ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   13   14   15   16   17   18   19   20   ...   157

Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım yazır: “Cəmiyyətin sədri 
Gövhər xanım Qacar savadlı, işgüzar və bacarıqlı bir qadın idi, çadrasız gəzirdi, əri 
hərbi qulluqçu idi. Tiflisin yüksək cəmiyyətlərinə gedib-gələr, canişin arvadının 
ziyafətlərində olardı. Özünün əlaqələri, həmçinin ağlı və nəzakəti ilə o, bizim 
tədbirlərimizin həyata keçirilməsinə kömək edərdi”. 
Bəhmən Mirzənin 1905-ci ildə Port-Artur döyüşlərində həlak olmuş oğlu 
Əliqulu Mirzə qeyri-adi istedad sahibi olmuşdur. Tiflisdəki Kadet korpusunu 
bitirdikdən sonra Oryol şəhərində yerləşən əlli birinci Çerniqov draqun alayında 
xidmət etmiş, 1903-cü ildə Yeletsdəki əlli ikinci Necinski alayına dəyişdirilmişdir. 
1905-ci ildə Port-Artur döyşlərində igidliklə həlak olan podpolkovnik Əliqulu 
Mirzə döyüş xidmətlərinə görə “Müqəddəs Stanislav” ordeni ilə təltif olunmuşdur. 
Bu barədə “Tərcüman” qəzeti 18 fevral 1905-ci il tarixli sayında yazırdı: 
“Qızıl Xaç Cəmiyyətinin əlahəzrət himayəçisi Məlakə İmperator Mariya 
Fyodorovna Qızıl Xaç hesabına mərhum podpolkovnik, şahzadə Əliqulu Mirzə 
Qacarın cənazəsini Qafqaza, Yevlax stansiyasına qədər aparılmasını lazım 
bilmişdir”. 
Uzaq Port-Arturda gedən ağır döyüşlərdə minlərlə əsgər və zabit həlak oldu. 
Onların hamısına öz doğma torpağında uyumaq qismət olmadı, Vətənində dəfn 
olunmaq şərəfi podpolkovnik Əliqulu Mirzə Qacara ona görə qismət oldu ki, o, 
şahzadə nəslindən idi. Yetmiş ildən çox sovetlərin tənqid atəşinə tutduğu imperator 
II Nikolay nufuzlu nəsillərə belə ehtiram göstərirdi. 
1979-cu ildə doxsan iki yaşında Tiflisdə vəfat edən oğlu Şəmsəddin 
Mirzənin atası haqqında “O qayıdacaq” adlı xatirəsi qalmışdır. O yazır ki, hələ 
Oryolda olarkən hərbi-təlim məşqləri zamanı at sürməkdə, nişangahı dəqiq 
vurmaqda həmişə birinci prizlər alardı. Hərbçi dostları onu mahir atıcı kimi 
tərifləyəndə sakit təbiətli, az danışan atam elə-belə, yüngülvari gülümsünərdi. 
Müharibə başlayanda atam ön cəbhə üçün vacib olan əşyalarını yığışdırıb qabqardı. 
Anam Sitarə xanım həyəcanla: 
 - 
Əliqulu, -  dedi, -  sən də gedəcəksən? Axı həkimlər deyir ki, sənin 
ürəyin xəstədir, özün də müalicə olunursan, belə bir ürəklə cəbhəyə getmək, 
açıq-açığına ölümə getmək deməkdir. 
Atam əsəbiliklə qalın qaşlarını yığışdırıb: 
 - 
İndi, - dedi, - o bərədə danışmaq vaxtı deyil. Xəstə adam gərək çoxdan 
istefaya  çıxaydı.  Bu saat geri dursam  deyəcəklər ki, qorxdu, müharibəyə 
getməkdən... 
 - 
Axı sən xəstəsən, özü də ciddi... 
  
- Boş şeydr, heç nə olmaz, - deyən atam hərbi çantasını qabqarmağı davam 
etdirdi. - Evdə əvəzimdə bu boyda kişi qalır, - atam mənim başımı tumarladı. Onda 
mənim on yaşım yenicə tamam olmuşdu. 
Oğlunun və müasirlərinin yazdığına görə, podpolkovnik Əliqulu Mirzə 
Qacar fotoqrafiya sənətini gözəl bilirmiş. Təsadüfi deyil ki, onu haqlı olaraq 
Azərbaycanın ilk qeyri-professional fotoqrafı adlandırırlar. Bu gün Tiflis, Bakı, 
Peterburq arxivlərində Bəhmən Mirzənin ailə üzvlərinə məxsus fotoşəkillərin də 
müəllifi şübhəsiz ki, podpolkovnik Əliqulu Mirzə Qacar olmuşdur. 
 


* * * 
 
Bəhmən Mirzə Qacarın on beşdən çox oğlu İran və Rus ordularında hərbi 
xidmətdə olub. Onlardan yeddisi - Əmir Kazım Mirzə, Məhəmmədəli Mirzə
Səməd Mirzə, Mahmud Mirzə, Rzaqulu Mirzə, Əmənulla xan Mirzə və Feyzulla 
Mirzə general rütbəsinə qədər yüksəliblər. Səkkizi isə polkovnik idi: Şahruh Mirzə, 
Xosrov Mirzə, Xanbabaxan Mirzə, Nəsrulla Mirzə, Seyfulla Mirzə, Mənsur Mirzə
Əbdulsəmid Mirzə və Darab Mirzə. 
Uzun axtarışlardan sonra müxtəlif arxivlərdən, ayrı-ayrı adamlardan onların 
iyirmi nəfərdən çoxunun fotoşəklini əldə edə bildim. Bəhmən Mirzənin isə o tay 
Azərbaycanın hakimi və baş komandanı olduğu vaxt çəkilmiş fotoşəklini 
Respublika Əlyazmalar İnstitutundan tapdım. Sədrəddin Mirzənin nəticəsi, 
M.Dadaşov adına Elmi-Tədqiqat Muhəndislər İnstitutunun əməkdaşı Yavuz 
Muradovdan ulu babası şahzadə Abbas Mirzənin əksini aldım. 
İran ordusunda Avropa üsulunda islahatlar aparan baş komandan Abbas 
Mirzə öz dövrünün görkəmli sərkərdəsi olub. O, Rusiya-İran /1804-1823, 1826-
1828/ və İran-Türkiyə /1821-1823/ müharibələrində İran ordusunun bir strukturuna 
komandanlıq edib. 
Tarixən hərbçi olan Qacarlar nəsli hələ XVIII-X1X əsrlərdə görkəmli 
sərkərdələr yetişdirib. “Ağa Məhəmməd şah Qacarın qardaşı nəvəsi marağalı 
Məmmədhəsən xan Etimadüssəltənədir /1843-1896/. Otuzdan artıq tarixi əsərin 
müəllifi, alim, tərcüməçi və görkəmli dövlət xadimi olan Məhəmmədhəsən xanın 
nəslindən Nadir şahın Hindistana yürüşündə, Heratın mühasirəsində iştirak edərək 
igidlik göstərmiş hərbçilər olub. Məhəmmədhəsən xan Qacar səkkiz 
yaşındaTehranda yeni təsis edilmiş Darülfünuna daxil olub, tarix, coğrafiya, tibb, 
həndəsə və s. elmlərlə yanaşı hərbi biliklərə yiyələnib və təhsil aldığı on iki il 
müddətində dörd medalla təltif olunub. 
Məhəmmədhəsən xan Qacar hələ on doqquz yaşından süvari qoşun 
komandanı Əziz xanın yanında qulluq edib. Otuz il keçdikdən sonra həmin illəri 
xatırlayan Nəsrəddin şah general - yavəri haqqında demişdir ki, Etimadüssəltənə 
indiki mərtəbəyə özünün əla  xidməti, düz işi və sədaqətinə görə çatıb. 
On altı yaşlı Məhəmmədhəsən xan İranın Xuzistan və Luristan əyalətlərində 
alay komandiri kimi xidmət edib, on yeddi yaşında Şüştərin hakimi təyin olunub. 
Bir ildən sonra Tehrana çağırılan Məhəmmədhəsən xana Nəsrəddin şahın general - 
yavəri vəzifəsi tapşırılır. Sonralar üç il Parisdə İran Səfirliyinin ikinci katibi və 
hərbi attaşe kimi çalışır. Nəsrəddin şah onu Tehrana çağırıb ikinci dərəcəli “Şire-
xorşid” ordeni ilə təltif edir və onu şəxsi mütərcimi vəzifəsində saxlayır. 
Məhəmmədhəsən xan Qacar Fransa, Yaponiya, Osmanlı, Venesuela, 
Almaniya, Bavariya, İngiltərə, Belçika və Rusiya dövlətlərinin ordeni və medalları 
ilə təltif olunub. O, İranın ilk Dövlət Nəşriyyatı naziri olmuş, ömrünün axırınadək 
bu vəzifədə çalışmışdır. Dərin zəkaya və böük nüfüza malik bu şəxsə həsəd 
aparanlar çox olmuşdur. O, əlli üç yaşında düşmənləri tərəfindən zəhərlənib 
öldürülmüşdür”  Tahirə Həsənzadə, “Qacarlar nəslindən soraq” məqaləsi, 
“Maarifçi” qəzeti, 30 iyul 1997-ci il/. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə