ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   28   29   30   31   32   33   34   35   ...   157

İlk dəfə mənə general Ərəblinski haqqında söhbət açan Azərbaycan Dövlət Tarix 
Muzeyinin elmi işçisi Nərmin xanım Tahirzadə oldu. Onun nəvələrini tapmaqda da 
Nərmin xanım köməyimə çatdı. 
Hazırda general-leytenant Ərəblinskinin iki nəvəsi Bakıda yaşayır. Montin 
qəsəbəsində yaşayan qız nəvəsi Fatma xanım, general babası dünyadan köçəndən 
iki il sonra anadan olub. Fatma xanımın dediyinə görə, babasının mənsub olduğu 
Ərəblər məhəlləsi Zaqatalada indi də durur. 
Fatma xanımda generalın cəmi iki şəkli, bir də generalın qızı Sona xanım 
Ərəblinskayanın bacısı Nurcahana atasının xəstəliyi və ölümü haqqında yazdığı 
qısa bir məktubu saxlanılır. 
“Noyabrın iyirmisində sarılıq xəstəliyinə tutuldu, az sonra sağaldı və 
bədbəxtlikdən yenidən çiban çıxartdı. Dekabrın ikisində təşrih edib yaranı kəsdilər. 
Yaranın yerini qızmar dəmirlə xlorofomsuz dağladılar. Atamız yaşlı olduğuna görə 
xlorofomdan istifadə etmək olmazdı. Operasiyadan sonra özünü bir qədər yaxşı 
hiss etdi. İyirmi gündən sonra əhvalı birdən-birə pisləşdi və keçindi. 
Min doqquz yüz ikinci il yanvarın ikisində dəfn olundu. Müxtəlif polklardan 
zabitlər, deputatlar gəlib anamıza başsağlığı verdilər. 
Evimizin qabağı adamla dolu idi. Sonra matəm musiqisi çalındı. Küçələrdə 
adam əlindən güclə tərpənmək olurdu”. 
General-leytenant Ərəblinskinin ikinci nəvəsi Həyat xanım Abdullayevadan 
isə onun çox qısa tərcümeyi- halını öyrənə bildim. 
Bir dafə Azərbaycan Dövlət Tarix Muzeyinin inqilabaqədərki sərgi 
guşəsində bir portret gördüm. Orada meşin divanda əyləşən Bakı milyoneri Hacı 
Zeynalabdin Tağıyev öz evində təsvir olunmuşdu. H.Z.Tağıyevin başının üstündən 
isə general-leyenant Balakişi Ərəblinskinin portreti asılmışdı. Bələdçi qızdan 
portretdəki generalın kimliyini soruşdum. “Bilmirəm, tanımıram - dedi. - Bircə 
H.Z.Tağıyevi tanıyıram...” 
General Balakişi Ərəblinskinin portreti H.Z.Tağıyevin başı üstündən 
təsadüfən asılmayıb. Onlar qohum idilər. Generalın kiçik qızı Sona xanım Hacı 
Zeynalabdin Tağıyevin həyat yoldaşı idi. Manaf Süleymanovun “Eşitdiklərim, 
oxuduqlarım, gördüklərim” kitabındakı maraqlı epizod bunu bir daha təsdiq edir. 
Müəllif yazırki, Hacı Zeynalabdin öz qızları Sara və Leylanı Peterburqa, Smolnı 
Qızlar İnstitutuna oxumağa göndərmək qərarına gəlir və sənədləri ora göndərir. 
Çox keçmir, Smolnıdan rədd cavabı gəlir ki, nə bəy, nə xan və nə də zadəgan 
olmadığınız üçün qızlarınızı qəbul edə bilmərik; bu instituta yalnız qraf, knyaz, 
xan, bəy, əmir qızları qəbul edilir. 
Hacının arvadı Sona xanım rəsmi sənəd təqdim edir ki, atası general Balakişi 
Ərəblinski müharibədə rəşadət göstərib və Rusiyaya sədaqətinə görə çar tərəfindən 
qızıl silahla təltif olunub; bu qızlar da onun nəvələridir, bütün imtiyazlardan 
istifadə etmək hüquqları var. 
Tağıyevin qızları ana babalarına - general Ərəblinskiyə görə Smolnı Qızlar 
İnstitutuna qəbul edilirlər. 
Hacı Zeynalabdin Tağıyevin qızı Sürəyya xanımın xatirələrindən: 
 - Hələ ötən əsrin doxsanıncı illərində Buxara əmiri Seyid Mir Əbdül Əhəd 
xan hər il Qafqaza müalicəyə gedərdi. Onun yolu hər dəfə Bakıdan keçər və gedib 


qayıdanda məiyyəti ilə bərabər bir neçə gün şəhərimizdə qalar, neft mədənlərinə, 
toxuculuq fabrikinə, ayrı-ayrı zavodlara, Mərdəkandakı bağbanlıq məktəbinə, Bibi-
Heybət məscidinə, teatr və digər yerlərə baş çəkərdi. ...Buxara əmiri hər dəfə 
Bakının bir neçə nəfər yüksək rütbəli mənsəb sahiblərinə, milyonçulara və hətta 
adi adamlara belə qızıl və gümüşdən birinci və ikinci dərəcəli Buxara “Ucalan 
ulduz” ordeni və digər Buxara medalları bağışlayırdı. Atama və ana babam 
general-leytenant Ərəblinskiyə də birinci dərəcəli “Ucalan ulduz” qızıl ordeni 
vermişdi. Hacıya arxa tərəfində xoş sözlər həkk edilmiş iri, çox qiymətli bir qızıl 
saat da bağışlamışdı. 
 
  
“ƏRƏBLİNSKİ” ƏHVALATI 
 
Hörmətli redaksiya! Qəzetinizdə “Hüseyn Ərəblinski” əhvalatını oxudum. 
İstər-istəməz xalqımızın ilk general-leytenantlarından biri Balakişi bəy Əlibəy oğlu 
Ərəblinski /1828-1902/ haqqında Dərbənddə apardığım axtarışlarımı xatırladım. 
  
1898-ci ildə istefaya çıxan general Balakişi bəy Ərəblinskiyə imperator 
Dərbəndin altı kilometrliyindəki böyük bir torpaq sahəsini özünün arzusu ilə 
hədiyyə edir. General burada kənd saldırır və stansiya tikdirir. Hazırda qəsəbədir, 
orada üç mindən çox azərbaycanlı yaşayır. Stansiya və qəsəbə indi də “Ərəblinski” 
adlanır. Sizin qazet yazır ki, “1906-cı il idi. Bakı artistləri Dərbənddən, qastroldan 
qayıdırdılar”. 
Əksinə, həmin il məşhur aktyor Hüseyn Xələfov aktyor dostları Mirmahmud 
Kazımovski, İbrahim İsfahanlı, Cahangir Zeynalov, Midhət və Maxmud Malikov 
qardaşları ilə Bakıdan Dərbəndə qastrola gedirdilər. Həmin stansiyada qatar xeyli 
gözləməli olur. Onlar düşüb stansiyada gəzişirlər. Qarşıdan gələn tatarı gözləyirlər 
ki, yol açılsın. Bu vaxt Mirmahmud Kazımovski: 
 
- Hüseyn, - deyir, - sən özünə təxəllüs axtarırsan, bir stansiyanın adına 
diqqət elə... 
Hüseyn Xələfov: 
 - 
Nə demək istəyirsən? 
 - 
Gəlsənə özünə Ərəblinski təxəllüsünü götürəsən. Pis döyül, balam, dilə 
yatandır, yaxşı da əzəmətlə səslənir. Dostlar razılıq əlaməti olaraq bir-birinin üzünə 
baxırlar. 
Dərbəndə çatan kimi afişaya Hüseyn Xələfov əvəzinə “Hüseyn Ərəblinski” 
yazırlar. O vaxtdan böük aktyor bu təxəllüsü qəbul edir. Onu da xatırladım ki, 
həmin illərdə aktyorlar arasında mahal, şəhər adlarını familiya kimi qəbul etmək 
dəbdə olub. Bakıda isə bu daha böyük gurultu və səs-küylə qarşılanır. İlk vaxtlar 
qəzet satanlar küçələrdə qışqırırlarmış ki, təzə aktyor peyda olub: Hüseyn 
Ərəblinski. 
Dönə-dönə qədim Dərbəndə səfərimdə ağsaqqal Kərim Paşabəyov, Davud 
Talıbov və başqaları bu əhvalatı mənə danışıblar. Aktyor Hüseyn Ərəblinskiyə 
gözəl bir qızın gül bağışlaması, Hüseynin ona vurulması və vüsalına yetmədiyi o 
afətin eşqinə onunla ilk və son dəfə rastlaşdığı  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə