ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   27   28   29   30   31   32   33   34   ...   157

Qriboyedovun faciəli ölümünün səbəbkarı şah sarayının xəzinədarı erməni Yakov 
Markaryan və ştabs-kapitan Məlik Şahnazaryandır. Allah eşqinə, yalvarıram sizə, 
qraf, mənim yanımda şahzadə haqqında pis fikirlər söyləməyin.Özünüz 
şahidsinizki, əlahəzrət imperator onu necə lütfkarlıqla qəbul etdi. İranın bütün 
günahlarını ona bağışladı. 
 - 
Şahzadə isə əvəzində dünyanın ən qiymətli almazlarından birini Rusiyaya 
hədiyyə etdi. 
 
- Siz  muzey  eksponatı  olacaq soyuq almazı  görürsünüz.  Siz  necə də daş 
qəlblisiniz,  İlahi,  amma şahzadənin gözəlliyini yox, - deyib qrafinya Olqa 
Lixarayeva sakit addımlarla müsahibindən uzaqlaşdı... 
1829-cu ilin sonuna kimi Peterburqda qonaq olan şahzadə Xosrov Mirzə 
Qacar bütün ali dairələrdə beləcə məhəbbətlə sevilirdi. Otuzuncu ilin əvvəllərində 
Tiflisə   gələn şahzadə  sağ-salamat Vətəni İrana qayıtdı. O, 1875-ci ildə, altmış   
doqquz  yaşında   vəfat   etdi. Şahzadə 1806-cı ildə anadan olmuşdu. Vəliəhd 
Abbas Mirzənin kəniz arvadından olan şahzadə Xosrov Mirzə Qacar rus - İran 
əlaqələri tarixində həmişə məhəbbətlə   xatırlanır   və   yenə   də xatırlanacaqdır. 
 
10 mart 1992-ci il. 
  
 
 
GENERAL - LEYTENANT 
ƏRƏBLİNSKİ 
 
Min doqquz yüz ikinci il,  yanvarın üçündə Dərbəndin qədim Qırxlar 
qəbiristanlığında istefada olan general-leytenant Balakişi Əlibəy oğlu Ərəblinskini 
əsgəri şərəflə dəfn etdilər. Bu, Qafqazın müsəlman əhalisindən Rusiyada ilk ali 
hərbi təhsil alan Azərbaycan oğlu idi. 
Həmin gün general-leytenantı Dərbənd əhalisi, Abxaz, Samur, Abşeron və 
Şirvan süvari alayının əsgərləri şərəflə son mənzilə yola saldılar. 
  
Tam əlli il rus ordusunda nümunəvi xidmət edən general-leytenant Balakişi 
Ərəblinski 1828-ci ildə Zaqatalanın Tala kəndində anadan olmuşdur. Mahal rəisi 
Əlibəyin ailəsində böyüyən Balakişi Peterburqdakı birinci dərəcəli kadet 
korpusunu 1848-ci ildə müvəffəqiyyətlə bitirib kornet rütbəsi almışdır. Müxtəlif 
hissələrdə qüsursuz xidmət edən Ərəblinski çox gənc yaşlarında, podpolkovnik 
rütbəsində briqada komandiri kimi məsul vəzifəyə irəli çəkilmişdir. Sonralar 
diviziya komandiri olan general-leytenant Balakişi Ərəblinski əlli illik xidmətində 
o vaxt Rusiyada olan bütün yürüş və döyüşlərdə iştirak etmişdir. 
Hələ 1848-49-cu
21
 illərdə Vilaqoş qalası uğrunda gedən ağır döyüşlərdə 
həmyerlimiz kapitan Ərəblinski də mərdliklə vuruşaraq “Birinci dərəcəli müqəddəs 
Stanislav” ordeni ilə təltif olunmuşdur. 
                                                 
21
 
1849-cu ildə Маcаrıstаnda Аvstriyа hökmrаnlığınа qаrşı inqilаbi üsyаn оlmuşdur. Həmin üsyаn zаmаnı rus impеrаtоru 
Nikоlаy, Аvstriyа impеrаtоru Frаns Iоsifin хаhişilə оrаyа хеyli qоşun göndərərək qəhrəmаn mаcаr хаlqının öz milli аzаdlığı 
uğrundа mübаrizəsinin аmаnsızcаsınа yаtırılmаsınа kömək еtmişdir - müəl. 
 


Balakişi Ərəblinskinin ikinci böyük yürüşü 1854-cü ildə Rusiyanın Xivə 
xanı ilə apardığı müharibədə olmuşdur. Bu hərbi səfərdə mayor Ərəblinski general 
Lazerevin ordusunda vuruşurdu. 
Bu illərdə Qarabağ süvari dəstəsinin tərkibində general-leytenant Fərəc bəy 
Ağayev, Azərbaycan süvari briqadasında general-mayor İsmayıl bəy Qutqaşınlı, 
Mənsurağa Vəkilov, ikinci süvari Azərbaycan alayının komandiri, polkovnik 
İsrafil bəy Yadigarov, podpolkovnik Cəfərağa Əlibəyağa oğlu, general-mayor 
Cəfərquluağa Bakıxanov, dördüncü İrəvan süvari batalyonunun komandiri mayor 
Ağasıbəy Afşarov (1883-cü ildən general-mayor olub - Ş.N.), mayor Firudin bəy  
Vəzirov (1877-1818-ci illər Rusiya Türkyə müharibəsində general-mayor 
rütbəsi alıb-Ş.N.) və başqa həmyerlilərimiz qorxmaz döyüşçü, bacarıqlı komandir 
kimi tanınırdılar. 
1853-56-cı illərda Krım müharibəsində dörd süvari alayında mindən çox 
azərbaycanlı əsgər və zabit vuruşurdu. Onlardan biri də Balakişi Ərəblinski idi. Bu 
müharibədə podpolkovnik Ərəblinski göstərdiyi igidliyə görə üstü yazılı qılınc və 
“Müqəddəs Anna” ordeni ilə təltif olunmuşdu. 
Balakişi Ərəblinskinin iştirak etdiyi sonuncu müharibə 1877-1878-ci 
illərdəki Rusiya-Türkiyə müharibəsi idi. Görkəmli sərkərdə 21-ci piyadalar 
diviziyasının briqada komandiri kimi yüksək vəzifəyə təyin olunmuşdu. 
Qısamüddətli döyüşdə göstərdiyi qeyri-adi igidliyə və əvəzsiz komandirlik 
fəaliyyətinə görə həmyerlimiz Balakişi Ərəblinski general-mayor rütbəsinə layiq 
görülmüşdü. 
1898-ci ildə istefaya çıxan general-leytenant Balakişi Ərəblinski Dərbəndə 
qayıtmış, ömrünün axırına kimi orada yaşamış, imperator tərəfindən ona hədiyyə 
olunan torpaq sahəsinə başçılıq etmişdir. Yerli əhali arasında gözəl insani 
keyfiyyətləri ilə hədsiz hörmət qazanmış general-leytenant Balakişi Ərəblinskinin 
şərəfinə adlandırılan Dərbənd yaxınlığındakı qəsəbə və stansiya indi də onun adını 
daşıyır. 
1902-ci il 20 yanvar tarixli nömrəsində “Kaspi” qəzeti general-leytenant 
Balakişi Ərəblinskiyə həsr etdiyi nekroloqda yazırdı: “Mərhum təbiətən humanist 
idi. Rütbəsindən və milliyyətindən asılı olmayaraq, çətin anlarda həmişə hamının 
kömyəinə gəlir, həyatda özünü çox səda aparırdı. Rəis kimi xidməti işdə tələbkar 
olsa da, ədalətli idi. Tabeliyində olanlara qayğı ilə yanaşırdı. Buna görə də ən aşağı 
rütbəlilər belə onu ata kimi sevir, hörmət edirdilər.Onun diqqəti cəlb edən 
keyfiyyətlərindən biri də qonaqpərvərliyi idi.  
General-leytenant Balakişi Ərəblinskinin dəfn mərasimində iştirak edənlərin 
hədsiz çoxluğu ona olan xalq məhəbbətinin əyani təzahürüdür. Onun evindən 
qəbiristanlığa qədər uzanan yol mərhuma son borcunu vermək məqsədi ilə tabutu 
müşayiət edənlərlə dolu idi”. 
General-leytenant Balakişi Ərəblinskinin iştirak etdiyi müharibələr haqqında 
indiyədək onlarla elmi, bədii əsərlər yazılıb. Ancaq nədənsə general Ərəblinskinin 
adı bu müharibəyə aid nə elmi, nə də bədii əsərlərdə heç olmasa bir dəfə də 
çəkilmir. Tədqiqatçı və tarixçilərimiz onun haqqında heç bir məlumat verməyiblər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə