Sən İsa Məsihə iman
edirsənmi?
Böyüklərə katolik imanının əsasları
barədə
Katolik kilsəsi
Bakı
Azərbaycan
2010
~ 1 ~
1
Orijinal mətn:
«Веруеш ли Ты в Сына
Божия», 3-е изд.,
Гродно, Беларус,
2007.
Müəllif:
Tadeuş Kriştopik,
Stanislav Kozlov
Tərcümə və redaksiya: Bakı “Fidiyə
olunan Məsih” Roma
Katolik prixodu
Azərbaycan dilində kitabın 1-ci nəşri:
Katolik Kilsəsi, Bakı,
Azərbaycan, 2010.
BU KİTAB AZƏRBAYCAN RESPUBLİKASININ
DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN
İCAZƏSİ İLƏ (DK-232/R SAYLI MƏKTUB) ÇAP EDİLIB.
~ 2 ~
2
Giriş sözü
«Sən Allahın Oğluna iman edirsənmi?» (Yəh 9, 35) –
bu sualı İsa Məsih anadangəlmə kor olan və Allahın
mərhəməti ilə gözləri açılan bir adama verdi. Müjdəçi
Yəhya bəhs edir: «İsa yolla gedərkən anadangəlmə kor
bir adam gördü. Şagirdləri Ondan soruşdu: «Rabbi, kim
günah etdi ki, bu adam kor doğuldu: özü, yoxsa
ata-anası?» İsa cavab verdi: «Nə özü günah etdi, nə də
ata-anası. Amma Allahın işləri onun həyatında görünsün
deyə belə oldu. Nə qədər ki gündüzdür, Məni Göndərənin
işlərini görməliyik. Tezliklə gecə gəlir, o zaman heç kim
işləyə bilməz. Dünyada olduğum müddətdə dünyanın
nuru Mənəm». Bu sözləri deyəndən sonra yerə tüpürdü,
tüpürcəklə palçıq düzəltdi və palçığı kor adamın
gözlərinə sürtdü. Sonra ona dedi: «Get, Şiloah
hovuzunda yuyun». «Şiloah» «göndərilmiş» deməkdir. O
da gedib yuyundu və gözləri açılmış halda qayıtdı.
Qonşuları və əvvəllər onu bir dilənçi kimi tanıyanlar
deyirdilər: «Əvvəllər oturub dilənən adam bu deyilmi?»
Bəzisi «odur» dedi, bəzisi «xeyr, amma ona oxşayır»
dedi. Özü isə «mənəm» dedi. Ondan «Elə isə gözlərin
necə açıldı?» deyə soruşdular. O cavab verdi: «İsa
deyilən Adam palçıq düzəldib gözlərimə sürtdü və mənə
«Şiloah hovuzuna get, yuyun» dedi, mən də gedib
yuyundum və gözlərim açıldı»... O adamı bayıra
atdıqlarını İsa eşitdi və onu tapıb dedi: «Sən Bəşər
Oğluna iman edirsənmi?» O soruşdu: «Ağa, O kimdir ki,
Ona iman edim?» İsa ona dedi: «İndi gördüyün və səninlə
~ 3 ~
3
danışan Adam Odur». O da «ya Rəbb, iman edirəm» dedi
və İsaya səcdə etdi» (Yəh 9,1; 11; 35-38).
Anadangəlmə kor olan adam ruhani cəhətdən də kor
idi, çünki Allah haqqında tam həqiqəti dərk etməmişdi.
Allah barədə onun təsəvvürü az idi və çox vaxt həqiqətə
uyğun gəlmirdi: o, ətrafda olanların çoxunun təsəvvür
etdiyi kimi Allahı təsəvvür edirdi. Lakin budur, o öz həyat
yolunda İsaya rast gəldi. İsa bu insanın nəinki fiziki
gözlərini, həmçinin qəlbinin gözlərini açdı, çünki kor
adam Rəbbə həqiqi Allah Oğlu kimi iman etdi. Gözləri
açılan bu adam
ailədə məsihçi tərbiyəsi və həyatında
Ümumdünya Kilsəsinin iştirakı olmadığından Allahı
tanımayan, lakin öz həyat yolunda İsaya rast gələn və
Ona həyatın mənasına gözlərini açmağa izn verən, hər
bir “anadangəlmə kor” olan insanın ruhani cəhətdən
gözlərinin açılmasının surətidir.
~ 4 ~
4
I-ci HİSSƏ
Məsihçilərin imanı
~ 5 ~
5
~ 6 ~
6
«Ya Rəbb, iman edirəm!» (Yəh 9, 38)
Yaşadığımız dövr dolğun və hərtərəfli məlumat
dövrüdür.
Allahı tanımaq istəyən şəxs bir çox təkliflərlə
rastlaşır: çoxsaylı protestant ayinləri Allah və xilas yolu
barədə öz anlayışlarını, şərq dinləri (induizm, buddizm və
s.) varlığın öz konsepsiyasını təklif edirlər.
Hər şeyi eyni zamanda əldə etmək istəyən şəxs
tezliklə səmtini itirir, çünki onda müxtəlif anlayışlar
qarışmağa başlayır və nəticədə o, Allahı tanımaq arzusunu
da itirə bilər. Lakin istənilən xeyirxah işdə olduğu kimi
Allah barədə həqiqətin axtarışında da düşüncə zəruridir:
yadda saxlamaq lazımdır ki, hər bir adam ilk növbədə
insan və yalnız sonra bunun əsasında imanlı olmalıdır.
İnsan olmaq başqalarının baxışlarını və faktları
qiymətləndirməkdə sağlam düşüncəli və sadə olmaq,
yaşamaq və çalışmaq sevincini və yaşamaq arzusunu
qoruyub saxlamaq deməkdir. İnsan olmaq cəmiyyətdən
təcrid olmamaq, cəmiyyətdə öz yerinə məxsus olmaq, öz
çağırışına uyğun olaraq adamlarla nemətlə bölüşmək və
başqalarından aldığın nemətlərdən istifadə etmək
deməkdir. İnsan olmaq qohumlar, qonşular və iş yoldaşları
ilə təbii insani münasibətləri saxlamaq deməkdir. İman
insanda yaxşı olan bütün cəhətləri kamilləşdirir və onu
Yaradan Allaha tərəf istiqamətləndirir, onda Allahla əbədi
həyata ümid yaradır, ona həyatda öz çağırışını yerinə
yetirməyə qüvvət verir. Bir sözlə, həyatı dərin, əbədiyyət
istiqamətli məna ilə doldurur.
Allah barədə həqiqəti öyrənmək arzusu olan insan
ehtiyatlı olmalıdır və müəyyən mənfi təsirlərə
düşməməlidir. Bu, məsələn, hər şeyi qara görən
~ 7 ~
7
Dostları ilə paylaş: |