ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   18   19   20   21   22   23   24   25   ...   157

Dostum məni diqqətlə dinləyib bir an fikrə getdi. Mən gözlərimi ondan 
çəkmirdim ki, tanımadığım məlumatlı bir adamı nişan verəcək. Çünki dostumun bu 
məsələlərdə son dərəcə əliaçıq olmasına bələdəm. 
O, əlini cibinə salıb dəftərçəsini çıxartdı. İstədiyi səyifəni tapıb: 
 - Bu günlərdə - dedi, - bizim İncəsənət Muzeyinə bir ana gəlmişdi. Sözün 
düzü, Qacar familiyasını eşidəndə səni xatırladım. Telefonunu da yazıb 
götürmüşəm. Görüşsən yaxşı olar, bəlkə Mahrux xanım Qacarın sənə köməyi 
dəydi. 
Həmin gün Mahrux xanıma zəng elədim. Polkovnik Şahrux Mirzə Qacarın 
nəvəsi olduğunu söylədi. Qacarların bu gün bizim müasirimiz olan bəzi məşhur 
nəsillərlə qohumluq əlaqələri barədə dəyərli məlumatları ilk dəfə Mahrux 
xanımdan eşitdim. Görüşmək istəyimə məmnuniyyətlə razılıq verdi. 
Astanadan içəri keçəndə Mahrux xanım məni iki yaraşıqlı gənclə tanış etdi. 
Bir nənə kimi Kamran Qacarla və Darab Mirzə ilə fəxr etdiyini iftixarla söylədi. 
Davranışından, danışığından da duydum ki, bu nəvələr tərifəlayiqdirlər. Müxtəlif 
arxivlərdən Qacarlara aid topladığım fotoşəkillərə birgə baxırıq. Bizimlə birgə 
əyləşən sakit təbiətli iki gənclə fotoşəkildəki Qacarların oxşarlığına söz ola bilməz. 
Bu mehriban, iltifatlı ana isə dönə-dönə mənə təşəkkür edir ki, unudulmuş 
nəslimizin oğulları haqqında bu qədər şəkil və sənəd toplaya bilmişəm. 
Mahrux xanım doğrudan da öz nəsli haqqında çox şey bilir. Hətta babaları 
barədə hələ qurtarmadığım yazıdan bir səhv də tapdı. 
 Babam 
Şahrux Mirzə, -  dedi, - 1909-cu ildə Şuşada yox, 1915-ci ildə 
Cəbrayıl qəzasında vəfat edib, qəbri indi də ordadır. Şahzadə olduğuna və uzun 
müddət ordudakı nümunəvi xidmətinə görə istefaya çıxan babama Cəbrayıl qəzası 
Qafqaz canişini tərəfindən hədiyyə olub. Babamın dörd oğlu, üç qızı olub. Kamran 
Mirzə, Camal Mirzə, Darab Mirzə və Qəhrəman Mirzə. Qızları isə Fəxrisoltan, 
Tacülmülk və Nimtac xanım idi. 
Mən Kamran Mirzənin qızıyam. Atam doqquz il Uçkilsənin /Eçmiadzin/ 
bələdiyyə  rəisi  olub.  Əmim Darab Mirzə hərbçi idi: Peterburqda zadəgan 
balalarına   məxsus   hərbi   kadet   korpusunu bitirmişdir. Tiflisdə işləyirdi. 
- Mahrux xanım, aradan uzun bir zaman keçib.  Siz  çox  illərin,   hadisələrin 
şahidi olmusunuz. Xatirə dəftərinizə baxıram, maşallah, yadınızda çox şey qalıb.   
Şəxsiyyətlər, illər, bir də qeydləriniz maraqlıdır. 
 
- Düz deyirsiniz, yaddaşımdan şikayətim yoxdur. Uşaqlığımdan yaddaşıma 
həkk    olunan    1918-ci    ilin    yayıdır. Cəbrayılda yaşayırdıq. Atam Kamran 
Mirzə xidməti işi ilə əlaqədar Şuşaya getmişdi. O, Cəbrayıl qəzasının pristavı idi. 
Evdə anam, nənəm, Fərruxa bəyim və nökər-naiblər qalmışdı. Günortaya az qalmış 
şəhərin iki ağsaqqalı - Məşədi Sadıq və Məşədi İsmayıl əli Quranlı bizə gəldilər. 
Dedilər ki, Nuru paşa bir azdan  şəhərimizə  təşrif  gətirəcək. Şəhər camaatı belə 
qərara gəlib ki, Cəbrayılda ən varlı, abırlı ev sizinki olduğu üçün general Nuru 
paşanı qəbul edəsiniz. Baxmayaraqki, ağa evdə yoxdur... 
Şəhərin alaqapısı bəzənmişdi. Xalq Nuru paşanı tantənə ilə qarşıladı. O, otuz 
iki nəfərlik peçati ilə üç gün bizdə qonaq qaldı. Gedən günü anamın, nənəmin 
hüzuruna gəlib təşəkkür etdi. Nuru paşa məni qucağına alıb alnımdan öpdü, 


boynuma qızıl Quran keçirdi. Yavəri stolun üstünə bir dəst pul qoyanda anam 
etiraz etdi. Götürmədi: 
- Paşa həzrətləri, - dedi, - Siz bizim xalqın xilaskarısınız, inciməyin, paraya 
ehtiyacımız yoxdur. Təəssüf ki, evin ağası burada olmadı. Yəqin ki, o, Sizə 
Qarabağ kəhəri bağışlardı. Amma bir bacı kimi mənim kiçik töhfəmdən imtina 
etməyin, faytonunuza bir xalça qoydurmuşam... 
1920-ci ildə olan bir hadisəni də yaxşı xatırlayıram. Bolşeviklərin gələn 
vaxtı idi. Anam, nənəm və nökər-naiblərlə səkkiz araba yüklə Cəbrayıldan 
Horadizə qaçdıq. Atamgil bolşeviklərlə vuruşurdu. Əmim Darab Mirzə İranda idi, 
ordan atama xəbər göndərmişdi ki, kitabxanamı bolşeviklərdən xilas edin. Bolşevik 
əsgərləri bizi Horadizdə yaxaladılar. Arabaları boşaltdırdılar. Babamın qızıl 
şaşkasını, atamın üstü daş-qaşla bəzənmiş xəncərini və əmlakını aldılar. Əmim 
Darab Mirzə anadan olmağım münasibətilə Peterburqdan mənə üstü naxışlı, 
qotazlı, cilalanmış iki boz atla fayton göndərmişdi. Onu da bolşeviklər aldılar. Mən 
ağlamadım. Amma ayrıca bir faytona yüklənmiş ailə foto albomunu, babam 
Bəhmən Mirzənin əlyazmalarını, əmimin kitablarını ortalığa töküb yandıranda 
hönkür-hönkür ağladım. Mənim orda faytonçumuzla, dayəmlə, anam və atamla, ən 
başlıcası bir daha qayıtmayacaq faytonumda çəkilmiş şəkillərim yanırdı. Daşnak 
dığalarının və şişpapaq bolşeviklərin bağıra-bağıra odun dörd tərəfində 
oynamaqları indidə gözümün qabağındadır. 
- Mahrux xanım, aprel çevrilişindən sonra çoxsaylı Qacarların başı bəlalar 
çəkib. Tutulanı, sürgün olunanı, terrorla öldürüləni, bolşevik təzyiqinə dözməyib 
xaricə qaçanları çox olub. Bəs otuz yeddinin   bəd  illərində   necə, Sizin ailəyə 
təzyiq olubmu? 
- 1935-ci ilin payızında mənim adıma NKV-dən xüsusi çağırış vərəqəsi 
gəldi. Anamla quruyub qaldıq, çox ağır çağırış idi. Bunun arxasında gedər-gəlməz 
faciəsi dururdu. Səbrli, dəyanətli anam mənə hazırlıq gördü: isti paltar, yüngülvari 
yemək şeyləri hazırladı. Evimizdə başıpapaqlı bir kişi belə qalmamışdı. 
Səhər saat səkkizdə xüsusi şöbəyə qəbula getdim. Məni axşam saat səkkizə 
kimi komendaturada gözlətdilər. Saat səkkizdə silahlı bir nəfər gəlib “yığış gedək”, 
- dedi. Məni yarıqaranlıq bir dəhlizlə zəif işıqlı bir otağa gətirdi. Rəis saqqallı bir 
erməni idi. Qarşıma dörd fotoşəkil qoydu: atamın, əmim Darabın, Camalın və 
Qəhrəman Mirzə Qacarın şəkilləri idi. 
- Bunları tanıyırsanmı? - dedi. Bilmədim  nə deyim.  Necə deyim  ki, 
atamı, əmilərimi tanımıram. Nifrət və qeyrət hissi mənə güc gəldi. Niyə də danım, 
deyə fikirləşdim. Bir-bir adlarını dedim. Sonra qarşıma dörd-beş vərəqdə yazılmış 
bir siyahı qoydu. 
- Bunları, - dedi, əmin Darab Mirzə sənə vəsiyyt eləyib: İrandakı duz dağını, 
əmlakını və külli miqdarda pul və qızılını... 
Əmimin övladı yox idi, ona görə də varidatını mənə vəsiyyət eləmişdi. 
Saqqallı rəis: 
- Get, - dedi, - evdə məsləhət elə, götürün... 
 - 
Məsləhət yerim yoxdur, - dedim, bu qədər var-dövlət nəyimə lazımdı, 
bağışlayıram Sovet hökumətinə... 
Cavabımdan xoşu gələn rəis: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə