ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   22   23   24   25   26   27   28   29   ...   157

- Milliyyətcə erməni olan Xacə Yaqub Mirzə xəzinəmdən varidatımın 
yarısını oğurlayıb aparıb, - dedi. Siz isə caniyə, oğruya sığınacaq vermisiniz. O 
qaytarılmalıdır və haqlı cəzasını almalıdır. Vəssalam! Cənab vəziri-muxtar, sabah 
dan ağarana qədər sizə və sizin yanınızda qeyri-qanuni sığınacaq tapmış üç qaçqına 
vaxt veririk, qayıtmasalar, başqa tədbirə əl atmalı olacağıq, Xüsusilə, Allahyar 
xanın hərəmxanasından olan iki qadına verdiyiniz sığınacağa görə xalqın narazılığı 
son dərəcə gərginləşib. 
Verdiyi vaxtı həyəcanla gözləyən Fətəli şah rus səfarətxanasından heç bir 
xəbər-ətər çıxmadığını görüb Tehranı təntənəsiz tərk etdi. O, şəhərin 
yaxınlığındakı gözəl ab-havası ilə məşhur olan Nəva qəsəbəsinə “istirahətə” getdi. 
Hər şeyi sarayda böyük nüfuza malik olan kürəkəni, ruslara qatı nifrətilə ad-san 
qazanmış sədr-əzəm Allahyar xana tapşırdı. Allahyar xan Tehranın din xadimlərini 
qəzavata çağırdı. Məscidlər, bazarlara və əhalinin yaşadığı gur yerlərə carçılar 
göndərdi. Atlı carçılar haray salıb elan elədilər ki, rus səfarətxanasında bir dəstə 
müsəlman qadını əsir alınıb gizlədilmişdir. Onları Rusiyaya aparıb zorla xristian 
dinini qəbul etdirəcəklər. Hətta rus xəfiyyəsinin fitvası ilə Xacə Yaqub Mirzə, 
Fətəli şahın xəzinəsindən qızıl və daş-qaş da oğurlayıb aparıb. 
Gavurlardan yanıqlı olan tehranlılar rus səfarətxanasına təraf axışmağa 
başladılar. Adamlar əllərinə keçən nə vardısa özlərinə yaraq eləmişdilər: kimi 
tüfəng, kimi xəncər, kimi də daş və ağacla silahlanmışdı. 
Seyidlər, üləmalar şəhər müctəhidi Hacı Mirzə Məsihin tapşırığı ilə Tehranın 
Cami məscidinə yığışdılar. Buraya ətraf kəndlərdən də gələnlər vardı. Getdikcə 
artan izdiham dəstə-dəstə səfarətxanaya tərəf axışırdı. Arasıkəsilməz “Allah! 
Allah!” səsləri şəhəri bürümüşdü. Onları süvari sərbaz dəstələri dayandıra bilmədi. 
Sarayın baş eşikağası Manuçar xan
19
 bacısı oğlu Solomon Melikovu bir 
dəstə şah süvarisi ilə izdihamı dağıtmağa göndərdi. O, bacısı oğluna tapşırmışdı ki, 
rus səfirliyindən Xacə Yakov Markaryanı nəyin bahasına olursa-olsun xilas edib 
gətirsin. Onda ixtişaş yatırılar və Qriboyedov xətadan xilas olar. 
Lakin artıq gec idi. Kükrəyən izdiham erməni Solomon Melikovu tanıyan 
kimi ona hücum edib atdan saldılar. Döyə-döyə sürüməyə başladılar. Aldığı ağır 
zərbələrdən Solomonovun meyiti küçədə ayaqlar altında qaldı. 
Az sonra şəhərdə qalxan iğtişaş barədə səfirə xəbər verdilər, hadisənin 
fəlakətlə nəticələnəcəyindən qorxuya düşən məmurlardan biri qayğıkeşliklə: 
- Aleksandr Sergyeviç, - dedi, - qaragüruhçuların   qarşısına   çıxmaqdansa, 
erməni kilsəsinə çəkilib sığınmaq lazımdır.  Gələnlərin əksəriyyəti din xadimləri və 
onların əsabələridir. Biz oraya sığınsaq yaxın düşməzlər, ona görə ki, kilsə gavur 
yuvasıdır, müsəlman adətincə murdardır. 
İkincisi də kilsənin toxunulmaz olduğunu bizdən də yaxşı bilirlər. 
Qriboyedov isə qəti etirazını bildirdi: 
                                                 
19
 
Маnuçаr Yеnikоlоpоv Тifliс еrmənisi idi. 1804-cü ildə gеnеrаl Sisiаnоv Irəvаnа hücum еdəndə gürcü sırаvi dəstəsində 
döyüşərkən irаnlılаrа əsir düşmüşdü. О dа Yаkоv Маrkаryаn kimi Тəbrizə gətirilib ахtаlаnmışdı. Sаrаy Hərəmхаnаsındа qulluq 
еdən Маnuçаr tеzliklə əyаnlаrın hörmətini qаzаnıb, yüksək vəzifələr tutmuşdu. 1815-ci ildə isə Fətəli şаhın хüsusi hörmət və 
еtimаdını qаzаnаn еrməni Маnuçаr Yеnikоlоpоv sаrаyın birinci nаziri оlmuşdu. 1820-ci ildə şаhın ən sаdiq аdаmı Маnuçаr 
zənginliyi ilə məşhur оlаn Gilаn vilаyətinə cаnişin təјin еdilir. Irаn dövlətinin ən еtibаrlı аdаmı /şаh оnа Мötəmədiddövlə rütbəsi 
vеrmişdi/ kimi Маnuçаr Yеnikоlоpоv Тürkmənçаy sülh müqаviləsini imzаlаyаnlаrdаn biri оlmuşdur - müəl. 
 


 
- Bu sığınacaq mənə ömürlük ləkə olar, - dedi. - Cənablar, mən böyük rus 
imperiyasının səlahiyyətli vəziri-muxtarıyam, mənə kilsədə gizlənmək ar olar. 
Sonra da kinayə ilə: - kimə canı əzizdirsə, erməni kilsəsinə pənah apara bilər...    
Hər   halda   gələnlərin   bir başçısı var ki... Ona başa salarıq, o da kütləyə ərzi-
halını bildirər, - dedi. 
Səfirin bu qısa, alovlu nitqindən sonra erməni kilsəsinə sığınmağa heç kəsin 
cəsarəti çatmadı. 
Getdikcə yaxınlaşan uğultu artıq qonşu həyətlərdən eşidilirdi. Qızışmış kütlə 
“ya Əli, kömək ol!”, “Cihad”, “yahu, yahu, gavur itlərinə ölüm!” harayı ilə 
səfarətxana darvazasını daşa basırdılar. Birdən onlar darvazanı sındırıb hay-həşirlə 
həyətə soxuldular. Ayaq saxlayıb gavurlarla üzbəüz durdular. Başı əmmaməli 
şeyxlər, mollalar irəli yeriyərək həyətə tüpürüb lənətlədilər. 
   Bir səslə: 
- Yahu, vurun bu gavurları! - deyib qışqırdılar. 
 
* * * 
 
 
 
SƏFİRİN ERMƏNİ 
HİMAYƏÇİLİYİ 
 
Bu cəsarətli şahzadnin xeyrxahxah və  mərd xasiyyəti vardır, Abbas 
Mirzənin nişan atmaqda, at çapmaqda tayı yoxdur. At qova-qova o,  tüfəng, yaxud 
oxla ov vurur, hətta havadakı vəhşi quşları sayırdı.   Doğrudan  da   etiraf   etmək 
lazımdır    ki,    iranlılar    haqqında Kezenofonun dediyi xasiyyətlər hamısı bu igid 
şahzadədə toplanmışdır. 
 
Jak MORİS, 
 İngiltərənin Tehrandakı  
səfirinin müavini. 
 
 
Rus və İran tədqiqatçılarının yazdığına görə Fətəli şahın tədbiri tamamilə 
tərsinə alınmışdı. Onun da günahını Allahyar xanın ruslara nifrətində görürlər. 
Səfarətxanaya basqını təşkil edən şah belə qərar veribmiş ki, camaat vəziri-muxtar 
Qriboyedova toxunmasın. Onlar ancaq Xacə Yaqub Mirzəni, onun apardığı 
qızılları, ləl-cəvahiratı və iki erməni qadınını tələb edib geri alsınlar. Bundan sonra 
şah onları özü cəzalandıracaqdı. Şahın fikrincə, rus imperatoru I Nikolay isə 
Qriboyedovu bu səhv hərəkətinə görə geri çağırıb cəzalandırmalı idi. 
Beləliklə, vəziyyət gözlənilməyən bir şəkil almışdı. “Yahu” - deyib hücum 
edən camaat səfirliyin əlli üç nəfər işçisini daşqalaq edib öldürmüşdü. Yalnız üç 
nəfər salamat qalmışdı: Qriboyedovun birinci katibi İvan Maltsev, kuryerlər 
Arutyun Qazaratov və Ambarsum. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə