Sən məNİ aldada biLMƏZSƏN, DÜnya



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə1/36
tarix19.07.2018
ölçüsü0,79 Mb.
#56727
  1   2   3   4   5   6   7   8   9   ...   36


SƏN MƏNİ ALDADA BİLMƏZSƏN, DÜNYA 
  
Müəllif kitabın çapına görə Aqil Abbasəli oğlu Kərəmova öz təşəkkürünü bildirir 
  
REDAKTORU:          f.e.n. Məfkurə Hüseynova 
  
Sözün  qədr-qiymətini  həmişə  uca  tutan  məhşur  “Ulu  Göyçə”,  “Mən  kiməm”,  “Türkün 
xilaskarı”  poemalarının,  “Göyçənin  qisası  qalır”,  “Səttar  oğlu”  kimi  tarixi  sənədli  romanların 
müəllifi  olan  şair-yazıçı  Eldar  İsmayıl  növbəti  dəfə  oxucularla  görüşə  “Sən  məni  aldada 
bilməzsən,  dünya”,  şeirlər  toplusu  ilə  gəlmişdir.  Kitaba  müxtəlif  illərdə  yazılmış  şeirlər  və  iki 
poema  daxil  edilmişdir.  Vətən  həsrəti,  yurd  sevgisi,  xalq  məhəbbəti,  mənəvi-əxlaqi  dəyərlərə 
sədaqət  kitabdakı  şeirlərin  əsas  leytmotivini  təşkil  edir.  “Sən  məni  aldada  bilməzsən,  dünya” 
kitabı Eldar İsmayılın nəşr olunmuş sayca 27-ci çap əsəridir.            
  
© “Nurlan” nəşriyyatı, 2006. 
  
  
YAŞADIM 
  
Keşməkeşli bir ömürə qoşuldum, 
Qəmi sovub, sevincimə tuş oldum. 
Yaydan ötüb, payız oldum, qış oldum, 
Qışımı da bahar kimi yaşadım. 
Nə yaşadım, Eldar kimi yaşadım! 
  
Ürək verdim ürəyimin oduna
Əyilmədim vəzifələr adına. 
Vələs olub çevrilmədim oduna, 
Palıd kimi, çinar kimi yaşadım. 


Nə yaşadım, Eldar kimi yaşadım! 
El təsivin şərəf-şana vermədim
  
Namus qədər uca zirvə görmədim. 
Cilddən cildə, dondan-dona girmədim, 
Başı qarlı dağlar kimi yaşadım. 
Nə yaşadım Eldar kimi yaşadım! 
  
Dedilər ki, talayanlar qazandı, 
Qazan dibi yalayanlar qazandı. 
Quyruğunu bulayanlar qazandı, 
Əyilməyən vüqar kimi  yaşadım. 
Nə yaşadım Eldar kimi yaşadım! 
  
Qədərsizi sən nə danla, nə dannan, 
Uzaq gəzdim saxtakardan, nadannan. 
Badalaqla uduzandan, udannan, 
Yaltaq dostdan kənar kimi yaşadım. 
Nə yaşadım Eldar kimi yaşadım! 
  
Yad daşını sinəm ilə götürdüm
Öz dərdimi öz içmə ötürdüm. 
Vətən adlı cənnətimi itirdim, 
İllər boyu ağlar kimi yaşadım. 
Nə yaşadım Eldar kimi yaşadım! 
  


Haylı-küylü, ucuz şöhrət gəzmədim, 
Harın gördüm ədasına dözmədim. 
Yad bağından yad çiçəyi üzmədim
Bəhrə verən bağlar kimi yaşadım. 
Nə yaşadım Eldar kimi yaşadım!  
  
Hər yerişim addım-addım soruldu, 
Gülüşümə dar ağacı quruldu. 
Türk deyəndə şah damarım vuruldu, 
Yenilmədim, sağlar kimi yaşadım. 
Nə yaşadım Eldar kimi yaşadım! 
  
Haqsızlığı öz kürəmdə əritdim, 
Gah "Dilqəm"də, gah "Kərəm"də əritdim. 
Hər misramı saz kürəmdə əritdim, 
Çaya döndüm, çağlar kimi yaşadım. 
Nə yaşadım, Eldar kimi yaşadım! 
  
Az olmadı səs verənim səsimə
Düz demədim öz səhfimə, tərsimə. 
Qul olmadım tamahıma, nəfsimə, 
Yol göstərən zəvvar kimi yaşadım. 
Nə yaşadım, Eldar kimi yaşadım! 
  
Keşməkeşli bir ömürə qoşuldum, 
Qəmi sovub, sevincimə tuş oldum. 


Yaydan ötüb, payız oldum, qış oldum, 
Qışımı da bahar kimi yaşadım. 
Nə yaşadım, Eldar kimi yaşadım! 
  
3.01.2002. 
  
ŞEİRİMİZİN GÖYÇƏ BÜRCÜ 
  
Allahın taxt altında çoxlu xəzinəsi vardır. 
Onların da açarı Ģer dilidir. 
Məhəmməd Peyğəmbər. 
  
Xalqımızın  çoxəsrlik  və  zəngin  tarixini  min  illərin  sınağından   çıxıb  gələn  poeziyasız 
təsəvvür etmək olmaz. Əzəmətli poeziyamız əsrlərdən əsrlərə, nəsillərdən nəsillərə verilmiş,  nə 
qədər təzyiqlərə məruz qalsa da,  öz saflığını itirməmiş, dövrümüzə qədər gəlib bizə çatmışdır. 
Bununla  yanaşı,  müxtəlif  səbəblərdən  tarixin  keşməkeşlərində  itib-batmış  və  itirdiklərimiz  də 
çox  olmuşdur.  Şükürlər  olsun  ki,  insan  zəkasının  misilsiz  kəşfi  olan  kitablar  həmişə  xalq 
tərəfindən  müqəddəs  sayılmış  və  qorunub  saxlanılmışdır.  Tariximizi  saxtalaşdıranlar  qayalara, 
daşlara həkk olunmuş  yazılarımızı,  cünklər, risalələr şəklində  davam  etdirilmiş  ədəbiyyatımızı 
əlimizdən almaq üçün nələr etmədilər və indi də edirlər. Azərbaycan xalqının orta əsrlərdən bəri 
böyük  alimlərinin  və  ədiblərinin  nəfis  divanları  bizi  bu  bəlalardan,   o  günlərdən  bu  günə  kimi 
hifz  etmişdir.Azərbaycan  ədəbiyyatı  yüksək  bəşəri  idealları  və  sehirkar  bədii xüsusiyyətləri  ilə 
müxtəlif  əsrlərdə  dünya  ədəbiyyatının  coğrafi  baxımdan   xəritəsini  zənginləşdirmiş-
dir.Azərbaycan  xalq  yaradıcılığı  və  klassik  ədəbiyyatı  müqəddəs  bir  xəzinədir.  Yazılı 
ədəbiyyatdan xeyli əvvəl dilimizdə şifahi xalq ədəbiyyatının yaranması inkar edilməzdir.Sözsüz 
qüvvətli folklor ədəbiyyatı poeziyamızın yaranmasına böyük təsir göstərmişdir. Sonsuz bir mə-
həbbətlə sevdiyim və imkan düşdükcə topladığım bu sərvət Eldar İsmayılın doğulduğu ocaqda ər 
kişilərdən olan Ələsgər  kişinin, xanımlar xanımı Səkinə ananın  müqəddəs ocağında daha bariz 
şəkildə  baş  qaldırdı  və  XXI  əsrin   başlanğıcında   folklorumuzun  cəfakeş  qoruyucusu,  bilicisi, 
sanballı  folklorşünas  alimimiz  mənim  dostum,  qardaşımız   filologiya  elmləri  doktoru  Hüseyn 
İsmayılov qoymadı ki, bu çıraq sönsün. Eldar İsmayıl misralarının sehri məni həmişə əfsunlamış 
və mən bu poeziyanın dərinliklərinə baş vurduqca uzun bir səyahətin yolçusu oluram və bütün 
türk dünyasını gəzirəm. Eldar İsmayıl - şair, publisist, curnalist, yazıçı - biri-birini tamamlayan 
həqiqətdir.Mən  bu  kitaba  ön  söz  yazmaq  təklifini  alanda  Eldar  İsmayılın  mənə  olan  saf 
duyğuları,  qardaş  məhəbbəti  gözümün  önünə  gəldi  və  onun  saflığına,  paklığına  zərrə  qədər 
şübhəm  olmadığı  üçün  ona  qarşı  sevgimi  bütün  Eldar  sevənlərlə  bölmək  istədim,  ürəyimi 
boşaltdım.  Onun  poeziyası  barəsində  söz  demək  böyük  bir  qəlbin  çırpıntılarını  duymaq, 
Azərbaycan  xalqının  mübarizə  və  qəhrəmanlıq  kitabını  oxumaq  deməkdir.  Eldar  İsmayıl  haq-
qında  danışmaq  isə  qüdrətli  bir  şairin,  o  taylı,  bu  taylı  vətəninə,  dilinin  əzbəri  olan  Göyçəyə, 
bütün Azərbaycana vurğunluğu deməkdir. 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə