ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   29   30   31   32   33   34   35   36   ...   157

“Ərəblinski” stansiyasının adını özünə soyadı götürməsi isə həqiqətə uyğun 
deyildir. 
Hətta bəziləri yazırlar ki, guya aktyor Hüseyn Xələfov generalın qızını 
sevirmiş, lakin qızı ona vermədiklərinə görə o, Ərəblinski təxəllüsünü götürüb. Bu 
da tamamilə yalan faktdır. Çünki aktyor Dərbənddə olanda generalın vəfatının 
dörduncü ili idi. 
Bu barədə mən gözəl folklorçumuz mərhum Qulu Məmmədli ilə də söhbət 
etmişdim. O, bu əhvalatın bizim bir teatrşünas qadın /o, rəhmətə gedib/ tərəfindən 
uydurulduğunu və doğru olmadığını təsdiq etdi. 
Qəribə burasıdır ki, bu səhv fakt ədəbiyyatımıza da gəlib çıxıb. Gözəl əsərlər 
müəllifi, görkəmli dramaturqumuz Sabit Rəhman Hüseyn Ərəblinskinin ömur 
yolundan “Son faciə” adlı povest yazıb. 
“1906-cı ildə Dərbənddə qastrol verib geri qayıdırdılar... Kiçik bir stansiyada 
əyləndilər. Əylənməyin səbəbi bu idi ki, qabaqda məşhur general, mülkədar 
Ərəblinskini gətirən qatar vardı. O qatar gəlib getməli, sonra da bunlar getməli 
idilər". /Sabit Rəhman, əsərləri, II cild, səh. 253/. 
O vaxtlarda general Ərəblinski haqqında tədqiqat aparılmadığına görə 
mərhum dramaturqumuza məlum deyilmiş ki, general-leytenant Balakişi bəy 
Ərblinski 1902-ci il yanvarın 1-də vəfat etmişdir. Onda mərhum general 1906-cı 
ildə qatarda necə gedə bilərdi. 
  
 
GENERAL FƏRƏC  BƏY   
AĞAYEV 
 
1858-ci ildə Şamaxıdakı dörd sinifli ali ibtidai məktəbdə yüz qırx dörd nəfər 
buraxılış imtahanı verirdi. Onlardan otuz iki nəfəri azərbaycanlı idi. Burada 
zadəgan, ruhani, rəiyyət silkinə məxsus uşaqlar təhsil alırdılar. İmtahan verənlər 
arasında uzun illar çar ordusunda xidmət edən praporşik Səlim bəyin oğlu Həsən 
bəy Məlikov də vardı. Buraxılış imtahanlarını qeyri-adi bir müvəffəqiyyətlə verən 
Həsən bəy fitri istedadı ilə hamını heyran qoydu. İmtahanda iştirak eden Qafqaz 
təhsil dairəsinin müdiri baron Aleksandr Pavloviç Nikolai Həsən bəy Məlikovun 
padşahlıq hesabına birinci dərəcəli Tiflis gimnazysına qəbul olunmasına razılıq 
verdi. 
Lakin məktəbin direktoru üzrxahlıq edib: 
- Aleksandr Pavloviç, - dedi, - cəsarat edib haqqında hüzurunuza tərif dolu 
tələbnamələr   yazdığım   şagird Həsən bəy  Məlikov, bax, budur. Özünüz onun 
biliynin şahidi oldunuz. 
- Yadımdadır, səhv etmirəmsə, bir ildə iki dəfə yazmışdınız, - baron Nikolai 
ani olaraq fikrə gedir, - cənab direktor, - dedi, - bu cılız müsəlman balası sizin 
yazdığınız təriflərə də layiqdir. Əlbəttə, bu müvəffəqiyyətin qazanılmasında sizin   
müəllimlərin böyük əməyi var. Mən onunTiflis gimnaziyasında oxumasına bütün 
qəlbimlə sevinərdim. O, həqiqətən istedadlı uşaqdır. 
Məktəb müdiri ona və məktəbinə deyilən tərifdən xoş hal olub, barona 
hörmətlə təzim etdi. 


 - 
Möhtərəm Aleksandr Pavloviç, ancaq bir çətinliyimiz var. 
- Nədi o çətinlik, nədən ibarətdir? 
- İnişil bu uşağın atası Səlim bəy vəfat etdi.  İndi ailəsinin  başçısı onun 
böyük qardaşıdır. O da iki ayağını bir başmağa dirəyib deyir ki, qardaşım Həsən 
bəyin Tiflisə oxumağa getməsinə razı deyiləm. 
- Niyə? 
 
- Deyir   ki,   uşağı   gözümdən   qoya bilmərəm. Hələ çox balacadır. 
- Olarmı o cənabla özüm söhbət edəm? Bəlkə yola gətirdik. 
 
- Olar, amma bir məsələni sizə açım... 
Baron şəhadət barmağını dik tutub zarafatla: 
 
- Dayan, dayan, yəqin sünnidir, tərs damarı var. Sən də ondan qorxursan, - 
deyib başını bulaya-bulaya: - ay müsəlmanlar, ay müsəlmanlar... 
 
- Yox,   Aleksandr   Pavloviç,   sünni olmarına  sünni  deyil,   qorxuram,  
tərs damarı tutar, daha da acığa düşər, belə istedadlı uşaq əlimizdən çıxar. Mən bir 
fənd işlətmişəm. Deyim, qulaq asın. Həsən bəyin atasının dayısı general-leytenant  
Fərəc   bəy  Ağayev  Tiflisdə yaşayır. Yəqin ki, siz də onu tanıyırsınız. Generalın   
imzası ilə bir xahişnamə hazırlamışam. Guya o, bizim məktəb müdiriyyətindən 
xahiş edir ki, Həsən bəyi Tiflis gimnaziyasına oxumağa göndərək... 
 - 
Qardaşı yenə də razılaşmır? 
 
- Biz hələ generalın məktubu barədə Həsən  bəyin böyük qardaşına bir söz 
deməmişik. İstərdik ki, məktub barədə ona siz deyəsiniz. 
- Niyə məhz mən? 
- Ona görə ki,  siz  Qafqaz təhsil dairəsinin   hamisisiniz.   Zaqafqaziya Baş 
İdarəsi Sovetinin üzvüsünüz, həmdə həqiqi-mülki müşavirisiniz. Sizin - baron 
Aleksandr Pavloviç Nikolainin sözü daha inandırıcı olar. 
- General-leytenant Fərəc bəy Ağayev həzrətlərini mən də yaxşı tanıyıram. 
Deyirsən,   cəsarət edib  onun  adından danışaq?   Mənə   belə   gəlir   ki,   bir 
müsəlman   ziyalısının   artması   üçün işlətdiyimiz fəndə görə general bizi 
bağışlar. Amma onu da deyim ki, bu fənd heç də bəd deyil. Çox məharətlə tapılıb. 
Uşağı xilas etməyin başqa yolu yoxdur. General tarəfdən arxayın olun, razılıq 
mənim   boynuma.   Bu   barədə   Tiflisə qayıdan  kimi  onun  özünə də  məlumat 
verərəm. 
Baron Aleksandr Pavloviç Nikolai Tiflisə qayıdanda Şamaxı məktəb 
müdirinin işlətdiyi “fənd” haqqında generala məlumat verdi. General bığaltı 
gülümsündü və məmnuniyyətlə qohumu Həsən bəy Məlikovu himayəsinə 
keçirərək, Birinci dərəcəli Tiflis Gimnaziyasına qəbul olunmasına kömək etdi. 
Bəs, general-leytenant Fərəc bəy Ağayev kimdir? Necə olub ki,  
tədqiqatçılarımız onun üstündən sükutla keçiblər? Həsən bəy Zərdabi kimi 
görkəmli maarifpərvəri bizə bəxş edən bu xeyirxah adamın ömür yolu həyatın 
hansı sınaqlarından çıxıb? 
General-leytenant Fərəc bəy Ağayevin haqqında biz ilkin məlumata 
“Kavkaz” qəzetinin səkkiz dekabr 1891-ci il tarixli nömrəsində və “Kavkazski 
kalendar” illik məcmuəsinin 1873-1874-cü illərdəki nömrələrində rast gəldik.  
Birinci mənbədə haqqında geniş məlumatla “Fərəc bəy” kimi təqdim olunan 
eloğlumuz, ikincidə Qafqaz Əlahiddə Ordusunun generalları sırasında  “Nikolay 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə