əvəzinə, onları müdafiə etməyə başlayırlar və qonşularla
dalaşırlar. Şəri müdafiə edən və ona bəraət qazandıran
şəxs onun səbəbkarı olur.
İnsanın qəlbi elə vəziyyətə çata bilər ki, insan artıq
tövbə etməyə qadir olmasın, günaha görə kədərlənə və
Allahın mərhəmətini qəbul edə bilməsin. Xilaskar bu
barədə xəbərdarlıq edirdi. İnsan qəlbinin bu vəziyyəti
Müqəddəs Ruha qarşı günah adlanır. Müqəddəs Ruha
qarşı edilən günahlara görə insan Allahın
bağışlamadığına görə deyil, Allahın mərhəmətini qəbul
edə bilmədiyi üçün bağışlana bilməz. Bu günahlar
aşağıdakılardır:
1. İslah olmağa cəhd etmədən insafsızcasına günah
etmək və Rəbbin mərhəmətinə ümid etmək.
2. Öz xilasına ümidini kəsmək.
3. Dərk etdiyin müqəddəs imanın həqiqətinə inadla
qarşı çıxmaq.
4. Allahın verdiyi lütfə görə yaxınına paxıllıq etmək.
5. Öz tövbəsini ölümünədək yubatmaq.
Öz mərhəmətinə görə Allah günahkarı bu həyatda
cəzalandırmağa tələsmir, çünki ona tövbə etmək
imkanını verir. Amma qisas barədə səmalara fəryad
edən günahlar da var. Kilsə deyir ki, Allah bəşər nəslini
qorumaq istədiyi üçün çox vaxt belə günahlara görə artıq
bu həyatda cəza verir (əks halda bu günahlarla insanlar
öz-özlərini məhv edərdilər). Günahlar bunlardır:
1. Qəsdən edilən qətl, buna hamiləliyin dayandırılması
və evtanaziya da aiddir (ağır xəstələrin öldürülməsi).
2. Anormal əxlaqsızlıq (homoseksualizm, zoofiliya,
pedofiliya və s.), həmçinin Sodom günahı da adlanır
~ 363 ~
363
(Sodom və Homorra şəhərləri sakinlərinin pozğunluğuna
görə alovla məhv edilmişdi).
3. Kasıbları, dul qadınları və yetimləri sıxışdırmaq.
4. Ədalətli əmək haqqının tutulması.
Allahın lütfü barədə
İnsan yalnız İsa Məsihə imanla və İlahi lütfün köməyi
ilə günah vəziyyətindən çıxıb əbədi həyata nail ola bilər.
Günahkar günah vəziyyətindən lütf vəziyyətinə keçərək
saleh olur, bu keçid isə bəraət adlanır. Bəraəti Məsih
bizim üçün Öz Əzabları və Dirilməsi ilə qazandı. Bəraət
günahların bağışlanmasını, təqdis olunmanı və insanın
daxili yeniləşməsini özündə birləşdirir.
Biz Müqəddəs Ruhun lütfü ilə bəraət qazanırıq; lütf
bizim günahlarımızı yuyur və bizə Allahdan gələn
salehliyi İsa Məsihə iman vasitəsilə verir (Rom 3, 22).
«Lütf övlad olmaq çağırışımıza cavab verməyimiz üçün
Allahın bizə verdiyi köməkdir. Lütf bizi müqəddəs
Üçlüyün surətinə uyğun həyatın dərinliyinə gətirir» (KKK
2021).
Su insana müxtəlif təsirlər göstərir: yuyur, susuzluğu
yatırır, möhkəmləndirir, sərinlədir və müalicə edir. Eləcə
də Allahın lütfü insana müxtəlif təsirlər göstərir. Katolik
ilahiyyatı təqdis edən (habitual) və təsir edən (aktual)
lütfü tanıyır.
«Təqdis edən lütf müftə ənamdır, onun vasitəsilə Allah
Müqəddəs Ruhla qəlbimizə onu günahdan sağaltmaq və
təqdis etmək üçün Öz həyatını verir» (KKK 2023). Təqdis
edən lütf daim təsir edir – o, vəftiz olunmuş və
vicdanında ağır günahı olmayan adamın qəlbində daim
~ 365 ~
365
qalır və onu Allaha məqbul edir. Məsihçi yalnız ölümə
aparan günah edərək təqdis edən lütfün «toy libasını»
(Mat 22, 12) itirir. Tövbə və günahların buraxılması
vasitəsilə o, lütfü yenidən əldə edə bilər.
Rəbb Allah təsir edən (aktual) lütfün bir çox ənamları
ilə insana təsir edir. Bu lütf ruhani və maddi nemətləri,
həmçinin əbədi həyatı əldə etmək üçün zəruridir. Aktual
lütfün təsiri müvəqqəti xarakter daşıyır – o, insana xilası
üçün konkret hərəkətin icrasına zəruri olan müddət
ərzində ona təsir göstərir.
Təqdis edən və təsir edən lütfdən başqa, Allah Öz
Kilsəsinə Müqəddəs Ruhun lütfünün xüsusi ənamlarını
verir, bunların məqsədi Ümumdünya Kilsəsinin ümumi
rifahıdır. Bu xüsusi ənamlar xarizma adlanır. Xarizmalar
(möcüzə etmək ənamı, Allah Vəhyini aydınlaşdırmaq
yaxud vəz etmək üçün verilən qeyri-adi müdriklik ənamı,
rahib andı vasitəsilə özünü Allaha həsretmə ənamı və s.)
Allah Kilsənin bəzi üzvlərinə onların şəxsi xilasına, həm
də Ümumdünya Kilsəsi olan Məsihin Ailəsində başqa
üzvlərin xilasına görə də pay verir.
A. ALLAHIN ON ƏMRİ
Biz Allahın dünyada qoyduğu fiziki, kimyəvi və bioloji
qanunları görürük; dünya bunlara uyğun yaşayır. Şüurlu
məxluq olan adamlara Rəbb mənəvi qanunlar da verdi və
bunları onların vicdanına yazdı. Allahın Əmrləri adlanan
bu mənəvi qanunlara uyğun yer üzündə və əbədiyyətdə
yaşamaq nəinki insanın borcu, həm də onun
xoşbəxtliyinin əsasıdır.
Müqəddəs Yazının «Çıxış» adlanan kitabı Allahın
~ 367 ~
367
seçdiyi İsrail xalqının Misir əsarətindən qaçaraq Sina
dağının yanında ləngiməsindən bəhs edir. Xalq dağın
ətəyində yerləşdi, Musa isə dağa çıxıb Allahla danışdı.
Rəbb orada zühur etdi və Musaya On Əmri verdi. Bu
Əmrləri Allah yalnız seçilmiş xalqa deyil, bütün
bəşəriyyətə verdi.
İsa Məsih İlahi Əmrlərin icrasının zəruriliyini təsdiqlədi:
«Sanmayın ki, Mən Qanun və Peyğəmbərlərin sözlərini
ləğv etmək üçün gəldim. Mən onları ləğv etmək üçün
yox, yerinə yetirmək üçün gəldim. Sizə doğrusunu
deyirəm: göy və yer keçib getmədən, hər şey icra
olmadan Qanundan ən kiçik bir hərf və ya bir nöqtə belə,
yox olmayacaq» (Mat 5, 17-18).
Əbədi xilasımız Rəbbin iradəsinə itaət etməyimizdən
və Onun əmrlərini icra etməyimizdən asılıdır. Allahın
Əmrlərini yerinə yetirməyən insan iman və dua etməsinə
baxmayaraq, Səmavi Padşahlığa girə bilməz. Xilaskar
deyir: «Mənə “ya Rəbb, ya Rəbb” deyən hər kəs Səmavi
Padşahlığa girməyəcək; lakin göylərdə olan Atamın
iradəsini yerinə yetirən oraya girəcək» (Mat 7, 21).
Bir zəngin gənc Xilaskara belə sual verdi: «Mən nə
yaxşılıq etməliyəm ki, əbədi həyata malik olum?». İsa
cavab verdi: «Əmrlərə riayət et: Qətl etmə. Zina etmə.
Oğurluq etmə. Yalandan şahidlik etmə. Ata-anana hörmət
et”. Həmçinin “qonşunu özün kimi sev”» (bax. Mat 19,
16 19).
Müjdənin başqa yerində bir fariseyin İsa Məsihdən
soruşduğu barədə oxuyuruq: «Müəllim, Qanunda ən
böyük əmr hansıdır?» İsa ona dedi: «“Allahın Rəbbi bütün
qəlbinlə, bütün varlığınla və bütün düşüncənlə sev» (Mat
22, 36-37).
~ 369 ~
369
Dostları ilə paylaş: |