ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə68/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   64   65   66   67   68   69   70   71   ...   157

  
Öz vəsiyyəti ilə Polşada təkrar dəfn  edilmişdir. Dəfn mərasimində 
mərhumun qızı -  Züleyxa xanım Yadigar-Kalinovskaya da olmuşdur. O, hazırda  
milliyyətcə polyak olan əri ilə İspaniyada yaşayır”. 
Vəli bəy Sadıq bəy oğlu 1897-ci ildə anadan olmuşdur. Borçalının Təkəli 
kəndindəki nüfuzlu Yadigarovlar nəslindəndir. Bu nəsildən 1918-20-ci illərdə Milli 
Orduda altı zabit şərəflə xidmət etmişdir: kornet Rəhim bəy, praporşik Adil bəy, 
ikinci Qarabağ süvari alayında üçüncü bölüyün komandiri, ştabs-rotmistri 
Məmməd bəy, ikinci Qarabağ süvari alayında ikinci bölüyün rotmistri Daniyal bəy 
və süvari diviziyasının rəis müavini general-mayor Davud bəy Yadigarovlar. 
Zadəgan nəslinə məxsus olan Vəli bəy ilk hərbi təhsilini 1909-1915-ci ildə kornet 
Vəli bəy Əlahiddə Qafqaz ordusunun korpusunda xidmət etmişdir. 
POLKOVNİK RÜSTƏM BƏY MƏMMƏDAĞA OĞLU ŞIXLİNSKİ - 
Topçu hissəsinin və 1918-ci ildə Ağdamdakı pulemyot məktəbinin rəisi. 1919-cu il 
fevralın 5-dən Əlahiddə Ağır Top divizionunun komandanı. 1920-ci ilin aprelində 
bolşeviklər tərəfindən Bakıda güllələnmişdir. Məşhur generalımız Əliağa 
Şıxlinskinin qardaşı oğludur. 1878-ci ildə Qazaxda anadan olub. Tiflisdəki kadet 
korpusunu və Peterburqda Mixaylov topçuluq məktəbini bitirib. Birinci Dünya 
müharibəsində iştirak edib. 
POLKOVNİK ŞAHZADƏ XOSROV MİRZƏ QACAR - Birinci Dünya 
müharibəsində Şimal draqun polkunun komandiri, 1918-ci ildən isə Milli Orduda 
üçünçü Ləzgi polkunun komandiri olmuşdur. 1920-ci ildə Gəncə üsyanından sonra 
Türkiyəyə mühacirətə getmişdir. 
  
POLKOVNİK ƏHMƏD BƏY MƏHƏMMƏD BƏY OĞLU DİBİROV – 
İkinci piyada Zaqatala alayının komandiri. 1860-cı ildə Balakən rayonunun 
Mahmalar kəndində anadan olub. Musavat zabiti olduğuna görə iyirminci ildə həbs 
edilib. Şəki qalasında bir neçə il saxlanıb. 1930-cu ildə yenidən həbs edilib. İki ay 
sonra həbsxanada ürək partlamasından vəfat edib. 
POLKOVNİK GƏRAY BƏY ABBASQULU BƏY OĞLU VƏKİLOV - 
1918-ci ildə yeni yaranan süvari rotalarının təşkilatçılarından olub. Birinci süvari 
alayının komandiri kimi Gəncədə, Tərtər və Bakıda xidmət edib. 1920-ci ilin 
əvvəllərində isə Bakıda birinci kadet korpusunda hərbi təhsil hissəsinin rəisi idi. 
Polkovnik Gəray bəy 1884-cü ildə Qars şəhərində polkovnik Abbasqulu bəy 
Vəkilovun ailəsindo anadan olub. Tiflisdəki kadet korpusunu bitirib. Rus-Yapon və 
Birinci Cahan savaşlarında döyüşən orduda iştirak edib. Döyüş xidmətlərinə görə 
“Müqəddəs Georgi” ordeni ilə təltif olunub. İyirminci ildən sonra Şəkidə yerləşən 
ikinci qırmızı kadet korpusunda işləyib. 1924-cü ildə ordudan tərxis olunub. 1952-
ci il martın 14-də Bakıda vəfat edib. 
POLKOVNİK CAHANGİR BƏY KAZIMBƏYOV -  Gəncə alayının 
komandiri. 1920-ci il mayın 22-dən 30-dək bolşeviklərə qarşı Gəncə üsyanının fəal 
iştirakçısı. 1888-ci ildə Gəncədə anadan olub. Hərbi təhsilini Peterburqda alıb. 
Birinci Dünya müharibəsində iştirak edib. 1918-ci ildə Gəncədə Milli Azərbaycan 
Ordusunun yaradılmasında çalışıb. İyirminci ildə Gəncə üsyanı yatırıldıqdan sonra 
İstanbula mühacirətə gedib. Az sonra marşal Yuzef Pilsudskinin dəvəti ilə 
Varşavaya köçüb. Polşa ordusunda diviziya komandiri olub. “Prometey” 
cəmiyyətində istilaçı ruslara qarşı mübarizədə həyat yoldaşı Vəliyə xanım 


Xoyskiylə birgə çalışıb. Onlar Azərbaycan dilində qəzet və jurnal nəşr edir
“Azəri-türk” dərnəyini yaradırlar. Böyük Vətən müharibəsi vaxtı Polşa işğal 
olunanda əsir düşür. Sovet əsirliyindən qaçıb əvvəlcə Almaniyada, sonra isə 
İtaliyada yaşayır. Əllinci ildə yenidən İstanbula gəlir, ağır güzəran keçirdiyindən 
Almaniyaya köçüb, ömrünün sonuna kimi “Azadlıq” radiosunda əməkdaşlıq edir. 
1953-cü ildə Amerikada nəşr edilən “Azərbaycan” milli yurnalının 12-ci 
nömrəsində polkovnik Cahangir bəy Kazımbəyovun “Gəncə üsyanı haqqında 
xatirələr” adlı sanballı yazısı dərc olunmuşdur. 
POLKOVNİK MEHDİ BƏY EYNALI OĞLU SULTANOV - 1880-ci 
ildə Gəncədə anadan olub. Altıncı Göyçay piyada polkunun (Bayılda yerləşirdi -
Ş.N.) komandiri. 1920-ci ildə bolşevik istilasından sonra Azərbaycan diviziyasında 
üçüncü alayın komandiri olmuşdur. 1926-cı ildə Gəncədə gizli fəaliyyət göstərən 
musavat hərbi təşkilatının üzvü olduğuna görə on il müddətinə Solovetsk həbs 
düşərgəsinə sürgün edilmişdir. 
1937-ci il aprelin 20-də Azərbaycan Xalq Daxili İşlər Komissarlığı xüsusi 
üçlüyünün qərarı ilə güllələnmişdir. 
POLKOVNİK HÜSEYNQULU XAN İSGƏNDƏR XAN OĞLU 
XOYSKİ - 1917-ci ildə Gəncədə cavanlardan ibarət “Zelyonaya qvardiya” adında 
əsgəri təşkilat yaratmışdı. 1919-20-ci illərdə Gəncə şəhər qubernatorunun müavini 
olub. İyirminci ildə bolşevik-daşnak təzyiqindən mühacirətə getmişdir. 1955-ci 
ildə İstanbul şəhərində vəfat etmişdir. Atası İsgəndər xan Xoyski imperiya 
ordusunda general-mayor rütbəsində xidmət etmişdir. İsgəndər xan 1820-ci ildə 
anadan olmuşdur. 
POLKOVNİK ŞAHZADƏ SƏDRƏDDİN BƏHMƏN MİRZƏ OĞLU 
QACAR-1918-19-çu illərdə Bakı qəzasının hərbi rəisi, 1919-cu ilin sonlarından 
bolşevik çevrilişinə qədər Nazirliyin dəftərxana rəisi olub. 1920-ci ilin aprelində 
bolşeviklər güllələyib. 
Azərbaycan Respublikasının Xalq artisti, müğənni Sürəyya Qacarın atasıdır. 
Sürəyya xanım atasını belə xatırlayır: “Atam Sədrəddin Qaçar hərbi qulluqçu olsa 
da, yaxşı skripka çalırdı. Peterburqda təhsil alanda öyrənmişdi. Notları hələ də 
qalır. Pəsdən zümzümə etməyi də yadıma gəlir. Anam Günəş xanım 
Tağıbəyovanın da hərdən bir oxumağı vardı. Ev işləri görəndə zümzüməsi 
kəsməzdi... Atam güllələnəndən sonra ailəmiz Şuşadan Bakıya köçdü...” 
 
* * * 
 
1993-cü ilin iyun ayında Çingiz xanın və sonuncu Krım xanı Şahin Gərayın 
nəslinin davamçısı əlahəzrət şahzadə Cezar Gəray dədə-baba vətəni Krımda olanda 
“Moskovskiye novosti” qəzetinin müxbirinə verdiyi müsahibəsində demişdir: 
“...Sülaləmizin Rusiyada qalan hissəsinə gəldikdə isə, vətəndaş müharibəsi 
və inqilab zamanı bolşeviklər bizim ailənin bir neçə üzvünü öldürmüşdülər. 
Qvardiya zabiti, Qafqaz canişininin müavini, senator, sultan şahzadə Krim Gəray 
Nikolay Aleksandroviç (1886-1921) ingilis qızı ilə evlənmişdi. Vətəndaş 
müharibəsi vaxtı o, Petroqradda acından öldü. Ailəmizin digər üzvü, inqilabdan 
əvvəl imperiya ordusunun generalı, Birinci Dünya müharibəsində “Dikaya 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə