ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   15   16   17   18   19   20   21   22   ...   157

Şahzadə Xanbaba xan Qacarın ilk oğlu Mənsur Mirzə də hərbçi olmuşdur. 
1869-cu ildə Tiflisdə anadan olan Mənsur Mirzə ilk təhsilini klassik gimnaziyada 
almışdır. Yelizavetqrad süvari məktəbini kornet rütbəsində bitirən Mənsur Mirzə 
on səkkiz yaşından otuz yeddinci Tver-Draqun alayında xidmətə başlamışdır. 
1905-ci ilə qədər həmin alayda xidmət etmiş və Kamin ili Port-Artur müharibəsinə 
könüllü getmişdir. Müharibədə o, iki ordenlə - ikinci dərəcəli “Müqəddəs Anna” 
/qılıncla birgə/ və “Müqəddəs Vladimir” ordenləri ilə təltif olunmuşdur. Port-Artur 
döyüşlərində yaralanan şahzadə Mənsur Mirzə bir müddət nizami orduda xidmət 
edə bilmir. Ona görə də Qafqaz hərbi Dairəsinin qərargahında çalışır. 
Birinci Dünya müharibəsi başlananda şahzadə - polkovnik Mənsur Mirzə on 
ikinci Starobudov draqun alayının tərkibində döyüşə gedir. 1915-ci il iyunun 10-da 
Rudzviyan yaxınlığındakı döyüşlərdə üç eskadronla düşmənin hücum edən güclü 
qüvvələrinə qarşı əks - həmləyə keçir, özü kontuziya alsa da, döyüşdən çıxmır. 
Polkovnik Mənsur Mirzənin alayı süngü zərbəsilə düşməni Dnestr çayının 
sahillərinə kimi geri oturdur və tutulmuş səngərləri əldə saxlayır. Bu döyüşlərdə 
göstərdiyi igidliyə görə o, qızıl silahla təltif olunur. Müharibənin axırıncı ilində on 
ikinci Tver Qusar alayının komandiri olan Mənsur Mirzə inqilabdan sonra Bakıya 
qayıdır. Az müddət Milli Azərbaycan ordusunda xidmət edir. Aprel çevrilişindən 
sonra Respublika Xalq Komissarlığında mülki vəzifədə çalışır. 
Şahzadə polkovnik Mənsur Mirzə Qacar 1931-ci il sentyabrın 26-da, altmış 
üç yaşında Bakıda vəfat edir. 
 
* * * 
 
Şahzadə polkovnik Xanbaba xan Qacar iki oğul (Mənsur Mirzə, Bəhmən 
Mirzə) və beş qızın (Mülkümə, Mahmənzər, Aliyə, Tubu və Mülkcahan) atası idi. 
O, ailənin ən kiçiyinə - 1894-cü ildə anadan olan oğluna atası Bəhmən Mirzənin 
adını qoymuşdu. Nəvə Bəhmən Mirzə ilk təhsilini ikinci klassik Tiflis 
gimnaziyasında almışdı. 1919-cu il dekabrın 24-də Azərbaycan hökuməti 150 
nəfər gənci Rusiyanın ali təhsil ocaqlarına oxumağa göndərdi. Onların arasında 
Bəhmən Mirzə də vardı. O, Moskva Dağ Mühəndisləri İnstitutunun mexanika 
fakultəsinə qəbul olundu. Az müddət burada oxuyan Bəhmən Mirzə Peterburqdakı 
Texnologiya İnstitutuna dəyişdirilir. O, çoxsaylı Qacarlar nəslindən yeganə şəxsdir 
ki, Peterburqda təhsil alanda bolşeviklərə qoşulub gizli inqilabi iş aparıb. 1920-ci 
ildə aprel çevrilişindən sonra Azgrbaycana gəlib dövlət bankının komissarı və 
maliyyə komissarlığının üzvü olub. İki il Tiflis və Batumda işlədikdən sonra, 
1922-ci ildə Marsel şəhərinə Zaqafqaziyanın ticarət üzrə sədri vəzifəsinə işə 
göndərilib. 1927-ci il sentyabrın 13-də plevrit xəstəliyindən vəfat edən Bəhmən 
Mirzənin cənazəsi Tiflisə gətirilərək ana babası Mirzə Fətəli Axundovun yanında 
dəfn olunur. 
Mülki müşavir A.Q.Şerbinin Mirzə Fətəliyə 14 may 1877-ci il tarixli gizli 
məktubundan: “Bir az bundan əvvəl cənab  Q.Qrimdən öyrəndiyim sevinc dolu 
xəbərlə Sizi təbrik etməyi özümə borc bilirəm. Çox şad oldum ki, şahzadə Rzaqulu 
Mirzə iki süvari alayına briqada 


 Komandiri
17
 təyin olunub”. Şahzadə Rzaqulu Mirzənin peterburqlu Mariya 
Vladimirovna Pollana 28 yanvar 1876-cı il tarixli məktubundan: “Mənim Qafqaz 
ordusuna göndərilməyim yəqin ki, Sizə məlumdur. Mən ayın 15-də Şuşadan 
İrəvana yola düşdüm. Əlahəzrət böyük knyaz Qafqaz canişininin əmrilə mən oraya 
təyin edilmişəm... Mənim Tiflisdə bir nəfər qohumum vardır. O, mənim sevimli 
qardaşım poruçik Xanbaba xanın qaynatası Mirzə Fətəli Axundovdur. Mən onu 
gözəl sifətlərinə görə səmimi qəlbdən sevirəm...” 
Böyük dramaturqun şəxsi arxivində saxlanan məktubların əksəriyyətində 
Xanbaba xan belə səmimiyyətlə yad edilir. 
Tiflisdə dərc olunan “Zarya Vostoka” qəzeti 1926-cı il nömrələrində iki gün 
/11, 12 noyabrda/ dalbadal onun ölümü haqqında nekroloq vermişdir: 
“Uzun sürən ağır xəstəlikdən sonra Şahzadə Bəhmən Mirzənin oğlu, 
mərhum Mirzə Fətəli Axundovun kürəkəni polkovnik şahzadə Xanbaba xan Qacar 
noyabrın 9-da vəfat etdi. Cənazə Krılov küçəsindəki üç nömrəli evdən götürüləcək. 
Dəfn mərasimi bir nömrəli müsəlman qəbiristanlığında olacaq”. 
Polkovnik şahzadə Xanbaba xan Qacar 1849-cu ildə anadan olmuşdur. 
 
* * * 
 
Rəşid bəylə atası Mirzə Fətəlinin beş il davam edan yazışmalarında bir 
nəfərin də adı tez-tez hörmət və ehtiramla çəkilir, uzaq Brüsseldən ona səmimi 
salamlar göndərilir. Məktublarda belə ehtiramla yada düşən Ağəli Əkbər İsmayılov 
kimdir? Nəslin ağbirçəyi İzzət xanım Qayıbovanın saxladığı balaca bir yazı bu 
barədə ətraflı məlumat verir. Onu vaxtilə İzzət xanımın anası Ziba xanım Qayıbova 
ömrünün qürub çağını yaşayan Şəmsi Qacarın dilindən yazıya alıb. Burada Ağəli 
Əkbər İsmayılovun taleyi ilə yanaşı, Bəhmən Mirzə Qacarın övladları haqqında da 
məlumat verilir. 
Aydın olur ki, Ağəli Əkbər İsmayılov əslən Şamaxı şəhərindəndir. Atasının 
ölümündən sonra üç manat pulla Tiflisə gəlir. O vaxtlar Tiflisdə ipəyə böyük 
ehtiyc vardı. Şamaxıya nisbətən ipək burda iki-üç dəfə baha satılırdı. Bunu öyrənən 
Ağəli Əkbər Şamaxıya qayıdır və gücü çatan qədər ipək götürüb payi-piyada 
Tiflisə gəlir. 
Onun ikinci gəlişi daha uğurlu olur. Bu dəfə at alır və yenidən ipək dalınca 
Şamaxıya qayıdır. Beləliklə, o, yavaş-yavaş varlanır və keçmiş Vorontsov, indiki 
Qorqasali küçəsində müflisləmiş bir tacirdən mülk alır. Əlli beş nömrəli bu mülk 
Mirzə Fətəlinin yaşadığı əlli üç nömrəli evin qonşuluğunda yerləşirdi. Qısa vaxta 
onlar elə dostlaşırlar ki, hətta daha tez-tez görüşmək üçün daxili eyvana körpü salıb 
birləşdirirlər. 
Babam bisavad idi və Mirzə Fətəlidən xahiş etmişdi ki, ona savad öyrətsin. 
O vaxtlar ərəb əlifbası işləndiyi üçün bu iş asan deyildi. Babamın dediyin görə, elə 
ikinci günü o, oxumağı öyrənib. Onun ticarət işləri çox yaxşı gedirdi. Evdən əlavə 
o, Qocorda bağ da alır, evlənir. Sonralar öz qızlarını - sənin nənəni, Sittarə xanımı, 
                                                 
17
Çаr оrdusundа pоlkovniklə gеnеrаl аrаsındа оlаn yüksək hərbi rütbə - müəl. 
  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə