Sən həmişə mənimləsən



Yüklə 213,58 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix01.07.2018
ölçüsü213,58 Kb.
#52751
1   2   3   4   5   6

fərdiləşdirmək  istədiyi  obrazlar  öz  hərəkətlərində  və  düşüncələrində  psixoloji  əsasdan  heç  də 

məhrum deyildir» [19,səh.134]. 

«İntizar»  (M.Hüseynlə  birlikdə  yazılmışdır)  (1943),  «Bahar  suları»  (1948),  «Atayevlər  ailəsi» 

(1954)  dram  əsərlərində  psixologizmin  bədii-estetik  tələblər  baxımından  müxtəlif  (lirik-

romantik, ictimai  və satirik planlı) tərəflərini şərtləndirən məqamlara, hadisə və proseslərə  rast 

gəlmək olur. 

Ümumiyyətlə,  İ.Əfəndiyevin  yaradıcılığında,  xüsusən  onun  dramaturgiyasında  daha  qabarıq 

nəzərə  çarpan,  lirik-romantik  psixologizm  “gerçəkliyin  özünəməxsus  estetik  konsepsiyasının 

qanunauyğun  nəticəsi  ...  kimi  meydan  çıx”araq  (25,səh.66.)  bütövlükdə  onun  sənətinin  daxili 

mənasını, mahiyyət və məzmununu özündə birləşdirir. 

 

Bu  baxımdan  «Sən  həmişə  mənimləsən»  pyesində  qoyulan  problem  şəxsiyyət  və  onun  taleyi, 



ailə,  sevgi  problemidir.  Pyesin  süjet  xəttində  bu  məsələlər  isə  daim  qarşılıqlı  sıx  əlaqədə  öz 

əksini  tapır.  «Sən  həmişə  mənimləsən»də  iki  mühüm  həyati  məsələ  bədii-estetik  tələblər 

baxımından diqqət mərkəzinə çəkilir: 

I. Nargilə və Nəzakət münasibətlərindəki mürəkkəb ailədaxili proseslərin izlənilməsi pyes boyu 

davam və inkişaf etdirilir

II.  Nargilə  –  Həsənzadə  xəttində  yaranan  mənəvi  məhrəmlik,  doğmalıq  süjet  boyu  Nargilə  və 

Nəzakət xəttinə aydınlaşdırıcı ahəng verir

Psixologizmə  müraciət  edən  dramaturq  «Sən  həmişə  mənimləsən»  pyesində  bəzən  gerçəkliyin 

səhnə təcəssümünü qəhrəmanların subyektiv qavrayışında canlandırmaqla (deyək ki, Nargilənin, 

Həsənzadənin,  Nəzakətin  keçmişlərinə  ani  olaraq  bədii-xəyali  səyahətindən  alınan  psixoloji 

xatırlamalarında) obrazların həyata, cəmiyyətə münasibətlərinin, fikir və düşüncələrinin, istək və 

arzularının,  sevinc  və  kədərin  konkret  bədii  ifadəsinin  və  ya  psixoloji  portretinin  kamil 

nümunəsini yaradır. 

«Portret  yaradıcılığında  hadisələrin  mahiyyət  və  mənası,  xarakterlər,  obrazların  daxili  aləmi, 

hissi-emosional və psixoloji təhlillər mühüm rol oynayır» [34,səh.98]. Nargilənin, Həsənzadənin, 

eləcə  də  Nəzakətin  hissi,  mənəvi  dünyası,  intellektual  səviyyəsi,  həyata,  cəmiyyətə  baxışı  bu 

baxımdan  məxsusi  fərdi  keyfiyyət  daşıyaraq  bütövlükdə  xarakterin  canlı  bədii-psixoloji 

portretinə çevrilir.  

«Sən  həmişə  mənimləsən»  pyesində  psixoloji  təhlillər  əsasən  obraz-xarakterin  konkret  mənəvi 

dünyası  ilə  ətraf  mühit  arasında  yaranan  ziddiyyətlərin  sıx  vəhdətində  alınır.  

Bu  zaman  və  məkan  dairəsində  obrazda  bir  tərəfdən  yaddaş  psixologiyası  və  onun  «mən»də 

ifadəsi  prosesi  ön  plana  çəkilir,  digər  tərəfdən  psixoloji  xatırlamalarda  özünütəhlil  prosesi 

xarakterdə psixoloji aləmin təşəkkül üsulu kimi meydana çıxır. 

Keçmişi  anmaqla  indiki  halında  obraz-xarakterdə  bəzən  monoloq  şəklində,  bəzən  açıq  və  ya 

«gizli»  dialoqlarda  (real  və  şərti  «mən»lərin  daxili  «gizli»  söhbəti)  poetik  səhnə  təcəssümunü 

tapır.  


Demək, bununla yaranmış bədii vəziyyət anında dialoq və monoloqda üzə çıxan obraz-xarakter 

artıq  özünüdərk,  özünüifadə  məkanında  yaşamaqla  bütövlükdə  özünün  və  ya  ətraf  aləmin 

ziddiyyətli, mürəkkəb tərəflərinə bədii işıq salır. 



Ümumiyyətlə,  “bədii  ədəbiyyatda  obrazın  strukturu  onun  həyat,  amal,  yaşayış,  özünütəsdiq 

uğrunda  mübarizəsilə  müəyyənləşir.  Yazıçı  qəhrəmanını  həyatın  mürəkkəb,  ziddiyyətli 

dolanbaclarından keçirir, onu müxtəlif sınaqlarla qarşılaşdırır” [15, səh.165]. 

Bu halda “müsbət əxlaqi keyfiyyətlər tərəqqiyə xidmət etdiyi kimi, mənfi əxlaqi keyfiyyətlər də 

geriliyə, tənəzzülə səbəb olur” (2, səh.99.). Nargilə həyatın mürəkkəb, ziddiyyətli sınaqlarından 

həm  özünün  şəxsi  keyfiyyətləri,  iradəsi  baxımından,  həm  də,  Həsənzadənin  ona  qarşı  yönələn 

mülayim,  təmkinli  davranışlarından,  münasibətlərindən  ancaq  müsbət  tərəfə  yönəlikli  gözəl 

insani  duyğuları,  davranışları  mənimsəyir  və  onun  həyatda  tətbiqinə  nail  olur. 

Demək, qəhrəman indiki məqamda mənfiliyə yüklənmiş xüsusiyyətlərin yox, müsbətə yüklənmiş 

xoş ovqatlı davranışları ilə cəmiyyətin artıq fəal, yararlı bir üzvü kimi diqqəti çəkir, özü ilə daxili 

dialoqa girərək hərəkət, davranışlarını təhlildən keçirir. 

Bu  baxımdan  pyesdə  bədii  təcəssümünü  tapan  hadisə,  vəziyyət  bəzən  kinossenarini  xatırladan 

gənc  qızın  subyektiv  qavrayışında  lirik-  romantik  qatda  alınıb  təqdim  olunur.  

On  doqquz  yaşlı  gənc  qız  olan  Nargilə  orta  məktəbi  artıq  yenicə  bitirib  ali  təhsil  almaq 

arzusundadır.  Nargilənin  qarşısında  bu  zaman  müxtəlif  maneələr  yaranır:  qəbul  imtahanından 

keçməməyi,  evdə  atalığı  Fərəcin  saymazyana  kobud  hərəkətləri,  anası  Nəzakətin  əri  önündə 

qeydsiz-şərtsiz  mütiliyi  və  bundan  da  qızına  qeyri-ixtiyari  əmələ  gələn  soyuq  münasibəti 

Nargiləni hədsiz hiddətləndirir. 

Nargilə bu maneələri aradan qaldırmaq üçün bircə  yol  tanıyır: böyük nüfuz sahibi olan, iri bir 

zavoda rəhbərlik edən qonşusu Həsənzadəni həmişəlik özünə mənəvi sığınacaq kimi qəbul edir.  

Nargiləyə  görə  Həsənzadə  onun  arzuladığı  idealların  ən  yaxşı  təcəssümçüsüdur.  Buna  görə  də 

Həsənzadə ilə yaxından ünsiyyət saxlamağı Nargilə gələcək yaşamı üçün zəruri sayır və belə də 

edir. 

«Sən  həmişə  mənimləsən»  pyesində  bu  baxımdan  Nargilə  ilə  bağlı  bəzi  keçmiş  hadisə  və 



proseslər  qəhrəmanın  qavrayışında  təbii  olaraq  səhnələşir,  hadisələr  qəhrəmanın  mənəvi 

dünyasından,  «iç»  aləmindən,  daxili  dünyaduyumundan  ələnərək  təqdim  olunur: 

Nargilə:  Anamın  ikinci  dəfə  ərə  getməyi  yadıma  gəlmir.  Deyirlər,  onda  mən  kök,  sağlam, 

güləyən bir uşaq imişəm, lakin illər keçir, mən böyüdükcə bu şənlik də silinib gedirdi, mənim 

həyatımda fərəhsiz, sıxıntılı günlər başlanırdı [8,səh.303]. 

Burada  gənc  qızın  yaddaşında  ilişib  qalmış,  istəkli,  unudulmaz  keçmiş  anlar  kino  lenti  tək  ön 

plana  çəkilir,  xatirələr  hissə-hissə  çözələnir.  Yadasalma,  nəqletmə  anında  İ.Əfəndiyevin 

qəhrəmanı keçmişə bədii qayıdışla özünüanma, özünü yaxından tanıma, xəyalən özünün «mən», 

iç dünyasını araşdırma prosesində yaşamaqla bilavasitə özünü və ya onu əhatə edən ziddiyyətli, 

mürəkkəb mühiti dərk etməyə başlayır. 

Qəhrəman  özünü  və  ətraf  aləmi  təhlil  prosesində  özü  ilə  mühit  arasında  bir  tərəfdən  dərin 

konfliktin olduğunu hiss edir, digər tərəfdən özü ilə ətraf aləm arasında qırılmaz daxili bağlılığın, 

xoş 

təmasın 


sitmvolik 

mənasını 

və 

ya 


daxili 

«gizli 


şirinliyini» 

görür. 


Dramaturqun qəhrəmanı iki yol ayrıcındadır. 

Birincisi,  Nargilənin  körpə,  məsum,  mənəvi  «iç»  dünyasının,  təmiz  qəlbinin,  hiss  və 

düşüncələrinin  istiqamətini  arzuolunmaz  tərəfə  yönəldirsə,  ikincisi,  Nargiləni  həmin 

arzuolunmaz  səmtlərdən  kənarlaşdırıb  saf,  təmiz  işıqlı  nəcib  dünyaya  aparır.  

Nargilə təbii ki, ikinci yolu seçir. 

Həsənzadə  Nargilənin  mənəvi  aləmində  işıqlı  dünyanı  təmsil  edən  əsas  həlledici  və  aparıcı 

qüvvə  hesab  olunur.  Ona  görə  də  Nargilə  indiyə  qədər  saxladığı  istəkli  keçmişini  etibar  edib 

inandığı Həsənzadəyə nəql etməyə başlayır.  




Yüklə 213,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə