OLAN ŞAHLAR
1. AĞA MƏNƏMMƏD ŞAH QACAR (təv. 1742-1797, şahlığı: 1796-1797)
2
. FƏTƏLİ ŞAH QACAR
(təv. 1766-1834, şahlığı: 1797-1834)
3
. MƏHƏMMƏD ŞAH QACAR
(təv: 1807-1848, şahlığı: 1834-1848)
4
. NƏSRƏDDİN ŞAH QACAR
(təv. 1831-1896, şahlığı: 1848-1896)
5
. MÜZƏFƏRƏDDİN ŞAH NƏSRƏDDİN OĞLU QACAR
(təv. 1853-1907, şahlığı: 1896-1909)
6
. MƏNƏMMƏD ŞAH MÜZƏFƏRƏDDİN OĞLU QACAR
(təv. 1872-1925, şahlığı: 1907-1909)
7
. ƏHMƏD ŞAh QACAR
(təv. 1897-1925, şahlığı: 1909-1925).
ŞAHZADƏ XOSROV MİRZƏ
QACAR
Qriboyedovun Tehranda qurbani - cəhalət
olması münasibətilə barayi üzrxahi
Peterburqa qədər getmiş Xosrov Mirzədir
ki, bu hərəkəti ilə Fətəli şahı ruslarla
bir üçüncü hərb balasından xilas etmişdir.
Əlibəy HÜSEYNZADƏ,
professor.
“Qacar sulaləsinin sərkərdələri” adlı yazımı yenicə bitirmişdim. Amma
nədənsə, onu dərc etdirməyə tələsmirdim. Hər axşam işdən qayıdanda yazını
yenidən vərəqləyir, elə-belə oxuyurdum. Daxili
bir hiss mənə deyirdi ki, yazı
bitməyib. Belə köklü-budaqlı nəslin hələ təqiq olunmamış çox oğulları var.
Günlərin birində yolumu yenə Əlyazmalar İnstitutunun arxivindən saldım. Əslində,
bu, ümidsiz bir gəliş idi. Harada, nəyi axtarmaq haqqında xeyli düşünüb-daşındım.
Belə qərara gəldim ki, foto-arxivdən başlayım. Fotoşəkillərin muhafizə olunduğu
kartotekaları bir gün axşama kimi ələk-vələk elədim. Lap sonuncuların arasında
şahzadə Xosrov Mirzəyə məxsus fotoşəkil olduğu göstərilirdi. Şəkli sifariş verib
evə qayıtdım. Səhərisi onu sənətkar dostum Seyfəddindən aldım. Yaraşıqlı cavanın
təsvir olunduğu şəklin altında fars və ingilis dilində yazı vardı: “Şahzadə Xosrov
Mirzə Qacar”. Akvarellə çəkilmiş bu nadir şəkil çox yaxşı saxlanmışdı. Yaraşıqlı
cavan gözəl geyimdə o qədər məharətlə təsvir olunmuşdu ki, adam baxdıqca
baxırdı.
Uzun axtarışlardan
sonra öyrənə bildim ki, akvarel-şəkli 1829-cu il avqustun
12-də məşhur rus rəssamı Pyotr Karatıgin Peterburqda çəkib. Şahzadə Xosrov
Mirzə bunun üçün rəssama qızıl tütün qutusu bağışlayıb. Bu barədə rəssam İvan
Kramskoyun məşhur messenat Pavel Tretyakova məktubunda məlumat var.
Vəlihəd Abbas Mirzənin yeddinci oğlu şahzadə Xosrov Mirzə, Bəhmən
Mirzənin böyük qardaşıdır. Peterburqun kübar cəmiyyətinin dvoryan qadınları və
qrafları xatirələrində qeyd edirlər ki, I Nikolay dövründə belə hörmətlə qarşılanan
ikinci şərq qonağı olmayıb. A.S.Puşkinin
müasirləri, yaxın dostu qrafika Anna
Olenina 1829-cu ildə gündəliyində yazır: “Avqustun onunda şahzadə Abbas
Mirzənin oğlu, İran şahzadəsi Xosrov Mirzə Peterburqa gəldi. Mən sarayda onun
təntənəli qəbulunda oldum. Şahzadə çox cavan və hədsiz dərəcədə gözəl bir igid
idi”.
İyirmi üç yaşlı şahzadənin gözəlliyinə valeh olan A.Olenina
həmin il
avqustun on yeddisində gündəliyində yazır ki, qraf Potoskinin sarayında
şahzadənin şərəfinə böyük bal-ziyafət təşkil olundu. Mən qeyri-adi, rəng - bərəng
geyimimlə şahzadəni və onun heyətini valeh etmişdim...
Şərq kişilərinə məxsus hədsiz gözəlliyi olan şahzadə Xosrov Mirzə rus
qrafinyasının varlığını ovlamışdır. Gündəlikdəki tərif dolu sətirləri oxuyanda istər-
istəməz A.S.Puşkinin anası Nadejda Osipovnanın 1834-cü
ildə Abbasqulu ağa
Bakıxanov haqqında yazdığı məktublar yada düşür. Bakıxanov da Peterburqun
zadəgan cəmiyyətinin qraf və qrafinyalarını özünün yüksək savadı, gözəl
davranışı, yaraşıqlı qaməti ilə heyran qoymuşdu.
Nadejda Osipovna Varşavada yaşayan qızı Olqaya yazırdı: “Abbasqulu ağa
sənin məktubunu almağımızdan bir neçə saat sonra gəlib özünü bizə təqdim etdi:
nə qədər gözəl adamdır, elə yaxşı müsahibdir ki... Onun davranış ədalarını çox
sevirəm, ondan son dərəcə xoşum gəlir. Onu bizə göndərdiyin üçün sənə təşəkkür
edirəm...
...Abbasqulu ağa bizdə nahar edir. O, elə mehriban, gülərüz və xeyirxah
adamdır ki, sanki biz onunla köhnə dostlarıq. ...
Abbasqulu ağa çox nəzakətlə
bizimlə vidalaşdı. O, məni bir neçə dəfə qucaqladı... Mən onu səmimi
qəlbdən sevirəm. O, həqiqətən çox yaraşıqlı və şübhəsiz, sənin bizə təsvir
etdiyin kimidir. Mən onunla birlikdə olanda özümü çox sərbəst hiss edirdim".
Milliyyətcə azərbaycanlı olan İran şahzadəsi Xosrov Mirzə Qacar 1829-cu
ildə Peterburqa nə üçün getmişdi?
“Onun istedadı və təcrübüsi ilə tanış olduqdan sonra mən əmin oldum
ki, Qriboyedov elə bir hərəkət etməz ki, hökumətlərimiz arasında yaradılmış xoş
əlaqələrə xələl gətirə bilsin. Lakin məndə Qriboyedovu
müşayiət edən
adamlara qarşı bu inam yoxdur. Bu adamların dini və əhval-ruhiyylərində
düşmənçilik görürəm və bu, məni çox qorxudur. Qriboyedovu başa salın ki, bu
adamları tabeçiliyində möhkəm saxlasın. Qriboyedovun yəqin xatirində qalıb ki,
mən bir neçə il bundan qabaq ondan xahiş etmişdim ki, Dadaş bəyi /
Vasili
Dadaşyan -
Ş.N./geri çağrsın. O, Təbrizdə camaatı çox incidir. Rüstəm bəy
/
Rustom Becanyan - Ş.N./də çox əzazil adamdır.
Mən çox qorxuram ki, bu və
bunlar kimi başqa adamlar cənab Qriboyedovu acınacaqlı çəkişmələrə və
çaxnaşmalara cəlb edələr.
Şahzadə Abbas Mirzə”.
Min səkkiz yüz iyirmi doqquzuncu il, yanvarın otuzunda gecə saat ikidə
Tehrandakı rus səfarətxanasına bir kişi və iki çarşablı qadın gəlir. Bivaxt
“qonaqlar”, “şəxsən vəziri-muxtara aid sözümüz var”, deyib durdular. Çarəsiz