ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   21   22   23   24   25   26   27   28   ...   157

qalan baş mühafiz səfiri oyatdı. Gələnləri onun hüzuruna ötürub, özü nigarançılıqla 
qapının ağzında dayandı. Bikef vəziri-muxtar gələnin Xoca Yaqub Mirzə olduğunu 
görüncə daha da dilxor oldu. 
 
- Aleksandr Sergeyeviç, mən sizə yenə pənah gətirdim. Əlac bircə sizə... 
 - Axı, mən sizə dünən dedim ki, bu barədə gündüz müraciət edin. Əlahəzrət 
imperatorun bu barədə - müqavilənaməyə əsasən bütün əsirlər üçün himayəçiliyi 
var. Siz isə... 
- Cənab vəziri-muxtar, mənim sizin  yanınıza gündüz, günorta çağı təşrif 
gətirməyim qətiyyən mümkün deyil. İcazənizlə başıma gələn qəzavü - qədəri 
qısaca da olsa izah edim. 
Gələn kişi yalvara-yalvara bildirdi ki, mən irəvanlı Yakov Markaryanam. 
1804-cü ilin iyun ayında general Sisianovun hərbi qüvvələri şahzadə Abbas Mirzə 
qoşunlarının hucumuna tab gətirmədi. Ona görə ki, irəvanlı Məmmədhəsən xan və 
naxçıvanlı Kəlbəli xan ona kömək etmədilər. Abbas Mirzənin qoşunları Sisianovu 
sıxışdırıb Tiflisə tərəf qovanda erməni tacirləri də rus qoşunlarına və gürcü 
dəstələrinə qoşulub Tiflisə tərəf qaçırdılar. Mənim onda on səkkiz yaşım vardı. 
Üçkilsədə /Eçmiadzin/ monastırda təhsil alırdım. Ermənilərin karvanı monastırın 
yanından keçəndə mən müəllimimdən gizlincə onlara qoşulub yola düşdüm. Yolda 
tacirlərdən biri məndən soruşdu ki, sən kimsən, hara gedirsən? Mən onu aldadıb 
dedim ki, bu yaxınlarda məşhur alim Serap Patkanyan Tiflisə gəlib, erməni 
uşaqlarına pulsuz dərs keçir, gedirəm ondan dərs almağa. Onda erməni tacirinin 
məndən xoşu gəldi, özünün pendir-çörəyini belə mənimlə yarı böldü. İki gün yol 
getdik. 
Babakər dağının yanına çatanda bərkdən fit səsləri eşitdik. Qəfildən hücum 
edən İran dəstəsinin sərbazları bizi əsir aldılar. Yaxınlıqdakı gürcü süvari dəstəsi 
xeyli vuruşub aradan çıxdı. İranlılar ermənilərin müqavimət göstərənlərini qırdılar, 
sağlarını isə əsir aldılar. Bizi qoyun kimi qabaqlarına qatıb Təbrizə kimi gətirdilər. 
Məni və bir neçə ermənini axtaladılar. Zorla müsəlmanlığı qəbul elətdirib adımı da 
Mirzə Yaqub qoydular. Sonra xacə kimi Tehrana, Fətəli şaha peşkəş göndərdilər. 
İki il mənə ərəb və fars dillərini öyrətdilər. Hərəmağasının təlimi ilə bütün elmləri 
mənimsədim. Sonra mənə xacəbaşı titulu verdilər. Sarayda isə mənə güclü biliyə 
malik hesab müəllimi təyin edib mühasibat işini tam incəliyinə qədər öyrətdilər. 
Şahın xüsusi sərəncamı ilə iki dəfə Şiraza və üç dəfə Xorasana, qubernatorun 
mühasibat işlərinə müfəttişliyə göndərdilər. Məni şahın xəzinədarı təyin etdilər. 
Ordan İrəvana, ata-anama gizlincə pul-para da göndərə bildim. İyirmi beş ildir ki, 
şaha xacəbaşı kimi qulluq edirəm, daha bəsdir. Bu sandıqçada gətirdiyim qızıllar, 
40 min tümən, daş-qaş öz əməyimin bəhrəsidir. Təvəqqe edirəm, mənə kömək 
edin, doğmalarımın yanına qayıdım. Göydə Allahı, yerdə sizi deyib gəlmişəm. 
- Bəs bu qadınlar kimdir? - deyə yuxudan kal oyanan xəstəhal səfir 
Qriboyedov soruşdu. 
 
- Bunlar  şahın  kürəkəni  Allahyar xanın hərəmxanasında əzab çəkən iki 
bədbəxt erməni qadınıdır. Onlar da mənə qoşulub sizə pənah gətiriblər. Kömək 
edin... - deyib ağlamsınan Yakov Markaryan ovcunun içilə gözlərini ovxaladı. 
Sandıqçanı ayaqları arasında bərk-bərk sıxıb daha da büzüşdü, yazıq görkəm aldı. 


Yarıyuxulu səfir isə Yakov Markaryanın gah yöndəmsiz uzun çənəsinə, gah 
da bulanıq göy gözlərinə baxırdı. Bilmirdi nə cavab versii. Yakovun üz-gözündə 
xeyirxahlıqdan əsər-əlamət tapmayan səfir canının ağrısından gözlərini yumub 
fikrə getdi. Vaxtsız gələn “qonaq” isə elə hey yalvarırdı bilməyən səfir paltosuna 
bərk-bərk burunub qabağa əyildi: 
- Axı, sizin arzunuzu yerinə yetirməyə mənim səlahiyyətim çatmır, - dedi. - 
Bunun üçün iki dövlət arasında rəsmi danışıq  olmalıdır,   müəyyən   razılıq 
alınmalıdır. Zənnimcə, siz nahaq belə hərəkət etmisiniz. Xəta gətirəcək bu işi 
özündən rədd eləmək naminə onu inandırmağa çalışdı. Yəqin siz məndən yaxşı 
bilirsiniz ki, şərq adəti üzrə şahın hərəmxanasında, sarayında on ildən çox 
xidmətdə olan bir şəxs onun ailə üzvü sayılır. Eləcə də şah hərəmxanasında qulluq 
edən hər bir qadın onun kənizi, arvadı hesab olunur. Şərqlilərdə isə arvad kişinin 
namusu, qeyrətidir. Bunu siz məndən yaxşı bilməlisiniz. Əgər kişinin arvadı bəd 
əməllərə düşürsə, ordan qan qoxusu gələr... 
-  Aleksandr Sergeyeviç, bəs Türkmənçay müqaviləsi... Onun on üçüncü 
bəndi buna əsas vermirmi ki... Axı siz bu ölkədə Rusiyanın səlahiyyətli vəziri-
muxtarısınız. Siz həmişə biz yazıq ermənilərin pənahkarı olmusunuz. Səhv 
etmirəmsə,    on   üçüncü   bəndi    biz   yazıq ermənilərin xatirinə məhz siz əlavə 
etmisiniz:   “Axırıncı və ya bundan qabaqkı  müharibənin  gedişində əsir alınmış 
hər iki tərəfin bütün hərbi əsirləri, bununla bərabər hər iki hökumətin nə vaxtsa    
əsir   düşmüş təəbələri qarşılıqlı azad edilməli və dörd ay ərzində qaytarılmalıdır”. 
Yakov   Markaryan    on   üçüncü   bəndi sətirbəsətir   əzbərdən   dedi.   Səfir  
duruxdu. Handan-hana: 
- Sən - dedi, - təkcə şah sarayının içalatından yox, iki dövlət arasındakı incə  
siyasətdən  də  xəbərdarsan. Bu barədə şaha müraciət etmisənmi? 
- Yox, heç vaxt ! - deyə Yakov cavab verdi. 
- Siz ki, ona belə yaxınsınız, şah sizə ki,  bu boyda varidatını etibar edib,   
şübhəsiz  ki,   sözünüzü də yerə salmaz, arzunuza əməl edər... 
- Aleksandr Sergeyeviç, bu qaranlıq müsəlman dünyasında üç bədbəxt 
xristianın yeganə pənahı sizsiniz. Bizi buradaca qanımıza qəltan edin, amma o 
vəhşi müsəlmanların yanına bir daha qaytarmayın. 
Yakov səfiri yumşaltmaq üçün dedi: 
 
- Sizin biz ermənilərə çox yaxşılıqlarınız olub.  Mənə məlumdur ki, hələ 
1825-ci ildə Tiflisdə Lazaryanla, katalikos Nerseslə birgə sərgərdan ermənilərin     
Azərbaycana, Qarabağa köçürülmək planını hazırlayıbsınız. Bu saat bizim saraya 
qayıtmağımız ölümə getmək kimidir... 
- Yaxşı, gecə keçir, indi tapşıraram sizə gecələmək üçün şərait yaradarlar. 
Səhər isə özüm bu barədə Fətəli şahla danışaram, - deyib, səfir yataq otağına getdi. 
 
* * * 
 
Açılan səhər nə Qriboyedova, nə də üç erməni qaçqınına xeyir gətirmədi. 
Səfir nə qədər on üçüncü bəndə əsaslanıb ondan sitatlar gətirdisə, Fətəli şahı 
yumşalda bilmədi. 
Şah iki ayağını bir başmağa qoyub haqlı tələbini etdi: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə