ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə96/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   92   93   94   95   96   97   98   99   ...   157

Bu epizodu oxuyanda istər-istəməz həmin illərin günahsız qurbanları olan 
hərbçi oğullarımızı xatırladım. Diviziya komandiri general-mayor Qambay 
Vəzirov, briqada komandiri Cəmşidxan Naxçıvanski, komissar Heydər Vəzirov, 
Cabir Əliyev, polkovnik Seyfulla Mehdiyev, Cəlil Əliyev, Murtuz Talıbzadə, 
komissar Şəmistan Əyyubov və onlarca başqaları belə ağıllı, bacarıqlı sərkərdələr 
idi... İyirmi-otuzuncu illərdə milli hərbi kadrların hazırlanmasında, Vətənimizin 
müdafiə qüdrətinin möhkəmləndirilməsində bu sərkərdələrimizin danılmaz 
xidmətləri olub. Onların arasında Qambay Vəzirovun xüsusi yeri var. Bu igid 
komandir Azərbaycan hərb tarixinə beş cəsur general bəxş edən Naxçıvandakı 
nüfuzlu Kəngərli nəslindəndir. 
Ömrünün otuz səkkizinci baharında həbs edilən Qambay Məmməd oğlu 
Vəzirov 1899-cu il avqustun 19-da Ermənistanın Gümrü
49
 (indiki Leninakan 
şəhəri) şəhərində anadan olmuşdur. İlk yeddi illik təhsilini İrəvan gimnaziyasında 
alan Qambay on səkkizinci ildə səfərbər olunaraq altı ay Türkiyədə işləmişdir. 
1919-cu ildə Azərbaycan Demokratik Respublikası milli ordusunda və hərbiyyə 
məktəbini bitirən Qambay iyirminci ildən iyirmi ikinci ilə kimi Qazaxda, 
Cəbrayılda və Qarabağda bolşevizm əleyhinə mübarizə aparan daşnaklara qarşı 
döyüşlərdə vuruşmuşdur. 
Bəs iyirminci ildə bolşevik ordusuna könüllü keçən, sonralar general-mayor 
ali rütbəsi verilən və diviziya komandiri kimi məsul vəzifə tapşırılan Qambay 
Vəzirovun otuz yeddinci ildə günahı nəydi? 
Arxiv sənədlərində göstərilir ki, guya o, terrorçu-əksinqilabi milli təşkilatın 
rəhbəri olub. Təşkilatın əsas məqsədi silahlı üsyan təşkil etməklə Bakı 
qarnizonunun və 77-ci diviziyanın zabitlərini üsyana qaldırıb Azərbaycanı SSRİ-
dən ayırmaq idi. 
Bunların hamısının yalan və iftira olmasını gec də olsa tarix özü sübut 
elədi.Ancaq diqqətlə təhlil edib, fikirləşəndə belə qənaətə gəlirsən ki, Qambay 
Vəzirov kimi istedadlı sərkərdənin “günahı” hərbi pillələri sürətlə keçməsində 
olmuşdur. Hələ tör-töküntüsü qalan, özümüzdə mühüm vəzifələr tutan daxili 
düşmənlərimiz bundan qorxuya düşürdülər. Axı, Qambay həm də vaxtilə musavat 
ordusunda sıravi əsgər kimi xidmət etmişdi. Bir də, həmin illərdə Qarabağda, 
Qazaxda daşnak ünsürlərinin məhv edilməsində yaxından iştirak etmişdi. İndi, 
1937-ci ildə Azərbaycanda XDİK DTİ beşinci şöbəsinin rəisi Avanesyan ondan 
heyfini alırdı. Qambay Vəzirovu həbs etdirən və yalançı ittihamnamələrlə 
güllələtdirən də daşnak Avanesyan olmuşdur. Akademik Ziya Bünyadovun otuz 
yeddinci ildə güllələnmiş kapitan Kəbi Saniyev haqqında “13896 nömrəli istintaq 
işi” adlı məqaləsindən bir epizodu oxuyanda adam istər-istəməz ürək ağrısı keçirir. 
1955-ci il sentyabrın ikisində SSRİ Baş Prokurorluğunun prokuroru keçmiş 
canilərin birindən soruşmuşdur: 
Sual: - Söyləyin görək, sizin Azərbaycan SSR XİDK-də işlədiyiniz dövrdə 
məhbuslara qarşı cəza tədbirləri tətbiq olunurdumu? 
                                                 
49
 Sоn vахtlаrа qədər Qаmbаy Vəzirоvun Nахçıvаndа аnаdаn оlduğu göstərilirdi. İstеfаdа оlаn pоlkоvnik 
R.Zеynаlоvun tаpdığı аrхiv sənədlərindən məlum оlmuşdur ki, аtаsı Мəmməd Gümrüdə işlədiyinə görə, Qаmbаy 
оrаdа аnаdаn оlmuşdur - müəl. 
 


Cavab: - Məhbuslara cəza tədbirləri (repressiya) mənim rəhbər olduğum 
şöbədə tətbiq olunurdu, amma konkret olaraq kimə, - indi deməyə çətinlik çəkirəm. 
Amma yadımdadır ki, Azərbaycan diviziyasının Siyasi şöbə rəisi Əliyev Cabiri 
döyürdülər. Başqa familiyalar yadımda deyil. Əliyevi ondan ötrü döyüb 
əzişdirirdilər ki, o, istintaqa lazım olan ifadələr versin, yəni Vəzirov, Axundov və 
başqaları tərəfindən idarə edilən “əksinqilabi mərkəz” haqqında ifadələr olsun. 
Sual: - Qambay Vəzirovu tanıyırsınızmı? 
Cavab: - Tanıyıram. O, Azərbaycan diviziyasının komandiri idi. O, bizim 
şöbə tərəfindən həbs edilmişdi. Onun işini şəxsən beşinci şöbənin keçmiş rəisi 
Avanesyan aparırdı. Qambay Vəzirovu dindirmələr zamanı bərk döyürdülər. Onu 
Avanesyan şəxsən mənim və şöbənin başqa əməkdaşlarının yanında döyürdü. 
Avanesyan Qambayı şallaqla döyüb ondan tələb edirdi ki, o, özünün əksinqilabi 
millətçi mərkəzində iştirakı haqda ifadə versin. Qambay əvvəlcə özünü müqəssir 
bilmədi, döyüləndən sonra isə hər şeyi boynuna alıb lazımi ifadələr verdi. Mən 
Vəzirov Qambayı döyməmişəm, amma bir daha deyirəm ki, Avanesyanın onu 
döyməsinin şahidiyəm. 
Sual: - Vəzirov Qambayın həbs edilməsi və məhkum olunması əsaslı idimi? 
Cavab: - O zamankı, mən bildiyim işlərin arasında heç bir diqqətə layiq iş 
yox idi. O işlərin hamısı məhbuslara zorluğun, işgəncələrin tətbiq olunması ilə 
quraşdırılıb və o işlərin hamısı qeyri-obyektiv idi. O cümlədən Vəzirov Qambayın 
işi də ondan və başqa həbs edilmiş adamlardan zorla və işgəncələrlə alınmış yalan 
ifadələr üzərində quraşdırılıb. İstintaq zamanı məhbuslar dəfələrlə bu ifadələri rədd 
edirdilər, amma onların bu ifadələri işlərinə tikilmir, məhv olunurdu. İşlərə yalnız 
o ifadələr tikilirdi ki, onlar istintaq üçün faydalı idi. Həbs edilənlərin başqa 
ərizələri və rədd cavabları da heç vaxt işlərinə tikilmirdi”. 
Qambay Vəzirov tək həbs olunmamışdı. Onunla birlikdə Azərbaycan 
diviziyasından qırx nəfər, Respublika Hərbi Komissarlığından iyirmi nəfər yüksək 
rütbəli azərbaycanlı zabit həbs olunub “əksinqilabi hərbi təşkilatın üzvləri” kimi 
günahsız olaraq güllələnmişlər. 
1937-ci il oktyabrın on üçündə 77-ci Azərbaycan diviziyasının komandiri, 
general-mayor Qambay Vəzirovu güllələdilər. Bu güllə təkcə Qambaya yox, 
Azərbaycanın hərb tarixinə dəydi. Onun şəxsində biz Azərbaycanın ən yaxşı 
sərkərdələrindən birini itirdik. Deyirlər, məşhur generalımız Əliağa Şıxlinski onun 
güllələnmək xəbərini eşidəndə qırx gün yas saxlamış və niyə bikef olduğunu 
soruşanlara “oğlum Qambay güllələnib, belim qırılıb” - cavabını verirmiş. 
General-mayor Qambay Vəzirov həbs ediləndən sonra Azərbaycan 
diviziyasında qadınlar şurasının sədri işləyən həyat yoldaşı İzzət xanım Qiyasbəyli 
- Vəzirova və yeganə övladı Yavuz da həbs edilib Qazaxıstana sürgün olunurlar. 
Səkkiz illik Qazaxıstan sürgünündən xəstə qayıdan İzzət xanım 1976-cı ildə 
Bakıda vəfat edir. 
1937-ci il oktyabrın 22-də İzzət xanım İsmayıl ağa qızı Vəzirova Bakıda 
ümumi həbsxanada saxlanılmışdır. Onu səkkizinci şöbənin baş müfəttişi, dövlət 
təhlülkəsizlik leytenantı Moşeçkov dindirmişdir. 
Sual: - Nə zamandan siz Qambay Vəzirovla ailə qurmusunuz? 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə