ŞӘMİsтan nәZİRLİ


ULU VƏSİYYƏTİ FAYDASIZ OLMAZ



Yüklə 5,01 Kb.

səhifə47/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
1   ...   43   44   45   46   47   48   49   50   ...   157

* * * 
 
ULU VƏSİYYƏTİ FAYDASIZ OLMAZ 
 
General Əliağa Şıxlinskiyə tale övlad qismət eləməmişdi, O, sevimli həyat 
yoldaşı Nigar xanımın ölümündən sonrakı həyatını tamamilə artıq hesab edirdi. 
Bu, doğrudanmı belədir, yoxsa şair təbli məşhur sərkərdəmiz ötəri hissəmi 
qapılmışdı? 
1931-ci ildə vəfat edən Nigar xanımdan sonra general on üç il yaşamışdır. 
Bu on üç ildə tənha yaşayan Əliağa Şıxlinski həyatının bir anını belə Nigarsız 
təsəvvür etməmişdir. O, hər cümə axşamı sevimli həyat yoldaşının qəbrini ziyarət 
etmiş, vəfatının ildönümündə ehsan vermişdir. 
Görüşdüyüm Şıxlinskilər nəslinin çoxsaylı nümayəndələri mənə dönə-dönə 
demişdiler ki, generalın ən çox sevdiyi insan yalnız və yalnız həyat yoldaşı Nigar 
xanım olub. Əliağa Şıxlinski məşhur “Xatirələrim” əsərində, şerlərində və 
məqalələrində bu barədə söhbət açıb. Biz də bu məhəbbətin ülviliyindən oxuculara 
az-çox çatdırmışıq. 
1983-cü ildə Azərbaycan Dövlət Tarix Muzeyinin arxivindəki “Şıxlinski 
Fondu”nda araşdırmalar apararkən ağzıbağlı bir məktuba rast gəldim. Mavi rəngli 
zərfin üstündə rus dilində belə yazılmışdı: “Vəsiyyət. Mən öləndən sonra açmalı”. 
Məktub əlimdə bir müddət kövrək hisslərin ağır təsirindən quruyub qaldım. 
Gözlərimdə yaş dumanı, beynimdəsə qarma-qarışıq sözlər fırlanırdı: “Açım, 
açmayım. Bu müqəddəs kişinin ruhu məni lənətləməz ki...” Məktubu o biri üzünə 
çevirib yapışdırılmış tərəfinə dönə-dönə baxıram. Məktub bağlıdır. 1943-cü il 
avqustun 18-də Bakıda vəfat edən generalın ölümündən isə düz 40 il keçir. Kədərlə 
köks ötürüb çölə boylanıram. Fevral ayının sazağı uğultu ilə içəri dolub varlığımı 
titrədir. Həyat və fəaliyyətini az-çox öyrəndiyim general Əliağa Şıxlinski, bilirəm 
ki, çox maraqlı bir insan olub. Güclü muşahidəsi, əla mütaliəsi və geniş 
dünyagörüşü olan bu adam heç vaxt ötəri və ya başdansovdu iş görməzmiş. Onun 
şəxsi əlyazmalarını araşdıranda görürsən ki, xırdaca bir qeydi də böyük məna kəsb 
edir. Mənim yəqinim idi ki, generalın hələ oxumadığım vəsiyyətnaməsində də 
müdrik sətirlərə rast gələcək. 
Bu anda ağlıma qəribə bir fikir də gəldi. Əgər arxiv işçiləri icazə versəydi bu 
ağzıbağlı məktubu götürüb generalın yaxın qohumlarından birinin yanına gedər və 
onunla birgə açıb oxuyardım. Məlumdur ki, vəsiyyət, hər şeydən əvvəl, yaxın 
qohumlar üçün yazılır. Mən də istəyirdim ki, bu məktubu generalın doğması 
müdrik yazıçımız İsmayıl Şıxlı ilə birgə oxuyam. Amma məktub adi kağız parçası 
olmadığından bu, mümkün deyildi. Möhürlənib, qeydə alınıb və tarixi bir sənəd 
olub. Bəs bu tarixi sənəd nə üçün indiyədək heç kəsi maraqlandırmayıb. Bəlkə 
tədqiqatçıların rastına çıxmayıb? Elə isə mənim uğurumdur qarşıma çıxıb, açsam, 
heç bir günah sahibi olmaram. 
Ehtiyatla qələmin iti ucunu ağzıbağlı məktuba yaxınlaşdırıram. Qırx il 
qurumuş yapışqan asanca qopur. İçərisindən adi dəftər kağızında yazılmış dörd 
vərəq çıxır. Birincinin sərlövhəsi: “Ailə vəsiyyətnaməsi”,  30 oktyabr 1933-cü ildə 
yazılıb. İkincisi - “Əziz Bahadır və Varya” /həmin tarixdə yazılıb/. Üçüncü 


sərlövəsizdir, yalnız tarixi qoyulub: “3 yanvar 1938-ci il”. Dördüncüsü: “Son rica 
/xahiş/”, 13 mart 1942-ci ildə yazılıb. 
General Əliağa Şıxlinskinin “Vəsiyyətnamə”sinin dördünün də üzünü 
köçürüb evə qayıdıram. Yol boyu ikinci vəsiyyənamədəki bir cümləni ürək ağrısı 
ilə öz-özümə təkrar edirəm. 
 “Əgər tale mənim bu sevincsiz həyatımı uzun müddət davam etdirərsə, onda 
mənim “əmlakım” mənim dəfnolunma və ən sadə qəbir daşı qoyulma xərclərinə 
belə bəs etməz, bu halda mənim vəsiyyətim gülünc hal almış olar”. 
Oxucum, general Şıxlinskinin vəsiyyətnamələrindəki kədər təkcə bu 
cümlədə deyil. Onların dördü də tənha yaşayan insanın kədər və həsrətilə doludur. 
Burda onun sevimli Nigarına ülvi məhəbbətinin də şahidi olacaqsan. 
Mən 1983-cü ildə ulu generalımızın kədərinə şərik oldum. Vəsiyyətnamələri 
Sizə təqdim etməkdə bircə məqsədim var: xalqımız üçün əvəzsiz xidmətlər 
göstərmiş general Əliağa Şıxlinskinin nikbinliyinə, qayğılarına Siz də şərik olun. 
Ulu vəsiyyəti faydasız olmaz. 
 
* * * 
 
Ailə vəsiyyətnaməsi 
 
Mənim ölümümdən sonra, əmlakımdan nə qalarsa: mebel, qab-qacaq, geyim 
şeyləri və başqa əşyalar, eləcə də qalmış nəğd pul məbləğini - həyatımın kimsəsiz 
illərində mənə qayğı göstərmiş həkim Bahadır Qayıbova
32
 və onun arvadı 
Qayıbovaya
33
 vəsiyyət edirəm. 
Yazılanları öz şəxsi imzam ilə təsdiq edirəm. 
 
30 oktyabr 1933-cü il,  
Bakı Əliağa Şıxlinski 
  
Biz mətnin altında imza atmış şəxslər, aqronom Nəsrulla Əlizadə və texnik 
Sadıq Əlizadə şahidik ki, Əliağa Şıxlinski 30 oktyabr 1933-cü ildə bizim 
iştirakımızla vəsiyyətnaməni tərtib edib, imzalayarkən tam sağlam əqlə və yaddaşa 
malik idi. 1. Nəsrulla Əlizadə, 2. Sadıq Əlizadə. 
 
Əziz Bahadır və Varya! 
 
Əgər tale mənim bu sevincsiz həyatımı uzun müddət davam etdirərsə, onda 
mənim “əmlakım” mənim dəfnolunma və ən sadə qəbir daşı qoyulma xərclərinə 
belə bəs etməz, bu halda mənim vəsiyyətnaməm gülünc hal almış olar. 
Lakin ona əvəz olaraq, unudulmaz həyat yoldaşım Nigar xanımın vəfatından 
sonra, siz məni qayğı ilə hərtərəfli əhatə edərək, onsuz yaşadığım günləri mənim 
                                                 
32
 Bаhаdır bəy Мirzə Hüsеyn Əfəndi оğlu Qаyıbоv/1878-1949/ Əliаğа Şıхlinсkinin qаynıdır. Оnlаr həm də qоnşu 
оlmuşlаr. 
 
33
 Vаrvаrа Qаyıbоvа dоktоr Bаhаdır bəyin аrvаdı - müəl. 


üçün mümkün və dözümlü etdiyinizə görə, mənim sizə qarşı olan minnətdarlığımın 
həddi-hüdudu yoxdur. 
Bu qəni minnətdarlığı mən özümlə qəbir evinə belə aparacağam. 
Sizin mənə qarşı mərhəmətinizə görə Allah sizdən razı olsun. 
 
Sizi sevən 
Əliağa Şıxlinski 
Bakı, 30\X-1933-cü il 
  
 
  
3.01.1938-ci il 
 
Vəsiyyətnamə yazılarkən, mənim bəzi qiymətli şeylərim var idi ki, onlar 
Bahadır və Varyanın mənə göstərdikləri qayğı və mənəvi köməklikdən əlavə, 
maddi yardımlarını qismən ödəyə bilərdi. 
Lakin mən gözlənildiyindən də artıq yaşadım, satmalı nə vardısa, satıb 
xərclədim və bununla da vəsiyyətnamə öz mənasını itirmiş oldu. 
Əgər evdə qalmış əşyaların dəyəri dəfn mərasiminə və sadə qəbir daşına 
kifayət edərsə, ona da Şükür. Heç bir ehsan və elan lazım deyil. 
 Qohumlara telefon vasitəsilə, telefon yoxsa, məktubla xəbər vermək olar. 
Qəbir daşı yalnız onun üçündür ki, mənim adım unudulmaz həyat yoldaşım 
Nigar xanımın adı ilə yanaşı yazılsın, 
Əliağa Şıxlinski
 
Son rica /xahiş/ 
 
• 
Əgər mən yataqda qalası xəstə olsam, məni xəstəxanaya göndərin. 
• 
Əgər xəstəxanada ölsəm, nəşimi evə yox, xəstəxanadan 
qəbiristanlığa aparın. 
• Qəzetdə elan verməyin. 
• Dəfnetmə xərclərinin az olmasına çalışın. Yorğan ağına bükülmuş 
cəsədi rənglənməmiş, üstünə ağ kilim salınmış tabuta qoyun. 
• 
Heç bir ehsan verməyin, bunu etmək həmişə gərəksizdir, muasir 
çətinlikləri nəzərə alsaq isə qəbahətdir. 
• Mənə əziz olan Nigar xanımın qəbri ilə yanaşı qəbri yastı tava daşı ilə 
örtub, üstündə yazarsınız: Əliağa Şıxlinski - heç bir tarix lazım deyil.  
Əliağa Şıxlinski 
Bakı, 13.03.1942-ci il. 
 
Nə tabutun içinə, nə də tabutun üstünə bir dənə də olsun gül 
qoyulmasın. 
 
Əliağa ŞIXLİNSKİ. 
  



Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   157


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə