ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə94/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   90   91   92   93   94   95   96   97   ...   157

biri, xalqımızın böyük oğlu Məhəmməd Əmin Rəsulzadədir. Otuzuncu illərdə 
qırmızı bolşeviklər onun adının üstündən tuşla qara çəksələr də yenə aydınca 
oxumaq mümkün oldu. Burda deyiblər ki, yazıya pozu yoxdu. 
Əlbəttə, Əliağa Şıxlinskinin hərbi lüğəti ilə müqayisədə Üzeyir bəyin lüğəti 
həcmcə kiçik və nisbətən kasıb olsa da, ilk mənbə kimi qiymətlidir. Oxucu da 
nəzərə almalıdır ki, general Əliağa Şıxlinski hələ gənc zabit ikən hərb elmi ilə 
dilçilik və hərbi lüğət, terminologiya ilə maraqlanmış, bu sahədə çox uğurlu 
axtarışlar aparmışdır. Əlli ilə qədər qürbətdə, yad bir iqlimdə yaşayan general hərbi 
lüğətini nəşr etdirməyə imkan tapmamışdır. Onu da etiraf etməliyik ki, generalın 
hərbi lüğəti ilə bəstəkarın hərbi lüğəti arasında böyük fərq var. Üzeyir bəyin hərbi 
lüğəti hərb sənətinə ilkin maraq göstərənlər üçün hazırlanmışdır. O, siyasi, hüquqi, 
iqtisadi və hərbi lüğətdir. Burada izahlar aydın və sadə sözlərlə verilmişdir. 
Generalın lüğətində isə onların bəzilərindən istifadə olunmamışdır. Məsələn: 
Admiral Əmir ül-bəhr, ataman - qazax bəyi, vaxmistr - baş çavuş, voevoda qoşun 
rəisi, qvardiya - xassə qoşunu, qərb - tüğra, yefreytor - onbaşı və s. 
General Əliağa Şıxlinskinin hərbi lüğətini isə mütəxəssislər sırf elmi əsər 
kimi qiymətləndirirlər. O, hərb elminin   mütəxəssisləri   üçün   yazılmışdır. 1907-
ci ildə “İrşad”, “Bakinskiy den”, “Təzə həyat” qəzetləri  Üzeyir bəyin lüğəti 
haqqında çox doğru olaraq yazırdılar ki, bu lüğət müsəlman qəzetə oxuyanlara çox 
böyük kömək göstərəcəkdir. 
Üzeyir bəyin “Lüğət”inə yüksək qiymət verənlərdən biri də akademik 
Heydər Huseynov olmuşdur. Akademikin fikrincə, “...Üzeyir bəy Hacıbəyov bu 
lüğəti ilə mədəniyyətimiz tarixində  irəliyə bir addım atmışdır. Öz lüğətində bir sıra 
ictimai-siyasi istilahları izah və şərh edərkən, zəmanəsinə görə olduqca doğru və 
düzgün cavablar vermişdir”. 
Doğrudan da, iyirmi iki yaşlı gənc müəllim Üzeyir bəyə xalq arasında 
yayılmış hərbi istilah və sözləri ilk dəfə   xalqına   çatdırmaq   xoşbəxtliyi nəsib 
olmuşdu.  
Fərəhləndirici haldır ki, ilk nəşrindən səksən yeddi il keçməsinə 
baxmayaraq, Üzeyir bəy Hacıbəyovun hərbi lüğəti bu günümüz üçün də gərəkdir. 
Silahlı Qüvvələrimizin əsgər və zabitlərinə, habelə terminologiya ilə 
maraqlananlara qiymətli bir vəsaitdir. 
 
 
“GENERAL TAĞIYEV” MARŞI 
 
“Hacı Zeynalabdin Tağıyevin müsəlman milləti üçün elədiyi xidmətlərini 
durub burada saymaq fikrinə düşsək, heç olmasa bir ay qəzetimizi ancaq elə bu 
təfsilatla doldursaq, yenə hamısını deyə bilmərik”. 
Məşhur naşir Haşım bəy Vəzirov bu sətirləri 1907-ci il aprelin 10-da “Təzə 
həyat” qəzetində dərc etdirmişdi. Əsrin əvvəllərində Tağıyev bütün dünyada 
Qafqaz müsəlmanlarının fəxri kimi tanınırdı. Onun xalqımıza göstərdiyi əvəzsiz 
xidmətlərini bu gün də saymaqla qurtarmaz. Məktəblər açdıran, su kəməri 
çəkdirən, teatr binası tikdirən, mülklər inşa etdirən Azərbaycanın ictimai, iqtisadi 
işlərinin başında duran ilkin şəxs Hacı Zeynalabdin Tağıyev idi. Və nəhayət, bu 


günlərdə məlum oldu ki, xalqına general kimi xidmət edənlər sırasında Hacı 
Zeynalabdin Tağıyev də olub. Əlbəttə, bəzi oxucular Hacının general olmasına 
şəkk-şübhə edəcək. Amma ağıllı oxucu dərhal anlayacaq ki, Hacının xalqa xidməti 
hər bir generalın xidmətindən qat-qat mənfəətli və xeyirli olub. Şərt nə zər-paqon 
daşımaqdı, nə də cəbhədə vuruşmaq. Hacı bütün sahələrdə, mülki geyimdə 
xalqının generalı olub. 
Milli ayrı-seçkiliyə fərq qoymayan Tağıyev işində, əməlində böyük bir 
şəxsiyyət olduğunu əyani olaraq göstərmişdir. Xüsusilə, müsəlman dindaşlarının 
nəfinə xeyriyyə işlərinə külli miqdarda qızıl və pul xərclədiyinə görə səxavətli 
Hacıya imperator II Nikolay 1907-ci ildə, yanvarın 25-də həqiqi dövlət müşaviri 
ali rütbəsi vermişdir. Bu da kontr-admiral, general və oberprokuror rütbələrinə 
bərabərdi. 
Xalqına etdiyi əvəzsiz xidmətlərinə görə 1900-cü ildə Hacı Zeynalabdin 
Tağıyevin nəsli fəxri vətəndaş adına və senatın 1910-cu il 8 fevral tarixli fərmanı 
ilə zadəgan rütbəsinə layiq görülür. 
Hələ sağlığında Tağıyevə çoxlu şer, publisistik və nəsr əsərləri yazılıb. 
M.V.Kneydin adlı müəllif isə “General Tağıyev” marşı bəstələmişdir. Marşın 
mətnini də bəstəkar özü yazmışdır. 
 General Hacı Zeynalabdin Tağıyevin şərəfinə yazılan nadir not bəstəkar 
dostum Tofiq Babayevin ailə arxivindən 1991-ci ildə aşkar edilmişdir. Təəssüf ki, 
notun yazılma və bəstələnmə tarixini dəqiqləşdirmək mümkün olmadı. Üz 
qabığındakı yazıdan aydın olur ki, “General Tağıyev” mahnısı Bakıda və Kiyevdə 
ifa olunmuşdur. Ümid edirik ki, doxsan ilə yaxın “əsir” qalan “General Tağıyev” 
mahnısı bəstəkarlarımız tərəfindən yenidən işlənib ifa olunacaq. 
 
1991-ci il. 
  
 
ƏLİAĞA VAHİDİN “MEYXANA”SI 
 
Mərhum maarif xadimi Vəli ağa Dilbazi görüşlərimizin birində mənə belə 
bir əhvalat danışmışdı: 
... 1918-ci ildə yeni yaranan Azərbaycan Milli Ordusunun ikinci piyada 
diviziyası Xaçmazda yerləşdirilmişdi. Ərzaqla, geyimlə pis təmin olunan əsgərlər 
qaçıb dağılırmış. O vaxt gənc şair olan Əliağa Vahidi Xaçmaza göndərirlər ki, 
əsgərlərin qaçmaması üçün təbliğat aparsın. 
Əliağa Vahid də Xaçmaza gəlir, əsgər və zabitlərin güzəranı ilə tanış olur və 
şahidi olduğu faktlardan “Meyxana” adlı şer yazır. Uzun illər keçməsinə 
baxmayaraq onun bircə bəndi Vəli ağa Dilbazinin yadında qalmışdı. 
 
Dərdini insan necə bəs açmasın? 
Əzəldən pisdir havası Xaçmazın. 
Əsgər it oğlü neyləsin, qaçmasın, 
Ölür soyuqdan, necə bəs dolansın? 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə