ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   54   55   56   57   58   59   60   61   ...   157

Asdvasdı, Xristosu sevirsən, 
Cəbr edib salmaynan azara məni. 
 
Söylə görüm, nədir aşığın suçu, 
Məryəm ana olsun sizə duaçı. 
Sevirsən kilsəni, sevirsən xaçı, 
Cəbr edib salmaynan azara məni. 
 
Mən Şenniyəm mayıl oldum gülümə
Təbib olan qulluq edər pirinə. 
Məkanım Çıldırdı, göndər yerimə, 
Cəbr edib salmaynan azara məni. 
  
BƏYİM 
 
Dilbilməz yağının cənginə düşdüm, 
Bizi daşdan-daşa saldılar, bəyim. 
Arif məclisində ilham alardıq, 
Bizdən də xərac aldılar, bəyim. 
 
Dedim, Səməd bəydi sərdarın özü, 
Deyərəm eşidər, öldürər sizi, 
Çox yalvardım, eşitmədilər bizi, 
Bizi də yalançı saydılar, bəyim. 
 
Tək sənsən Şenniyin öz havadarı, 
Sizin üçün gəldim bu yana sarı. 
Viran Şulaverin qoruqçuları, 
Paramı, heybəmi çaldılar, bəyim! 
  
 
NURU PAŞANIN QAFQAZ YÜRÜŞÜ 
 
Tanrımızdan başqa güvəndiyimiz xalqımıza 
Nuru paşanın açdığı hərbi məktəbin məzunları 
olan zabitlərimizə, Bakının azad olunmasında 
yanbayan vuruşub böyük qardaşlarından təcrübə 
almış gənc ordumuza güvənərək yaşamaqda idik. 
Qədirbilən Azərbaycan xalqı yardımına gələn 
türk qardaşlarına, gomandirlərinə, əsgərlərinə 
olan minnətdarlığını qəlbinin dərin guşəsində 
saxlamaqda və tarixə qeyd edib nəsildən-nəsilə 
yaşatmaqdadır. 
 
Nağı bəy Şeyxzamanlı, 


Azərbaycan hökumətində 
 əks-kəşfiyyat idarəsinin rəisi. 
  
- Nuru paşa ilə Əşrəf bəyin görüşlərindən hekayətlər. 
- Nuru paşanın xilaskarlıq rolu. 
- Nuru paşa 1920-ci ilin aprelində bolşevik ordusu Azərbaycanı işğal edəndə 
bir qrup türk zabiti ilə Dağıstandan keçərək Şuşaya gəlmiş, Qarabağda bolşöviklərə 
qarşı döyüşlər aparmışdır. 
  
Yuxarı Qarxunun girəcəyində hündür  bir yer var. Adına Domba yeri 
deyirlər. İyunun ilk günləri idi, Şirvanda istilər çəkilməmişdi. Atlı carçılar 
kəndbəkənd xəbər verirdilər ki, sabah hamı Qarxuna yığışsın, türk generalı Nuru 
paşa gəlir, camaatla söhbət edəcək.  
Qəbələdən, Göyçaydan, Şəkidən, Zərdabdan və Aran Qarabağdan gələn 
ağalar, bəylər, süvari dəstələri ilə ayrıca dayanmışdılar. Bir az aralıda mehtərlər 
onların tərli atlarını gəzdirirdilər. 
Günortaya azca qalmış Yevlax yolunda sonu görünməyən qoşun peyda oldu. 
Öndə gələn tunc rəngli süvarilər eyni rəngli yarımqol sətin köynəkdə idi: onların 
qıvraq bədənlərinə çalın-çarpaz pulemyot lentləri salınmışdı. Dalısınca nizamla 
hərəkət edən piyadaların süngüləri yerişin ahəngilə Günəş işığında gah parlayır, 
gah da yox olurdu. Qoşunun yerişindən, araba təkərlərindən boğucu toz dumanları 
qalxırdı. İkitəkərli arabalar güllə yeşikləri, tüfəng, pulemyot və ərzaqla 
yüklənmişdi. Rotalar arasında iki atın yorğun-yorğun çəkib apardığı arabalara 
toplar qoşulmuşdu. Dəmir körpüdən ta Qarxuna kimi, yolun o tay bu tayında 
dayanan izdiham ordunu sevinclə qarşılayırdı. 
Öndəki süvaridən beş-on addım qabaqda gedən dörd atlı şirin-şirin söhbət 
edirdi. Qafqaz İslam ordusunun komandanı Fəriq Nuru paşa, Ərəş mahalının 
bəylərbəyi Əşrəf bəy Qarxunlu, ordunun hərbi müşaviri Ağaoğlu Əhməd bəy və 
Azərbaycan hökumətinin əks - kəşfiyyat idarəsinin rəisi Nağı bəy Şeyxzamanlı. 
Oynaq at üstündə qədd - qamətli Nuru paşa vüqarla oturmuşdu. O, gah Nağı bəy 
Şeyxzamanlı ilə, gah da Əşrəf bəylə şirin-şirin söhbət edirdi. Hiss olunurdu gi, hər 
ikisilə çoxdan tanışdır. O: 
- Nağı bəy, - dedi, - Qazaxdan başlayaraq hər yerdə səni soruşurdum. Elə 
hey gözüm səni axtarırdı. Ötən il İstanbulda Heydər paşa stansiyasında 
ayrıldığımızdır. Gəncədə mənə dedilər ki, Yevlağa gəlib Əşrəf bəyin yanında 
gözləyəcəksen. Nə yaxşı oldu ki, iki dostumu birgə görmək xoşbəxtliyi mənə 
qismət oldu. Allaha min şükür, Sizi sağ-salamat gördüm, demək səfərim də uğurlu 
keçəcək. 
Əşrəf bəy: 
  
- Paşam, - dedi, bizim torpağa xoş məramla qədəm qoyanı qurbanla, xoş 
üzlə qarşılayırıq. Pis niyyətlə gələni isə boz üzlü silahla... Bu, bizim 
babalarımızdan qalma mirasdır. Onu demək artıqdır, biz din və dilbir qardaşıq. Bu 
ağır günümüzdə bizə hərbi köməklə təşrif gətirmisiniz. Fikir verin, bu yığışanların 
sevincinə, yayın cırhacırında heç bir silahın gücünə bu qədər əhalini buraya 
toplaya bilməzsən. Sizin ordunun Qazağa çatmaq xəbərini eşidəndən xalq sevinc 
içindədir. 


Qəlbi kövrök hisslər içində çırpınan Nağı bəy Şeyxzamanlı köksünü ötürüb, 
atının üstündə bir az da dikəldi; sağa və sola boylanıb: 
- İlahi, - dedi, - bu sevinci mənim məzlum xalqıma çox görmə. Ona bu işıqlı 
istiqlal yolunda xeyir-dua ver. 
Yığışan camaatın sevinci yerə-göyə sığmırdı. Yol boyu boğazı qotazlı 
erkəklər qurban kəsilir, camaat çalıb-oynayırdı. İzdiham dəniz kimi dalğalanır, 
alqış səsindən qulaq tutulurdu. Ulu Şirvan düzü belə təntənə, təlatüm görməmişdi. 
Gündə yanıb qaralmış tunc sifətli rəiyyət, kəndli ahəngdar səslə xilaskarı olacaq 
din qardaşlarını alqışlayırdı. Qarılar, qocalar sevincdən kövrəlib ağlayırdı. 
Onlar açıq havada qurulmuş kürsünün yanına çatanda, hazır dayanmış 
çilovdarlar üzəngini tutdular. Enlikürək, tökmə bədənli Əşrəf bəy qabağa düşüb 
qonaqları xitabat kürsüsünə dəvət elədi. İzdihama baxanda özü də çaşıb qaldı. Gur 
və məğrur səslə: 
- Camaat, - dedi, - çoxdan gözlədiyimiz qardaşlarımıza qovuşduq. 
Hamı sakitləşib diqqət kəsildi. Bayaqkı qarma-qarışıq səslərdən əsər-əlamət 
qalmamışdı. Ani olaraq nəfəs dərən Əşrəf bəy bir az toxtadı. Gözlərini ümidlə 
onlara zilləyən adamlar sıx-sıx dayanmışdılar. Bu dərin sükutu bir az aralıda 
otlayan atların fınxırmaları, kəsik kişnərti pozurdu. 
- Yüz ildən çox gavurlar bizim qanımızı sordular, var-dövlətimizin çox 
hissəsini əlimizdən aldılar. İndi din və dil qardaşlarımızla  əl-ələ verib yaşayacağıq. 
Xoş gəlib, gözümüz üstə yeri var türk ordusunun. Onun komandanı general Nuru 
paşanı alqışlayırıq. 
  
Bir-birinə qarışan alqış səsləri Şirvanın sinəsini yarıb keçən ana Kürə qədər 
sakitləşmədən uğuldayırdı. 
- Bu gün bizim bir xilas yolumuz var. Ancaq özümüz də cavanlarımızdan 
əsgər toplamalıyıq. Hər birimiz oğlumuzu əsgər  verməsək,  ordu yaratmasaq,  türk 
qardaşlarımızla çiyin-çiyinə vuruşmasaq, gavur zəncirini yenidən boynumuza 
salmış oluruq. Bu saat, bu gün bizim ən böyük təhlükəmiz Bakıdan və 
Zəngəzurdan başlayaraq, rusla  birləşib  millətimizi qıra-qıra gələn erməni 
daşnaklarıdır. Onların qabağına çıxmaq üçün cavanlarımız silaha sarılmalıdırlar. 
Şərqin müdrik şairi şeyx Sədi Şirazi demişdir: 
 
Oğlunu yanında bəsləsə hər kəs, 
Övladı hərb vaxtı döyüşə bilməz. 
Bərkdən-boşdan çıxıb güləşən ərlər
Döyüşdə göstərər böyük hünərlər. 
Naz-nemət içində bəslənən insan, 
Qorxar hərb zamanı görəndə meydan. 
 
Gəlin ulu müdriklərin vəsiyyətinə əməl edək. 
Əşrəf bəy çiyninə toxunan əldən geriyə döndü. Arxasında general Nuru paşa 
dayanmışdı. O gülümsəyib: 
- Müdrik şerə görə çox sağ ol, - dedi. Əşrəf bəy bir addım sola çəkilib, - 
buyurun, - dedi, - paşam. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə