Sən həmişə mənimləsən



Yüklə 213,58 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix01.07.2018
ölçüsü213,58 Kb.
#52751
1   2   3   4   5   6

Nəqletmə  anında  qəhrəmanın  taleyindəki  «fərəhsiz,  sıxıntılı  günləri»nə  sanki  təcrübəli, 

dünyagörmüş, həyatın ağrı-acısını dərindən duyub yaşamış dərdli bir insanın kəskin ruhi-mənəvi 

yaşantısının aydın dolğun bədii ifadəsinin bariz nümunəsini görürük.  

Nəqletmə anında obrazın özünəxas düşüncə tərzi ilə həyat, insanlar barədə zəngin təsəvvürlərlə 

yaşayan, adi, körpə, məsum insanın dünyaya baxışındakı zərifliyin əvəzedilməz təcəssümü olan, 

adi  həyat  həqiqətlərindən  böyük  mətləblər  anlayan  narahat  qəlbli  gənc  qızın  sərt  taleyi  ilə 

yaxından  tanış  oluruq.  İ.Əfəndiyev  digər  dramaturji  əsərlərində  olduğu  kimi,  «Sən  həmişə 

mənimləsən»  pyesində  dram  sənətinə  məxsus  psixologizmin  poetik  təcəssüm  formalarından 

(buraya  daxildir:  müəllif  remarkasında  zahiri  və  daxili  hərəkətin  bədii-psixoloji  təsviri,  bədii 

ifadə  vasitələrindən  bədii  sual,  bədii  nida,  təkrarlar,  pauzalar,  zahiri  monoloq  (zahirən  tək 

«mən»in açıq, səsli çıxışı, daxili dialoq) böyük ustalıqla istifadə edir [32].  

Əsərin  remarkasında  əksini  tapan  zahiri  və  daxili  hərəkətin  bədii-psixoloji  təsvirində  ailədəki 

arzuolunmaz  ağır  mənəvi  mühitin  onun  digər  üzvlərinə  –  Nargiləyə,  Nəzakətə  hədsiz  boğucu, 

mənfi təsir göstərdiyi daha qabarıq və əyani nəzərə çarpır. 

Nargilə 

də, 


Nəzakət 

də 


gərgin 

dramatik 

psixoloji 

vəziyyət 

məqamındadır:  

«Nargilənin ata evində yemək otağı görünür, artıq yetim bir qız olan Nargilə tez-tez mətbəxdən 

qabqacaq  gətirir,  lakin  bu  işin  onun  üçün  son  dərəcə  xoşagəlməz  bir  hal  olduğu  hiss  edilir» 

[24,səh.303], yaxud «Fərəc ağır addımlarla daxil olur, Nəzakət xanımın ona dikilən nəzərlərində 

bir vahimə vardır. Fərəc həsir şlyapasını çıxarıb Nəzakətə verərək mətbəxə yönəlir. Nəzakət də 

onun  ardınca  gedir,  sonra  Fərəcin  fınxıra-fınxıra,  suyu  üzünə  şappıldada-şappıldada  necə 

yuyunduğu eşidilir və bütün bu səslərin Nargiləyə olduqca xoşagəlməz bir təsir bağışladığı, onu 

əsəbləşdirdiyi  duyulur»  və  ya  «Nəzakət  yüyürüb  məhrəba  gətirir,  Fərəc  məhrəbanı  alıb 

qurulanaraq yenə də arvadına qaytarır. Sonra təntənə ilə irəliləyib yemək stolunun arxasına keçir, 

Nəzakət  məhrəbanı  qoyub  qayıdır,  ayaq  üstündə  dayanıb  ərinə  tamaşa  edir.  Onun  baxışlarında 

mütilik  və qorxu hiss olunur. Bütün  bu müddətdə Nargilə o biri otaqda əvvəlcə kitabı  götürüb 

oxumaq istəyir, lakin oxuya bilmir, sonra kitabı kənara atır, hiss olunur ki, o biri otaqdan gələn 

çəngəl-bıçaq səsləri onu əsəbiləşdirir» [8,səh.304]. 

Dramaturq  burada  səhnədaxili  situasiyanın  bədii-psixoloji  təsvirini  verərkən  obrazların  fiziki 

hərəkət və davranışını sıx daxili psixoloji əsası ilə şərtləndirir. 

 

Buradakı bədii vəziyyət əsərdə iştirak edən obrazların özünəxas fərdi keyfiyyətlərini üzə çıxarır: 



Fərəcin  ailədəki  qeyri-səmimi  hərəkəti,  Nəzakətin  əri  Fərəcin  qarşısındakı  acizanə  mütiliyi, 

Nargilənin öz növbəsində atalığı Fərəcin saymazyana kobud davranışına hədsiz nifrəti və anası 

Nəzakətə  münasibətdə  övlad  incikliyi  öndə  dayanır.  Pyesdə  dram  sənətinə  məxsus  müəllif 

remarkasında  özünü  göstərən  dərin  psixologizm  dialoq  və  monoloqda  da  daha  qabarıq  nəzərə 

çarpır. 

Burada  (dialoq  və  monoloqda)  lirik-  romantik  qatla  yüklənmiş  psixoloji  aləm,  psixoloji  təhlil 

müxtəlif  səpkidə  (bədii  obrazda  yaddaş  psixologiyası  və  onun  «mən»də  ifadəsi,  özünütəhlil 

xarakterdə  psixoloji  aləmin  təşəkkül  üsulu  kimi,  bədii  vəziyyət  xarakterdə  psixoloji  aləmin 

özünüifadə məkanı kimi) meydana çıxır. 

Nargilə və Nəzakətin dialoqunda yaddaş psixologiyası və onun "mən"də ifadəsi və daha yuxarıda 

göstərilən  iki  mühüm  cəhət  ön  plana  çəkilir.  Nargilə  anası  Nəzakətdən  ailədə  yaranmış  ağır 

mənəvi  iqlimin,  pozucu,  sərt  həyatın  «haqq-hesabatını»  tələb  edir.  Ev,  ailə  “mühitin  ağır  ... 

sıxıntıları qarşısında əzilib təhqir edilir, böranlı illər keçir”diyi [3,səh.128] üçün anasını qınayır. 



Nəzakət  də,  həmçinin  qızı  Nargilə  kimi  daxili-mənəvi  sıxıntıdan  kənar  deyil.  Nəzakət 

keçmişlərini  çözələdikcə  özünütəhlil,  özünüdərk,  özünütanıma  prosesində  yaşamağa  məcbur 

olur.  Və  indiki  halında  keçmiş  təkliiynə  dözə  bilmədiyi  üçün  özünə  təkliyin  mənəvi  ağrısını 

unutduran  Fərəclə  evlənməyinə  acizanə  haqq  qazandırmağa  çalışır.  Bu  halda  “ətraf  aləm 

qəhrəmanın  fikir  dünyasında,  daxili  hekayə  və  dramında  daimi  iştirakçı  kimi  çıxış  edir. 

Qəhrəmanın  duyğu  və  düşüncələri  xarici  təsir  sayəsində  oyandığına  görə,  o,  özü  barədə 

düşünərkən,  eyni  zamanda  ətraf  mühit,  orada  baş  verən  hadisələr,  mövcud  olan  predmetlər 

barədə düşünmüş olur” [18, səh.108]. 

Başqa sözlə, “hər bir sözün, fikrin  arxasında müəyyən bir mətləb durduğundan, təsvirini  tapan 

bütün  əşyalar,  predmetlər  ideya  ilə  yüklənir,  məqsədli  xarakter  daşıyır.  ...  əşya  aləminə  təkcə 

görümlü  obyektlərin  birbaşa  özləri  yox,  həm  bu  obyektlər  haqqında  söhbət,  həm  də  özü 

görünməyən,  amma  təsiri  yaşanan,  ömürdə  duyulan  predmetlər  daxildir.  Məsələn,  ...  otağın 

konkret bir obrazın mənəviyyatına təsiri söhbət zamanı meydana çıxır” [26, səh.77-78]. 

Nəzakət  məhz  əri  ilə  birgə  yaşayıb  xoşbəxt  ömür  sürdüyü  otağa  indilikdə  həyat  yoldaşının 

ölümündən  sonra  daxil  olarkən,  içində  dolaşan  sıxıntılı  yaşantılarla  üz-üzə  qalır: 

Nəzakət: Gündüzlər işləyirdim…Gecələr isə…dünya gözümdə qaralırdı. Elə bil ki, bu evdə hər 

bir  şey…divarlar  da,  stullar  da  dil  açıb  mənə  deyirdi:  "O  daha  yoxdur…O  heç  bir  zaman 

gəlmiyəcək".  Mən  hər  yerdə…hər  yerdə  onun  yoxluğunu  hiss  edirdim.  Mənə  elə  gəlirdi  ki, 

onunla birlikdə bütün həyat məni tərk edib getmişdir. Sən dilbilməz bir körpə idin. Sən dünyadan 

xəbərsiz gözlərini mənə zilləyib mənə gülümsədikcə, vahimə məni basırdı. Mənə elə gəlirdi ki, 

müharibə  indicə  səni  də  aparıb  udacaqdır.  Elə  bil  ki,  soyuq  soldat  süngüsünün  ucu  sənin 

dodaqlarına  dirənmişdi.  Sən  isə  onu  əmzik  bilib  sorursan…mən  hər  gecə  dəhşətli  yuxular 

görürdüm.  Mən  hər  gecə  sənin  hansı  uzaq,  yiyəsiz  səhrada  isə  düşüb  qalmış  atanın  çağırışını 

eşidirdim…Təklik  dəhşət  idi  (ağlayır),  mən  yaşaya  bilmirdim.  Başa  düş…  [8,səh.305-306]. 

Pyesdə  Nəzakətlə  Nargilənin  daxili  sarsıntısı,  ağır,  üzüntülü  vəziyyəti  həzin  notlar  üstündə 

köklənərək üzə çıxır. 

Nargilənin və ya Nəzakətin bədii obraz kimi daxili mahiyyəti ilə açılması üçün zahiri və daxili 

nitq variantından istifadə məsələsi də maraq doğurur. Daxili nitq – danışanın özü ilə əlaqələnən, 

özünə doğru yönələn nitq, səslərdə təzahür etməyən, səssiz «lal» nitq [1,səh.187] deməkdir. 

Nəzakətin  özünə  doğru  yönələn  nitqi  səslərdə  təzahür  eləyən,  səsli  nitqdir.  

Başqa  sözlə,  Nəzakətin  nitqi  zahiri  monoloqun  təbii  məntiqi  ilə  reallaşır.  Nəzakətin  daxili 

«mən»i  özü  ilə  səssiz  danışmaq  deyil,  kiminləsə  lap  yaxından  üz-üzə  söhbət  eləməyə  kəskin 

mənəvi ehtiyac duyur. 

Bu mənəvi aclığın sonsuz harayına eyni sarsıntılı hal, məqamla üz-üzə dayanan Nargilənin övlad 

məhəbbəti  ilə  bürünmüş  mənəvi  məhrəmliyi  ilə,  alovlu,  qızğın,  ehtiraslı  cavab  hissləri  ilə 

yaşanılır. 

Nargilə  bu  anda  çoxdan  unudulmuş,  yadırğanmış  ana  məhəbbəti,  ana  sevgisinin  istisinə 

ovunmaq, qızınmaq istəyinin reallaşmasına daxili ehtiyac duyur və indilikdə Nargilənin özü də 

anasının  yaşadığı  hisslərin  ab-havasında  vurnuxur  və  bu  hisslərdən  xaric  və  ya  kənar  deyil.  

Nargilə  də  anasının  yaşadığı  hisslərin  sonsuz  harayı  ilə  çırpınırır,  çağlayır. 

Nargilə,  həmçinin  dünyada  əziz  hesab  etdiyi  atasının  şirin  xatirəsi  ilə  yaşayır.  O,  körpə  olanda 

atası  müharibədə  çox  cavan  yaşında  həlak  olur.  Nargilənin  anası  isə,  cavan  ərindən  sonra  tək 

bircə  körpə  uşaqla  «damın  altında»  kimsəsiz,  köməksiz  qalmaqdan  qorxaraq  özünə  həmdəm 

«baş  sahibi»  tapmağa  ehtiyac  duyur.  Fərəcin  «gözlənilmədən»  bu  ailəyə  «daxil  olması» 

Nəzakətin zərif qadın heysiyyatının tapdalanmasına şərait yaratdı. 



Yüklə 213,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə