ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə67/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   63   64   65   66   67   68   69   70   ...   157

Yanvarın doqquzunda, səhər saat onda başlayan qanlı döyüş dörd gün davam 
etdi. İki mindən çox rus əsgəri öldürüldü və yaralandı. On beş min tüfəng, yetmiş 
pulemyot və iyirmi top ələ keçirildi. Azərbaycan tərəfindən on beş, gürcülərdən isə 
qırx nəfər əsgər şəhid oldu. Güclü müqavimətə rast gələn rus əsgər və zabitləri 
perrona çıxıb ağ bayraq qaldırdılar: “Lənət olsun, biz bu silahları verməyə çoxdan 
razıyıq, bircə evimizə sağ və salamat gedə bilək” - deyib, silahları təhvil verdilər. 
Bu, Bakıda özünə yuva qurmuş Sovetlər hakimiyyətinə qarşı Gürcü və 
Azərbaycan xalqının silahlı mübarizəsi idi. Sonralar isə kommunistlər bu üsyanı 
“qardaş qırğını” və “Azərbaycan burcua hökumətinin ruslara divanı” kimi 
qiymətləndirdilər. 
Bakıda Şaumyan başda olmaqla, Qafqaz Ölkə Komitəsi bərk qəzəblənib 
bildirdi ki, “Şamxor cinayətkarları inqilabi məsuliyyətə alınacaq və Zaqafqaziya 
komissarlığını devirib. Zaqafqaziya fəhlə, əsgər və kəndli deputatları Sovetləri 
hakimiyyətini təşkil edəcəkdir”. 
Lakin tarixi dönüşlər daşnak Şaumyana bəd niyyətlərini həyata keçirməyə 
imkan vermədi. 
 
* * * 
 
Bəs sonralar “Tatar-Azərbaycan alayı”nın əsgər və zabitlərinin döyüş yolu 
haradan, hansı oddan-alovdan keçib? Arxiv qovluqlarından onların döyüş və ömür 
yolu barədə əldə etdiyim ilkin məlumat bunlardır: 
POLKOVNİK ŞAHZADƏ SEYFULLA BƏHMƏN MİRZƏ OĞLU 
QACAR-1918-ci il, noyabrın 15-dən Azərbaycan ordusunun Baş Qərargahında 
intendan şöbəsinin rəisi. 1919-cu il yanvarın 6-dan üçüncü Gəncə piyada alayının 
komandiri, həmin il iyulun birində xəstəliyinə görə istefaya çıxmış, sentyabrın 15-
də yenidən hərbi xidmətə qayıtmış və nazirlikdə hərbi donanmanın qərargah işləri 
ona tapşırılmışdı. 
1864-cü il martın 6-da Tiflisdə anadan olan şahzadə Seyfulla Mirzə Tiflis 
Ədadiyyə Məktəbinin tam kursunu bitirmişdir. 1886-cı il avqustun 30-da isə 
Tiflisdəki birinci dərəcəli Yunkerlər Məktəbini qurtaran podporuçik Seyfulla 
Mirzə 152-ci Vladiqafqaz alayında hərbi xidmətə başlamışdır. Rusiyanın müxtəlif 
şəhərlərində süvari diviziyalardakı əla xidmətinə görə həmişə fərqlənmişdir. 
Birinci Cahan müharibəsi illərində Qərb cəbhəsində batalyon və alay komandiri 
 olmuşdur. İvanqorod şəhəri uğrunda gedən döyüşlərdə yaralanmışdır. 1916-cı ilin 
sentyabrında polkovnik rütbəsi ilə təltif olunan şahzadə Seyfulla Mirzə ən 
nümunəvi zabit kimi Amur sərhəd alayının komandiri idi. 
“Müqəddəs Anna” ordeninin (qılınc və bantla birgə), “Müqəddəs Vladimir” 
ordeninin üç dərəcəsi ilə, Georgi silahı ilə təltif olunmuşdur. 
1920-ci il bolşevik istilasından sonra 1921-ci ilin yanvar ayına kimi 
respublika konvoy nizami hissəsinin rəisi olmuşdur. Musavat zabiti olduğuna görə 
etibarsız şəxs kimi işdən çıxarılmışdı. Ağır ehtiyac içərisində yaşayan polkovnik 
Seyfulla Mirzə Qacar 1924-cü ilin martında belə bir məktubla Azərbaycan SSR 
Hərbi Komissarlığından maddi kömək istəmişdir: “Azərbaycanda sovetləşmədən 
sonra bir neçə hərbi xidmət veteranı qalıb ki, yaşlarının keçməsi ilə ağırlaşan çətin 


maddi vəziyyətlərinə iltifat göstərərək, hökumət onları ömürlük təqaüdlə təmin 
edib. 
- Bütün gəncliyimi Rusiyada hərbi xidmətdə keçirmişəm. Birinci Dünya 
müharibəsində əvvəldən axıradək iştirak etmişəm. Sizə məlum olduğu kimi, 
Azərbaycanın sovetləşməsinin birinci günündən fasiləsiz olaraq hərbi idarələrdə və 
o cümlədən son bir il yarımında Azərbaycan proletar hərbi məktəbində müəllim 
vəzifəsində çalışıram. Lakin pozulmuş sağlamlıq (60 yaşım var) mənim 
işləməyimə son qoyub və mən ötən ilin sentyabr ayından hər cür yaşamaq 
imkanlarından məhrumam. Ailəmlə birlikdə dərin maddi ehtiyac keçirirəm. 
  
Bu vəziyyətdə yeganə ümidim odur gi, mən, Sizin iltifatınızla yardımla 
təmin olunacağam və veteran yoldaşlarımla bir sırada qoyulacağam”. 
POLKOVNİK VƏLİ BƏY SADIQ BƏY OĞLU YADİGAROV - 1918-ci 
ilin sentyabrından Milli Orduda korpus komandirinin yanında eskadron komandiri 
olmuşdur. XI Qızıl Ordu Bakıya basqın edəndə üçüncü Şəki süvari alayının 
pərakəndə dəstəsilə vuruşa-vuruşa Gürcüstan ərazisinə çəkilmişdir. 1921-ci ilin 
martınadək bolşeviklərə qarşı vuruşmuş və həmin il əvvəlcə Türkiyəyə, sonra 
Polşaya mühacirətə getmişdir. Polşada “Armiya Krayova” xalq ordusunda 
əməliyyat şöbəsində süvari rəisi olmuşdur. 
Polşada çıxan “Jiçe Varşavı” qəzeti 6 iyul 1990-cı il tarixli nömrəsində 
polkovnik Vəli bəy Yadigarov haqqında yazır: 
“Ötən şənbə Varşava qəbiristanlığında Vəli bəy Yadigar müsəlman-tatar 
qaydası ilə dəfn olunmuşdur. 
  
Dəfn fəxri qarovulun müşayiəti və hərbçi şöhrəti qaydaları ilə keçirilmişdir. 
Mərhumu son mənzilə yaxın qohumları, dostları, keçmiş alaydaşları yola salmışlar. 
Yaylım atəşi açılmış, orkestr Şopenin dəfn marşını çalmışdır. Cənazə üzərində 
müsəlman ayinini Varşava və Belestok yeparxiyasının imamı Aleksandr Əli 
Şaletski icra etmişdir. 
Bəs polkovnik Yadigar kimdir? Müsəlmandır, Azərbaycan knyazıdır... 
Bu qərib Polşa ordusu heyətində vuruşmuş, K.Soskovski adına yeddinci 
Ulan alayının zabiti olmuşdur. O, 1920-ci ildə tabeliyində olan hissə ilə birlikdə 
Azərbaycanı tərk etmək məcburiyyətində qalmış, sonra Polşada sığınacaq tapmış, 
müqavilə ilə polyak ordusu sıralarına daxil olmuşdur. 
Qruzdendə süvari məktəbini və Varşavada Ali Hərbi Məktəbi bitirdigdən 
sonra yeddinci süvari polkunun komandir müavini təyin edilmişdir. Polyak qızına 
evlənmiş, polyak dilini öyrənmişdir. Keçmiş alaydaşları onu son dərəcə yüksək 
mədəniyyətə, sağlam həyat tərzinə malik insan, həm də olduqca tələbkar zabit kimi 
xatırlayırlar. 
Vəli bəy Polşaya hücum etmiş hitlerçi qəsbkarlara qarşı 1939-cu ilin 
sentyabrında təşkil olunmuş müdafiə kompaniyasında iştirak etmiş, Mazovetski 
süvari briqadasının qərargah rəisi olmuşdur. Polşanın işğalından sonra Armiya 
Krayovanın (AK) tərkibinə daxil olan “Olen” polkunun komandiri kimi Varşava 
üsyanında iştirak etmişdir. 
Müharibədən sonra Vəli bəy Yadigar Argentinaya mühacirət etmiş, on 
doqquz il əvvəl Buenos-Ayresdə vəfat etmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə