şər meyllərə və tamahlara qalib gəlmək ona daha asan
olur, onun qəlbi daha böyük ümidlə gələcəyə baxır, çünki
Ayinin lütfü onu möhkəmləndirir.
Tez-tez tövbə etmək barədə
Bir daha Tövbə Ayininin ruhani səmərələrini xatırlayaq:
Allah və Kilsə ilə barışma, əbədi cəzanın və qismən
müvəqqəti cəzanın buraxılması, vicdan sakitliyi və
Allahın lütfündə yaşamaq üçün ruhani qüvvənin artması.
Müqəddəs Kilsə imanlıları tez-tez Tövbə Ayinində
iştirak etməyə həvəsləndirir. Müqəddəs tövbə Kilsə
xadiminin vəsatətçiliyi ilə insanın canlı, dirilmiş Məsihlə
şəxsi görüşüdür. Tövbədə biz Rəbb Allah qarşısında
özümüzü günahlarda təqsirləndiririk; keşişin simasında
biz özümüzü ilk növbədə Məsih və Kilsə qarşısında
təqsirləndiririk. Vicdanımızın vəziyyətini anlayan keşiş
bizi öyrədəndə, üzərimizə yepitimiya qoyanda və
günahlardan azad edəndə əslində bizi Rəbbimiz İsa
bağışlayır və qəlbimizin həqiqi Təbibi kimi vicdanımıza
şəfa verir. Tövbə ayinini imanla qəbul edən kəs qeyd edir
ki, hər dəfə gözlərini açan, bir çox suallarına cavab
verən, bir çox şübhələrinə aydınlıq gətirən yeni işıq alır;
dindarlığa və Allahla münasibətə yeni, daha kamil baxış
əldə edir.
Vəzlər geniş imanlılar dairəsinə aiddir, keşiş isə
tövbədə həmişə bizə qəlbimizin vəziyyətinə, ruhani
inkişafımızın səviyyəsinə uyğun olan konkret nəsihət
verir. Tövbə zamanı bizə deyilən Allahın Sözü ayinin lütfü
ilə əlaqəli olduğuna görə asanlıqla ürəklərimizə daxil olur
və yadda qalır. Tövbə Ayininə başlayaraq, biz İsa Məsihdə
~ 305 ~
305
Xeyirxah Çobanı və qəlbimizin Təbibini görməliyik. O
bizim yaxşılığımızı və ruhani cəhətdən sağlam
olmağımızı istəyir. Sağalmaq istəyən hər kəs həkimin
yanına gələndə xəstəliyini mümkün qədər daha yaxşı
təsvir etməyə çalışır ki, həkim sağlamlığımızın
vəziyyətini daha yaxşı müəyyən edərək bizə sağalmaqda
kömək edə bilsin. Eləcə də İlahi Xilaskarın bizə şəfa verə
bilməsi üçün tövbə zamanı Onun qarşısında inamla
qəlbimizi açmalıyıq. «Ya Rəbb, yaralarımı Sənə
göstərirəm», – deyə Müqəddəs Amvrosi dua edir.
Ailə üzvləri arasındakı münasibətlərdə növbəti
qanunauyğunluqları müşahidə etmək olar: onlar
səhvlərini nə qədər çox etiraf etsələr və «üzr istəyirəm,
bağışla, zəhmət olmasa» sözlərindən istifadə etsələr, o
qədər də ailə münasibətləri yaxşı olacaq. Lakin ailə
üzvləri özlərini «səhvsiz» hesab edirlərsə, «bağışla»
əvəzinə tez-tez «məndə təqsir yoxdur», «bu sənin
günahındır» deyirlərsə, orada münasibət çox mürəkkəb
və gərgindir. Eyni sözü Allahla münasibət barədə də
demək olar, çünki tez-tez Rəbbə «mən günah etdim,
mənim təqsirimdir, məni bağışla, günahkaram» söyləyən
insanın Rəblə münasibəti çox yaxşı olur.
Müqəddəs Fransisk Di Sales tövbə barədə deyirdi:
«Xilaskar Öz Kilsəsinə bizi bütün günahlarımızdan
təmizləyən Tövbə Ayinini verdi. Ey Allahı sevən insan,
heç vaxt qoyma ki, ürəyində yoluxucu günah olsun,
çünki bizdə ona qarşı hazır və sadə vasitələr var. Allahın
gözlərində yenidən təmiz olmaq üçün insan etdiyi
günahlardan mümkün qədər tez təmizlənməlidir. Bəs nə
üçün əlimizdə belə güclü dərman ola-ola biz ruhani
~ 307 ~
307
ölümlə ölürük? Tez-tez cidd-cəhdlə və təvazökarlıqla
tövbə et, çünki tövbə bizə nəinki günahların
buraxılmasını, lakin həmçinin gələcəkdə günahdan uzaq
olmaq üçün güc və onların nəticələrini ləğv etmək üçün
İlahi lütf də verir. Beləliklə, tövbə özündə təvazökarlıq,
tabeçilik, sadəlik və məhəbbət məziyyətlərini birləşdirir.
Qoy həmişə günahların səndə nifrət oyandırsın, kiçik
olmalarına baxmayaraq, gələcəkdə onları etməmək
barədə qəti qərar qəbul et. Günahların çoxluğundan
özünü gözlə, bunlar çox vaxt ürəklərimizə gizlicə soxulur,
onlardan azad olmağa çalış».
Keşiş günahları nə vaxt buraxmalıdır və nə vaxt
onun bunu etməsinə ixtiyarı yoxdur?
Müqəddəs Ümumdünya Kilsəsi yalnız İsa Məsihdə
günahları bağışlama səlahiyyətinə malikdir, yəni yalnız
Onun qüvvəti və hakimiyyəti ilə və yalnız Rəbb Özü bunu
edəndə günahları bağışlaya bilər. Kilsə öz səlahiyyətindən
Onun iradəsinə uyğun olaraq istifadə edir. Müjdə iflic
insanın, günahkar Zakkayın, Məcdəlli Məryəmin, Peterin,
tövbə edən quldurun asanlıqla günahlarının buraxılmasını
alması barədə bəhs edir, çünki Allah onların ürəklərində
səmimi kədəri görürdü. İsa ilə birlikdə xeyli vaxt keçirən,
sonuncu axşam hətta Rəbbi öpən Yəhuda İskaryot isə bu
sözləri eşitdi: «Yəhuda, sən Bəşər Oğlunu bir öpüşləmi
satırsan?» (Luka 22, 48). Məsih ona «günahların
bağışlanır» demədi, çünki o, xainliyinə görə
təəssüflənmədi. Bu hekayə bu gün də təkrar olunur. Əgər
insan günahı sevir, lakin yaxşı görünmək üçün məbədə
gəlir, heç təəssüf və tövbə etmədən tövbə hücrəsinin
~ 309 ~
309
yanında diz çökür, sonra da İsanı «öpür»sə, Yəhuda kimi
qəlbində islah olmaq niyyəti olmadan Şəriklik Ayinini
qəbul edir və buraya gəldiyindən əvvəlki vəziyyətindən
də pis olub Rəbdən ayrılır. Müjdədə İsanı alçaltmağa,
adını ləkələməyə və hətta öldürməyə çalışan fariseylərə
və Müqəddəs Yazı alimlərinə Onun «günahlarınız
bağışlanır» söylədiyini oxusaydıq, çox təəccüblənərdik.
Xilaskar onları bağışlaya bilmirdi, çünki onlar tövbə
etmirdilər. Eləcə də bu gün ibadətə gələrək insanların
tərifini qazanmağa çalışan yaxud Müqəddəs Kilsəni öz
tamahkar məqsəd və fitnələrində istifadə etməyə can
atan adam Allahla barışa bilməz.
Hər bir keşiş yalnız Məsihin iradəsi ilə Kilsədən aldığı
günahların bağışlanma səlahiyyətindən istifadə etməlidir.
Əgər tövbə edən insan səmimi tövbə edir və özünü
günahlarda təqsirləndirir, islah olmaq vədini verirsə,
keşiş ona günahlarının buraxılmasını verməlidir. Əgər
keşiş bunu etməsə, ağır günahda təqsirkar olar, çünki
Məsihin iradəsinə zidd hərəkət edər.
Eləcə də bunun əksi. Əgər tövbə edənin sözlərindən
günahları barədə kədərlənmədiyi və islah olmağı
arzulamadığı görünsə, onda tövbə qəbul edən onu
günahlardan azad edə bilməz, çünki bu halda özü günah
etmiş olar. Birincisi, tövbə etməyən günahkarın
günahlarını buraxan keşiş küfr edir. İkincisi, insana «mən
sənə günahlarını buraxıram» desə, onu aldadar. O yaxşı
bilir ki, Tövbə Ayinində iştirak edən, lakin günahlarından
təəssüf etməyən insanı Rəbb bağışlamır. Keşişin
qanunsuz nikahda (kilsə nikahı olmadan) yaşayanlara
günahların buraxılmasını verməyə ixtiyarı yoxdur, çünki
Allahın xeyir-duası olmadan birgə yaşamaq ağır günahdır.
~ 311 ~
311
Dostları ilə paylaş: |