qərarınızı gözləyən bəndəniz GENERAL-
MAYOR ŞAHZADƏ ƏMİR KAZIM MİRZƏ QACAR”. 
1919-cu il uylun 9-da Azərbaycan ordusunda əla xidmətlərinə görə birinci 
artilleriya briqadasının komandanı, polkovnik şahzadə Məhəmməd Mirzə Qacara 
general-mayor rütbəsi verilmişdir. O, Baş Artilleriya İdarəsinin rəisi vəzifəsinə 
təyin olunmuşdur. 
Həmin illərin arxiv sənədləri ilə tanış olanda görürsən ki, polkovnik 
Sədrəddin Mirzə Qacar, rotmistr Rzaqulu Mirzə Qacar, Şuşada ikinci sahə pristavı 
Ərdəşir Qacar, kornet İdris ağa Qacar, Firudin bəy Mirzə Qacar, kornet Darab 
Mirzə Qacar və başqaları həmişə ön cəbhələrdə erməni daşnaklarına qarşı igidliklə 
vuruşmuşlar. 
Qarabağ uğrunda gedən döyüşlərdə danılmaz xidmətləri olan şahzadə-
general Məhəmməd Mirzə Qacar 1920-ci il yanvarın 24-də Baş Qərargah rəisi, 
general-leytenant Məmməd bəy Supkeviçə həyəcanla bildirirdi: 
“Xəbər verirəm ki, Qarabağ qubernatorluğunda ermənilər tərəfindən çox 
ciddi, demək olar ki, faciəli vəziyyət yaradılmışdır. Çox böyük və ciddi qüvvə 
lazımdır. Xankəndi qarnizonunun dəstə rəisini dəyişmək olmaz, əks halda yerli 
ermənilər Əskəran va Şuşanı tuta bilərlər. Ermənilər haqqında qəti tədbirlər 
görmək lazımdır”. 
Çox təəssüf ki, milli ordumuzda qulluq edən Qacarlar nəslinin çoxsaylı 
oğullarının həyatı faciə ilə bitmişdir. İyirminci ildə Azərbaycana soxulan daşnak-
bolşevik ordusunun rəhbərləri onların əksəriyyətini ölkədən didərgin salmış və 
güllələmişlər. General-mayor Əmənulla xan İrana, polkovnik Xosrov Mirzə 
Türkiyəyə, kornet Darab Mirzə Amerikaya, Tofiq və Ənuşirəvan Mirzə qardaşları 
isə Fransaya pənah apardılar. Üç yüksək rütbəli Qacar oğullarını - general Əmir 
Kazım xanı, polkovnik Sədrəddin Mirzəni və Məmməd Mirzəni bolşeviklər 
iyirminci ilin iyun ayında güllələdilər. 
 
* * * 
 
Sənətşünas Ziyadxan Əliyevin incəsənət tariximizdən bəs edən yazılarını 
maraqla oxuyuram. Hər dəfə görüşəndə özümüzdən asılı olmayaraq xeyli 
“dərdləşirik”, tapıntılarımız haqqında bir-birimizə məlumat veririk. Özümüzdən 
asılı olmayaraq, elə küçədə görüşdüyümüz yerdə yeni mövzularımız haqqında fikir 
mübadiləsi aparmaq həmişə ümumi işimizin xeyrinə olub. Bu dəfə də belə oldu. 
Ziyadxan söhbətarası dedi: 
 - Sən gərək ki, Qacarlarla maraqlanırsan? Eşitdiyimə görə onlardan nəsə 
yazmaq istəyirsən? 
- Hə, - dedim, - yazıram, amma oktyabr inqilabı, otuz yeddinci il Qacarları 
elə pərən-pərən salıb ki, bu nəslin ən yaxın adamını tapa bilmirəm. 



Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   157


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə