ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə70/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   66   67   68   69   70   71   72   73   ...   157

rütbəsi verilib. Həmin il Avstriya cəbhəsində Briqen şəhəri uğrunda gedən 
döyüşlərdə yaralanıb. 1916-cı ilin mart ayında baş uryadnik və 1917-ci ilin 
iyununda milis-yunkeri rütbəsi ilə təltif olunub. 
1918-ci ildə Kürdəmir, Müsüslü, Sanqaçal döyüşlərində bolşeviklərə qarşı 
vuruşub. Onun süvari dəstəsi düşməndən yüz altı nəfər aşağı rütbəli əsgər, üç zabit, 
bir həkim əsir alıb, qənimət kimi üç pulemyot götürüb. 
Poruçik Osman ağa Gülməmmədov 1918-ci il sentyabrın on beşində Bakı 
döyüşlərinin ən fəal iştirakçısı olub. 
Avqustun on yeddisində Bakıya hücum zamanı bolşeviklərlə döyüşlərdə 
kornet Osman ağa Gülməmmədov süvari kəşfiyyat dəstəsində olarkən Balaxanı 
kəndinin şimal-qərb hündürlüyündən rəqibin arxasına keçərək onu Bakı şəhəri 
istiqamətində geri çəkilməyə məcbur etmişdi. Bu zaman özünü çatdırmış bölük 
Nobel çənləri yanında mövqe tutmuş və düşmən bölüyünə həmlə etməyə 
başlamışdı. Düşmən bölüyünün cinahında olan kornet Osman ağa Gülməmmədov 
pülemyot və tüfəng atəşi ilə qarşılandı. O, yaralıları itirsə də, nadir şücaət və 
mərdliklə, fədakarcasına igidlik nümunəsi göstərərək rəqibin güclü və sayca çox 
olmasına baxmayaraq, əlbəyaxa döyüşdə onun müqavimətini qırdı. Həmlə zamanı 
cəsur kornetin mindiyi at yaralandı, buna baxmayaraq o, düşməni qıra-qıra onun 
sıralarını məhv etdi. Bu hücuma davam gətirməyən düşmən bir zabit, bir həkim
qırx doqquz əsgər itirdi və üç pulemyotu qoyub qaçdı. 
Bakı cəbhəsində bu həmlə qətedici rol oynadı, çünki rəqib qüvvələri sındı. 
Bizim piyada isə bundan müvəffəqiyyətlə istifadə edə bildi. 
Döyüşlərdə göstərdiyi igidliyə görə Osman ağa Gülməmmədova kornet-
süvari qoşununda birinci zabit rütbəsi verildi və o, general Nuru paşanın əmrilə 
Türkiyənin beş qılınclı “Məcidiyyə” ordeni ilə təltif olundu. 
Arxiv sənədlərində yazılır ki, təsvir edilmiş döyüşdə adını çəkdiyimiz kornet 
Osman ağa Gülməmmədovun komandası altında vuruşan süvarilər öz imzaları ilə 
onun qəhrəmanlığını şəhadət edirlər: Həmzə İsmayıloğlu, milis yunkeri Kərim 
Yaqubov, praporşik Paşa bəy Rüstəmov, milis yunkeri Dəmir Paşa oğlu və 
başqaları. 
Poruçik Osman ağa Gülməmmədovun 1919-cu il martın altısında tərtib 
olunmuş şəxsi işindən öyrənmək olur ki, o, 1892-ci il avqustun on altısında Gəncə 
quberniyasının Qazax qəzasındakı Salahlı kəndində bəy ailəsində anadan 
olmuşdur. 
Birinci Dünya müharibəsi illərində cəbhədə göstərdiyi qəhrəmanlığa görə 
ikinci, üçüncü və dördüncü dərəcəli “Müqəddəs Georgi” xaçı, ikinci, üçüncü və 
dördüncü dərəcəli “Müqəddəs Georgi” medalı ilə təltif olunmuşdur. 
Azərbaycan Respublikası hökumətinin hərbi rütbələr haqqında 16 may 1918-
ci il tarixli 26 saylı əmri ilə birinci süvari Azərbaycan taburunun korneti Osman 
ağa Gülməmmədova hərbi şücaətlərinə görə starşinalıq imtiyazı ilə poruçik rütbəsi 
verildi, vəzifəsi yüksəldilərək üçüncü bölüyün komandiri təyin olundu. Əmrin 
ikisini də Hərbi Nazir vəzifəsini müvəqqəti icra edən general-leytenant Əliağa 
Şıxlinski imzalamışdı. 
Osman ağa Gülməmmədov həmin ilin iyul ayında xidmət üçün bölüyü ilə 
birgə Qusara göndərilir. Şimal sərhədlərimizin qorunmasında general Denikinə 


qarşı mübarizə aparan poruçik Osman ağa Gülməmmədov nümunəvi 
qəhrəmanlıqlar göstərir. 1919-cu ilin yanvar ayında keçirilən baxış-yoxlamasında 
onun sıralarında döyüşdüyü birinci Azərbaycan  süvari   alayı   Hərbi   Nazirin   
şəxsi təşəkkürünü alır. 
1920-ci ilin martında Qarabağ və Zəngəzurda düşmən təhlükəsi kəskin 
surətdə artır. Erməni-daşnak qoşun birləşmələri martın iyirmi birindən iyirmi 
ikisinə keçən gecə Xankəndində yerləşən birinci Cavanşir piyada alayının 
kazarmalarına qəfil basqın edir. Novruz bayramı axşamı Xankəndinə hücum edib 
Əsgəran yolunu bağlayırlar. Poruçik Osman ağa Gülməmmədov həmin döyüşlərin 
fəal iştirakçısı olur. Aprelin ikisində onun bölüyü daşnakların Əsgərandan 
qovulmasında mərdliklə vuruşur. 
İyirmi səkkiz aprel istilasından sonra musavat zabiti Osman ağa 
Gülməmmədov Türkiyəyə mühacirətə getməyə məcbur olmuşdur. 
“1937-Cİ İL FEVRALIN YEDDİSİNDƏ MAARİFÇİ-QADIN MƏDİNƏ 
XANIM QİYASBƏYLİNİN ALTINCI DİNDİRİLMƏSİNDƏN: 
SUAL : - Osman ağa Gülməmmədov sizə tanışdır? 
CAVAB: - Osman ağa mənim həmkəndlimdir. Mən onu 1919-1920-ci 
illərdə görüşmüşəm. Azərbaycanın sovetləşməsindən sonra o, Azərbaycan alayı ilə 
Türkiyəyə getdi. 
SUAL: - Sizi musavatçılarla nə bağlayırdı? 
  
CAVAB: - Bizim millətçi nəzərimiz, qohumluğumuz və bu adamların 
mədəniyyəti”. 
 
* * * 
 
1919-cu il fevralın on dördündə praporşik Lütvəli bəy Abbasqulu bəy oğlu 
Vəkilov Azərbaycan suvari alayının komandirinə belə bir məlumat göndərmişdir: 
“Sizin nəzərinizə çatdırıram ki, 1918-ci il iyulun on səkkizində dördüncü 
Borçalı alayının polkovniki Tuqanov cəbhədəki döyüş xidmətlərimə görə min beş 
nömrəli əmrlə məni “Müqəddəs Georgi” xaçı ordeninin bütün dörd dərəcəsi ilə 
təltif olunmağa təqdim etmişdi və buna əsasən mənə birinci Mozdok Dağ 
Kazakları alayının min yüz qırx altı nömrəli attestatı da verilmişdir. Orada 
ordenlərimin hər birinin nömrəsi yazılıb, həmin döyüşlərdə mən dörd dəfə 
yaralanmışam və kontuziya olmuşam. Bunların hamısı Sizə göndərdiyim şəxsi 
işimdə göstərilib” 
Vərəqin o biri üzündə praporşik Lütvəli bəy Vəkilovun dəsti-xətti ilə 
yazılmış qeydi də var: “Mənim şücaətlərimin və təltifatlarımın cəbhədə şahidi olan 
rotmistr Çayevski idi. O, hazırda Hərbi Nazirliyin Baş Qərargahında baş zabit kimi 
xidmətdədir”. 
Əlbəttə, praporşik Lütvəli bəy Vəkilovun bu məlumatı müasir oxucuya adi 
ərizə kimi görünə bilər. Lakin günümüzün oxucusu onu da unutmamalıdır ki, o 
dövrdə belə bir yüksək ordenlə əsgər və zabitlər çox nadir hallarda təltif olunurdu. 
Qeyri-adi ikidlik göstərən, “Müqəddəs Georgi” ordeninin bütün dörd dərəcəsinə 
layiq görülən oğullarımızı barmaqla saymaq olar: onlar rotmistr Teymur bəy 
Novruzov, praporşik Sayad bəy Zeynalov, poruçik Osman ağa Gülməmmədovdur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə