ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.

səhifə24/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
1   ...   20   21   22   23   24   25   26   27   ...   157

OLAN  ŞAHLAR 
 
1. AĞA MƏNƏMMƏD ŞAH QACAR  (təv.  1742-1797, şahlığı: 1796-1797) 
2. FƏTƏLİ ŞAH QACAR 
 
     (təv.  1766-1834, şahlığı:  1797-1834) 
3. MƏHƏMMƏD ŞAH QACAR  
     (təv: 1807-1848, şahlığı: 1834-1848) 
4. NƏSRƏDDİN ŞAH QACAR  
     (təv.   1831-1896, şahlığı:  1848-1896) 
5. MÜZƏFƏRƏDDİN ŞAH NƏSRƏDDİN OĞLU QACAR 
      (təv.  1853-1907, şahlığı:  1896-1909) 
6. MƏNƏMMƏD ŞAH MÜZƏFƏRƏDDİN OĞLU QACAR 
      (təv.  1872-1925, şahlığı: 1907-1909) 
7. ƏHMƏD ŞAh QACAR  
 
     (təv.  1897-1925, şahlığı: 1909-1925). 
  
 
ŞAHZADƏ XOSROV MİRZƏ  
QACAR 
 
Qriboyedovun Tehranda qurbani  - cəhalət 
olması münasibətilə barayi üzrxahi 
Peterburqa qədər getmiş Xosrov Mirzədir 
ki, bu hərəkəti ilə Fətəli şahı ruslarla 
bir üçüncü hərb balasından xilas etmişdir. 
 
Əlibəy HÜSEYNZADƏ, 
professor. 
  
“Qacar sulaləsinin sərkərdələri”  adlı yazımı  yenicə bitirmişdim. Amma 
nədənsə, onu dərc etdirməyə tələsmirdim. Hər axşam işdən qayıdanda yazını 
yenidən vərəqləyir, elə-belə oxuyurdum. Daxili bir hiss mənə deyirdi ki, yazı 
bitməyib. Belə köklü-budaqlı nəslin hələ təqiq olunmamış çox oğulları var. 
Günlərin birində yolumu yenə Əlyazmalar İnstitutunun arxivindən saldım. Əslində, 
bu, ümidsiz bir gəliş idi. Harada, nəyi axtarmaq haqqında xeyli düşünüb-daşındım. 
Belə qərara gəldim ki, foto-arxivdən başlayım. Fotoşəkillərin muhafizə olunduğu 
kartotekaları bir gün axşama kimi ələk-vələk elədim. Lap sonuncuların arasında 
şahzadə Xosrov Mirzəyə məxsus fotoşəkil olduğu göstərilirdi. Şəkli sifariş verib 
evə qayıtdım. Səhərisi onu sənətkar dostum Seyfəddindən aldım. Yaraşıqlı cavanın 
təsvir olunduğu şəklin altında fars və ingilis dilində yazı vardı: “Şahzadə Xosrov 
Mirzə Qacar”. Akvarellə çəkilmiş bu nadir şəkil çox yaxşı saxlanmışdı. Yaraşıqlı 
cavan gözəl geyimdə o qədər məharətlə təsvir olunmuşdu ki, adam baxdıqca 
baxırdı. 
Uzun axtarışlardan sonra öyrənə bildim ki, akvarel-şəkli 1829-cu il avqustun 
12-də məşhur rus rəssamı Pyotr Karatıgin Peterburqda çəkib. Şahzadə Xosrov 
Mirzə bunun üçün rəssama qızıl tütün qutusu bağışlayıb. Bu barədə rəssam İvan 
Kramskoyun məşhur messenat Pavel Tretyakova məktubunda məlumat var. 
Vəlihəd Abbas Mirzənin yeddinci oğlu şahzadə Xosrov Mirzə, Bəhmən 
Mirzənin böyük qardaşıdır. Peterburqun kübar cəmiyyətinin dvoryan qadınları və 


qrafları xatirələrində qeyd edirlər ki, I Nikolay dövründə belə hörmətlə qarşılanan 
ikinci şərq qonağı olmayıb. A.S.Puşkinin müasirləri, yaxın dostu qrafika Anna 
Olenina 1829-cu ildə gündəliyində yazır: “Avqustun onunda şahzadə Abbas 
Mirzənin oğlu, İran şahzadəsi Xosrov Mirzə Peterburqa gəldi. Mən sarayda onun 
təntənəli qəbulunda oldum. Şahzadə çox cavan və hədsiz dərəcədə gözəl bir igid 
idi”. 
İyirmi üç yaşlı şahzadənin gözəlliyinə valeh olan A.Olenina həmin il 
avqustun on yeddisində gündəliyində yazır ki, qraf Potoskinin sarayında 
şahzadənin şərəfinə böyük bal-ziyafət təşkil olundu. Mən qeyri-adi, rəng - bərəng 
geyimimlə şahzadəni və onun heyətini valeh etmişdim... 
Şərq    kişilərinə    məxsus    hədsiz gözəlliyi olan şahzadə Xosrov Mirzə rus 
qrafinyasının varlığını ovlamışdır. Gündəlikdəki tərif dolu sətirləri oxuyanda istər-
istəməz A.S.Puşkinin anası Nadejda    Osipovnanın    1834-cü   ildə Abbasqulu ağa 
Bakıxanov haqqında yazdığı  məktublar yada düşür. Bakıxanov da Peterburqun 
zadəgan cəmiyyətinin qraf və qrafinyalarını   özünün  yüksək  savadı, gözəl 
davranışı, yaraşıqlı qaməti ilə heyran qoymuşdu. 
Nadejda Osipovna Varşavada yaşayan qızı Olqaya yazırdı: “Abbasqulu ağa 
sənin məktubunu almağımızdan bir neçə saat sonra gəlib özünü bizə təqdim etdi: 
nə qədər gözəl adamdır, elə yaxşı müsahibdir ki... Onun davranış ədalarını çox 
sevirəm, ondan son dərəcə xoşum gəlir. Onu bizə göndərdiyin üçün sənə təşəkkür 
edirəm... 
  
...Abbasqulu ağa bizdə nahar edir. O, elə mehriban, gülərüz və xeyirxah 
adamdır ki, sanki biz onunla köhnə dostlarıq. ... Abbasqulu ağa çox nəzakətlə 
bizimlə vidalaşdı.   O,   məni   bir   neçə   dəfə qucaqladı...   Mən  onu  səmimi   
qəlbdən sevirəm. O, həqiqətən çox yaraşıqlı və şübhəsiz,   sənin   bizə  təsvir   
etdiyin kimidir.  Mən onunla birlikdə olanda özümü çox sərbəst hiss edirdim". 
Milliyyətcə azərbaycanlı olan İran şahzadəsi Xosrov Mirzə Qacar 1829-cu  
ildə Peterburqa nə üçün getmişdi? 
“Onun   istedadı   və   təcrübüsi   ilə tanış olduqdan sonra mən əmin oldum 
ki, Qriboyedov elə bir hərəkət etməz ki, hökumətlərimiz  arasında yaradılmış xoş   
əlaqələrə   xələl   gətirə   bilsin. Lakin məndə Qriboyedovu müşayiət edən 
adamlara   qarşı   bu   inam   yoxdur.   Bu adamların dini və əhval-ruhiyylərində 
düşmənçilik görürəm və bu, məni çox qorxudur. Qriboyedovu başa salın ki, bu 
adamları tabeçiliyində möhkəm saxlasın. Qriboyedovun yəqin xatirində qalıb ki, 
mən bir neçə il bundan qabaq ondan xahiş etmişdim ki, Dadaş bəyi /Vasili 
Dadaşyan - Ş.N./geri çağrsın. O, Təbrizdə camaatı çox incidir. Rüstəm bəy 
/Rustom Becanyan - Ş.N./də çox əzazil adamdır. Mən çox qorxuram ki, bu və 
bunlar kimi başqa adamlar cənab Qriboyedovu acınacaqlı çəkişmələrə və 
çaxnaşmalara cəlb edələr. 
 
Şahzadə Abbas Mirzə”. 
 
Min səkkiz yüz iyirmi doqquzuncu il, yanvarın otuzunda gecə saat ikidə 
Tehrandakı rus səfarətxanasına bir kişi və iki çarşablı qadın gəlir. Bivaxt 
“qonaqlar”, “şəxsən vəziri-muxtara aid sözümüz var”, deyib durdular. Çarəsiz 



Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   157


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə