ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   19   20   21   22   23   24   25   26   ...   157

- Yox yerdən, - dedi, - şahzadə nəvəsi deyilsən, ağıllısan, buna söz yox... 
İndi gedə bilərsən. 
Gedər-gəlməz sürgünündən məni “səxavətim” xilas elədi. 
  
- Mahrux xanım, Azərbaycanda bir çox məşhur nəsillər olub. Qacarlar 
onların hansı ilə qohum idi? 
- Elə bir ziyalı nəsil yoxdu ki, bizim Qacarlar onlarla qohum olmasın. 
Nəslimizin nümayəndəsi neftçi Süleyman bəy Vəzirov zarafatla deyərdi ki, qarpızı 
da kəsirsən,   içindən  tum   əvəzinə   Qacar çıxır. Mənim bildiyimə görə, məşhur 
şairə Xurşud banu Natəvanın nəvəsi Ənbər xanım Bəhmən Mirzənin oğlu Fətəli 
Mirzənin arvadı olub. Yenə Natəvanın nəvəsi Ağbikə /general-mayor 
Mehdiquluxan Vəfanın qızı-Ş.N./isə general  Rzaqulu   Mirzənin   oğlu   Əkbər   
Mirzə Qacarda ərdə olub. 
Bəhmən Mirzənin böyük qızı Qızxanım, Məhəmməd Qasım ara Cavanşirin 
arvadı idi. İkinci qızı Zari xanım isə məşhur tibb alimi Kərim bəy Mehmandarovun 
həyat yoldaşı olub. Onun da nəvəsi məşhur neftçi-alim Süleyman Vəzirov idi. 
Xurşid xanım Qacar isə məşhur alimpedaqoq, Qori Seminariyasının müəllimi 
Səfərəli bəy Vəlibəyovun arvadı idi.. 
Heydərqulu Mirzə Qacarın qızı Rəhimə xanım məşhur maarifçi Bədəlbəy 
Bədəlbəyovun həyat yoldaşı idi. Onların da oğlanları Əfrasiyab və Şəmsi 
Bədəlbəylilərdir. 
Kazım Mirzənin oğlu Darab Mirzə, yəni mənim doğma əmim Amerikada 
mühacirətdə olanda məşhur bir fransız ailəsinin qızı ilə evlənib. Onun da qızı 
hazırda xaricdə yaşayır. Qacar soyadı ilə. 
 - 
Məlum məsələdir ki,  aradan yüz ildən çox bir vaxt keçir. Çox sağ olun ki, 
Qacarlar sülaləsi haqqında bəzi faktları açıqlamaqda mənə yaxından kömək 
etdiniz. Mahrux xanım, bunları kimdən, hansı mənbədən öyrənmisiniz? 
- Əvvəla, mən bütün bunları özümə borc bilirəm. Və belə düşünürəm ki, hər 
kəs öz nəslinin, öz xalqının tarixini bacardığı qədər öyrənməlidir. Yoxsa biz quru 
yerdə qalarıq. Bunu mən balalarıma, nəvələrimə tövsiyə edirəm. 
Sonrası da ulu babam Bəhmən Mirzənin sonuncu - on altıncı arvadı Afərin 
xanım uşaq vaxtı mənə çox şeylər danışıb. O, yüz altı yaşında Bakıda vəfat etdi. 
Nəql edərdiki. Bəhmən Mirzə Şuşaya köçəndən sonra şəhər əhalisi ilə daha yaxın 
olmaq üçün bir qəssabın Püstə adlı qızına evlənir. Lakin Püstə adı şahzadəyə layiq 
olmadığına görə dəyişib Afərin xanım edir. Nəslimiz haqqında çox şeyləri mənə 
anam Mahbəyim xanım da danışıb. O, Tiflisdə gimnazyda oxumuşdu, dörddil 
bilirdi: fars, ingilis, Azərbaycan və rus dillərində sərbəst danışar və yazıb oxuyardı. 
Mənim ali təhsilli həkim olmağımın səbəbkarı da anam olub. 
Bir Faruq bəyim adlı bibim vardı. O, müdriklər müdriki idi. Əvvəlcə Tiflisdə 
Qızlar İnstitutunu, sonra da Peterburqda Xarici Dillər Ali Kurslarını bitirmişdi. 
1920-ci ildə Faruq bəyim Qacar Tiflisdəki Şeyx Nizami adına müsəlman ali ibtidai 
məktəbində nəğmə və fransız dili müəllimi idi. Ondan da çox şeyləri öyrənmişəm, 
görüb-götürmüşəm. 
 - 
Sizdə ulu babanız şahzadə Bəhmən Mirzə Qacarın bir yadigarı varmı? 
- Var. Bir nəticə kimi onları əzizləyib saxlayırdım. Amma bəzi qiymətli 
yadigarlarını Azərbaycan Tarix Muzeyinə vermişəm. Ötən əsrin fransız səyyah-


rəssamının çəkdiyi “Şahənşahi İran-ibni səltənəti Azərbaycan” portretini muzeyə 
təqdim etmişəm. Portretdə babam şahzadə Bəhmən Mirzə Qacar təsvir olunub. 
Sonra babamın xəzinəsindən çıxan qızıl sapla tikilmiş süzənini, kəşkülü, tirmə şalı, 
əbrə şalı və başqa hədiyyələri muzeyə hədiyyə elədim ki, qoy xalqın malı olsun, 
xalq görsün. 
Vidalaşdım Mahrux xanımla. Yol boyu nələr düşündüyümü təsəvvür eləmək 
çətindir. Bütün varlığımla bu səmimi, ziyalı anaya minnətdar oldum ki, xələf kimi 
adlı-sanlı sələflərinin bioqrafiyasını gələcək nəsil üçün yaşadır. Amma bir şeyi də 
acı təəssüf hissi ilə xatırladım. Xatırladım ki, Dikkens, Viktor Hüqo, Fydor 
Dostoyevski kimi klassiklər səfillərin, qumarbazların həyatını yazırdılar. Leskov 
qaraçıların həyatını öyrənmək üçün on ildən çox qaraçılarla gəzib dolaşdı, vardan 
yoxdan çıxdı. Axırda dədə-baba mülkünü də satdı. Maksim Qorki bir qarnı ac, bir 
qarnı tox Rusiyanın geniş çöllərini dolaşıb rus muciklərinin həyatını öyrənib onları 
qələmə aldı. Amma biz xalqımızın hərb, mədəniyyət, maarif tarixində danılmaz 
xidmətləri olan ayrı-ayrı nəsillərimizin bioqrafiyasını yazmağı indiyədək 
düşünməmişik. Düşünməmişik ki, soykökündün ayrılmaq öz tarixindən 
uzaqlaşmaq, özünü tanımamaq deməkdir. Bu, Qacarlar soykökünün yox
Azərbaycan tarixinin bir səhifəsidir. 
Bu famili daşıyan oğullar, qəvi düşmən torpağımıza göz dikəndə qılıncını 
qurşayıb, kəhər atına sıçrayıb harayımıza gəlib, köməyimizə çatıb. Tariximizin 
dərin qatlarından gələn bir səs deyir ki, bu soykökün Şahverdi xan Ziyadoğlu 
/1552-ci illərdə yaşayıb/, İmamquluxan Qacar, Budaq xan Qacar, Qara Piri bəy 
Qacar, Fətali şah, Abbas Mirzə, Ağa Məhəmməd şah Qacar, Cavad xan 
Ziyadxanoğlu kimi igidləri olub. Bütün fəaliyytəri boyu istər Abbas Mirzə, istərsə 
də Cavad xan ruslarla muharibələr aparıb, ruslara düşmən kəsilib. Cavad xan 
Gəncə uğrunda döyüşlərdə igidliklə həlak olandan sonra Qafqazda gürcü 
korpusunun komandanı təyin edilən general-markiz Filipp Pualiççi 1812-ci il 
fevralın 20-də öz rəqibi şahzadə Abbas Mirzəyə belə bir məktub göndərmişdir: 
“Gürcüstanı və ona bitişik vilayətləri idarə etməyə başlarkən mən 
Yelizavetpolda /Gəncədə - red./ mərhum Cavad xanın qohum-əqrəbasına rast 
gəldim. Öz vətəninə layiqincə xidmət edən adamları sevdiyim üçün Cavad xana 
haqq qazandırıram. O, şəhəri müdafiə edərək, qəhrəmanlıqla həlak olmuşdur. 
Mənim Cavad xana olan dərin hisslərimi və xüsusi hörmətimi nəzərə alaraq onun 
nəslindən olanların hamısına azadlıq verdim ki, İrana köçsünlər”. 
XIX əsrin məşhur hərb tarixçisi, tam artilleriya generalı, akademik Nikolay 
Dubrovin ömrü boyu Qafqaz və Krım müharibələrinin tədqiqatı iləməşğul olub. Bu 
mövzularda silsilə əsərlər müəllifidir. O yazır: 
“Cavad xan son dərəcə fəndgir və qisasçı, həmçinin ağıllı, hazırcavab və 
sərt, sözü ötən, çevik, siyasətçi, hər məqamda çətin vəziyyətdən çıxmağı bacaran 
bir şəxsiyyət idi”. 
Bu, iki eloğlu sərkərdəmizin mərdliyi haqqında düşmən etirafı deyilmi?  
Bizim isə bunları unutmağımız, yazmamağımız ən azı milli-xəlqi 
ətalətimizdir... 
 
QACARLAR NƏSLİNDƏN 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə