ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   35   36   37   38   39   40   41   42   ...   157

Zakirin və Seyid Əzimin əsərlərinin elmi-tənqidi mətnini tərtib edərkən mötəbər 
mənbə kimi bu əsərə müraciət etmişlər”.
25
 
H.Qayıbov məcmuəsinin əsas məziyyəti ondadır ki, buraya Vaqifin o vaxta 
qədər məlum olmayan otuzdan artıq qoşması, təcnisi, qəzəli, müxəmməsi, 
müstəzadı, müəştəri daxil edilmişdir. Ümumiyyətlə, bu məcmuədə Vaqifin yüzə 
yaxın şeri toplanmışdır. 
...H.Qayıbov öz məcmuəsini tərtib edərkən Vaqifin şerlərini iki qismə 
bölmüşdür: qəti Vaqifə aid olanlar və şübhəli şerlər. 
Adolf Berce öz kitabının müqəddiməsində Mirzə Fətəli Axundova ona 
göndərdiyi əsər və kitaba daxil olan şairlərin tərcümeyi-halına görə təşəkkürünü 
bildirir. Zəhmət çəkən Mirzə Hüseyn Əfəndi Qayıbov isə heç yada belə 
düşməyib... 
“Aktı” məcmuəsinin yeddinci cildi 1876-cı ildə ələ alınmışdır. Bu 
məcmuələrə düşmüş Azərbaycan şairlərinin əsərləri və tərcümeyi-hallarını 
M.F.Axundovun yaxın dostu, görkəmli alim M.H.Qayıbov təqdim edər, 
M.F.Axundov isə rus dilinə tərcümə edər və hər həftə A.Berceyə göndərərmiş”
26

Məşhur şərqşünas Ağafangel Yefimoviç Krımski də bu kitabın /Berce 
kitabının/ tərtibatçısı kimi ancaq Mirzə Hüseyn Əfəndi Qayıbovdan danışır, 
Belə məlum olur ki, Mirzə Hüseyn Əfəndi Qayıbovun 1860-cı ildə tərtib 
etdiyi “Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir” dörd cildlik 
kitabının bir hissəsini Mirzə Fətəli Axundov tərcümə edərək Adolf Berceyə 
göndərib. O da həmyerlisi Fridrix Bodenştet kimi Mirzə Şəfi Vazehin məşhur 
“Nəğmələri”ni mənimsəmiş, öz adına nəşr etdirmişdir. 
Kitabı öz adına çap etdirən Adolf Berce ona görə də M.F.Axundova 
təşəkkürünü bildirir. 
Təkcə Adolf Berce yox, yalnız Firudin Köçərlidən başqa, sağlığından ta 
1986-cı ilə qədər insafsız ədəbiyyat mütəxəssislərinin demək olar ki, hamısı Mirzə 
Hüseyn Əfəndi Qayıbovun xidmətini danıblar. 
Həmin il “Elm” nəşriyyatında müdrik müftinin kitabını nəşr etdirən 
professor Cahangir Qəhrəmanov çox doğru olaraq yazır: 
“Azərbaycan ədəbiyyatı tarixi ilə maraqlananlar, mütəxəssis-
ədəbiyyatşünaslar Qayıbovun toplusundan faydalanmışlarsa da, müəllifin adını 
çəkməmiş, onun zəhmətini qiymətləndirməmişlər. Halbuki, Hüseyn Əfəndi 
Qayıbov şeri, şair sənətkarlığını bütün incəlikləri ilə duyan bir ədəbiyyatçı olmuş 
və məhz onun sayəsində XVIII-XIX əsr Azərbaycan şairlərinin bir çoxunun 
əsərləri günümüzə qədər gəlib çıxmışdır”. 
Professor çox doğru qeyd edir ki, Hüseyn Əfəndi Qayıbov şeri, şair 
sənətkarlırını bütün incəlikləri ilə duyan bir ədəbiyyatçı olmuşdur. 
Əgər Qayıbov şer, sənət xiridarı olmasaydı, 1887-ci ilin mayında böyük 
Azərbaycan şairi Seyid Əzim Şirvani “siyasi etibarsızlıq” üzündən işdən 
çıxarılanda ona kömək əlini uzatmazdı. O, maddi ehtiyac içərisində boğulan şairə 
                                                 
25
 Ј.Dаdаşоv, "Кimdir Hüsеyn Qаyıbоv" məqаləsi, "Аzərbаycаn" j-lı, 1992-ci il, №9-10-dа. 
 
26
 Мəhyəddin Sultаnоv, "М.F.Ахundоv археоqrаf kimi", "Ədəbiyyаt və incəsənət" qəzеti 20/1-1984-cü il. 
 


havadar olur. Seyid Əzimin məfkurəcə saf, əqidəcə dönməz bir şair, maarif xadimi 
olması haqqında Mirzə Hüseyn Qafqaz Maarif Sərdarlığına ərizə ilə müraciət edib, 
yenidən Şamaxıda müəllimliyə qaytarılması üçün icazə alır. 
Şamaxıda yenidən altı sinifin ibtidai şəhər məktəbində müəllimlik 
fəaliyyətinə başlayan böyük şair dostu Mirzə Hüseyn Əfəndi Qayıbova sevinc və 
minnətdarlıq dolu qəsidəsini yazır. Həmin qəsidədə o, xeyirxahı Mirzə Hüseyni ilk 
dəfə məktəb bina edən peyğəmbər adlandırır: 
 
Hüseyn-paktinət, müftiyi 
Qafqaz kim, anın 
Vücudundan bu torpağa 
xəvasi-kimya gəldi. 
Sanırsan bir yedi-qüdrətdü, 
oldu qeybdən-zahir, 
Bu Qayıbzadə zahir oldu, 
dəhrə yüz cila gəldi. 
Qəbul etdi Hüseyn bari-əmanət 
ruzi, əzzəldə, 
Bu nasut aləmnidə etməyə 
əhdəvəfa gəldi. 
Yetişdi həkmi-nafiz 
imperaturi-müəzzəmdən, 
Hüseynin nisbinə fərmani-şahi 
zil-üla gəldi. 
Hüseyn namında çün məşhur idi 
imdada yetməklik, 
Vilayət mülkünün şahi, 
“Vəliyyü-inəmma” gəldi. 
Xülusi-qədr ilə xidmətlər 
etdin dövləti Rusə, 
Nişanlar imperaturi-müəzzəmdən 
əta gəldi. 
Vicudin oldu çün öz ülfətində 
mürşidi-kamil, 
Sənə tədrisdə İdrisdən 
yüz mərhəba gəldi. 
  
Seyid Əzim Şirvani əsərlərinin /1967-ci ildə çap olunmuş üç cildliyinin/ 
tərtibatçısı Süleyman Rüstəmov böyük şairin əsərlərinin nəşri tarixindən 
danışarkən yazır ki, üç cildliyinin tərtibi zamanı mötəbər mənbə kimi Hüseyn 
Əfəndi Qayıbovun “Müntəxəbat”ından da istifadə etmişdir. 
Qayıbovun xeyirxahlığı S.Ə.Şirvaninin oğlu Mircəfər Seyidzadənin də 
qəlbində xoş xatirə kimi dərin izlər buraxmışdır. O, hara gedirdisə, atası Seyid 
Əzim Şirvaninin əsərlərini çap etdirə bilmirdi. “Bir yay tətili bir qədər pul xərcliyi 
tədarük edib, Tiflisə-müfti Əfəndi Qayıbovun hüzuruna getdim. Müfti Əfəndi çox 


xoşluqla mənim arzumu qəbul edib, bu barədə köməkdə bulunmağı öhdəsinə 
götürdü. Çifaidə, o vaxtı şeyxül-islam mərhum Tahirzadə bu məsələdə müfti ilə 
həmrəy olmadığı üçün naümid Şamaxıya qayıtdım”. 
          Mirzə Hüseyn Əfəndi Qayıbovu elm və hünər sahibi kimi qiymətləndirən 
klassik şair Mirzə Ələsgər Növrəs /1836-1912/ də ona dəyərli bir şer yazıb. O, 
müftini “İsanəfəs” adlandırıb: 
 
Müftiyi-İsanəfəs 
mövcidi-rəmzi-nüqat, 
Tərzi-kəlamində var 
vaqieyi-möcizat. 
Daireyi-rənci əql eyləməyib inqilab, 
Həsəni-təqvidə ol həll edib müşkilat. 
Firqeyi-islamə qıl 
hökmi-qəzavət özün, 
Ta ki, ola mənəşif mənayi - 
hər mənzilat. 
Sən kimi yox dəhrdə 
sahibi-fərhəngü huş, 
 
Qıldı təfaxür sənə 
təbiati-mümk ... 
Mətləyi təqdir edək 
müftiyi-pagiz; 
Mən sizə bir çakərəm 
ta nə qədər var hə
Tul danışsam əgər baisi-tətil o 
Bir neçə əfrad ilə şeri-qət 
olsun əbyat 
 
 
* * * 
 
Xalqın qabaqcıl ziyalılarından Mirzə Hüseynin teatr səhnəsində müəyyən 
xidmətləri olmuş, “Kəşkül”,  “Səda”, “İqbal”, “İrşad”, “Ziyayiqasiyyə”, “Kafkaz”, 
“Molla Nəsrəddin” başqa mətbuat orqanlarında maraqlı yazılarla çıxış etmişdir. 
“Qayıbov “Şərqi Rus” qəzetinin da abunəçilərindən idi və bir sıra 
məqalələrini də burada çap etdirmş. Onun mətbuata rəğbəti getdikcə  
artmış özü də “İslam aləmi” adlı jurnal nəşr etmək fikrinə düşmüşdü. Görünür  
Tiflis qubernatoru icazə vermədiyindən jurnal nəşr olunmamışdı”.
27
 
O, Nəriman Nərimanovun 1903-cü dekabrın on beşində oynanılmış “Dilin 
bəlası” tamaşasının hesabatını “Şərqi-Rus” qəzetində çap etdirmişdir. 
                                                 
27
 Yаdullа Dаdаşоvun göstərilən məqaləsi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə