Tövbə edən şəxs nikah bağlamasa yaxud qanunsuz birgə
yaşamaqdan əl çəkməsə, bu günah davam edəcək.
Keşişin qardaşını, bacısını, qonşusunu yaxud başqa bir
insanı bağışlamaq istəməyən adamlara günahların
buraxılmasını verməyə ixtiyarı yoxdur. Dünyaya
gəlməmiş uşağın həyatını dayandırmaq niyyəti olan
yaxud döllənmiş həyatı artıq bətnində kəsən «spiral» olan
qadına və onun ərinə keşişin günahların bağışlanmasını
verməyə ixtiyarı yoxdur. Tövbəni qəbul edən şəxs mütləq
günaha aparan vəziyyətlərdən çəkinmək istəməyənlərə
(günahına səbəbkar olan insanlarla görüşməkdən imtina
etmək istəməyənlərə, onu günaha aparan yer yaxud
əşyalardan çəkinəcəyinə söz vermək istəməyənlərə)
günahların buraxılmasını verə bilməz. Keşiş Kilsəni təqib
edən təşkilatla əlaqəli olan yaxud əxlaqsız fəaliyyətdən
pul qazanan (məsələn, pornoqrafiya yayan yaxud
narkotik alveri edən) insanın günahlarını buraxa bilməz.
Lazımi ürək münasibəti olmadan keşişi təngə gətirib
ondan günahlarının buraxılmasını yaxud Evxaristiyada
iştirak etmək icazəsini əldə etməyə çalışan düşüncəsiz
insanlar keşişdən imtina cavabı alanda qəzəblənirlər və
anlamırlar ki, Allahla barışa bilmədiklərinin təqsirkarı
keşiş deyil, onların özüdür, çünki günahdan ayrılmaq
istəməyən onlardır.
Belə adamlara Məsihin sözlərini xatırlatmaq istəyirəm:
«Vaxt yetişib, Allahın Padşahlığı yaxınlaşıb. Tövbə edin
və Müjdəyə inanın» (Мark 1, 15).
5. XƏSTƏLƏRİN MƏSH EDİLMƏSİ AYİNİ
(MƏRHƏM YAĞI ILƏ MƏSHETMƏ)
~ 313 ~
313
«Xəstəlik və əzablar həmişə insan həyatının ən çətin
problem və sınaqları olub. Xəstəlikdə insan öz
gücsüzlüyünü, məhdudiyyətini və faniliyini dərk edir. Hər
bir xəstəlik bizi ölüm barədə düşündürə bilər.
Xəstəlik bizi əzablı təşviş, özümüzə qapılma
vəziyyətinə, hətta bəzən ümidsizlik və Allaha qarşı
üsyana gətirib çıxara bilər. O həmçinin insanı daha yetkin
edə bilər və ona öz həyatında əhəmiyyətsiz şeyləri görüb
əhəmiyyətli olana üz tutmasına kömək edə bilər. Çox
vaxt xəstəlik insanı Allahı axtarmağa, Ona tərəf
dönməyə gətirib çıxarır» (KKK 1500, 1501).
Rəbb insana – onun qəlbinə və bədəninə şəfa verməyə
gəldi. O, xəstələrə şəfa verirdi, dərdlərinə şərik olurdu,
lakin onlardan iman tələb edirdi . Xəstələr Ona
toxunmağa can atırdılar, çünki «Ondan çıxan qüdrət
hamını sağaldırdı» (Luka 6, 19). İsa əzab çəkənlərə
nəinki şəfa verdi, həm də onların əzablarını Öz üzərinə
götürdü:
«Bizim xəstəliklərimizi O çəkdi, naxoşluqlarımızı Öz
üzərinə götürdü» (Mat 8, 17).
Məsih şagirdlərini əzab və borcların «çarmıxını»
daşımağa çağırır, onları başqalarının xidmətinə həsr
edilmiş olan Öz həyatına daxil edir. Rəbb Həvariləri
göndərir və deyir: «Xəstələrə şəfa verin, ölüləri dirildin,
cüzamlıları pak edin, cinləri çıxarın. Müftə aldınız, müftə
verin» (Mat 10, 8). Onlar da «yola düşdülər və vəz
edərək insanları tövbəyə çağırdılar. Çoxlu cin çıxartdılar,
yağla məsh edərək çox xəstəyə şəfa verdilər» (Мark 6,
12 13).
Görürük ki, xəstəlikdə əzab çəkənlərin qayğısına qalan
Xilaskar İsa Məsih onlara xüsusi lütf verən başqa bir ayin
~ 315 ~
315
təsis etdi. Həvarilər Məsihin iradəsini sədaqətlə yerinə
yetirirdilər. Həvari Yaqub deyir: «Aranızda xəstə olan
varmı? Qoy imanlılar cəmiyyətinin keşişlərini çağırtdırsın.
Onlar da Rəbbin adına onu yağla məsh edərək dua
etsinlər. İmanla edilən dua xəstəni sağaldacaq və Rəbb
onu ayağa qaldıracaq. Əgər o adam günah edibsə,
bağışlanacaq» (Yaq 5, 14 15).
Mərhəm yağı ilə məshetmə Ayinini kim qəbul
edə bilər?
Bu suala cavabı Katolik Kilsəsinin Katexizisi verir:
«Xəstələrin ətirli yağla məsh edilməsi “yalnız ölən
adamlara aid olan ayin deyil. İmanlı şəxs xəstəlik yaxud
qocalıq üzündən ölüm təhlükəsi ilə üzləşəndə onu qəbul
edir”» (KKK 1514). Ağır, həyat üçün təhlükəli xəstəliyi
olanların köməyinə İsa Məsih xüsusi lütflə gəlir. Mərhəm
yağı ilə məshetmə Ayinini həmçinin ağır cərrahi
əməliyyatdan əvvəl qəbul etmək olar. Əgər ayini qəbul
edəndən sonra xəstənin vəziyyəti yaxşılaşıb, bir
müddətdən sonra isə yenidən pisləşərsə, onda o,
keşişdən xəstələr üçün olan ayini təkrar icra etməsini
xahiş edə bilər.
Bu ayinin nəticələri nədir?
Ayin əzab çəkənin və bütün Kilsənin xeyri üçün onu
Məsihin əzabları ilə birləşdirir. Xəstəliyi yaxud qocalığı
məsihçi kimi qəbul edə bilməsi üçün Rəbb ona təsəlli
verir, onu möhkəmləndirir, xəstənin xeyrinədirsə, ona
sağlamlığını qaytarır; xəstə Tövbə Ayinində iştirak etmək
~ 317 ~
317
vəziyyətində deyilsə (huşsuz vəziyyətdədirsə), onun
günahlarını buraxır və Allahın iradəsi varsa, onu
əbədiyyətə keçməyə hazırlaşdırır.
Xəstələrə ayindən qorxmaq və çəkinmək lazım deyil,
çünki Məsih xeyirxah və mərhəmətlidir, ayindən çəkinən
xəstə əzablarında köməyi və təsəllini itirir. Mərhəm yağı
ilə məshetmə Ayinindən çəkinmək yaxud keşişi xəstənin
yanına buraxmamaq inamsızlıq əlamətidir, hətta Allaha
və yaxınına olan məhəbbətə qarşı günahdır. Keşişin
gəlişini gündən-günə və saatdan-saata yubatmaq olmaz,
xəstə artıq şüursuz vəziyyətdə olanda və günahlarını
etiraf edə bilməyəndə keşişi çağırmaq düzgün deyil.
Bəziləri imanlarının az olmasını bununla doğruldurlar ki,
xəstənin ona tez ölüm arzuladıqlarını zənn etməsindən
qorxurlar. Bu barədə belə demək olar. Birincisi, məsihçi
tez-tez günahlarını etiraf etməli və Evxaristiya (Şəriklik
Ayinini) qəbul etməlidir, Pasxa tövbəsinə etinasızlıq
göstərmək ağır günahdır. İkincisi, keşiş ölüm yaxud
mühakimə deyil, xəstənin sağlamlığı üçün dua edərək
lütf və təsəlli gətirir. Üçüncüsü, hər bir imanlı yer üzündə
sonuncu saatı yaşadığını bilməlidir və özünü əbədiyyətə
köçməyə hazırlamalıdır.
Bir ər-arvad öz aralarında razılığa gəlmişdilər ki, əgər
onlardan biri digərinin yaxın ölümü barədə bilsə,
əbədiyyətə keçidə tam məsuliyyətlə hazırlaşmaq ona
açıq və səmimi olaraq bu barədə mütləq deyəcək.
Mərhəm yağı ilə məshetmə çox vaxt sağlamlığı
qaytarır .
Bir keşiş ağır ağ ciyər xəstəsi olan həkimə baş çəkdi.
Yazıq getdikcə gücünü itirirdi, lakin günahları etiraf
~ 319 ~
319
Dostları ilə paylaş: |