ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   36   37   38   39   40   41   42   43   ...   157

Onun övladları da teatra, incəsənətə böyük maraq göstərmişlər. Bu barədə 
“Səda” qəzetinin 1911-ci il on üç fevral tarixli nömrəsində Əlimirzə Səaanin 
məqaləsində oxuyuruq: 
“...Bir sənə bundan müqəddəm əcnəbi dram dəstələrinin təsdiq olunmuş 
qanunnamələrini cəm edib özləri üçün bir qanunnamə yazıb Mirzə Cəlil 
Məmməquluzadə və Cahangir bəy Qayıbov cənablarının məsləhətlərilə təzə 
yazılmış “Tiflis dram cəmiyyəti” qanunnaməsini hökumətə təqdim edib təsdiq 
olunmasını rica edirlər. 
...Yanvarın otuzunda dram cəmiyyətini idarə etmək üçün səkkiz nəfərdən 
ibarət: ...Nadir bəy Qayıbov, Eynəli bəy Sultanov, Yusif bəy Tahirov, Mir Rövşən 
bəy Əfəndizadə və Əlimirzə bəy Nərimanov və digərləri seçildilər”. 
 
* * * 
 
Azərbaycan Respublikası Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivində 
akademik Heydər Hüseynovun şəxsi fondunda general-leytenant Əliağa 
Şıxlinskiyə məxsus çoxlu sənəd və müxtəlif materiallar var. 
Beş yüz on dörd nömrəli fondda general Əliağa Şıxlinskinin bir dəftəri də 
saxlanılır. Qara meşin üzlü zabit dəftərində generalın öz dəstixətti ilə yazdığı 
şerləri, bədii parçaları tərcümə və qeydləri var. Həmin dəftərin səkkizinci 
səhifəsində 1908-ci il fevralın altısında Rəhim bəy Qayıbovun Zaqafqaziya müftisi 
Mirzə Hüseyn Əfəndi Qayıbova göndərdiyi məktubun mətninə rast gəldim. 
“Yanvarın otuz birində azərbaycanlıların nəfinə səmərəli fəaliyyətinizin əlli 
illiyi tamam oldu. Sizin həmişə həyat şüarınız belə olmuşdur: hər şey xalq üçün
özün üçün isə heç nə. Siz hazırkı şəraitdə görülməsi mümkün olan bütün işlərin 
öhdəsindən gəlmisiniz. Cəsarətlə deyə bilərsiniz ki, nahaq yerə yaşamamışam. Çox 
faydalı əməyinizin əlli illiyi münasibəti ilə təbrik edir, Sizə hələ bundan sonra da 
yaradıcılıq nailiyyətləri arzu edirik”. 
Mirzə Hüseyn Əfəndi Qayıbovun əvəzsiz xidməti müasirlərinin nəzər-
diqqətini həmişə cəlb etmişdir. XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb - 
yaratmış şair Abbasağa Nazir fəxrlə yazırdı: 
 
Var idi bir müəllimi-mümtaz, 
Sözü əlan müftiyi-Qafqaz, 
Şəxsi-qabil hünərvər adı Hüseyn, 
Əsl ustadu həm müəllimü-eyn. 
 
Hücrədə əyləşib sabah-axşam
Vəxti tədrisə sərf edərdi müdam. 
...Müxtəsər, ol müəllim-fazil, 
Elmi-tədrisdə mahiru-kamil. 
 
Mirzə Hüseyn din xidimi olduğuna görə Sovet dövründə onun haqqında var 
səsimizlə danışa bilməmişik. Tədqiqatçılar, ədəbiyyatşünaslar, tarixçilər ondan 
bol-bol bəhrələnsələr də onun xidmətini danmışlar. Təkcə məşhur ədəbiyyatşünas-


alimimiz Firidun bəy Köçərli onun əvəzsiz xidmətini yüksək qiymətləndirmişdir. 
Bir də bu gün bəyənmədiyimiz, yetmiş il tənqid atəşinə tutduğumuz çar hökuməti 
Mirzə Hüseyni 1878-ci ildə “Qızıl xaç” medalı ilə, Yaxın Şərq xalqları üçün 
dərsliklər müəllifi olduğuna görə 1884-cü ildə İranın “Şire-Xurşid” ordeni ilə, 
1871-ci ildə qeyri-xristianlar üçün təsis olunmuş üçüncü dərəcəli “Müqəddəs 
Anna”, 1876-cı ildə ikinci dərəcəli “Müqəddəs Stanislav”, 1879-cu ildə ikinci 
dərəcəli “Müqəddəs Anna”, 1883-cü ildə dördüncü dərəcəli “Müqəddəs Vladimir” 
ordenləri ilə və dəfələrlə pulla mükafatlandırmışdır. 
Xalqımızın böyük alimi, xeyirxah Mirzə Hüseyn Əfəndi Qayıbzadə 1917-ci 
il fevralın iyirmisində Tiflisdə vəfat etmişdir. Vəsiyyətində demişdir ki, tabutumun 
üzərinə əklil qoymayın, təmtəraqlı mərasimimə yığılan pulları xeyriyyə işlərinə 
sərf edin. Mərasimdə yazıçı Soltan Məcid Qənizadə Müftinin xidmətləri barədə 
çıxış etmişdir. O, böyük məsləkdaşı Mirzə Fətəli Axundovun yanında “Nəbatat 
bağında” dəfn olunmuşdur. 
  
 
GÖRKƏMLİ RİYAZİYYATÇI 
 
Vətənim qəryəyi - Salahlıdır, 
Suyu Kür adlı gur axan sudur. 
Altmış verst iraqadır Tiflisdən, 
Gün doğana sarı əgər getsən. 
Mənbəi - elm mədənidir, üləma 
Məxzəni - fəzu, məskəni - ürəfa. 
 
Abbas ağa Nazir 
 
Qayıbov nəslinin görkəmli oğul və  qızları elmin müxtəlif sahələrində 
fəaliyyət göstəriblər. Doğma Azərbaycan üçün bilik və bacarıqlarını əsirgəməyən 
bu nəslin yetişdirmələri tibb, ədəbiyyat, hərb, botanika sahəsində fəaliyyət 
göstərib, jurnalist, şair, münəccim kimi də Vətənə xidmət ediblər. Əbdülkərim bəy 
Nəsibağa oğlu Qayıbov XIX əsrin görkəmli riyaziyyatçısı və münəccimi kimi elm 
aləmində məşhurdur. 
Əbdülkərim bəy də Əliağa Şıxlinski və Fərrux ağa Qayıbov kimi əvvəlcə 
Tiflisdə kadet korpusunu, sonra Peterburq topçuluq məktəbini əla qiymətlərlə 
bitirmişdir. İyirmi bir yaşında hərbi-topoqrafiya məktəbini qurtaran Əbdülkərim 
bəy bir müddət ordu sıralarında xidmət etdikdən sonra, istefaya çıxıb elmi işlə 
məşğul olur. 
Ərəb, fars və rus dillərini mükəmməl bilən Əbdülkərim bəy Qayıbov iki 
cilddən ibarət, “İslam təqvimi” kimi kamil bir əsər yaradır. 
 - Əbdülkərim bəy məşhur şair Molla Vəli Vidadinin qız nəvəsi Fatma 
xanımın oğludur. - Zülfüqar müəllim cəmi qırx üç il ömür sürmüş görkəmli 
riyaziyyatçı haqqında həyəcanla söhbət açır. - Onun əlyazma halında olan “İslam 
təqvimi” əsəri son vaxtlara qədər məndə saxlanılırdı. 1976-cı ildə əsəri Respublika 
Əlyazmalar İnstitutuna təqdim etdim.  


Riyaziyyat və astronomiyadan bəhs edən əsəri müəllif altı fəslə ayırıb: 
 
• hicriyyə-qəməriyyə tarixinin qaydası; 
• hicriyyə-qəməriyyə tarixi ilə göstərilən vaxtların həftə günlərinə tətbiq 
olunması; 
• Miladi-yuli, yəni rus tarixi ilə göstərilən vaxtların həftə günlərinə tətbiq 
olunması; 
• hicri-qəməri tarixinin miladi /yuli/tarixinə tətbiqi; 
• hicriyyə-qəməriyyə tarixinin 1215-ci ilindən 1422-ci ilinədək və miladi 
tarixinin 1801-ci ilindən 2001-ci ilinədək qəməriyyə və şəmsiyyə il 
başlanğıclarının uyğunluğunu göstərən cədvəllərin bəyani və istemalı; 
• Qəməri və şəmsi illərin ibtidalarının uyğunluğunu göstərən cədvəllər. 
 
Əbdülkərim bəy Qayıbov “İslam təqvimi”ni tərtib edərkən Uluğ bəyin
Ömər Xəyyamın təqvimindən bir elmi mənbə kimi istifadə etmişdir. Klassik Şərq 
şairləri tərəfindən işlədilən “Əbcəd” hesabına müraciət etmiş və misal olaraq 
Məhəmməd adlı birisinin vəfatına dair “maddeyi-tarix” göstərən bir qitəni 
Əbdülkərim bəy belə qeyd etmişdir: 
 
Cahan tərkin etdi Məhəmməd Driğ, 
Ona məskən oldu bu Mərğəd Driğ. 
Belə sahibi əql namusu, gör, 
Fələk qıldı gözdən nihan səddriğ. 
Əgər sorsalar sal fovtun onun, 
De tarix-e fovtun Məhəmməd Driğ. 
  
Bu “Məhəmməd Driğ” sözünü “əbcəd” hesabı ilə yoxladıqda onun 1306-cı 
hicri-qəməri, yaxud 1886-cı miladi olduğu aydınlaşır. 
Əbdülkərim bəy Qayıbovun əsərində bürc ayları və onların işarələri barədə 
də izahat verilmişdir. Həftə günlərinin adları, ərəbcə, farsca, azərbaycanca qeyd 
edilmişdir. Hicri, rumi, şəmsi, miladi adları və onların astronomik işarələri 
göstərilmişdir. Məsələn, hansı illərdə fevral ayının iyirmi səkkiz, hansı illərdə isə 
həmin ayın iyirmi doqquz olması müfəssəl cədvəl ilə göstərilmişdir. 
Bu qiymətli əsər haqqında mərhum tədqiqatçı Məmmədağa Sultanov 1948-ci 
il aprelin on altısında “Kommunist” qəzetində çıxış edərək yazır: - Zülfüqar 
müəllim, fotosurəti çıxarılmış bir məqaləni həvəslə oxuyur: 
“Bu təqvim 1940-cı ildə Sankt-Peterburqda Dövlət Ermitajı tərəfindən 
akademik İ.Orbelinin redaktəsi ilə nəşr edilmiş sinxronik cədvəldən heç də geri 
qalmır. Əbdülkərim bəy Qayıbovun bu əsəri Azərbaycan dili nöqteyi-nəzərindən 
də diqqəti cəlb edir. Əsərdə işlədilən sadə Azərbaycan cümlələri fars və ərəb 
tərkiblərindən qaçmaq baxımından çox maraqlıdır”. 
Görkəmli riyaziyyatçı Əbdülkərim bəy Qayıbov hərbi qulluqdan tərxis 
olunduqdan sonra Tiflisdə yaşayır, özünü elmi axtarışlara həsr edir. “Kəşkül”ün 
yazdığına görə, Əbdülkərim bəy Qayıbov “Avropa təhsili görmüş ali təhsilli bir 
ziyalı” idi. Uzun illər paytaxt şəhərində yaşayan Əbdülkərim bəy Qayıbov 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə