danışdı, ağrı və soyuq hiss etdi, əzab çəkdi və çarmıxda
öldü. İsa Allah kimi vəz etdi, möcüzələr etdi, murdar
ruhları qovdu, O, ölülərdən dirildi və səmalara getdi. İsa
insan kimi bütün insanların ən kamili, Allah kimi isə
mərhəmətli və hər şeyə qadir idi. «Allah Oğlunun
Bədəndə gəlməsinin yeganə və təkrarolunmaz hadisəsi o
demək deyil ki, İsa Məsih qismən Allah, qismən isə
insandır yaxud İlahiliyin bəşəriyyətlə aydın olmayan bir
qarışıqlığının nəticəsidir. O, həqiqi Allah olaraq,
həqiqətən, İnsan oldu» (KKK 464).
~ 44 ~
44
IV. «PONTİ PİLATIN DÖVRÜNDƏ ƏZAB
ÇƏKDİ, ÇARMIXA ÇƏKİLDİ, ÖLDÜ VƏ
QƏBİRƏ QOYULDU»
Otuz yaşa qədər İsa Öz Anası və Himayəçisi ilə
yaşayırdı. O, otuz yaşı olanda insanlara Allah barədə
öyrətməyə başladı. Onun vəzləri qeyri-adi inandırma
qüvvəsi ilə fərqlənirdi, belə ki «bütün xalq Onu böyük
diqqətlə dinləyirdi» (Luka 19, 48) və Onun təliminə
təəccüb edirdi, «çünki onlara İlahiyyatçılar kimi deyil,
səlahiyyət sahibi kimi təlim öyrədirdi» (Мark 1, 22).
Məsih Özünə münasibətdə Allah Oğluna olan imanı tələb
edirdi. Minlərlə insan Onu görmək və eşitmək üçün gəlir
və bir çoxları iman edirdi. Bu, yəhudi xalqının ruhani
müəllimləri olan qanunşünaslar və fariseylərdə paxıllıq
yaratdı. Onlar İsanı tutdular, yalançı şahidlərin köməyi ilə
Onu ittiham etdilər və Roma valisi Ponti Pilatdan Ona
ölüm cəzası tələb etdilər. Pilat fariseylərin paxıllıqdan
Məsihi onun əlinə verdiyini görsə də, yəhudilərin fitnələ-
rindən çəkinərək Roma imperatorunun cəzası ilə
rastlaşmamaq üçün Xilaskarın ölümünə razılaşdı.
İsa dəfələrlə Öz şagirdlərinə əzablı ölümü və dirilməsi
barədə əvvəlcədən söyləyirdi: «Bəşər Oğlu başçı
kahinlərə və İlahiyyatçılara təslim olunacaq. Onu ölümə
məhkum edəcəklər» (Mat 20, 18). Bu şəhadət edir ki,
Məsih Özünün məhkum olmasını, əzabını və ölümünü
tamamilə könüllü qəbul etdi. Günahsız Allahın Quzusu
olan Məsih bütün dünyanın günahı üçün məsuliyyəti Öz
üzərinə götürdü ki, onlara görə Rəbb Allahdan cəza
çəksin. Buna görə də Allah bütün dünyadakı şərə görə
Onu ədalətlə cəzalandırdı. İsa o dərəcədə alçaldılmış,
~ 45 ~
45
tərk edilmiş və əzab içində idi ki, çarmıxda Atanı belə
çağırdı: «Ey Allahım, Allahım, niyə Məni tərk etdin?»
(Мark 15, 34). Əvvəlcə O, dünyanın əvvəlindən
sonunadək insanların arsızlığını, alçaqlığını və
nankorluğunu görərək Getsemani bağında dözülməz
mənəvi əzablardan keçdi, sonra Roma əsgərləri
tərəfindən dəhşətli işgəncə gecəsini yaşadı, insanların
qarşısında Onun üzünə vurdular, qamçılandı, çarmıxını
daşıdı, nəhayət, quldurlar arasında çarmıxa çəkildi və
çarmıxa mismarlanmış şəkildə üç saat ərzində acından
və susuzluqdan öldü. Bu vaxt Onun mərhəmətli və sevən
ürəyində ruhani əzablar var idi: Yəhudanın xəyanəti və
özünü öldürməsi, Peterin Onu inkar etməsi, şagirdlərinin
Onu tərk edib qaçması, Öz xalqı tərəfindən rədd
olunması, kütlənin istehza və təhqirləri, soyundurularaq
çoxlu adamın qarşısında çarmıxa çəkilməsi. İsa bunların
hamısını bizim xilasımız naminə sakit və təvazökar
ürəklə yaşadı. Əzabları ilə Məsih insanlar üçün
günahların bağışlanmasını və cəhənnəmdəki əbədi
cəzadan qurtarmaqlarını istəyirdi. İndi Ona Allah Oğlu
kimi iman edən hər kəs öz günahlarından tövbə edəcək,
vəftiz olunacaq, Onun əmrlərinə uyğun həyat yaşayacaq,
əbədi cəzadan xilas olacaq və o adamın qarşısında
səmaların qapıları açılacaq.
~ 46 ~
46
V. «ÖLÜLƏR ALƏMİNƏ ENDİ, ÜÇÜNCÜ GÜN
ÖLÜLƏR ARASINDAN DİRİLDİ»
İsa Məsih, həqiqətən, öldü. Onun ölümündən sonra
Roma əsgərlərindən biri nizə ilə Onun Ürəyini deşdi və
Qanın qalan hissəsi Onun Bədənindən axdı. Ürəyi
deşilmiş və qanı axan insan sağ qala bilməz. Ölümündən
sonra Məsihin canı «ölülər aləminə» endi, yəni həyatını
tək Allaha imanla yaşayan və vicdanla hərəkət edən
insanların canları saxlanılan “yerə” . Yəhudilər bu yeri
«şeol» adlandırırdılar. İsa oradan Adəmlə Həvvanın,
Habilin, Nuhun, İbrahimin, İman atalarının və
Peyğəmbərlərin, həmçinin satınalınmanı gözləyən
insanların canlarını çıxartdı. Satınalınma işi baş
verməsəydi, onlar Allahı görə bilməzdilər; indi isə göy
onlar üçün açıq idi.
Ölümündən üç gün sonra İsa Məsih dirildi (həyata
qayıtdı). O, əvvəlcədən demişdi: «Yunus üç gün-üç gecə
nəhəng balığın qarnında necə qalmışdısa, Bəşər Oğlu da
üç gün-üç gecə yerin bağrında elə qalacaq» (Mat 12, 40).
İsanın dirilməsini məcazi və rəmzi mənada deyil, hərfi
mənada anlamaq lazımdır. Müjdə dirilmə zamanı baş
verən hadisələri təfsilatı ilə təsvir edir: zəlzələ, boş
qəbirin girişində olan daşın kənara qoyulması,
Həvarilərin çaşqınlığı və şübhələri, İsanın şagirdlərinə
dəfələrlə görünməsi, «imansız» Tomanın şübhələri və öz
barmaqlarını Rəbbin yaralarına qoyması, dirilmiş Rəbbin
çörək və balıq yeməsi.
Eyni zamanda İsanın dirilməsi bir sirdir, çünki Onun
dirilmiş Bədəni artıq yer üzündə olan adi bədən deyildi,
ruhani, ölməz və izzətli bədən idi. Bu, həqiqi Bədən idi,
~ 47 ~
47
Dostları ilə paylaş: |