Sən məNİ aldada biLMƏZSƏN, DÜnya


Sənin poeziyandan öpüĢ almıĢam



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə3/36
tarix19.07.2018
ölçüsü0,79 Mb.
#56727
1   2   3   4   5   6   7   8   9   ...   36

Sənin poeziyandan öpüĢ almıĢam, 
Qolumu boynuna salmıĢam, 
BaĢına dolanmıĢam, 
Ġçin-için ağlamıĢam, 
Bol-bol sevinmiĢəm
  
Əziz oxucu, Eldar İsmayıl poeziyası ilə bu təkbətək görüşdə onun şer coğrafiyamızda öz 
üslubu ilə yeni fəsil açmış, poeziya səltənətinə sahib olan, onu  lətafətləndirib şöhrətə çatdıran, 
bir nəfəsə istədiyini yaza bilən, poeziyanın köhlən atını hər tərəfə çapa bilən, qüdrətli bir sənət-
kar, cəfakeş şairlə bir daha yaxından  tanış oldum. Özünü vətəninə borclu sayan Eldar İsmayılın - 
ixtiyarınıza  verilən  bu  kitabın  müəllifi  özünü  Sizlərə,  Vətəninə  borclu  hesab  edir:Qartal  yaşı 
qarışsa  da  yaşıma,Canım  qurban  baharıma,  qışıma.Əməyimi  torpağıma,  daşıma,Mən  özümü 
Vətənimə  borcluyam.Elimizi-obamızı,  dədə-baba  yurdlarımızı  Allaha  tapşıran  Eldar  İsmayılı 
mən də Sizə tapşırıram əziz oxucum, Eldar amanatı! 
  
Ġbadulla AĞAYEV, 
ATU-nun epidemiologiya kafedrasının müdiri; professor . 
  
  
BAŞINA DÖNÜM 
  
Vətən, göylərində ayın, ulduzun, 
Günəşin, səmanın başına dönüm. 
Yarpızlı dərənin, yalçın qayanın, 
Buludun, dumanın başına dönüm. 
  
Zirvədə qartal var, dərədə ceyran, 
Təbiət kəsilib özünə heyran. 
Qantəpər, kəkotu dərmandı, dərman, 
Belə bir loğmanın başına dönüm. 


  
Başqa aləmi var Tərtərdə yazın, 
Qarabağda tarın, Göyçədə sazın. 
Kəpəzdə Göygölün, Mildə Arazın, 
Muğanda Muğanın başına dönüm. 
  
Nə vaxtdır ürəyim bölünüb iki, 
Yarısı Təbrizdi, yarısı Bakı. 
Vətən sevgisiylə səməndər təki 
Alışıb yananın başına dönüm. 
  
Kim bilmir Şuşanı dünyası kimi, 
Gəncəni ömrünün mənası kimi... 
Qazağı, Şirvanı anası kimi 
Anlayıb, qananın başına dönüm. 
  
Eldar, ana yurdum gücüm-qüdrətim
Şərəfim, şöhrətim, şanım, qeyrətim. 
Torpağı bolluğum, daşı sərvətim 
Bu Azərbaycanın başına dönüm. 
  
Ġrəvan, 21.09. 979. 
  
BURDADI 
  
Harayladım, bu torpağı ünlədim, 


Babaların ömür yolu burdadı. 
Qayalardan öyrəndim ki, 
Babəkin qılınc vuran polad qolu burdadı. 
  
Bir hayıma cilvələndi bərələr, 
Qulağıma axıb gəldi nərələr... 
Məni görcək dindi dağlar-dərələr: 
Cavanşirin ərzi-halı burdadı. 
  
Nəsillərin tüstülənən ocağı, 
"Mənəm" -dedi Dədə Qorqud torpağı. 
Ozanların haqdan yanan çırağı, 
Oğuzların sağı-solu burdadı. 
  
Dil-dil ötdü hər zirvənin qayası: 
- Qəlbimdədi qoç igidin ziyası. 
Koroğlunun Çənlibeli, qalası, 
Qıratların polad nalı burdadı. 
  
Bir şöhrətdi Azərbaycan lisanı, 
Bu şöhrətin heyranıyam, heyranı. 
Kərəm kimi məhəbbətin qurbanı, 
Nizami tək neçə ulu burdadı. 
  
24.01.1988. 
  


BU YERLƏR 
  
Uşaqlığım keçən yerdi bu yerlər
Cavanlığım köçən yerdi bu yerlər. 
Bu yerlərin cığırları bələdçim. 
Manşırımdı burda hər arx, hər bir çim. 
Burda damıb gözəlliklər gözümə, 
  
Yıxılmışam tikan batıb dizimə. 
Yüyürmüşəm, oturmuşam, durmuşam, 
Bu yerlərdə neçə dəyə qurmuşam. 
Buz bulağın dodağından öpmüşəm, 
Çiçəklərin yanağından öpmüşəm. 
  
Bu yerlərin şimşəyini sevmişəm, 
Məxmər otdan döşəyini sevmişəm. 
Mən sevmişəm bulud köhlən çapanda
Lalə ətri küləyinə hopanda. 
  
Harda olsam bu yerdədi ürəyim, 
Yəqin burda bələnibdi bələyim. 
Qəmlənirəm, qəmim görən nədəndi? 
Heyiflər ki, ömür əldən gedəndi. 
Uşaqlığım keçən yerdi bu yerlər! 
Cavanlığım köçən yerdi bu yerlər! 
  


24.06.86. 
  
BU GECƏ 
  
Yuxum ərşə qalxıb, yoxdu qərarım, 
Bəmə köklənibdi zilim bu gecə. 
Nə dinən, danışan, nə gəlib-gedən, 
Dərdimi kiminlə bölüm bu gecə?.. 
  
Sığmır bu şəhərə ahım-amanım, 
Kəsilib ümidim, itib gümanım. 
Tüstüsüz-dumansız qovrulur canım, 
Göylərə sovrulur külüm bu gecə. 
  
Ayağı çidarlı, qolları bağlı, 
Vətən torpağının  yolları bağlı. 
Qərib didərginəm, sinəsi dağlı, 
Fələyə yüksəlib zülüm bu gecə. 
  
Baş çəkmək istərəm Ağam pirinə
Min dərd gəzdirirəm bir dərd yerinə. 
Ağbulaq deyilən o yurd yerinə 
Yuxu ver, Allahım, gəlim bu gecə. 
  
Eldar, çək karvanı başımı qoyum, 
İstəməm qürbətdə qışımı qoyum. 


Anamın qəbrinə başımı qoyum, 
Atam yatan yerdə ölüm bu gecə. 
  
1991
  
GEDİRƏM 
  
Gəl öpüm "Qoca yal", dodaqlarından, 
Dərdimi döşünə yayıb gedirəm, 
Mən sənə naxələf çıxan deyildim, 
Yəqin ki, bir mətləb duyub gedirəm. 
  
Min illər boyudu hər qırçın ləpə, 
Sazımı dinlərdi nur səpə- səpə. 
Xoşluqla getmirəm ay "Ada təpə", 
Hicranı bir ölüm sayıb gedirəm. 
  
Hanı "Gözəldərə", hanı o yaylaq? 
Mənə "Cantəpə"dən kim verər soraq? 
Qəlbin dolanmasın, a "Durlu bulaq", 
Səni göz yaşımla yuyub gedirəm. 
  
Üstünə duz səpdi  fələk yaramın, 
Təbibi vardırmı görək yaramın? 
Təzə qövr eləmiş ürək yaramın 
Köhnə qaysağını soyub gedirəm. 


  
Vətən torpağından doya bilmədim, 
Ata ocağından doya bilmədim. 
Ana qucağından doya bilmədim, 
Tənədən, təqibdən doyub gedirəm. 
  
Eldaram bağlıyam kökümlə elə
Çarəsiz dərdimi gətirmə dilə. 
Ağla, a gözlərim, sən indən belə, 
Ağbulaq elini qoyub gedirəm. 
  
23.07.1988. 
  
İSTƏRƏM 
  
Qaytar, mənə qaytar uşaqlığımı, 
Anamın əlindən tutmaq istərəm. 
Qızıl gül altında layla səsinə, 
Şirincə bir yuxu tapmaq istərəm. 
  
Ünüm kimə yetər, hayana çatar? 
Ömrümə qatar ol, keçmişə apar. 
Babalı, nənəli günlərə qaytar
Nağıllarda itib-batmaq istərəm. 
  
Qonşunun uşağı təzə geyəndə, 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə