ŞӘMİsтan nәZİRLİ


Adəmə şər nəfsik ucundan gəlir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   40   41   42   43   44   45   46   47   ...   157

Adəmə şər nəfsik ucundan gəlir
Yoxsa nə şeytanü, iə cindən gəlir. 
 
Şeytan bütün fitnənin, hiylə və şərin binasını mollanın qoyduğunu, Quranı 
belə öz nəfinə şərh elədiyini onun üzünə deyir. Surələri tərsinə nəql eyləyib, 
ayələri əksinə kəşf eyləyib, İslamın üzünə tərəqqi yolunu bağlayan da Molla Səfi 
kimi nadürüstlərin olduğunu dedikdən sonra şeytan çəkinmədən millətlər arasında 
salınan ədavətdə də mollanın günahkar olduğunu göstərir: 
 
Millətlər arasında salıb qiylü-qal, 
Günbəgün etdin onu aşüftə hal. 
Açdın əvamın başına yüz oyun, 
Nəfsi-təmə qurduna etdin qoyun. 
Şəxsində qurban elədin milləti, 
Nəfsinə büryan elədin milləti. 
 
Şair belə qənaətə gəlir ki, “o gözəl islami” zəlil edənin, onun adam yerinə 
qoyulmamağının səbəbkarları fitnəkar mollalardır. Tərs şeytan hirsindən üzünü 
mollaya tutaraq deyir: 
 
Eyləsə kim xeyir işə iqdam əgər, 
Peşinə dərhal çəkirsən çəpər. 
Tazə üsul ilə biri versə dərs, 
Eylə gedirsən ona ərəkəsü-tərs. 
Çökdürüb ətfali dizi üstə sən, 
Dərsi verirsən bəüsuli kühən. 
Çöpü fəlaqqa ədəbin illətin, 
Sillə, söyünc tərbiyəyin hacəti
 
Xalqın, millətin geriliyində də şeytan mollanı təqsirləndirir: 
 
Sahibidir özgələr elmin, fənnin, 
“Leyli və Məcnun” hələ dərsin sənin. 
Elm ilə xəlq uçdu göyə, açdı pər, 
Sən oxudursan yenə “zirü-zəbər”. 
Xəlq bilir ulduzların sayını, 
Sən hələ bilmirsən oruc ayını. 
 
Mollanın başqa fitnə-fəsadlarını sayıb, əməllərini oxuduqdan sonra şeytan 
deyir: 
 
Hər necə pis olsa da şeytan əgər, 
Sən kimi yüz əhli-fəsadə dəyər. 
 


Adətən bəd əməllərin timsalı olan şeytan mollaların əhli-fəsad olduğunu 
sübuta yetirir. 
Əsərdən göründüyü kimi, Abbas ağa Nazir, ümumiyyətlə, mollaların deyil, 
Molla Səfi kimi tamahkar, kəmsavad, hiyləgər, yetim malına göz dikənlərin 
əleyhinədir. Molla Zəki isə öz hərəkətlərilə, insanlara qayğısı ilə müsbət qəhrəman 
kimi yüksəlir. Əsərdə həmçinin maarifə, yeni üsullu məktəb və elmə çağırış da 
vardır. 
Şair Abbas ağa Nazir ət yeməzmiş. Buna görə də ona “tolstoyçu” 
deyərmişlər. Ov ətini, heyvan başı kəsəni o, nadan, yırtıcı və ən böyük cinayətkar 
hesab edərmiş. Ona görə də “Vətən” şerində yana-yana deyirdi: 
 
Ey Vətən, ey canım sənə qurban! 
Neçinəhlin olub sənin nadan? 
 
Abbas ağa nəinki “tolstoyçuluğa” varmış,   hətta   1920-ci   ildə  tədqiqatçı 
Fərhad   Ağazadənin   fikrincə,   “böyük Tolstoydan  daha  irəliyə  varmış”dır. 
Müasirlərinin dediyinə görə, ömrünün son üç ilini (1917-19-cu illər) Qazaxda 
yaşayanda ana Salahlıdan pay göndərilən quzunu saxlayarmış, kəsməyə əli 
gəlməzmiş. İstər qohum-qonşu olsun, istərsə yad, birinci istəyənə quzunu 
bağışlarmış. Elə bu faktları bilən müasiri Fərhad Ağazadə şair Naziri yazıçı Lev 
Tolstoyla  müqayisə edərək yazır:  “Lev Tolstoy “ne ubey” (yəni insanları 
öldürmə) şüarı ilə məşhur olduğu halda, bizim  şairimiz   “insan  ilə   bərabər 
heyvanları da öldürmə” şüarı ilə məşhur olur. 
Böyük Tolstoydan daha irəliyə varmış Abbas ağa Nazir əfəndi vətənini, 
millətini sevən bir Azərbaycan şairidir. İnsanlar ilə heyvanların da vətəndə hürr və 
azadlığı tərəfdarıdır”. 
Əsrin əvvəllərində Tiflisdə oturan harın çar pristavları və generallar tez-tez 
Qarayazıya ova gələr, meşə gözəli olan ceyran, cüyür, maral sürüsünü 
ovlayarmışlar. Meşəni maral nəriltisindən, ceyran mələşməsindən, çüyür 
gözəlliyindən məhrum edənlərə nifrət əlaməti olaraq Abbas ağa “Qarayazı 
meşəsinin vəsfi və ovçuların zülmü” şerini yazır. O, cənnətmisal Qarayazı 
ormanında qan tökənlərin vəhşiliyinə dözmür, fəryad edərək deyirdi: 
  
Dad, səyyad əlindən, ey insan! 
Əsl mənada yırtıcı heyvan. 
Sürüdən qurd aparsa bir bərrə, 
Lənət oxuyursan ona min kərrə. 
Sən bütün kəlləni edib də tələf, 
Zənn edirsən bunu bir özgə şərəf. 
Fikir qıl: yoxmu canı heyvanın, 
Sənə şirin deyilmi öz canın? 
Demə mən adəməm, o heyvandır, 
Can haman can və qan haman qandır. 
Can verən ki, deyilsən, ey insan, 
Can mən! Bəs neçün alırsan can? 


Neştərin zəxminə ki tabın yox, 
Neçin axır vurursan özgəyə ox?! 
 
1910-cu ildə, altmış bir yaşında doğma kəndi Salahlıya qayıdan Abbas ağa 
Nazir məktəbdarlıqla məşğul olmuş və ömrünün axırınadək burada yaşamışdır. 
 
Yatma ey milləti-islam, 
gözüm bidar oldu, 
Cəhd qıl mənzilə çat kim 
yolun asan oldu. 
Fikr qıl gör nədi azadəgiyü hürriyyət, 
Kuşü huşilə eşit gör necə 
dövran oldu. 
 
Qeyrətü hümmət edin, eyüləmayi-islam
Əhdi-peyğəmbər 
əsri-şəhi-mərdan oldu. 
İttihad üzrə olun, 
canü dililə çalışın, 
Xassə kim indi belə fürsətü 
imkan oldu. 
 
Salahlıların dediyinə görə, Abbas ağa Nazir varlı və səxavətli kişi olub. 
Salahlıdakı ən yaxşı, üstü kirəmitli mülklərdən biri də Abbas ağaya məxsus idi. 
Keçmiş ağaya məxsus olduğuna görə otuzuncu illərdə Şura hökuməti belə gözəl 
imarəti məhv etdi. 
Kasıba əl tutan, kimsəsizə pay verən Abbas ağa Nazir əsrin əvvəllərində 
şerlərində və söhbətdlərində “xalqıma hürriyyət, millətimə hürriyyət” kəlmələrini 
tez-tez yazıb işlədirmiş. 
Son günlərimizə qədər onun nökərlərindən biri - Cıllet Nəsib və sərkarı 
Mahmud Yusif oğlu Çıraqov yaşayırdı. Abbas ağanın xeyirxahlığından maraqlı 
söhbətlər danışan Cıllet Nəsib 1980-ci ildə, yüz on yaşında dünyasını dəyişdi. 
...Gün o gün olur ki, hökumət ölkədə hürriyyət elan edir. Abbas ağa Nazir də 
bu hürriyyətə sevinir və yuxarıda bir neçə bəndini sizə təqdim etdiyimiz “1905-ci il 
inqilab cərəyanına dair”və “Millətə xitab” şerini yazır. Bir neçə gün sonra onun 
ilxısını oğurlayırlar. Abbas ağanın ilxıçısı, nökər-naibi Qazaxdan Qaraçöpəcən, 
Dilicandan Şəmşəddinə və Şəmkirə kimi olan ərazini ələk-vələk eləyirlər, amma 
ilxını tapa bilmirlər. Çapar hara gedirsə, əliboş qayıdır, ilxını gördüm deyən 
olmur... Salahlı ağsaqqalları yığışıb Abbas ağaya təsəlli verməyə gəlirlər. Dili dinc 
durmayan Xocaoğlu zarafata salıb deyir: 
- Abbas ağa, çox deyirdin ki, hürriyyət gəlsin,   xalqım   ayılsın,   Bu  da   
sənə hürriyyət, sən arzu elədin, yazdın, o da gəldi. Xalqımız ayıldı, sənin də ilxını 
oğurladı. 
Abbas ağa dözə bilməyib: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə