ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə79/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   75   76   77   78   79   80   81   82   ...   157

Dekabr, 1997-ci il. 
  
 
 
AZƏRBAYCAN SƏRKƏRDƏLƏRİNİN 
FACİƏSİ 
 
(1918-1920-Cİ İLLƏR
 
Azərbaycanda daşnak siyasəti tam gücü 
ilə həyata keçirilir. Mənim zərrə qədər şübhəm 
yoxdur ki, Serqo və Stalinin simasında AKP 
MK biz türklərə etibar etmir və Azərbaycanın 
taleyini erməni daşnaklarına tapşırır. 
Azərbaycanı başdan-başa qarət edirlər, sağa və 
sola güllələyirlər. 
 
Nəriman NƏRİMANOV
 
Yurddaşlar, bu qanlı yollarla 
irəliləyərək biz azadlıq yolunda şəhid 
olmuş yoldaşlarımızı bir an belə unutmadan 
çalışmalıyıq. Hamı bilməlidir ki, 
azadlığın gələcəyi gün uzaqda deyil. 
 
Məmməd Əmin RƏSULZADƏ. 
 
QIRMIZI TERROR 
  
İyirminci il martın iyirmisində, Novruz bayramı axşamı daşnaklar Əsgəran 
keçidini kəsdilər. Onlar bu yeganə keçidi kəsməklə Qarabağın dağlıq hissəsini 
Azərbaycandan ayırmaq istəyirdilər. Top və pulemyotlarla silahlanan qiyamçılara 
İrəvandan gələn daşnak generalı Dro Kanayan komandanlıq edirdi. 
Azərbaycan Cümhuriyyətinin Müdafiə Nazirliyi Qarabağı düşməndən xilas 
etmək üçün fövqəladə tədbir hazırladı. Nazir Səməd bəy Mehmandarovun əmrilə 
Əsgəran çəbhəsinə güclü qüvvə ayrıldı. Martın iyirmisində Azərbaycan ordusunun 
əsas hissəsi - iyirmi minə qədər əsgər və zabiti bu cəbhəyə göndərildi. O cümlədən, 
üçüncü Gəncə, beşinci Bakı, birinci Cavanşir, dördüncü Quba, səkkizinci Ağdam 
polkları general Həbib bəy Səlimovun komandanlığı ilə Yuxarı Qarabağa yola 
düşdü. Bu ölüm-dirim savaşı on iki gün davam etdi. Aprelin ikisində Əsgəran 
keçidi alındı. Azərbayçanın cəsur əsgər və zabitləri ana torpağın hər qarışı uğrunda 
mərdliklə vuruşaraq Şuşa qalasına və Xankəndinə daxil oldular. Yenilməz 
fədakarlıqla vuruşan əsgərlərimiz daşnak ordusunu darmadağın etdi. Erməni süvari 
dəstəsinin başçısı Dəli Qazar öldürüldü. Əsgəranın böyür-başında gizlənən 
ermənilər xəndəklərdən çıxıb qaçmağa başladılar. Qarabağ dağlarında yenidən 


Azərbaycan bayrağı dalğalandı. Bu vaxt cəbhəyə gələn hərbi nazir Səməd bəy 
Mehmandarov xain düşmən üzərində çalınan qələbəyə görə əsgərlərimizi təbrik 
edərək demişdi: “Qəhrəman əsgərlər, mən şəxsən Almaniya cəbhəsində bir çox 
döyüşlərdə olmuşam. Fəqət, sizin qədər qəhrəman əsgərlərə az-az təsadüf etmişəm. 
Siz mənim ümidlərimi qüvvətləndirdiniz. Siz canınızla gənc Azərbaycan 
ordusunun namusunu mühafizə etdiniz”. 
Əsgəranda qanlı döyüşlər gedəndə Maqsud Şeyxzadə yeniyetmə bir gənc idi. 
On səkkiz yaşı yenicə tamam olmuşdu. Qəlbi Vətən eşqi ilə döyünən bu gəncin 
ürəyi düşmənə, torpağımıza basqın edən ermənilərə nifrətlə dolu idi. Azərbaycan 
ordusunun yenilməzliyi qarşısında dözə bilməyib geri çəkilən daşnak tör-
töküntülərinin məhv edilməsi gənc şair Maqsud Şeyxzadənin də hədsiz sevincinə 
səbəb olmuşdu. Bu qələbədən ruhlanan şair iyirminci ilin martında “Qarabağ” və 
“Əsgəran marşı” kimi sanballı şerlər yazmışdır. İkinci şer bu günümüzlə daha çox 
səsləşir. 
 
Vardı Əsgəranda minlərlə əsgər
Aslan yavrusu tək sarsılmaz ərlər. 
İrəli, irəli, ey islamlarım, 
Yağı yuvasını dağıdanlarım. 
 
Dəydi top gülləsi yad ordusuna, 
İstərəm alaylar dağılıb sına, 
İrəli, irəli, ey tərlanlarım, 
Geniş üfüqlərə can atanlarım. 
 
Görək mərd çıxacaq neçənci igid? 
Laləzar salacaq neçənci şəhid? 
İrəli, irəli, türk oğulları, 
Sizsiniz qısaldan uzaq yolları. 
 
Azərbaycan   hərb  tarixinin   səhifələrinə yazılacaq belə parlaq qələbələrin 
ömrü təəssüf ki, bundan sonra bircə ay davam etdi. Mikoyanın, Qazarovun, 
Avetisovun, Amazaspın quyruq bulayıb qabaqlarına düşdüyü bolşevik-daşnak 
ordusu bir ay sonra işğalçı kimi Bakıya soxuldu. 
Həyatının son dəqiqələrinə kimi o məşum günü ürək ağrısı ilə xatırlayan 
xalqımızın böyük oğlu Məmməd Əmin Rəsulzadə yazırdı: “Azərbaycan 
Cümhuriyyəti hökuməti aprel ayının 27-də yuxusundan sərsəm bir halda qalxdı. 
Bir tərəfdə Bakı limanında lövbər salan dəniz qüvvələrinin üsyan bayrağı açdığını, 
digər tərəfdən Benaqazi (Binəqədi) Yanar dağı səmtdən Qızıl Ordunun atəş 
saçaraq gəldiyini və geri qaçmaq istərkən yolun türkiyəli bir zabitin komandasında 
olan “Yardım alayı” tərəfindən kəsildiyini gördü”. 
Bununla da dəhşətli, qorxunc bir dövr gəldi. Xüsusi bir amansızlıqla 
Vətənimizə hücum edən bolşevik-daşnak ordu birləşmələri vətənpərvər 
oğullarımızı qan içində boğdu. Ölkəmiz təqibə, böhtana məruz qaldı. Min cür 
həngamələrlə, izahı olmayan həbslərin dalğası gücləndi. On minlərlə günahsız 


adam güllələndi. Azərbaycan Milli Ordusunun min iki yüzdən çox əsgər və zabiti 
Arazı keçərək o taylı qardaşlarımıza pənah apardı. Təqib olunan minlərlə ziyalımız 
Türkiyə, Fransa və Almaniyaya mühacirətə getdi. Bolşevik-daşnak təqibinin 
əzabkeşlərindən biri - zabit Ələsgər Əsgərov Kəngərlinski şahidlik verir ki, 
“şəxsən özüm tərəfindən yoxlanılmış siyahıya görə, bolşeviklərin Azərbaycandakı 
ağalığı dövründə ancaq rütbəlilərindən məhv edilənlər: generallar - on iki
polkovniklər - iyirmi yeddi, kapitan və ştabskapitanlar, poruçik və podporuçiklər - 
qırx altı, praporşik və podpraporşik - yüz qırx səkkiz, qalanları - iki yüz altmış altı 
(hamısı müsəlman)... 1920-ci ilin aprelindən 1921-ci ilin avqustunadək 
Azərbaycanda qırmızı terrordan qırx səkkiz min adam öldürülmüşdü ki, bunun da 
çox hissəsi ziyalıların payına düşürdü".  
1920-ci il mayın 30-da “Kommunist” qəzeti bolşevik terrorunun alçaqlığına 
bəraət qazandıraraq, həyasızcasına “Layiqli cəza” adlı bir məqalədə yazırdı: “Ali 
inqilab tribunalı bu işə yalnız həqiqi proletar ədliyyə orqanları nümayəndələrinə 
xas olan ehtiyatlıq və təmkinlə nəzər salmışdır. Azərbaycanın azad əmək 
adamlarının mənafeyini əsas tutan tribunal heç bir “qanuni intiqam” duyğularına 
yol vermədən özünün soyuq və ölçüb-biçilmiş qərarını vermişdir”. 
Bolşeviklər “təmkinlə”, “soyuq və ölçülüb-biçilmiş” haqsız qərarları ilə 
Azərbaycan Milli Ordusunu say-seçmə, yüksək rütbəli zabitlərindən və general 
oğullarından məhrum etdilər. Adı və şöhrəti yetmiş ildən çox bağlı qapı arxasında 
qalan sərkərdələrimiz haqqında məlumatla bu gün tanış ola bilirik. 
  
 
GENERALLAR 
 
GENERAL-MAYOR HƏBİB BƏY SƏLİMOV - Baş Qərargah və 
dəftərxana rəisi. Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi naziri, tam artilleriya 
generalı Səməd bəy Mehmandarovun 26 fevral 1919-cu ildə, otuz nömrəli əmri ilə 
general-mayor rütbəsi ilə təltif olunub, 1920-ci ilin martında “Əsgəran müharibəsi” 
adı ilə məşhur olan cəbhənin qəhrəmanı. 1919-cu ilin iyul ayında briqada generalı 
Həbib bəy Səlimovun komandanlığı ilə Muğanda və Lənkəranda Azərbaycan milli 
hökumətini tanımaq istəməyən malakan və rus-erməni silahlı qüvvələri 
darmadağın edilmişdir. Düşməndən qənimət üçün götürdüyü bir təyyarəni, iyirmi 
dörd topu və altmış pulemyotu Azərbaycan Ordusuna təhvil vermişdir. Muğan və 
Lənkəranı ana yurdu Azərbaycana qaytaran Həbib bəy buraya qısa müddətə vali 
təyin edilmişdir. 
1918-ci ildə Qafqaz İslam Ordusunun sıralarında Azərbaycanda olmuş türk 
podpolkovniki Rüştü bəy “Bakının böyük hərb yollarında” (“Hərbi məcmuə”, 
1934-cü il, №93) kitabında Həbib bəyi igid bir sərkərdə kimi xatırlayır: “Cəsur və 
döyüş texnikasını gözəl bilən türk ordusunun yüksək rütbəli zabitləri tərəfindən 
layiqincə qiymətləndirilən polkovnik Həbib bəy rus ordusunda yetişmiş 
azərbaycanlı zabitlərdəndir. Döyüşlərdə cəbhə iki yerə ayrılırdı: şimal və cənub 
qruplarına. Cənub qrupunun komandiri polkovnik Həbib bəy Səlimov idi”. 
Hərbi tədqiqatçı, polkovnik-leytenant Mehman Süleymanov 1998-ci ildə 
Türkiyədə yaradıcılıq ezamiyyətində olarkən general eloğlumuz Həbib bəy 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə