Sən məNİ aldada biLMƏZSƏN, DÜnya



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə14/36
tarix19.07.2018
ölçüsü0,79 Mb.
#56727
1   ...   10   11   12   13   14   15   16   17   ...   36

Sən  yananda yaşayıram. 
Varlığımla bu el üçün 
Məsulliyyət daşıyıram. 
Yan ürəyim, 
Sən yananda od qatırsan 
Kəlməsinə, misrasına şeirimin. 
Yan ürəyim! 
Sən yananda neçə şer gətirirsən 
Sırasına şeirimin. 
Yan ürəyim! 
Sən yanmasan rahatlığı verib əldən 
Mən buz kimi donaram 
Sən yanmasan 
Bu dünyaya gəldiyimi  gizləyərəm, 
Varlığımı danaram. 
Yan ey ürək, 
Qoy mən elə 
Yana-yana yaşıyım! 
Yan ey ürək, 
Bu dünyada 
Qana-qana yaşıyım! 
  
  
İTİB BATAR 
  
Haray o gündən ki, başsız baş ola, 


Əyri meydan sular, düz itib batar. 
Naşı bir dərziyə etibar etsən, 
Astar üzə çıxar, üz itib batar 
  
Ağıl bir qismətdir, eşqi dərində, 
Ona zoru çatmaz güclü şirin də. 
Karsız oğul qalsa bir yurd yerində 
Ocaq tüstülənməz, köz itib batar. 
  
Milli çalğımızda nə imiş yasaq? 
Şirin məclislərdən tar çəkib ayaq… 
Qınından çıxanı qına salmasaq 
Ney sıradan çıxar, saz itib batar… 
  
Kişilik ortada tutanda qərar, 
"Duz-çörək kəsmişik" -deyib atalar. 
Bu gün yaşamasa bu and, bu ilqar 
Çörək ərşə qalxar, duz itib-batar. 
  
Eldar, uluları, kökü unutsaq
Zülmət gecəmizdə alışmaz çıraq. 
Yolumuz var ikən özgə yol tutsaq 
Cığır əldən gedər, iz itib batar. 
  
  
ƏLDƏN TUTAN OL 


  
Yaşamaq asandır, yaşamaq çətin, 
Yaşaya biləsən yaşamaq kimi. 
Dərdin olanda da çata cürətin, 
Dərdi daşıyasan daşımaq kimi. 
  
Sən gündüz günəş ol, sən gecə ay ol, 
Torpağa nur çilə, aydınlıq ələ. 
Əgər sevinc olsan qəlblərdə pay ol, 
Bir sınıq ürəyi şadlıqla bələ. 
  
Sən güclü tufan ol, tufana qarşı, 
Odlu şimşəyə dön, şimşək çaxanda. 
Bəzə hünərinlə torpağı-daşı, 
Məğrur bax obaya, elə baxanda. 
  
Hər necə olsa da insan ol, insan, 
Etibar, sədaqət yoldaşın olsun. 
Hər vətən övladı ya doğma balan, 
Ya da bacın olsun, qardaşın olsun. 
  
İstəsən bir sözlə min qəlb alasan, 
Xislətdə, qüdrətdə dərin ümman ol. 
İstəsən ad alıb adlı olasan 
Qılçdan tutan olma, qoldan tutan ol. 
  


  
QARTAL BALASI 
  
Qarğa ömr elədi bir əsrə yaxın, 
Peşəsi çöllərdə leş  gəzmək oldu. 
Buludda dövr etdi qıy vurmaq üçün, 
Bu nə uçuş oldu, nə süzmək oldu. 
  
Zirvəyə də qalxdı, şuma da endi, 
İstədi çıxartsın yeni səs-səda. 
Bəzən quzğun olub quzunu mindi
Quzu onu saldı qarğatək yada. 
  
Bir qartal balası şimşək tək çaxdı, 
Sandım ki, göylərin tağı qırıldı. 
Qayaya baş çəkib səmaya qalxdı, 
Bulud parçalandı, qaya yarıldı. 
  
İşə bax, yüz il də bir il olmadı, 
Bir il parıldadı, yüz ilsə söndü. 
Qarğa şümün üstə ləpir salmadı, 
Qartal qaya üstə heykələ döndü. 
  
13.12.1972. 
  
PAYIZ QƏMGİNDİRSƏ 


  
Bu nə qəribəlikdir çöküb torpağa, 
Güney də, quzey də kölgələnibdir. 
Köyrəklik səpilib bağçaya-bağa 
Dağların başına qar ələnibdir 
Zirvələr boz xalat alıb əyninə, 
Xınalı kəkliklər cəhlim salıbdır. 
Duman gədiklərin qonub çiyninə, 
Qartallı qayalar tənha qalıbdır. 
Yaşıllıq sevinci itib qovağın, 
Meşələr süstləşib, fağırlaşıbdır. 
Yarpağ tökümüdür hər bir budağın, 
Təbiət necə də, nağıllaşıbdır. 
Buzdan çeşmək taxıb bulaq gözünə, 
Çaylar dodağına yaşmaq alıbdır. 
Tutqun kölgə düşüb yerin üzünə, 
Dərələr süküta, fikrə dalıbdır. 
Bəhrəli günləri qalıb uzaqda, 
Gah bulud görünür gah yağış gəlir. 
Qış olsa deyərdim, yazdır qabaqda, 
Bu gün payızdırsa sabah qış gəlir. 
  
  
BƏNÖVŞƏ 
  
Ulu təbiətin mərhəmətiylə, 


Nə gözəl fəsildə bitdin, bənövşə. 
Çəmən gözəlləri yarışa çıxdı, 
Hamıdan birinci yetdin, bənövşə. 
  
İlk baharla gəlib qarşımda durdun, 
Ətrinlə duyğumu ürəkdən vurdun. 
Gün axşama döndü boynunu burdun, 
Məni niyə qəmgün etdin, bənövşə? 
  
Eldaram, hüsnünə bənd oldum haman, 
Bilmədim nakamsan, yoxsa firavan… 
Səni harayladım - bircə gün dayan, 
Baxmadın sözümə, getdin, bənövşə. 
  
1961. 
  
EY ÜRƏK 
  
Ey ürək, ilham al axan çaylardan
Gözəl təbiətə məftunluq eylə. 
Söz aç, axşam, səhər qarlı dağlardan, 
Zümrüd bulaqlara min dastan söylə. 
  
Neçə ki, ömrün var, dövran sürürsən, 
Varlığa, həyata sən rəğbət bəslə. 
Bu ana torpağın cəlalına sən. 


Yer ver öz qoynunda, məhəbbət bəslə. 
  
Bütün gözəlliyə, anda, vüqara, 
Bütün insanlara gərək ol, gərək. 
Bircə üzü dönmüş o bəxtiyara 
Qoynunda yer vermə, vermə, ey ürək. 
  
26.11.1965 
  
GÖYÇƏNİN TƏRLAN OĞLU 
  
Sevimli eloğlum Tofiqə. 
  
Görklü bir dağa bənzər, 
Yanan çırağa bənzər. 
Pirə, ocağa bənzər 
Göyçənin tərlan oğlu 
  
Haqqın-düzün aşiqi. 
Sazın-sözün aşiqi. 
Odun-közün aşiqi 
Göyçənin tərlan oğlu. 
  
Söhbəti zər, sözü zər, 
Təmkinlə könül bəzər. 
İnsanlıqda təzə-tər 


Göyçənin tərlan oğlu. 
  
Göyçənin gülü kimi, 
Çəməni-çölü kimi… 
Saf sulu gölü kimi, 
Göyçənin tərlan oğlu. 
  
Səbri qədər əzimli, 
Dəyanətli, dözümlü. 
Xeyir-əməl düzümlü, 
Göyçənin tərlan oğlu. 
  
Könlümdə zirvədi o, 
Dərd döyən dəvədi o. 
Tanrıdan töhfədi o 
Göyçənin tərlan oğlu. 
  
Hər sözə dinən deyil
Söz verdi dönən deyil. 
Vulkandı sönən deyil, 
Göyçənin tərlan oğlu. 
  
Vətən deyib inləyər, 
Canda həsrət  cinləyər. 
Göyçəsini ünləyər. 
Göyçənin tərlan oğlu. 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə