ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   37   38   39   40   41   42   43   44   ...   157

səksəninci illərdən sonra Tiflisə köçmüş və burada yaşamışdır. Şərq və Qərb dilləri 
və ədəbiyyatı ilə tanış olan Əbdülkərim bəy tərcüməçilik ilə məşğul olmuşdur. O, 
nəşriyyat sahəsində fəaliyyət göstərmiş, Tiflisdə bir teatr heyəti də təşkil etmişdi. 
Əldə dəqiq məlumat olmasa da, ehtimal ki, 1887-ci ilin yanvar ayında 
Tiflisin Arsruni teatrında M.F.Axundovun “Dərviş Məstəli şah” komediyasını 
tamaşaya qoyan “Müsəlman həvəskarları” elə Əbdülkərim bəy Qayıbovun təşkil 
etdiyi “teatr heyəti” imiş. 
Əbdülkərim bəy Qayıbov eyni zamanda riyaziyyatçı və astronom idi. 
“Kəşkül” mətbəəsində bədii və elmi kitablar, dərslik, lüğət, habelə “Rus-
Azərbaycan təqvimi” çap edilmişdir. Müntəzəm çap olunmuş rus-Azərbaycan 
təqvimlərinin hazırlanmasında, şübhəsiz ki, Əbdülkərim bəy Qayıbovun böyük 
əməyi olmuşdur.
28
 
Tiflisdə Əbdülkərim bəy elmi işlə yanaşı, həm də müəllimlik edir. O, bacısı 
Səadət xanımın
29
 /1853-1930/ uşaqları - Nadir bəyin, Cahangir bəyin, Bahadır 
bəyin, Nigar xanımın və Gövhər xanımın təhsil - tərbiyəsilə məşğul olur. 
Görkəmli alim Əbdülkərim bəy Qayıbov 1894-cü ildə “İslam təqvimi” 
əsərini nəşr etdirmək arzusu ilə Sankt-Peterburqa gedir. Qəfildən xəstələnib orada 
vəfat edir. Hazırda onun qəbri Volxov qəbiristanlığındadır. O, 1851-ci ildə Qazax 
qəzasının Salahlı kəndində anadan olmuşdur. 
  
 
XOŞTƏB NAZİR 
 
Nazir, bədənin xakilə yeksan olacaq, 
Dərda ki, vücudui evi viran olacaq. 
Tən ric'ətedib əslinə xak olsa nə qəm, 
Səd heyif ki, gənci-nəzm pünhan olacaq, 
 
Oxucu elə düşünməsin ki, bu rübainin müəllifi hər şeydən əlini üzmüş
həyatdan küskün bir insandır. Xeyr! Müasirlərinin xatırladığına görə Nazir nikbin 
şair, xeyirxah bir şəxsiyyət olub. O, bu rübaisində öz ölümündən sonra şer 
xəzinəsinin pünhan qalacağına heyfsilənir. 
“Azərbaycanda Sovet hakimiyyəti yaranana qədər yazıb-yaradan şairlərimiz 
sırasında Nazirin xüsusi mövqeyi vardır. “Molla Nəsrəddin” ədəbi məktəbi 
mühitində fəaliyyət göstərən Nazir Azərbaycan, Yaxın və Orta Şərq xalqları 
klassiklərinin əsərlərilə yaxından tanış olmuş, fars və ərəb dillərini yaxşı bilmiş, 
ana dilində və farsca dərin mənalı lirik əsərlər yazmışdır” /M.Sultanov, “Rübailər 
aləmində”, səh.242, Bakı, Azərnəşr, 1989-cu il/. 
Sovetləşmədən sonra itirdiklərimizi axtarmaq üçün çox da uzaqlara getmək 
lazım deyil. Bizdə elə nəsillər var ki, ata-babalarından qalma əlyazmaları, sənədləri 
və fotoşəkilləri çətinliklə də olsa qoruyub saxlaya biliblər. Vaxtilə qədir-qiymətini 
bilib üzə çıxarmadığımız, partiya nəzarətindən, DTK-dan ehtiyat etdiyimiz bu 
                                                 
28
Аğаrəfi Zеynаlоv, "Кəşkül"də bədii ədəbiyyаt kitаbı, Bаkı, 1978-ci il, səh.29-dа  
29
 Əbdülkərim bəyin iki bаcısı vаrdı. Səаdət хаnım Мüfti Мirzə Hüsеyn Əfəndi Qаyıbоvun, 
Səltənət хаnım isə şаir Аbbаs аğа Nаzirin həyаt yоldаşı idi - müəl. 


əlyazmaların indi “bəxti” açılıb. Ulularımızın bizə qoyub getdiyi bu misilsiz 
xəzinələrə min cür qulp qoymuşuq: əsərdə partiyalılıq yoxdur, sosializm-
realizminin tələblərnə cavab vermir, bəy babanı tərənnüm edirsən, xan, molla 
surəti əsərdə ön plana çəkilib və daha nə bilim, nələr... 
Çox qələm sahibləri yüksək vəzifəliləri başa salmağa çalışıblar ki, axı, bu 
müəllif ötən əsrdə yaşayıb, sosializm qüruluşu ondan çox sonralar yaranıb. 
Səlahiyyətli vəzifə sahibi də partokrat kürsüsündə qalstukunu düzəldə-düzəldə: 
“Partiya məsləhət bilmir, vəssalam” deyib, şübhəli nəzərlərlə bizi süzüb. 
Beləcə özümüz özümüzü kökümüzdən ayırmışıq. 
Nazir təxəllüslü Abbas ağa Qayıbzadə /1849-1919/ XIX əsrin əvvəllərində 
yaşayıb-yaratmış, dövrün məşhur şairi Mirzə Nəbi Qayıbzadənin oğludur, Şair 
Abbas ağa Nazir yüzlərlə lirik, satirik şerlərin, vətənpərvərlik ruhunda yazılmış 
mənzumə və qəzəllərin, rübailərin müəllifidir. Onun poema və tərcümələri 
inqilabdan əvvəlki ədəbiyyat xadimlərinin diqqətini cəlb etmişdir. 
Fərəhləndirici haldır ki, o, dahi Firdovsinin “Şahnamə”sindən “Rüstəm və 
Söhrab” dastanını Cəlil Məmmədquluzadənin məsləhətilə ilk dəfə ana dilimizə 
ustalıqla, orijinala yaxın tərcümə edib. Həmin tərcümə 1908-ci ildə “Qeyrət” 
mətbəəsində məşhur rəssam İzof Rotterin rəngli şəkillərilə, nəfis tərtibatla nəşr 
edilmişdir. Az sonra əsər nadir tapılan biblioqrafik kitab kimi mağazalardan yoxa 
çıxmışdır. 
Abbas ağa Nazirin tərcüməsinin təkrar çapı 1959-cu ildə tədqiqatçı-alim 
Məmmədağa Sultanov tərəfindən olmuşdur. Sevimli xalq şairimiz Səməd Vurğun 
Ağa Nazirin tərcüməsini yüksək qiyymətləndirərək xatirə-qeydlərində yazırdı: 
“Mən “Rüstəm və Söhrab”ın o dövrdəki ilk tərcüməsini necə maraq və 
məhəbbətlə oxuduğumu yaxşı xatırlayıram...” 
Şair Abbas ağa Nazir dahi rus yazıçısı Lev Tolstoyla məktublaşmış, onun 
“İnsana çoxmu torpaq lazımdır?” əsərini nəzmə çəkmişdir. Bununla əlaqədar 1909-
cu il fevralın iyirmi dördündə Yasnaya Polyanaya yazdığı məktubda deyilirdi: 
“Hörmətli cənab qraf Lev Nikolayeviç! 
Mən bir müsəlman şairi kimi, öz müsəlman həmməzhəblərimi Sizin 
əsərinizlə tanış etmək arzusu və Sizin “İnsana çoxmu torpaq lazımdır?” başlıqlı 
əsərinizi tatar-Azərbaycan dilinə nəzmlə tərcümə etmək xoşbəxtliyinə nail 
olmuşam. Ona görə də Sizdən izhari-hörmətlə xahiş edirəm ki, yuxarıda göstərilən 
tərcümənin nəşrinə və yayılmasına lütfən icazə verəsiniz. 
 
Hörmət və ehtiramla:  
Abbas ağa Qayıbov “, 
  
 
On gün keçməmiş Abbas ağa Qayıbov Lev Nikolayeviç Tolstoydan 
aşağıdakı məzmunda cavab məktubu almışdır: 
“Mən artıq iyirmi ilə yaxındır ki, arzu edənlərin hamısına mənim 1881-ci 
ildən sonra yazdığım bütün yazıları istənilən dilə tərcümə və yenidən nəşr etmək 
ixtiyarı vermişəm, odur ki, üzərinizə götürduyünüz zəhmət üçün Sizə yalnız 
təşəkkür edə bilərəm. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə