ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə80/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   76   77   78   79   80   81   82   83   ...   157

haqqında dəyərli məlumatlar əldə etmişdir. Həmin faktlar əyani sürətdə göstərir ki
general Həbib bəy Səlimov daima ön cəbhədə olmuş və Azərbaycanı bolşevik-
daşnak hərbi qüvvələrindən xilas etmk üçün mərdliklə vuruşmuşdur. 
Həbib bəy Səlimovun komandanlıq etdiyi cənub qrupu Nəvai və Ağbulaq 
stansiyalarını bolşevik-daşnak qüvvələrindən azad etdikdən sonra o, Nuru paşaya 
aşağıdakı məzmunda raport göndərdi. 
“Birinci - bu gün Ağbulaq stansiyasını işğal edirəm. Yarın (1 avqust 1918-ci 
il) Ələti düşmən alsa da dəxi Allahın inayəti ilə işğal etmək üzrə irəliləyəcəyəm. 
İkinci - mütəaqibən (sonra) Bakı istiqamətində hərəkət edəcəyəm. Fəqət 
qrupun suyu qətiyyən yoxdur. Susuzluqdan əfrad (bəzi adamlar) bayılmış bir 
haldadır. Sürətlə su gətirilməsi üçün icab edənlərə əmr bulunmasını təkrar-təkrar 
rica edirəm. 
Üçüncü - Ələtdən sonra qaradan (torpaq yol) hərəkət edəcəyimdən bir minik 
avtomobilinin təhriki üçün əmr buyrulmasını rica edirəm”. 
...Avqustun birində cənub qrupunun komandanı Həbib bəy Səlimov Ordu 
komandanı Nuru paşaya göndərdiyi teleqramında bildirirdi ki, bu axşam Ələti işğal 
etdim. Dəfələrlə müraciət etməyimizə baxmayaraq, biz hələ də geridən içməli su 
almamışıq. Döyüşçülər susuz qaldığı kimi, lokomotivlər də su olmadığı üçün 
işləmir. Polkovnik Həbib bəy Səlimov susuzluğun qrupda ağır vəziyyət yaratdığını 
və su gətirilməyincə Ələtdən o yana hərəkət etməyin mümkünsüzlüyünü 
vurğulayır. 
H.Səlimovun milli Azərbaycan Ordusunun formalaşdırılmasında da böyük 
tarixi xidmətləri vardır. Hələ 1918-ci ilin avqustunda Qafqaz İslam Ordusu 
komandanı Nuru paşanın əmri ilə Azərbaycan korpusu yenidən qurulmağa 
başlayanda hərbi təcrübəsinə və biliyinə görə bu korpusun qərargah rəisi təyin 
edilmişdi. 
Gəncə-Bakı dəmir yolu ilə irəliləyən Cənub qrupunun komandiri kimi 
H.Səlimovun göstərdiyi təşkilatçılıq qabiliyyəti və igidliyi Azərbaycan hökuməti 
tərəfindən layiqincə qiymətləndirildi və elə bolşevik-daşnak qoşunlarına qarşı 
döyüşlərin gedişində ona polkovnik rütbəsi verildi. 
1919-cu ildə Azərbaycan ordusundakı maddi çətinlikləri görən polkovnik 
Həbib bəy Səlimov hökumətin adına göndərdiyi raportunda ürək ağrısı ilə yazırdı: 
“Demək olar ki, bütün əsgərlər Azərbaycan əyalətlərində yerli əhalinin hesabına 
dolanır, yarıac, yarıtox həyat sürürlər. Hətta böyük və varlı şəhər olan Bakıda 
əsgərlərə yemək tapılmır. Nə polkun, nə də korpusların anbarları yoxdur. Əsgərləri 
həmişə “un şorbası” ilə yedirtmək olmaz ki... Onuncu polkun çoxlu əsgəri 
çəkməsiz və corabsızdır. Ordunu yeməksiz, paltarsız, atsız, təchizatsız yaratmaq 
olmaz. Yarıac, paltarsız əsgər əlbəttə ki, evə qaçmaq istəyəcək. 
Ona görə də özümə mənəvi borc bilərək aşağıdakı fikirlərimi çatdırıram: 
Günün şüarı ancaq bu olmalıdır: Hər şey ordu üçün. 
Kağızda deyil, rəsmi şəkildə bir korpus yaratmaq lazımdır. 
Belə korpusun yaradılması və təminatı üçün vəsaiti əsirgəməməli. 
Böyük Napoleon Bonapart deyirdi ki, müharibə üçün üç şey lazımdır. 
Birincisi pul, ikincisi pul, üçüncüsü yenə də pul. 


  
Ordunu yedirtmək, geyindirmək və bolşevikləri nəzərdən qaçırmadan hər 
cür xəstəliklərdən qorumaq lazımdır”.  
İndiyədək nə fotoşəkli, nə də tam tərcümeyi-halı əldə edilməyən cəsur 
general Həbib bəy Səlimovun müxtəlif arxivlərdən vətənpərvər ruhda yazılmış bir 
neçə məktub təteleqramını əldə edə bildik. Bu məktub və teleqramları Həbib bəy 
Qarabağ ərazi qoşunlarının komandanı olarkən, odlu döyüşlər gedən Şuşa və 
Ağdamdan göndərmişdi. Bunlar Həbib bəy Səlimovun döyüş yolunu qismən də 
olsa öyrənməyə imkan verir. 
 
HƏRB NAZİRİNƏ 
“Bakı alayında 390 süngü vardır, Noyabrın 23-də Qocaz istiqamətində 
vəziyyət tədricən bərpa olunur. Düşmən hər tərəfdən Zabuq çayının sağ sahilinə 
atılmışdır. Ümid edirəm ki, bu günlərdə ... rayonu tuta bilərik. Cəbrayıl dəstəsində 
vəziyyət tam başqadır. - Ora iki batalyon - 1000 süngü qüvvə göndərilməsə, 
vəziyyəti düzəltmək mümkün olmayacaqdır. Yaranmış vəziyyətdə bu cür qüvvəni 
Xaçmaz dəstəsinin tərkibindən çıxarmaq, məncə, mümkün deyildir. 
Mən indi sizin barışıq fikrinizlə o şərtlə razıyam ki, barışandan sonra gələcək 
üçün sürətlə hazırlıq işləri görülsün. 
 
General Həbib bəy SƏLİMOV, 
20 aprel 1920-ci il 
Şuşa”. 
 
* * * 
 
“Bakı, general-leytenant Əliağa Şıxlinskiyə. 
  
Dünənki döyüş göstərdi ki, ermənilər bütün vasitələrindən istifadə ediblər. 
Əsgəran cəbhəsində Dilicandan gəlmiş əla təlim edilmiş və çox gözəl döyüş aparan 
Dəli Qazarın partizanları bir yerə cəmləşiblər. İndiki partizanlara ümid bəsləmək 
olmaz. Onlara kəsərli söz, xalqa çoxlu pul və bütun başqa vasitələrlə köməklik 
göstərmək lazımdır ki, onlar Vətənə daha böyük həvəslə xidmət etsinlər. Təkrar 
edirəm, məsələ çox ciddidir, artıq Ermənistan və Azərbaycan arasında Qarabağda 
gizli müharibə gedir. Hər tərəfdən patronlar tələb edirlər. Nazırda dövlətin 
ehtiyatları Gəncədən Araza qədərki ərazidəki cəbhə üçün düşmən ilə müqayisədə 
həddən artıq azdır. Ancaq etibarlı və yaxşı təşkil olunmuş partizanları müvəqqəti 
Sizin tərəfə yönəldə bilərlər. 
 
General Həbib bəy SƏLİMOV,  
31 mart 1920-ci il”. 
 
* * * 
 
“...Bu vəziyyət yerli əhali arasında çaxnaşma yaratdı. Onlar bizim Ağbulaq 
yaxınlığında dayanan alayımızı xəbərdar etmədən çaxnaşma salır və qaçırlar. 
Abdal kəndində olan əsgərlərin bir hissəsini də arxalarınca aparırlar. 


Bütün bunlar aralarında iki minə yaxın silahlı şəxslər olan Ağdam əhalisinin 
gözləri qarşısında baş verirdi. 
Bir nəfər belə gülablıların köməyinə getmədi, əksinə, iki-üç yüz erməninin 
Gülablıda görünməsi onlarda çaxnaşma saldı, əlbəttə, onlar səsə-küyə salaraq 
mərkəzə teleqram vurdular və Bakı da tez onların köməyinə gəldi. 
Mən Qarabağda baş verən hadisələrdən xəbərdaram və şəraitə görə mümkün 
olan bütün tədbirlərdən istifadə edirəm. Lakin abdallıların, gülablıların, Xaçinki 
kənd əhalisinin arzusu ilə qoşunu ata bilmərəm. Ayın on doqquzunda səhər saat 
10-da mən özüm Ağdamda oldum, partizanlar üçün məhkəmə qurdum, lazım olan 
tədbirləri gördüm. 
Nəticədə biz Güləbird kəndini, Qızıl hündürlüyünü tutmuşuq, Abdal kəndinə 
hücumu davam etdiririk. 
Mənə inanın ki, mən özümü qorumuram, şəxsən olduğum və komandirlik 
etdiyim yerlərdə düşmənin qəflətən yaxalanmasına yol verməyəcəyəm. 
Tatar alayının dərhal Cəbrayıla gəlməsinin böyük əhəmiyyəti olar, çünki bu 
alayın əksəriyyətini ləzgilər təşkil edir, bu da Quba qəzasında az fayda verə bilər. 
 
General Həbib bəy SƏLİMOV, 
29 aprel 1920-ci il 
Şuşa”. 
 
* * * 
 
Bakı, general-leytenant Əliağa Şıxlinskiyə. 
 
Dronun (Qarabağ ərazisində döyüşən erməni-daşnak silahlı 
birləşmələrin komandiri - Ş.N.) qüvvələrinin hücumu zamanı Şuşa şəhərinin 
vəziyyətinin nə dərəcədə ağır ola biləcəyini nəzərə alaraq, ermənilərə Cavad qəzası 
süvari qoşunlarının köməkliyi ilə Cəbrayıl qəzası tərəfindən güclü təzyiq 
göstərilməsini lazım bilirəm. Eyni zamanda, İran şahsevənləri Zəngəzur qəzasına 
soxulsaydılar, daha yaxşı olardı. Geniş hücum əməliyyatı  aparmaq üçün tək  
Cəbrayıl qəzasının vəsaiti kifayət deyildir. 
 
AXC-nin Qarabağ ərazi 
qoşunlarının komandanı general 
Həbib bəy SƏLİMOV, 
31 mart 1920-ci il “. 
 
 
HƏRB NAZİRİNƏ 
 
“...Bizimkilərin geriyə qaçmalarının qarşısını özüm rəhbərlik etdiyim yüz 
nəfərlik parlament mühafizə dəstəsi ilə aldım. Artilleriya, xüsusilə Həbibəyovun 
batareyası əla atışırdı, lakin təəssüf ki, batareya komandiri hissə qapılıb, batareya 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə