ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə81/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   77   78   79   80   81   82   83   84   ...   157

ilə həmləyə keçdi. Hal-hazırda ermənilər Əsgəranı, Xanabad kəndini, 3360-cı 
yüksəkliyi, Daşbaşı kəndini tuturlar. 
Ümumiyyətlə, biz döyüşərək erməniləri iki verst geri çəkilməyə məcbur 
etmişik. Aşağıdakı itgiləri vermişik: alayın..., praporşiki Nəcəfəliyev və on altı 
əsgər öldürülüb. Parlamentin mühafizə dəstəsindən podporuçik Dauşvili, praporşik 
Əsgərov, Ərəbov yaralıdırlar. Əsgərlərdən yeddi nəfər ölmüş və on beşi isə 
yaralıdırlar. 
Döyüşçülərin əhval-ruhiyyəsi yaxşıdır. Düşmən çox böyük itkilər vermişdir, 
tək Xaramutda 60-a qədər düşmən cəsədi sayılmışdır. 
 
General Həbib bəy SƏLİMOV 
1 aprel 1920-ci il 
Ağdam”. 
 
Naxçıvan Mərkəzi Dövlət Arxivində saxlanan səksən iki nömrəli protokol 
isə cəsur general haqqında ağ yalanla doludur. 1920-ci il avqustun iyirmi ikisində 
Naxçıvan komyaçeykasının iclasında hərbi komissar Starovun sədrliyi və 
Fyodorovun katibliyi ilə yeddi nəfər bolşevik, musavat generalı Həbib bəy 
Səlimovun “fəaliyyəti barədə işə” baxırlar. Lakin cəmi üç nəfər - “troyka” 
dindirilmişdir. 
Birinci şəxs Şaxtaxtinski: “General Səlimov zəhmətkeş xalqın satqınıdır, 
səbatsızdır. O, Bakıdan İrana qaçdı və oradan Naxçıvana gəlib camaatı dilə tutdu 
ki, əhali razılıq versin, onun polku 600 əsgər, 10 ədəd top və bir neçə pulemyotla 
Naxçıvana gəlsin. O, Sovet hökuməti əleyhinə təbliğat aparırdı. Lakin indiki 
hökumətə qarşı günahını boynuna almır. Polkun silahlarını İranda satıb 
mənisəmişdir”. 
İkinci şəxs Rüstəmov “Mən Şaxtaxtinskinin dediklərini təsdiq edirəm və 
əlavə olaraq bildirirəm ki, general Səlimov yerli əhalini başa salırdı ki, onun 
başçılığı ilə Naxçıvana yeni polk toplasın və bolşeviklər əleyhinə vuruşsunlar... O, 
həqiqətən Sovet hökuməti əleyhinə təbliğat aparırdı...” 
Üçüncü şəxs Xəlilbəy: “Daşnaklar Şuşaya hücum edəndə (1920-ci ilin mart 
ayında - Ş.N.) Azərbaycan hökuməti korpus təşkil edib Səlimovun başçılığı ilə 
cəbhəyə, daşnaklarla vuruşmağa göndərdi. Lakin, Səlimovun təcrübəsizliyi və 
korpusa başçılıq edə bilmədiyindən xeyli yaralı və ölüm hadisələri olmuşdur. 
Lakin mən işə qarışandan sonra döyüş müvəffəqiyyətlə başa çatdı və daşnak 
hüçumu darmadağın edildi.
43
 
  
Bütün bunlardan sonra Azərbaycan hökuməti ona 242-ci polka və üçüncü 
kavpolka başçılıq etməyi tapşırdı. O vaxtkı qırmızılar Bakıya yaxınlaşırdı, mən ona 
təklif etdim ki, qırmızıları müdafiə etsin. O, söz versə də, sözünü yerinə yetirmədi, 
satqınlıq elədi. Sovet hökuməti əleyhinə təbliğat aparmağa başladı”. 
                                                 
43
 Хəlilbəy tаmаmilə hаqsız вə qərəzli dаnışıb. О döyüşdən yаzılаn çохlu хаtirələrdə вə аrхiv sənədlərində 
dаşnаklаrın 1920-ci ilin mаrtındа Şuşа вə Хаnkəndindən əzilib çıхаrılmаsının məhz gеnеrаl Həbib bəј Səlimоvun 
kоmаndiрlik məhаrəti sаyəsində оlduğu dönə-dönə qеyd оlunub. Хəlil bəy isə həmin döyüşdə kiçik könüllülər 
dəstəsinin kоmаndiri оlmuşdur - müəl. 


Yekunda yoldaş Starov təklif etdi ki, general Həbib bəy Səlimovu həbs edib 
XI ordunun hərbi sovetinin sərəncamına göndərək. 
Təklif bir səslə qəbul edildi”. 
Burada “sapı özümüzdən...” olan müdrik el deyimini xatırlamaya bilmirsən. 
Bu yalan və iftiralardan sonra Həbib bəy Hacı Yusif oğlu Səlimovu bolşeviklər 
güllələdilər. 
General-mayor Cavad bəy Məmmədağa oğlu Şıxlinski - birinci piyada 
diviziyasının komandanı. Zəngəzur döyüşlərinin (1919) fəal iştirakçısı. 1920-ci ilin 
mayında Gəncə üsyanının təşkilatçısı, həmin üsyandan sonra İrana mühacirətə 
getmişdir. 1959-cu ildə Türkiyədə vəfat etmişdir. Məşhur sərkərdəmiz Əliağa 
Şıxlinskinin qardaşı oğludur. 
General-mayor Əbdülhəmid bəy Şərifbəy oğlu Qaytabaşı - 1919-cu il 
dekabrın 10-dan Baş Qərargahın rəisi və növbətçi generalı. Peşəkar hərbçi kimi 
milli ordu quruculuğunda əvəzsiz xidmətləri olmuşdur. Şəxsi heyətin təşkili, 
qərargahda növbətçilik sistemi, yeni hərbi idarə və hərbi müəssisələrin yaradılması 
üçün var qüvvəsi ilə çalışan general Əbdülhəmid bəy Qaytabaşı yazırdı: “Cəmi bir 
il ərzində Baş Qərargahın fəaliyyəti təşkil olunub qaydaya düşdü. Öhdəmizə düşən 
bütün vəzifələri qərargahın digər üzvləri ilə birlikdə vicdanla, namusla və 
yorulmadan yerinə yetirdik”. 1920-ci il aprelin 30-da bolşevik ordusunda 
müvəqqəti Qərargah rəisi olub. Həmin ilin iyun ayında Gəncə üsyanına görə 
günahlandırılıb gullələnmişdir. 
General-mayor Murad Gəray bəy Tlexas - 1918-ci ildə Baş Qərargahda 
baş Artilleriya idarəsinin rəisi. On doqquzuncu il dekabrın dördündən Bakı 
şəhərinin general-qubernatoru Azərbaycan Milli hərəkatında və ordu 
quruculuğunda önəmli yeri var. Milliyyətcə çərkəz idi. 1874-cü ildə Kuban 
vilayətində hərbçi ailəsində anadan olub. Sankt-Peterburqdakı Mixaylovsk 
artilleriya məktəbini bitirib. Port-Artur və Birinci Dünya müharibəsində iştirak 
edib. Hər iki müharibədə nümunəvi döyüş zabiti kimi şöhrət qazanıb. 1918-ci ildə 
Azərbaycanın ağır günündə, din qardaşı kimi kömək etməyə könüllü gəlib. 
1920-ci ildə bolşeviklərin istilasından sonra inqilabçı Əli Bayramovun 
qatillərindən biri kimi həbs edilib. Mayın 21-dən 29-dək Ali İnqilab Tribunalının 
məhkəməsində şahid kimi dindirilmişdir. Əli Bayramovun ölümündə günahı sübut 
olunmadığına baxmayaraq, əksinqilabçı və musavat generalı kimi mayın 29-da 
gecə saat 2-də güllələnmişdir. İlyarımlıq Azərbaycan ordusundakı əla fəaliyyəti 
hərb nazirinin və Baş Qərargah rəisinin iki əmrində öz əksini tam tapır. 1919-cu 
ilin sentyabr və dekabr aylarında verilən 421 və 559 nömrəli əmrlər Azərbaycan 
Yeni Tarix Mərkəzi Dövlət Arxivində “tamamilə məxfidir” qrifi ilə saxlanılır. 
“Bizim üçün böyük əhəmiyyətə malik olan müxtəlif predmetlər, silahlar və 
başqa hərbi əmlak əldə etmək üçün mən Gürcüstan Respublikasının Tiflis 
şəhərində Baş Artilleriya idarəsi rəisi, general-mayor Murad Gəray bəy Tlexasın 
rəhbərliyi altında komissiya göndərmişdim. 
Bir sıra ciddi çətinliklərə baxmayaraq, qısa müddət ərzində olduqca sərfəli 
qiymətlərlə Bakıda və Gencədə qiymətli əmlak kütləsi quraşdırılmış və 
gətirilmişdir. Əldə edilmiş predmetlərin əksəriyyəti təzə, istifadə olunmuşları isə 
tam yararlı haldadır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə