ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   30   31   32   33   34   35   36   37   ...   157

Nikolayeviç Arayev” adlandırılır. Ona görə ki, bu yaraşıqlı, ilk azərbaycanlını 
1844-cü ildə imperator Nikolay və onun arvadı Mariya Aleksandrovna xaç suyuna 
çəkib oğulluğa qəbul etmişdilər. 
Uzun müddət Peterburqda xidmət edən padşahın sevimlisi Fərəc bəy Ağayev 
Qafqaza qayıtdıqdan sonra yaxın qohumları  belə yaxşı  munasibət bəsləməmişlər.    
Hətta Həsən bəy Zərdabi məktublarından birində yazır ki, ata el arasında xəcalət 
çəkirdi ki, dayısı rus adını qəbul edib. Ona görə də ondan üz döndərib küsmüşdü. 
Get-gəlimiz belə yox idi. Ömrünün sonlarında Tiflisdə yaşayan   generala hamı 
“rus Ağayev deyərmiş. Şübhəsiz ki, sonralar səhvini başa düşən general vəsiyyət 
etmişdir ki, nekroloqunda ad-familiyası Fərəc bəy Ağayev kimi göstərilsin.  Onun 
bu vəsiyyətinə əməl olundu. 
General-leytenant Fərəc bəy Ağayev füsunkar Qarabağın Şuşa şəhərində 
1811-ci ildə adlı-sanlı bəy ailəsində dünyaya gəlib. İlk hərbi təhsilini Tiflis kadet 
korpusunda aldıqdan sonra 1837-ci ildə Qafqaz Əlahiddə Ordusunda müsəlman 
süvari polkunda xidmət başlayıb. Xidmətinin yeddinci ilində ən yaxşı qvardiya 
rotmistri Fərəc bəy eskadron komandiri kimi Peterburqa göndərilir. Peterburqda o, 
birinci Nikolayın xüsusi qvardiya kazak polkunda leyb-qvardiya komandiri 
vəzifəsinə təyin olunur. Elə burdada o, imperatorun və onun arvadı Mariya 
Aleksandrovnanın sevimlisi olur. 
Fərəc bəy Ağayev özünün qeyri-adi hərbi qabiliyyəti və igidliyi sayəsində 
xidmətinin on ili ərzində polkovnik rütbəsinə kimi yüksəlir. 1850-ci ilə qədər 
Peterburqda, xüsusi qvardiya kazak polkunda qüsursuz xidmət edən polgovnik 
F.Ağayev həmin il Əlahiddə Qafqaz Ordusunun sərəncamına göndərilir. 
1853-cü ildə Krım müharibəsi başlananda polkovnik Fərəc bəy Ağayev 
Qarabağın azərbaycanlı igidlərindən ibarət süvari alayını təşkil edib, özü də onun 
komandiri olur. Müxtəlif arxiv sənədləri, komandanlığa göndərilən raport və 
məktublar göstərir ki, Fərəc bəyin şuşalılardan ibarət süvari polku Kürəkdərə 
uğrunda gedən döyüşlərdə altmış minlik korpusa qarşı dönməz bir iradə ilə 
vuruşmuşdur. 1854-cü ildə osetinlərdən təşkil olunmuş milis alayı da Fərəc bəyin 
alayına təhkim edilir. Süvari qoşun dəstəsinin komandiri kimi yüksək vəzifə 
daşıyan eloğlumuz hərbi xidmətinə və qoşun başçısı kimi göstərdiyi qəhrəmanlığa 
görə üstündə “Cəsurluğa görə” yazılmış xəncərlə, çoxlu hərbi ordenlərlə, həmçinin 
imperator tacı ilə bəzədilmiş birinci dərəcəli “Müqəddəs Anna” ordeni və ikinci 
dəfə birinci dərəcəli “Müqəddəs Anna” (qılıncla birgə) ordenləri ilə təltif 
olunmuşdur. 
1853-56-cı illərdəki sərkərdəlik fəaliyyətinə görə Fərəc bəy Ağayev general-
mayor kimi yüksək rütbəyə layiq görülür. 
Müharibə yenicə başlayanda Fərəc bəy Ağayevin başçılığı ilə Qarabağ 
Azərbaycan süvari dəstəsinin təşkili haqqında Peterburqa məlumat göndərən qraf 
Vorontsov qeyd edirdi ki, polkovnik Fərəc bəyin sayəsində könüllü dəstələr 
tezliklə yığıldı.  Döyüşçülər yürüşə məşhur Qarabağ kəhərlərində və layiqincə 
silahlanmış halda başladılar. 
Qırx ilə yaxın orduda qüsursuz xidmət edən Fərəc bəy Ağayev 1882-ci ildə 
general-leytenant rütbəsində istefaya çıxmışdır. Ömrünün sonuna kimi Tiflis 
Xeyriyyə Cəmiyyətində çalışan general-leytenant Fərəc bəy Ağayev min səkkiz 


yüz doxsan birinci il noyabrın iyirmi altısında səksən yaşında Tiflisdə vəfat 
etmişdir.  
  
  
GENERAL  HƏSƏN BƏY AĞALAROV 
 
8 avqusq 1944-cü il. Bu gün qəzet buraxdıq… Vətəndən 
gələn hədiyyələr arasında rus ordusunun general-leytenantı 
Əliağa Şıxlinskinin “Xatirələrim” kitabına 
rast gəldim. Bu qoca generalın kitabı mənə çox gözəl 
təsir bağışladı. O, bu kitabı ölümündən bir qədər 
əvvəl diqtə etmişdi. Ancaq hərbi tariximiz üçün 
böyük əhəmiyyəti var. Azərbaycanın belə generalları 
çox olmuşdur. Hanı onların adı? Niyə onlar haqqında yazılmır? 
 
Məmməd ARANLI, 
“Cəbhə gündəliyi “. 
 
Bir dəfə Azərbaycan Dövlət Tarix Muzeyində axtarış aparanda heç vaxt 
görmədiyim bir general şəklinə rast gəldim. Maraqlanıb kimliyini soruşdum. 
Muzeyin elmi işçisi Sara xanım Cavanşirova dedi ki, bu yaxınlarda əldə etmişik, 
haqqında çox az məlumatımız var. Deyilənə görə, portret yuz qızıl pula işlənib... 
General-mayor Həsən bəy Ağalarovun portreti naməlum rəssam tərəfindən 
çəkilib. Portretin hündürlüyü səksən beş, eni isə yetmiş santimetrdir. Yeni tarix 
fondunda saxlanan bu portretə zərli çərçivə o qadər yaraşıq verir ki, bir müddət 
ondan ayrıla bilmirsən. 
“Qafqaz hərbi-tarix muzeyi”nin 1913-cü ildə nəşr etdiyi altı yüz otuz bir 
nömrəli “Soraq kitabçası”nı səhifə-səhifə vərəqləyirəm. Bu kitabçada inqilabdan 
əvvəlki yüksək rütbəli zabitlər və generallar haqqında məlumatlar var. Siyahı üzrə 
244-cü bölmədə general-mayor Həsən bəy Ağalarov haqqında az da olsa, 
məlumata rast gəlirəm. 
Həsən bəy Ağalarov 1812-ci ildə Tiflisdə zadəgan ailəsində anadan olub. O, 
1830-cu ildə kadet korpusunu bitirdikdən sonra Qafqaz müsəlman-süvari polkunda 
xidmət edib. Az sonra bölük komandiri Həsən bəy Ağalarovun fərasəti və hərbi 
işdəki nizam-intizamı general-leytenant knyaz Vasili Osipoviç Behbudovun 
diqqətini cəlb edir. Ona görə də general, poruçik Həsən bəy Ağalarovu qərargah 
işləri üzrə ən yaxın köməkçisi təyin edir. 
1833-cu ilin noyabrında azərbaycanlılardan ibarət Qafqaz süvari diviziyası 
Varşavaya ezam olunanda onun sıralarında general İsmayıl bəy Qutqaşınlı. 
Abbasqulu ağa Bakıxanovun kiçik qardaşı general Cəfərqulu ağa Bakıxanov, 
kapitan Həsən bəy Ağalarov da vardı. 
  
1840-cı ildə ştabs-kapitan rütbəsində olan Həsən bəy əla xidmətinə görə 
dördüncü dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə təltif olunub. 1849-cu ildə onun 
alayı Debreçin şəhəri uğrunda gedən döyüşlərdə macarların bir rotasını darmadağın 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə