ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   41   42   43   44   45   46   47   48   ...   157

 - 
Xocaoğlu, - deyir, səhvin var, bu mən arzulayan  hürriyyət deyil,   bu  
dərəbəylikdir. Mən hürriyyəti xalqıma arzulamışdım, oğruya, quldura yox, bu 
hürriyyət deyil, qor-qodux zamanıdı, oğru-quldur əyyamıdı... 
  
Könül, aldanma çərxə, bivəfadır, 
İşi daim onun cövrü cəfadır. 
 
Doxsan il əvvəl Abbas ağa Nazirə “qismət” olan hürriyyət bu gün bizə gələn 
demokratiyanın, aşkarlığın özü deyilmi? Burda deyiblər ki, tarix təkrar olunur, 
yaxşı-pis əhvalatları ilə... 
 
* * * 
 
 
İLK HƏRBİ ŞƏFQƏT  
BACISI 
 
Hər dəfə Nigar xanım Şıxlinskayadan söz düşəndə istər-istəməz Qafqaz 
tarixinin mahir bilicisi Vasili Veliçkonun “Nəciblik azərbaycanlıların qanındadır, 
onlar təbiət etibarilə xoşxasiyyət və rəhmlidirlər, mərd və alicənabdırlar” sözlərini 
xatırlayıram. 
Nigar xanımın ömür yolu ilə tanış olanda görürsən ki, nəciblik sözü onun 
təbiətinə xas olan xususi bir keyfiyyət imiş, Bu nəcib və xoşxasiyyət qadınla iyirmi 
iki il ömür sürmüş məşhur sərkərdəmiz Əliağa Şıxlinski yazır: 
“1909-cu il oktyabrın 27-də, qırx altı yaşında ikən mən Zaqafqaziya müftisi 
Mirzə Hüseyn Əfəndi Qayıbovun qızı Nigar xanımla evləndim... Bu dəyişiklik 
mənim həyatımı işıqlı bir yola, parlaq səadətə yönəltdi. Bir yerdə keçirmiş 
olduğumuz iyirmi iki illik həyatın aydın səmasında bir bulud ləkəsi belə 
görünmədi. Fitrətən istedadlı olan, yaxşı təhsil görmüş, mülayim xasiyyətli Nigar 
xanım ailə səadəti üçün yaradılmış bir qadın idi. Mən bu səadatə tam mənası ilə 
nail oldum. Lakin 1931 -ci il avqustun on beşində Nigar xanımın ölümü mənim 
üçün ən ağır zərbə oldu. Mənim hər şeyim həm səadətim, həm səhhətim onunla 
getdi”. 
Nigar xanım 1870-ci ildə Tiflisdə ziyalı bir ailədə dünyaya gəlmişdir. Atası 
şer-sənət xiridarı, məşhur din alimi Mirzə Hüseyn, anası Səadət xanım isə Qafqaz 
Qadınlar Xeyriyyə Cəmiyyətinin fəxri sədri idi. 
İlk təhsilini evdə ata - anasından və məşhur riyaziyyatçı Əbdülkərim ağa 
Qayıbovdan alan Nigar xanım Tiflisdəki Nücabə Qızlar İnstitutunu 1889-cu ildə 
qızıl medalla bitirmişdir. Fransız və rus dillərindö sərbəst danışan Nigar xanım, 
ərəb və fars dillərini də kamil bilirdi.  
Bahadır bəy Qayıbovun akademik Heydər Hüseynova 30 sentyabr 1946-cı il 
məktubundan: 
“...Rəhmətlik Nigar bacı atamdan daha çox şey əxz etmişdir: o, yetkinliyində 
nəinki İran klassikləri Sədi, Firdovsi, Hafiz, Cami və başqalarını oxumuş, 
həmçinin bütün Azərbaycan şairlərini  - Xaqani, Nizami, Füzuli, Vaqif və 


başqalarını mütaliə etmiş, ərəb dilini öyrənmiş və ərəb ədəbiyyatı ilə yaxından 
tanış idi. Heyif ki, siz onunla yaxından tanış deyildiniz - o, həqiqətən rus dili bir 
yana, bizim və fars ədəbiyyatının bilicisi idi”. 
1918-ci ildən Bakıda yaşayan Nigar xanım “Yeni fikir” qəzetində 
Azərbaycan ədəbiyyatına dair silsilə məqalələri ilə çıxış etmişdir. O, 1923-cü ildə 
“Proletar mədəniyyəti” şüarı altında klassik irsimizə xor baxan, dilimizin saflığını 
korlayan cığırdaş qələm sahiblərini cəsarətlə tənqid edir və Nizami Gəncəvinin nə 
üçün farsca yazmasının tarixi səbəblərinin elmi izahını əsaslı faktlarla şərh edir, 
Nizaminin azərbaycanlı olmasına şübhə edənləri kütbeyin, savadsız adlandırır. O, 
Nizaminin azərbaycanlı olmasını yazan ilk tədqiqatçılardan biridir. 
Nigar xanım məqalələrində bolşevik fitvasına uyanlara, klassik irsimizi inkar 
edənlərə, zəngin Azərbaycan dilini mükəmməl bilməyənlərə məsləhət verərək 
yazırdı: 
“...Həmişə və hər yerdə camaat söylədiyi dildə yazmaq olmaz. Hər millətin 
və camaatın növbənöv şivəsi vardır, amma ədəbi dili birdir. Yazan özü də nə 
şivədə danışsa da, yazdığı ədəbi dildə olmalıdır. Dilimizdə olan ərəb, fars sözlərini 
mümkün qədər əvəz edib azərbaycan sözlərini işlətmək lazımdır. Çünki öz 
dilimizdə azərbaycan sözləri çoxdur. Ərəb və fars sözlərini ancaq azərbaycanca 
əvəz olmadıqda izahlarla işlətməliyik. Dilimizdə köklənmiş ərəb, fars sözləri 
işlətmək olar, çünki bunları oxumamışlarımız da bilirlər. Rus dilində də əcnəbi 
sözlər vardır. Başqa dillərdən iqtibas etməmiş heç bir dil tapılmaz”. 
 
* * * 
 
1948-ci il noyabrın 28-də gecə saat ikidə dünyadan köçən dahi bəstəkar 
Üzeyir bəy Hacıbəyovun pianosunun üstündə bitməmiş bir not qaldı. Üzeyir bəy 
general Əliağa Şıxlinskinin altı bəndlik “Mənim” şerinin iki bəndinə romans 
yazmışdır. 
1912-ci ildə Çarskoye Seloda yazılan bu şerdə general sonsuz bir 
məhəbbətlə sevdiyi Nigarını tərənnüm edirdi: 
 
Ey sevdiyim, ey dilrüba, 
Səbrim, qərarımsan mənim. 
Səd mərhəba, səd mərhəba, 
Nə türfə yarımsan mənim. 
 
Görən səni, ey nazənin, 
Deyər: pəh-pəh, səd afərin! 
Dünyada mislin yox yəqin, 
Əcəb dildarımsan mənim! 
 
Gözəl zahirdə surətin, 
Gözəl batin, təbiətin. 
Gözəl hər işdə qeyrətin
Namusum, arımsan mənim. 


 
Mənim baharda bülbülüm, 
Mənim qızılca sünbülüm, 
Gülşənlərdə zərif gülüm, 
Bağlarda barımsan mənim. 
 
Səni ziyarət eylərəm, 
Sənə ibadət eylərəm, 
Həm çox sədaqət eylərəm, 
Çün sən Nigarımsan mənim. 
 
Mən aşiqin adı Əli, 
Verdin bu dərsi bilməli. 
Eşqindən olmuşam dəli, 
Sən ahu-zarımsan mənim. 
 
Nigar xanımın fransız dilini mükəmməl bilməsi haqqında mənim bildiyim 
iki olmuş əhvalat var. Onlardan birini general Əliağa Şıxlinski xatirələrində ötəri 
də olsa yazıb. 
...1912-ci ilin yayında Çarskoye Seloya gələn Fransa hərbi numayəndə 
heyətinin başçısı general Dezavye general Əliağa ilə səmimi münasibətdə olur. Bir 
gün Şıxlinski onu evinə qonaq dəvət edir. 
Fransızca çətinliklə  danışan  Əliağaya Ningar xanım da arabir kömək 
edirmiş. Nigar  xanımın  fransız dilini   incəliklərinə  qədər  bilməsi general 
Dezavyeni heyrətə gətirirdi. O, maraqla soruşur ki, neçə il Parisdə yaşamısınız. 
Onda Nigar xanım gülümsünub   deyir   ki,   heç   Parisin   üzünü görməmişəm. 
Heç vaxt Rusiya ərazisidən kənara çıxmamışam. Ona təşəkkür edən general 
Dezavye demişdir: 
- Məni heyrətə gətirdiniz, madam, öz gözəl, təmiz Paris ləhcənizlə... 
İkinci əhvalatı isə mənə on il əvvəl Nigar xanımın yaxın qohumu, mərhum 
Zülfüqar Qayıbov danışmışdı. 
...Bir dəfə anası Səadət xanımla doğma Salahlı kəndindən Tiflisə gedən 
Nigar xanım, Saloğlu stansiyasında qatar gözləməli olur. Bu vaxt Qarayazı 
çölündən ekspedisiyadan qayıdan iki fransız da qatarın gəlməsini gözləyirmiş. 
Fransızlardan biri o birinə milli geyimdə olan Nigar xanımı göstərib deyir: - Ora 
bax, gör türk qızı necə gözəldir, amma heyif ki, çox zövqsüz geyinib. 
Fransızların Nigara baxıb nəsə dediklərini  hiss edən anası Səadət xanım: - 
Qızım,  - deyir,  - onlar deyəsən səndən danışırlar? 
- Ana, dinmə, onlar məni və geyimimi təhqir etdilər. Eybi yoxdur, bu saat 
cavablarını alarlar. Qatar gəlir. Minirlər. Bir xeyli gedəndən sonra Nigar xanım 
çölə baxıb fransızlardan təmiz fransız dilində soruşur: - Cənab, zəhmət olmasa, 
deyin görək, saat neçədir, hələ Naftulluğa çoxmu qalır? 
Heyrətdə qalan fransızlar özlərini itirirlər. Dönə-dönə Nigar xanımdan və 
anasından üzr istəyirlər. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə