etmək və mərhəm yağı ilə məshetməni qəbul etmək
istəmirdi. O yalnız sağalan kimi Kilsəyə tövbəyə
gedəcəyinə söz verirdi. Keşiş təkid etmirdi, lakin növbəti
dəfə xəstəliyin tərəqqi etdiyini görəndə xəstəni ayini
qəbul etmək üçün yola gətirməyə başladı. Özünü daha
da pis hiss edən xəstə razılaşdı, səmimi tövbə etdi və
xəstələrin ayinini qəbul etdi. Sağollaşarkən o, göz yaşları
ilə keşişə minnətdarlığını bildirirdi. Amma qan bəlğəmi
bitəndə və can üstündə olan həkim sağalıb öz işinə
qayıdanda hamı çox böyük sevinc içində idi.
Mərhəm yağı ilə məshetmə Mərasimi
Evə daxil olan keşiş Müqəddəs Bəxşişləri masanın
üzərinə qoyur (buradakı adamlar diz çökürlər), təqdis
edilmiş su ilə xəstəyə və burada yığışanlara xeyir-dua
verir. Bundan sonra xəstəni həvari imanının etirafını
etməyə çağırır, ona suallar verir, xəstə isə bunlara «iman
edirəm» deyə cavab verir (yaxud «iman edirəm Allaha»
oxuyur). Sonra adamlar bayıra çıxırlar, xəstə isə
günahlarını etiraf edir. Tövbədən sonra keşiş xəstəyə
indulgensiya verir. Yaxınları qayıdandan sonra xəstə, ona
qulluq edənlər və bütün əzab çəkənlər üçün ümumi dua
edilir. Keşiş dua ilə əllərini xəstənin başına qoyur, sonra
isə onun alnını və əllərini mərhəm yağı ilə məsh edir və
dua edir: «Bu müqəddəs Məshetmə vasitəsilə sözlə
deyilməz mərhəmətinə görə Rəbb sənə Müqəddəs
Ruhun lütfü ilə kömək etsin. Sənin günahlarını
~ 321 ~
321
buraxan Rəbb səni xilas etsin və mərhəmətlə
əzablarını yüngülləşdirsin». Xəstəyə Evxaristiya ilə
xidmət edəndən sonra keşiş əzab çəkənə xüsusi
xeyir-dua verir.
Mərhəm yağı ilə məshetmə mərasimdən əvvəl yatağın
yanındakı masaya ağ süfrə örtmək və onun üstünə xaç
və iki şam qoymaq olar. Müqəddəs Bəxşişləri gətirən
keşiş içəri girəndə şamlar yandırılır. Masanın üstünə
həmçinin bir az pambıq, bir stəkan su ilə qaşıq qoymaq
lazımdır ki, keşiş ətirli Mirro yağı ilə məshetmədən sonra
əllərini silsin, suyu isə Məsihin Bədənini qəbul etməsini
asanlaşdırmaqdan ötrü xəstəyə vermək lazımdır.
~ 323 ~
323
C. İCMAYA XİDMƏT AYİNLƏR
«Keşişlik və Nikah başqalarının xilasına yönəlir.
Başqalarına xidmət vasitəsilə onlar şəxsi xilasa da kömək
olur. Kilsədə onların xüsusi missiyası var və Allahın
xalqının kamilləşməsinə xidmət edirlər» (KKK 1534).
6. KEŞİŞLİK
Məsihçi keşişliyi barədə Əhdi-Ətiq kahinliyi əvvəlcədən
xəbər vermişdi. Müqəddəs Yazı söyləyir ki, Rəbb on iki
İsrail nəsli arasından Levi nəslini seçir və onu yalnız
ibadət üçün təyin edir. Onların mirası Rəbb Özü idi.
Kahinlər israillilərə Allahın qanununu öyrədir və xalqın
adından Ona heyvanları və torpağın məhsullarından
qurban təqdim edirdilər. Lakin tam xilas və təqdis edə
bilmədiyinə görə bu kahinlik qeyri-mükəmməl idi.
Bütün Əhdi-Ətiq peyğəmbərlikləri İsa Məsihdə yerinə
yetdi, «Allahla insanlar arasında bir Vasitəçi vardır» (1
Tim 2, 5), «müqəddəs, günahsız, ləkəsiz, günahkarlardan
ayrılmış, göylərdən daha ucalara qaldırılmış» (İbr 7, 26)
«Melkisedeq vəzifəli Baş Kahin» (İbr 5, 10). O, «yalnız bir
təqdim vasitəsilə təqdis olunmaqda olanları həmişəlik
kamilləşdirdi» (İbr 10, 14). Bu Müqəddəs yeganə Qurban
həyatını çarmıxda bəşəriyyətə görə könüllü verən
Xilaskarın Özüdür.
Bütün məsihçilər Vəftiz və Mirro yağı ilə məshetmə
qüvvəsilə Məsihin ümumi kahin xidmətində iştirak
edirlər. Bu qüvvə onları Məsihin kahin, peyğəmbər və
padşah elçiliyinin iştirakçısı etdi. Yepiskopların, keşişlərin
və dyakonların iyerarxiya ruhaniliyi məsihçilərin ümumi
~ 325 ~
325
kahinliyinə xidmət edir; o, Xilaskarın Öz Kilsəsini
tikməsinin və Ona rəhbərlik etməsinin bir vasitədir. Rəbb
Allahın qoyduğu qaydaya görə bu iyerarxiya xidməti
xüsusi ayin vasitəsilə ötürülür.
Keşişlik ayindir (sirrdir), buna görə Məsih vasitəsilə
Həvarilərə tapşırılmış həvari xidməti Kilsədə dünyanın
sonuna qədər icra ediləcək. Bu ayin vasitəsilə Kilsə onu
qəbul edənə Allahın müqəddəs Kəlamını vəz etmə,
Evxaristiya Qurbanını və başqa ayinləri icra etmə,
imanlılara rəhbərlik etmə səlahiyyətini, həmçinin bu
çətin tapşırığı layiqincə yerinə yetirmək üçün xüsusi lütf
verir. Yalnız Yepiskop Allahın çağırdığı şəxsi keşiş
xidmətinə təyin edə bilər. Yepiskop namizədin başına
əlini qoyaraq ruhanilik ayinini icra edir və təntənəli dua
edir. Ruhanilik insanın qəlbində əbədi işarə qoyur.
Ümumdünya Kilsəsinin Başçısı olan Məsih hər bir
keşişin xidmətində real olaraq iştirak edir. Düzgün
əlqoyma ilə təyin olunmuş hər bir keşiş «Başçı
olan Məsihin şəxsiyyətində» (Onun adından)
hərəkət edir. Rəbb Ruhaniliyin mənbəyidir, Məsihsiz
heç bir keşiş hətta kiçik səlahiyyətə belə, sahib ola
bilməz. Keşiş Vəftiz ayinini icra edəndə onun vasitəsilə
Məsih vəftiz edir. Tövbə Ayinində keşiş günahdan azad
edəndə Məsih günahları buraxır, Evxaristiya Qurbanı
zamanı keşiş «Bu Mənim Bədənimdir... Bu Mənim
Qanımdır» sözlərini söyləyəndə Məsih çörək və şərabı Öz
Bədəninə və Qanına çevirir.
Keşiş Kilsənin adından da hərəkət edir, məsələn, onun
adından Allaha dua edir, Evxaristiya Qurbanını təqdim
edir.
~ 327 ~
327
Dostları ilə paylaş: |