ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
  1   2   3   4   5   6   7   8   9   ...   157


ŞƏMİSTAN NƏZİRLİ 
  
ARXİVLƏRİN  
 SİRRİ AÇILIR 
  
  
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI 
“Elm” nəşriyyatı 
1999 
  
 
 
 
 
 
 


 
 
 
 
 
 
1918-ci ildə Milli Ordumuzun təməl daşını qoyan tam aptilleriya 
generalı Əliağa Şıxlinskinin, Səməd bəy Mehmandarovun, onların hərbçi 
məsləkdaşlarının, müstəqilliyimiz uğrunda canından keçən əsgər və 
zabitlərimizin ruhuna bağışlayıram. 
 
 
 
 
 
 
 
Möhtərəm oxucum! Bu kitabı bir nəfəsə oxuma. Burda nə 
məhəbbət macərası var, nə də fantaziya. Bu kitabın hər vərəqində xalqımızın 
hərb tarixindən səhifələr, sərkərdə oğullarımızın döyüş və ömür yolu var. 
Əgər səbrin çatmayıb, birnəfəsə oxumalı olsan, onda 20-ci və 37-ci illərdə 
qanına qəltan edilmiş generallarımızın acı taleyindən kədərlənmə. Əksinə, 
nikbin ol, qururlan, qoy sənin varlığında düşmənə qarşı nifrət artsın. 70 ildən 
çox unutdurulan yaddaşın ayılsın. Ayılsın ki, indi sən müstəqil Azərbaycanın 
övladısan, sayıq ol ki,   əhatən düşmənlə doludur. Unutma ki, torpağında 
parçalanma, qəlbində yara var. Bu yaralarına məlhəm olacaq gənc 
ordumuzun sıralarının möhkəmlənməsi üçün əlindən gələni əsirgəmə. 
 
 
 
 
 
 
© “Elm” nəşriyyatı  
1999 
 
 
 
 
 
 
 
 
 
 


 
Hər bir həqiqi insan öz irsiyyəti ilə fəxr etməlidir. 
 
Səməd VURĞUN. 
 
*** 
 
Vaxt gələr açılar bağlı qapılar  
Əsrin arxivindən nələr tapılar. 
 
Məmmədhüseyn ŞƏHRİYAR. 
 
*** 
 
Səni sevirəm, Xalqım! Bütün məramımla, 
bütün qəlbimlə sevirəm. Səni bəşəriyyətin böyük 
ailəsinin üzvü kimi sevirəm. Səni sevərkən 
həyatını müşahidə edir, Sənin övladlarını 
öyrənir, dost-düşmənlərini ayırd edirəm. Mən 
Sənin məhəbbətindən ilham alıram... 
 
Eynəlibəy SULTANOV, 
yazıçı-publisist. 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
İFTİXAR DUYĞUSU 
 
 
Hörmətli Vətən oğlu 
Şəmistan Nəzirli! 
 
Sizin tədqiqatlarınızı maraq və minnətdarlıq hissi ilə müntəzəm izləyirəm. 
Mən bütün varlığı ilə xalqa bağlı, onun kədəri, sevinci ilə yaşayan insanları 
demirəm, ürəyinin yalnız bircə teli xalqa bağlı olub, xalq məfhumunu dərk etməyə 
qadir ola bilən hər kəs bu tədqiqatlar üçün Sizə minnətdar olmalı, bu müqəddəs, 
çətin işdə Sizə imkanı həddində kömək əlini uzatmalıdır. Əsrimizin əvvəlində və 
ötən əsrdə yaşamış Hərbi sərkərdələrimiz haqqındakı tədqiqatınız nə qədər 
qiymətlidir. 
Bu parçalanmış, fəlakətlər görmüş xalqın nə qədər şücaətli, mütəfəkkir 
sərkərdələri olub. Onların şəkillərindən uzun müddət gözümü çəkə bilmədim. Həm 
iftixar duyğusu yaşadım, həm də bu milli qəhrəmanların taleyinə ağladım. 
Firidun bəy Köçərli və general oğullarımız haqqındakı tədqiqatlarınız məni 
Sizin ünvanınıza kiçik bir şer yazmağa sövq etdi. 
Azərbaycan ədəbiyyat tarixini nəsillərə xatirə qoymuş iki mötəbər 
şəxsiyyətin - Firidun bəy Köçərlinin və Hüseyn Əfəndi Qayıbovun kitablarını 
açarkən, onların ruhuna rəhmət oxuyur və Sizə uzun ömür, əbədi xalq hörməti 
arzulayıram. Qələm sahibləri ürəkləri ilə yaşayırlar. Onların ən böyük dövləti xalq 
hörmətidir. 
Nə Firidun bəy Köçərli, nə Mirzə Hüseyn Əfəndi Qayıbov, nə də görkəmli 
sərkərdələrimiz haqqında biz öz borcumuzu hələ verməmişik. Nə onların təntənəli 
yubileylərini keçirmiş, nə də onların həyatını, milli duyğularını tədqiq edərək, 
haqqında nəsillərə dərin məlumat vermişik. Yəqin ki, bu şərəfli vəzifə də Siz 
tədqiqatçıların, xalqımızın ziyalılarının və dövlətimizin üzərinə düşür. 
Əziz oğlumuz, qardaşımız, yorulmaz tədqiqatçı Şəmistan Nəzirli! 
Siz əsl vətənpərvər, özünü xalq işinə təmənnasız həsr etmiş ziyalısınız. Siz 
mədəniyyət və hərb tariximizin səhifələrində yeni çıraqlar yandırır, işıqlı nə varsa, 
onları xalqa qaytarmağa, yaşatmağa çalışırsınız, onları yaşadırsınız. 
Əziz Şəmistan müəllim! Sizi bu əvəzsiz xidmətiniz yaşadacaqdır. Sizə yeni 
yaradıcılıq müvəffəqiyyətləri, uğurlu yollar! 
Televiziyadakı çıxışınızdan sonra Sizə və Firidun bəyə ithaf etdiyim şerləri 
Sizə göndərirəm. 
 
Dərin hörmət, minnətdarlıq 
 hissilə Xalq şairi  
Mirvarid Dilbazi. 
8 iyun 1985-ci il. 
  


 
ŞƏMİSTAN ! 
 
Böyük Vurğun demiş
Şəmistan sən də 
Müsəlləh əsgərsən bizim Vətəndə. 
Qələmdir sənin də topun, tüfəngin 
Həqiqət uğrunda qurtarmır “Cəngi” n 
Aşikar edirsən nə varsa punhan, 
Qələmlə musəlləh əsgər Şəmistan. 
İmzalar içində imzamızı sən - 
Bu kəşflərinlə təsdiq edirsən. 
 
 
* * * 
 
 
FİRİDUN BƏY KÖÇƏRLİYƏ 
 
Başına tuşlanan düşmən xəncəri 
Xalqının qəlbinə tuşlandı sənin. 
Bu müdhiş ölümün acı xəbəri 
Sağalmaz dərdidir bizim Vətənin. 
 
Sinəmiz ocaqdır, sönmür məşəli, 
Yandıqca gur yanıb, yandırır bizi... 
O xəncər vuranın qurusun əli
İllərlə göynətdi ürəyimizi... 
 
O müqəddəs qanın tökülən yerdə, 
Ruhlar da hər zaman səcdəyə gəlir. 
Dözməyib şair də bunca kədərə, 
Gündə neçə dəfə dirilir ölür. 
 
 
R.S. Xalq  şairi  Mirvarid xanım Dilbazi Şəmistan  Nəzirlinin 
“Qoridən gələn qatar” sənədli povestini oxuduqdan sonra müəllifə məktub və 
şerləri yazıb göndərmişdir. Əsər Firidun bəy Köçərlinin 1920-ci ildə  daşnak-
bolşevik əsgərləri tərəfindən faciəli surətdə qətlə yetirilməsinə həsr olunmuşdur - 
red. 
  
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə