ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   53   54   55   56   57   58   59   60   ...   157

Neçə min bəlalar gəldi sərinə. 
Fərmansız şah olub qılınc zoruna, 
Hökm edir Qazağa, Tiflisə, əfəndim. 
 
Şennik mədh edər qoç igidin pirini
Hər nadana açmaz gizlin sirrini. 
Səməd bəylə İsmayılın yerini 
Tutan olmaz bu diyarda, əfəndim. 
 
Sonralar Borçalıya tez-tez gələn aşıq Şennik həmişə bu nəslə qonaq düşüb. 
Türkiyədə 1975-ci ildə nəşr olunan “Aşıq Şennik” /həyatı, şerləri və hekayətləri/ 
kitabında “Səməd bəy dastanı” daha geniş verilib. 
Nüfuzlu Qasımlı nəslində iki Səməd ağa olub. Baba 1880-ci ildə yeni 
tikdirdiyi mülkdə ustaya göstəriş verərkən çöldən atılan namərd gülləsinin qurbanı 
olub. Nəvə Səməd ağa da babası kimi igid, vurub-tutan olduğuna görə el-oba ona 
Dəli Səməd ağa ayaması verib. 
1928-29-cu illərdə Şura hökumətində ağa və bəylər təqib olunanda üç qardaş 
- Dəli Səməd ağa, İsgəndər və Rüstəm Türkiyəyə pənah aparırlar. Otuzuncu ilin 
ortalarında Lavrenti Beriya Gürcüstan Ali Məhkəməsində işləyən Şabanov 
familiyalı bir azərbaycanlını çağırıb deyir: 
- Eşitdiyimə görə, Dəli Səməd ağa səninlə dost olub. Ona mənim və öz 
adından məktub göndər. Qoy, başının dəstəsi ilə qayıdıb gəlsin. Çalış, inandır ki, 
ona toxunmayacağıq. Tökdüyü bolşevik qanının hamısını bağışlayırıq. Torpağını, 
mülkünü, müsadirə olunmuş nəyi varsa, ona qaytarmağa söz ver. 
Məktubu alan Dəli Səməd ağa bu yağlı vədlərə inanmır. Amma Rüstəm və 
İsgəndər inanıb qayıtmaq qərarına gəlirlər. Onda Dəli Səməd ağa deyir ki, 
qardaşlarım, öz ayağınızla Şura hökumətinə qurban gedirsiniz. 
1930-cu ildə İsgəndər və Rüstəmi Borçalıya qayıdan kimi həbs edib 
güllələyirlər. 
Daşdəmir ağa: 
  
- Atam Rüstəm ağa güllələnəndön sonra dolanışığımız çətin oldu. Anam 
Stalin adına   kolxozda   işləyirdi. Əllinci illərdə Sarvanın mərkəzi bağında Stalinin 
əzəmətli bir heykəli vardı. Anamı ona xidmətçi  qoydular. İki il işləyəndən sonra 
onu Dövlət Təhlükəsizliyi şöbəsinə çağırdılar. Möhkəm danlayıb dedilər ki, səni 
kim buraya qoyub, axı sən ağa arvadı olmusan. Ağa arvadı olduğuna görə onu 
işdən çıxartdılar. Kolxoz sədri İsa Xubanovu hədələdilər ki, sən bilmirsən ki, bu 
ağa arvadıdı, o hansı bir ürəklə heykəli silər, bağın gül-çiçəyini becərər. 
Stalinin heykəlini silməyə hər il üç-dörd metr məxmər verirdilər. Bizi ondan 
da məhrum elədilər. 
- Ağa, bəs Türkiyədə qalan Dəli Səməd ağanın taleyi necə olub? 
- 1930-cu  ildə  Türkiyədən  qayıdan İsgəndər ağa bir foto-şəkil gətirib. 
Şəkildə səkkiz nəfər təsvir olunub. Həmin şəkildə bizim nəsildən İsgəndər ağa 
Qasımlı, Dəli Səməd ağa, Kürüstü Kosalar kəndindən isə Dəli Əhməd var, ayaq 
üstə duran isə burda yazılana görə türk konsuludur. Qalanlarının kimliyi 


yazılmayıb. 1962-ci ildə Türkiyə radiosu xəbər verdi ki, vaxtilə şuralardan bizə 
pənah gətirən alay komandiri Dəli Səməd ağa vəfat etdi. Sonralar Türkiyə ilə ara 
elə kəsildi ki, nə Dəli Səməd ağadan, nə də övladlarından heç bir xəbər tuta 
bilmədik. Gedib-gələnlər onun igidliyindən, səxavətindən danışırdılar. 
...Bir türk əsgəri naqanını sökür, amma yığa bilmir. Döyüşçülərdən biri Dəli 
Səməd ağanı göstərib deyir: 
- Apar, ver, əcəmi kürdünə, o yığa bilər.  
Səməd ağa da bir anın içində naqanı yığıb qoyur cibinə. Türk deyir: 
- Ağa, neylədin, axı naqan mənimdir. 
Səməd ağa: 
- Yapmasını bilməyən, atmasını da bilməz. Naqan mənimdi... 
Bu dəfə daha ciddi görkəm alıb - əfəndim, ətrafımız gavurlarla doludur. 
İstəyirsən ki, heç vaxt düşmənə hədəf olmayasan, naqanın yapmasını da öyrən, bu, 
sənin həmişə gərəyin olacaq, - deyib türkün naqanını özünə qaytarır. 
 
Aprel, 1993-cü il 
 
 
BORÇALIDAN GƏLƏN 
MƏKTUB 
 
Adam var tez-tez görüşürsən, amma ondan yaddaşında heç nə qalmır. Adam 
var ki, bircə dəfə həmsöhbət olursan, onun duruşu, davranışı, sözü-söhbəti 
hafizəndə ömürlük yaşayır. Tez ayrıldığına, ya da mənzil uzaqlığı ucbatından 
görüşə bilmədiyinə yanıb - yaxılırsan. 
Borçalı Daşdəmir ağa ilə yeganə görüşümün bir ili 1993-cü il dekabrın 
səkkizində tamam oldu. Bu bir ildə Ağa /Borçalıda hamı onu belə çağırır/ üçün 
mən yaman darıxmışdım. Ağa üçün istək    yanğıma ancaq məktubla təsəlli 
tapmışam. İnanıram ki, Borçalı igidi Səməd bəyin doğma nəvəsi Daşdəmir ağa ilə 
hər kəs bircə dəfə görüşsə, o da mənim kimi ağa vüqarına, şirin və maraqlı 
söhbətinə vurğun kəsilər. Nüfuzlu ağa nəslinin nümayəndəsini dinlədikcə Allaha 
dua-səna qılırdım ki, nə yaxşı bu saf bulağın gözü tutulmayıb. O danışdıqca   
fikirləşirdim ki, adama tərbiyə vermək, ədəb öyrətmək lüzumsuz bir zəhmət imiş. 
Gərək insan olan kəs anadan tərbiyəli doğulsun, vüqarlı və nəzakətli yaşasın. 
Bunun üçün də nəslində ağalıq olmalıdır. 
1955-ci ildə Səməd Vurğun Borçalıda qonaq olub. Böyük bir ziyafətdən 
sonra Daşdəmir ağagilə gələn Səməd Vurğun nahaqdan deməmişdir ki, Allaha 
şükür ki, özümün ağa evinə qonaq gəldim. İndi özümü burada rahat hiss edirəm. 
(Daşdəmir ağanın anası Səməd Vurğun nəslindəndir). 
İkicə gün ziyarət etdiyim Daşdəmir ağa Rüstəm ağa oğlu Paşayev müdrik bir 
ağsaqqal kimi yaddaşımda ömürlük yaşayacaq. 
Bu günlərdə ondan yenə bir məktub aldım. Ağa mənə aşıq Şenniyin üç şerini 
göndərib. Şerin biri mərd babası Səməd ağaya, ikisi isə Şulaverin qoruqçularına 
yazılıb. Borçalıda ağır yığnaqlı toylar keçirən Səməd ağanın dostu Aşıq Şennik 
“Borçalı Səməd ağa” adlı dastan da yazıb. Qazax və Borçalı aşıqlarının dilində 


əzbər olan bu dastan təəssüf ki, indiyədək özümüzdə yox, ancaq Türkiyədə, 1975-
ci ildə nəşr olunub. 
...Bir gün Səməd ağa ismarıc göndərib aşığı oğlunun toyuna dəvət edir. Uzaq 
mənzil gələn aşıq Şennik Ləlvər dağını aşıb Şulaver düzündə dincəlmək istəyir. 
Atını ota buraxır, özü də böyrü üstə uzanıb, dünyanın gərdişini ələk-vələk edirmiş. 
Bu zaman iki erməni qoruqçusu bərəni bəri aşıb aşıq Şenniyə hədə-qorxu gəlir. 
Tüfəngi dabana çəkib kişinin atını və üstündəki pul-paranı alırlar. Aşıq nə qədər 
deyir  ki, mən Səməd ağanın qonağıyam, dinsizlər eşitmir ki, eşitmir... 
Aşıq Şenniyin payi-piyada gəldiyini və qarət olunduğunu görən Səməd ağa 
adam göndərib atı da, pul-paranı da aldırır. Düşmənə isə özü cəza verir. Nökərini 
Şulaver keşişinin belinə mindirib kəndin içi boyunca ləhləyənə qədər qovdurur. 
Aşıq Şennik də bu əhvalata iki - “Məni” və “Bəyim” şerlərini yazır. Üçüncü şer isə 
Aşıq Şenniyin qəlb və ürək dostu Səməd ağanın ölümünə yazdığı “Getdi” 
qoşmasıdır. 
İndiyədək ancaq Borçalı, Qazax aşıqlarının sinəsində yaşayan şerləri 
Daşdəmir ağa mənə aşıq Nurəddin Qasımlının boxçasından yazıb göndərib. 
 
 
GETDİ 
 
Borçalı mərdi Səməd 
bəyin ölümünə 
 
Ay ariflər, gəlin sizə söyləyim, 
Səməd bəy namında hökmü xan getdi. 
Qazax, Şəmsəddin, külli-Borçalı, 
İgidlər içində bəlli can getdi. 
 
Meydana girəndə edərdi çəngi, 
Apardı ayağını polad üzəngi. 
Gəzdi Alosmanı, gəzdi Firəngi, 
Saldı Cəlalıya bir tufan, getdi. 
 
Şennik mədh eyləyib çəkdi dastana, 
Yaysın sorağını, yaysın hər yana. 
Rüstəm tək səs saldı bütün cahana, 
Heyif, əlimizdən qəhrəman getdi. 
  
 
 
Məni 
 
Ay qoruqçu, sən Allahı sevirsən, 
Cəbr edib salmaynan azara məni. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə