ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.

səhifə4/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   157

Naxçıvana daxil olduq. Xan evinin qülləsi mənim otağımın pəncərəsindən 
daha aydın görünür”. 
1826-cı ildə Fətəli şahın vəliəhdi Abbas Mirzə altmış minlik qoşunla Arazı 
keçib Azərbaycana hücüm etdi. Bu vaxt Ehsan xan Abbasabad qarnizonunun rəisi 
idi. Ehsan xanın qalanı iranlılara təslim etmək istəmədiyini görən Abbas Mirzə şah 
qoşununun qırx minini İrəvan və Naxçıvana yeritdi. Həmin döyüşlərin şahidi olan 
məşhur tarixçi Mirzə Adıgözəlbəy yazırdı: 
“O vaxt naxçıvanlı Ehsan xan Abbasabad qalasının mühafizi idi. Orada 
olduğumu bilib yanıma qasid göndərdi. O, mənə xəbər verdi: “Knyaza \Qafqaz 
canişini, baş komandan İ.F.Paskeviç nəzərdə tutulur - Ş.N./ bildirin ki, bu 
tərəfə hərəkət etsin, buraya gələn kimi qalanı ona təslim edərəm”. 
“Qafqaz hərbi-tarix muzeyi”nin 1913-cü ildə nəşr etdiyi altı yüz otuz bir 
nömrəli “Soraq kitabçası”nda general Kəlbalı xan Naxçıvanskinin məşhur xan 
nəslindən olduğu qeyd olunur. O, on dörd yaşında ikən Peterburqdakı zadəgan 
balalarına məxsus pac korpusuna daxil olur. “Əla oxuyan Kəlbalı xana məktəbdə 
tam təhsil almaq qismət olmur. Qəfil xəstələndiyinə görə vətəni Naxçıvana qayıdır. 
Bir müddət müalicə olunduqdan sonra 1849-cu ildə könüllü olaraq Dağıstan 
yürüşündə iştirak edir. Gergebel döyüşlərində göstərdiyi igidliyə görə üçüncü 
dərəcəli “Müqədəs Stanislav” ordeni ilə təltif olunur və zabit rütbəsinə layiq 
görülür”. 
1853-cü ildə Krım müharibəsi başlananda yerli bəylərdən ibarət süvari alayı 
təşkil edir. Bir il sonra, iyunun 19-da Kəlbalı xan Naxçıvanski Çınqıl döyüşündə 
fərqdəndiyinə görə dördüncü dərəcəli “Müqəddəs Georgi” ordeni ilə təltif olunur. 
Həmin il iyulun 30-da rus ordusunun general-leytenantı, İrəvan süvari alayının 
rəisi Vrangel Qafqaz ordusunun baş komandanına məlumat göndərmişdi. General 
təkcə Kəlbalı xan haqqında deyil, həmçinin döyüşdə igidliklə  vuruşan oğullarımız 
barədə fəxrlə yazırdı; 
“Qoşunlarımızın hədsiz igidliyi barədə əlahəzrət cənabınızın qarşısında 
təkrarən şəhadət verməyi özümə borc bilirəm ki, zabit və əsgərlər döyüşə həvəslə 
gedirlər: yüngül yaralananlar cəbhəni tərk etmir, yaralılar isə döyüş meydanında 
qalırdılar. Tibb işçiləri elə oradaca onlara yardım göstərirdilər. 18 İyul tarixli ilk 
məlumatında adları çəkilən kapitan İsmayıl xandan /Kəlbalı xanın qardaşıdır. 
1877-ci il dekabrın on doqquzunda süvari qoşunu general-mayoru rütbəsi 
almışdır - Ş.N./ və podporuçik Kəlbalı xandan başqa müsəlmanlardan ibarət bəy 
drujinasından praporşiklər Əli xan və Paşa xanın, dörd nömrəli müsəlman 
/Azərbaycan - Ş.N./ polkundan kapitan Hüseyn Sultanın adlarını çəkməliyəm. 
İsmayıl xanla Kəlbalı xan hücum zamanı öz hissələrinin önündə gedərək onlara 
qorxmazlıq nümunəsi göstərirdilər. Onlar da döyüşlərdə bu məlumatda adları 
çəkilənlərlə bərabər iştirak edirdilər. 
... Yanımda volonter
5
 işləyən Xancan xan Məmmədqulu oğlunu da həmçinin 
müəyyən göstərişlərlə döyüşə göndərirdim... Onlar yaralanır, ancaq döyüş 
meydanını tərk etmirdilər”. 
                                                 
5
 Fədаi, könüllü əsgər 


1855-ci ildə imperator II Aleksandrın tac qoyma mərasimi günü Kəlbalı xan 
leybqvardiya Qusar polkuna komandir təyin olunur. Bundan sonra Qafqaz 
canişinliyinin sərəncamında xidmət edir. Müxtəlif batalyon və polkların komandiri 
olur. Nizami ordudakı nümunəvi xidmətinə və əla komandirlik fəaliyyətinə görə 
1874-cü ildə general-mayor kimi yüksək rütbəyə layiq görülür. 
1877-78-ci illərdə rus - türk müharibəsində general Kəlbalı xan Naxçıvanski 
nizami süvari briqadanın komandiri təyin olunur. Bütün döyüşlərdə mərdliklə 
vuruşan azərbaycanlılardan ibarət İrəvan süvari briqadasının komandiri Kəlbalı 
xan hərbi əməliyyatlarda böyük şücaət göstərmişdir. Bu müharibədə onun 
qəhrəmanlığı brilyantla bəzədilmiş qılıncla və “Müqəddəs Georgi” ordeni ilə təltif 
edilmişdir. General-mayor Kəlbalı xan Ehsan xan oğlu Naxçıvanski 1883-cü ildə 
vəfat etmişdir. 
Sənədləri araşdırarkən məlum oldu ki, Ehsan xan oğluna Kəlbalı xanın adını 
qoymuşdur. Ona görə də mənbələrdə iki Kəlbalı xan adına rast gəldik. Baba 
Kəlbalı xan Naxçıvanski haqqında Azərbaycan Sovet Ensiklopediyasının yeddinci 
cildində qısa da olsa məlumat verilir: 
  
“Kəlbalı xan Naxçıvanski /?-1823, Təbriz/ Naxçıvan xanı. Rusiyadan hərbi 
yardım istədiyi üçün altı il Tehranda həbsdə saxlanılmış, gözünün biri çıxarılmışdı. 
Fətəli şah hakimiyyət başına gəldikdən sonra İrəvan xanlığında yaşamışdır. Abbas 
Mirzə tərəfindən Naxçıvana vali təyin olunan Naxçıvanski İran hökümətinə xidmət 
etmək istəmədiyindən Məkkəyə ziyarətə getmək bəhanəsilə yerinə oğlu Ehsan xanı 
təyin edib hakimiyyətdən uzaqlaşmışdı”. 
Oxucuların nəzərinə bir maraqlı faktı da çatdırmaq istərdim: XIX əsrin 
ortalarında Naxçıvanda “Qönçeyi-ülfət” adlı ədəbi məclis fəaliyyət göstərirdi. Bu 
məclisə o vaxtlar Naxçıvan şəhər rəisinin müavini işləyən məşhur gürcü şairi 
Nikoloz Barataşvili də tez-tez gələrdi. O, burada on səkkiz yaşlı Qönçəbəyim adlı 
çox istedadlı bir qızla tanış olub dostlaşır. Lirik qoşmaları ilə bu gün Azərbaycan 
ədəbiyytında yaşayan həmin Qönçəbəyim general-mayor Kəlbalı xan 
Naxçıvanskinin bacısıdır. 
Nikoloz Barataşvili Manko Orbelianiyə yazdığı məktubunda Qönçəbəyimlə 
tanışlığını bele təsvir edir: “İndi Naxçıvanda yeni bir şer var. Bu, on səkkiz yaşlı 
Qönəçəbəyimin şerləridir. Xan qızıdır. Olduqca gözəl və vüqarlı görkəmi var. 
Təsəvvür edin, gözəllikdə lap Orlovun arvadına oxşayır. Ərindən çox yanıqlıdır. 
İndi ərindən ayrılıb, çalışır ki, boşansın. Yazıq qızın on iki yaşı olanda zorla 
veriblər. Bunların əhvalatı bir romandır. Şerlərində öz halına ağlayır. Şerlərindən 
birində deyir ki, mənim gözəl bağçam, istəyirəm gəlib sənin fəvvarən və güllərinlə 
söhbət edim. Ancaq qorxuram ərim orda olsun. 
  
Bu şeri tərcümə edib göndərəcəm. Mənə belə gəlir ki, Səttar bu mahnını 
bilir. Yenə bir mahnı var. Çox xoşa gələndir. Belə düşünürəm ki, bunu Cəfər də 
bilir, Səttar da. Onlara rast gələndə deyərsən ki, bu mahnıları oxusunlar: 
 
Ey mənim məzar çiçəkli bağçam, 
Gülüstan qoynuna fəvvarə vuran. 
Sularla həmsöhbət olmaq istərdim, 
Qorxuram ki, ərim çıxa o yandan”. 



Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   157


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə