Sən məNİ aldada biLMƏZSƏN, DÜnya



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə36/36
tarix19.07.2018
ölçüsü0,79 Mb.
#56727
1   ...   28   29   30   31   32   33   34   35   36

Zamanmı aldatdı səni, 
Fırladıb addatdı səni. 
Vicdanın alçatdı səni, 
Üzümə baxa bilmədin. 
Ovxarladın tamahını, 
Tez unutdun Allahını. 
Bəlkə duydun günahımı, 
Üzümə baxa bilmədin. 
"Can" deyən dilin dolaşdı, 
Sən zavallı, başıdaşdı. 
Olmaya gözün qamaşdı, 
Üzümə baxa bilmədin. 
Seçmədin halal-haramı, 
Qazancın təmiz paramı? 
Yanımda üzün qaramı 
Üzümə baxa bilmədin? 
Poz deməmiş pozardın sən, 
Düzü tərsə yozardın sən. 
Qıp-qırmızı qızardın sən, 
Üzümə baxa bilmədin. 
Gədalığın doğdu səni
Pul çirkaba soxdu səni. 
İçində xılt boğdu səni, 
Üzümə baxa bilmədin. 
Kişilinən bir ər idin, 
Nə ölmüşdün, nə diridin… 


Xəcalətdənmi əridin 
Üzümə baxa bilmədin. 
Səndə namus-ar varıymış, 
Külün altda qor varıymış. 
Səndə yaman zor varıymış, 
Üzümə baxa bilmədin! 
  
2006
  
BİR NADANA 
  
Krasnoseloda bir aylıq kursda idik. Erməni 
 millətindən olan bir nəfər yersiz  suallar verməkdə, 
 mənasız danıĢmaqda hamını cana yığmıĢdı.  
  
Ağız cırıq, qulaq yekə, göz çəpəl, 
Çənə uzun, burun əyri, baş təpəl. 
Hey danışır nə ölçüsü, biçisi, 
Bir millətin məharətli elçisi. 
O, danışmır, öküz kimi böyürür, 
Dərs zamanı ortalıqda yüyürür. 
Utanmayır töküldükcə seliyi, 
Bir keçidən artıq deyil biliyi. 
Hey ağardır o, laxlamış dişini, 
Nazla dartır üçcə tüklü qaşını. 
Sual verir, sualında məna yox, 


Bizim kənddə vallah belə dana yox! 
  
  
BU GƏDƏ İTİRİB ÖZ YERİŞİNİ 
  
Bu gədə itirib öz yerişini, 
İtirib, yanılıb ilk gülüşünü. 
Ədalı duruşu, qürrəli ərki, 
Əzilib-büzülən, süzülən görkü... 
Elə bil qınından sıyrılacaqdı, 
Bədəni belindən ayrılacaqdı. 
Bu gədə yolunu itirib tamam, 
İnsanlıq adına qalmayıb inam. 
Bir an gözünüzdən qoymayın onu, 
Hul baxır, 
Qapıdan kəc düşər yonu... 
Elə şax dayanır, 
Elə bil meh əssə qırılacaqdı. 
Ona əl dəyməmiş nəfəs yetməmiş
quru odun kimi yarılacaqdı. 
Şişdikcə şişməkdə,şirələnməkdə, 
Tovuz quşu kimi qürrələnməkdə, 
Qorxuram bu gədə cırılacaqdı! 
  
5.05.05. 
  


NƏ OLDU SİZƏ 
  
Nə oldu, kişilər, nə oldu sizə, 
Yaman çıxardınız cilovu əldən. 
Namus şərəf idi əvvəllər bizə, 
Verdiniz kəsəri, qılovu əldən. 
Siz niyə bu qədər fağırlandınız? 
Siz niyə bu qədər ağıllandınız? 
Fikriniz yayıldı bu səs-sədadan, 
Beyinlər keyləşdi, yağırlandınız. 
Qadınlar ehmalca papağa keçdi, 
Dedik qeyrətimiz qeyrətə gəlib. 
Get-gedə qadınlar şalvarı seçdi, 
Dedik mədəniyyət xidmətə gəlib. 
Dərhal bu boşluqdan qabağa düşüb, 
Çoxları itirdi əndazəsini.İrandan, 
Dubaydan, hinddən ötüşüb, 
Firəngdə eşitdik onun səsini. 
Nə oldu kişilər, nə oldu sizə? 
Şeytanmı daş atdı iradənizə?! 
Şərəfli analar keçdi arxaya, 
Xalqa nəsihəti gör kimlər verdi? 
Ekrandan, efirdən gəlinə, qıza 
Göbəyi açıqlar məsac göndərdi. 
Ərən igidlərin namusu-arı, 
Qayalar sındıran hiddəti vardı. 


Nigar cəsarətli türk qızlarının 
Canından irəli isməti vardı. 
Nə oldu kişilər, nə oldu sizə? 
Sizi kimlər çəkdi bu boğanağa? 
Qarğışlarmı yağdı iradənizə, 
Hardan tuş gəldiniz bu doğanağa? 
Babanız varıydı mərdlərin mərdi, 
Zəhmindən yer çöküb, göy kişnəyərdi. 
Söndürə bilməzdi onlar bu dərdi
Namusu başının tacı olardı. 
Neçə ki, onların gəlir nəfəsi, 
Abrını saxladı qız-gəlin  səsi. 
Babanın bir heyi, bircə nərəsi 
Yaraqlı atlını atdan salardı. 
Nə oldu, kişilər, bir deyin, hələ, 
Kim saldı kəsərdən, kim etdi kölə? 
Babanız çiyninə belə bir şələ 
Çətin götürərdi, çətin alardı. 
Babalar qoruyar məhəbbətini, 
Ucaldar qadının ləyaqətini. 
Namusda tapardı səadətini, 
Ucalıq tapardı, ad-san bulardı. 
Atalar, analar, inciməyin siz, 
Başımı əyirəm qeyrətinizə. 
Millət dəftərindən silin adını, 
Kimlər ar gətirir millətinizə! 


Zamanı günahkar eləmək yetər, 
Hər günah insanın özündən gələr. 
Koroğlu xalqının çörəyi, duzu 
Qeyrəti itmişin gözündən gələr. 
Babanız varıydı dağ əzəmətli, 
Həmin əzəməti göstərin görək! 
Namuslu, qeyrətli, həm dəyanətli
Həmin dəyanəti göstərin görək! 
Babanız varıydı! 
Varıydı bəli, 
Nə oldu nəvələr, nə oldu sizə? 
Zəhmindən aslanlar zağ-zağ əsərdi, 
Nə oldu nəvələr, nə oldu sizə?! 
Nə oldu kişilər, nə oldu sizə?! 
  
18.12.04 
  
BİR AZ DA BU XALQINQEYDİNƏ QALIN 
  
RüĢvət və korrupsiyaya qurĢanmıĢ məmurlar 
 at oynadır, əhalinin böyük qismi yoxsulluq girdabında boğulur. 
  
Ağalar, sizinlə danışmaq çətin, 
Harın halınızla barışmaq çətin. 
Sizin işinizə qarışmaq çətin, 
Bir az da bu xalqın qeydinə qalın! 


  
Haqlıya haqsızlıq buyurmusunuz, 
Tamah qılıncını sıyırmısınız. 
Xalqı yalanlarla doyurmusunuz, 
Bir az da bu xalqın qeydinə qalın! 
  
Sizin vicdanınız dişiniz altda, 
Daşdı, ürək deyil döşünüz altda. 
Yığın bu sərvəti başınız altda, 
Bir az da bu xalqın qeydinə qalın! 
  
Rüşvət qanınıza işləyib daha, 
Batıbsız çirkaba, sonsuz günaha. 
Qəsdiniz fitnəniz məzluma baha, 
Bir az da bu xalqın qeydinə qalın! 
  
Saraylar qurursuz, ucsuz-bucaqsız, 
Yoxsullar, kasıblar odsuz-ocaqsız. 
Bu millət dilənçi, əlsiz-ayaqsız, 
Bir az da bu xalqın qeydinə qalın! 
  
Qohum-əqrəbanız taladı, yetər, 
Xalqa çatan payı caladı, yetər. 
Bu dərddi, zülümdü, bəladı, yetər. 
Bir az da bu xalqın qeydinə qalın! 
  


Qartalı endirib qarğa elədiz, 
Yaltağı qaldırıb darğa elədiz. 
Oğrunu, qulduru ağa elədiz, 
Bir az da bu xalqın qeydinə qalın! 
  
Kəsdiniz, satdınız, budaq qalmadı, 
Vəzifə üstündə torpaq qalmadı. 
Mersedes minməyən maymaq qalmadı, 
Bir az da bu xalqın qeydinə qalın! 
  
Bəlkə geyməyibsiz geydiyinizi? 
Azmı döyübsünüz döydüyünüzü? 
Bəlkə yeməyibsiz yediynizi? 
Bir az da bu xalqın qeydinə qalın! 
  
Yumaz dərya-dərya su, haqsızlığı, 
Gözlərin yaşıyla yu haqsızlığı. 
Tanrı götürərmi bu haqsızlığı, 
Bir az da bu xalqın qeydinə qalın! 
  
Toplayın, xəznəniz milyardı bulsun... 
Yeyin bu ölkəni mədəniz dolsun. 
Nolar Allahınız-bəndəniz olsun, 
Bir az da bu xalqın qeydinə qalın! 
  
20.08.2000. 


  
OYNATMAQDA 
  
-Ay oğul, cavanlar televizyada bütün günü atılıb-düĢürlər 
 Qarabağ dərdini görəsən heç çəkən varmı? -deyə hüzr 
 yerində olan bir dəstə kiĢi gileylənirdi. 
  
Dərdini dinləyən varmı, deyəsən, 
Dəmlənən dodaqlar fit oynatmaqda. 
Ağıllı adamlar işsiz qalıblar, 
Başçılar yanında küt oynatmaqda. 
  
Yenə əkinçilər şumunu əkir, 
Yenə tikən tikir, sökənlər sökür. 
Qarabağ dərdini kasıblar çəkir, 
Varlı balaları at oynatmaqda. 
  
Məmurlar, harınlar öz keflərində, 
Vətən, el təsibi alt ciblərində. 
İmkanlı babalar bağ evlərində 
Sütül gözəlləri cüt oynatmaqda. 
  
Kasıbı gözləsə səngər gözləyir, 
Bəzən də qəzavü-qədər gözləyir. 
Əsgər bacıları əsgər gözləyir, 
Dar şalvarlı qızlar it oynatmaqda. 


  
Biz belə kəslərik, biz belə millət
Hər kəsin içində başqa bir hillət. 
Qaçqınlar bir isti ocağa həsrət, 
Keflilər kefində, lüt oynatmaqda. 
  
Nələrdən keçmədik biz bu amalla, 
Çox zaman seçilmir haram, halalla. 
Cəhənnəm odundan dəm vuran molla, 
Sürahi bədənli büt oynatmaqda. 
  
KİŞİSƏN HA 
  
Bu Ģeir tanıdığım bir adamın özünü 
qeyrətli bir kiĢi kimi öyməsindən sonra yazılıb. 
  
Məddahlıqda karın budu, 
Doyubdusa, qarın budu. 
Olub-qopan arın budu, 
Yaman kalan kişisən ha... 
  
Kefli məmur dəm deyəndə, 
Ərklənərsən çimdiyində. 
Bir bayquşun dimdiyində 
Zurna çalan kişisən ha... 
  


"Bəysən" yaltaq əməyinlə, 
Haqqa nahaq deməyinlə. 
Bir cəllada köməyinlə 
Yadda qalan kişisən ha... 
  
Fağır görəndə bir ağa, 
Ağa yanında bir dığa. 
Bir az sadə, bir az lovğa, 
Bir az palan kişisən ha... 
  
Gündüz həlim, gecə qasid, 
Gah general, gah da zabit. 
Məscidə çatanda zahid, 
Yaman şeytan kişisən ha... 
  
Əlində çıraq olsa da, 
Çaldığın çaxmaq olsa da. 
Başında papaq olsa da 
Filan, filan kişisən ha... 
  
Namərdə mərd deyə-deyə, 
Badağa fənd deyə-deyə. 
Zəhərə qənd deyə-deyə 
Orden alan kişisən ha... 
  
Dərk etdinmi kəmliyini, 


Tamlığını, cəmliyini? 
Anladınmı kimliyini? 
Haman, haman kişisən ha. 
  
Çox vəzifə sultanını, 
Yola salan kişisən ha! 
  
7.12.02. 
  
ÖLMƏ EŞŞƏYİM, ÖLMƏ 
  
İndi keçid dövrüdü, mən sahibi nəzərəm, 
Vaxt gələr palanını naxışlaram, bəzərəm. 
Yalmanından quyruğa arpa, saman düzərəm, 
Haçansa bir gün sənin əlin əlimə yetər. 
"Ölmə eşşəyim, ölmə, yaz gələr yonca bitər! 
  
"Əldə peşən var ikən siyasətə qarışma, 
emokratik ölkədə haqsızlıqla barışma. 
Anqırıb, şıllaq atıb sən haqq-hesab soruşma. 
Səbrin, qərarın olsa ötər hər qəza-qədər. 
"Ölmə eşşəyim, ölmə, yaz gələr yonca bitər! 
  
"Fikir vermə kim tikir, fikir vermə kim qurur. 
Kimsə yağlı qaz vurub, qara qazan doldurur. 
Ac qarına arxana yük çatır, şələ vurur. 


Xoyda bir eşşək gördüm, o yazıq səndən betər. 
"Ölmə eşşəyim, ölmə, yaz gələr yonca bitər! 
  
"Neyləyim ki, harayın, hayın o taya çatmır, 
Aldığın bu məvacib çörəyə, çaya çatmır. 
Bilirəm ki, əllərin humanitar paya çatmır. 
Fikir çəkib, qəm etmə, yaman gün gəlib ötər. 
"Ölmə eşşəyim, ölmə, yaz gələr yonca bitər! 
  
"Zəmilərə toxunub, biçənəyi otdama, 
Arpa yesən bıxarsan, göy ot yeyib çatdama. 
Çalış vətən yolunda, bir an sən diz qatdama
Bilirəm ki, vətənə ürəyində var təpər. 
"Ölmə eşşəyim, ölmə, yaz gələr yonca bitər! 
  
"Çinqırını çıxarma belin olsa da yağır, 
Yükünü al çiyninə dolan-gəz ağır-ağır. 
Ümidini üzmə sən, yenə Allahı çağır, 
Heç olmasa dadına axirətdə o yetər. 
"Ölmə eşşəyim, ölmə, yaz gələr yonca bitər! 
  
"Zaman ötər, gün gələr, mən sənə aş verərəm, 
Kefini açmaq üçün yağlı xaşxaş verərəm. 
Qanqala meylin olsa təptəzə diş verərəm, 
Çalış canın sağ olsun, tapmasın səni xətər. 
"Ölmə eşşəyim, ölmə, yaz gələr yonca bitər! 


  
"Səbrin, dözümün olsa dəyişər çulun sənin, 
Göy ayğır, əyri dəvə olarlar qulun sənin. 
Bu gün aclıq çəksən də nurludur yolun sənin. 
Bu diləklə yaşa sən ömrün sonuna qədər. 
"Ölmə eşşəyim, ölmə, yaz gələr yonca bitər! 
  
  
"ÇALA- ÇALA 
  
Məqam vaxtı vaz ötmüşdü, 
Kişiləndi daldan-dala. 
Tərlanlara ağız büzdü, 
Özü sərçə ola-ola. 
  
Nə ac qaldı, nə də doydu, 
Hiylə qurdu, felə uydu. 
İlan kimi qabıq  qoydu 
Hey süründü koldan-kola. 
  
Gah böyürdü, gah mələdi, 
Zalım oğlu ağ elədi. 
Özgəsinə lağ elədi, 
Özü gerdə qala-qala. 
  
Bağa kimi girdi qına, 


Əl tutmadı bir insana. 
El bir zurna verdi ona 
Gəldi getdi çala-çala. 
  
1.01.1981. 
  
POEMALAR 
  
  
AÇIQ MƏKTUB 
  
Qərbi azərbaycandan olan vəzifəlilərə 
  
Bütöv Azərbaycan diləyim mənim, 
Torpağı, qayası ürəyim mənim. 
Gərək olmayaydı ayrıseçkilik, 
Heyif ki, biz bundan xali deyilik. 
Bu ayrıseçkilik yaşayan zaman 
Yenə də bizlərik hədəfə nişan. 
Bəlkə türk olmasaq "yeraz" olmazdıq, 
Bəlkə sərt təpkiyə məruz qalmazdıq… 
Arxalı, arxasız seçilən yerdə 
Sözümüz sizədi, ay eloğlular! 
Bu sözün bəzisi köhnə olsa da 
Bəzisi təzədi, ay eloğlular! 
Sizin dirəyiniz Yunis varıydı, 


Sizin gərəyiniz Qəşəm varıydı. 
Onlar iş başında dağ tək durardı, 
Məzlumu, yoxsulu, eli arardı. 
Onlar ciblərinə pul toplamazdı, 
Ancaq xətir, hörmət yığardı onlar. 
Namusa, qeyrətə, mürvətə dönüb 
Xalqın ürəyinə yağardı onlar. 
Sözümüz sizədivəzifəlilər, 
Sözümüz sizədi, ay deputatlar! 
Siz ki, böyük işlər bacarmırdınız 
Bəs niyə bu işə verdiniz qərar?! 
Vəzifə hərrəca qoyulan zaman 
Qarğa bazarına tökülürdünüz? 
Rüşvət vermək üçün satıb yorğanı 
Hər gün ilmə-ilmə sökülürdünüz. 
Sizi düşündürən nə idi deyin 
Bir qarın çörəkmi, bir udum sumu? 
Sütül bir katibə, xarici maşın… 
Məgər vəzifənin mənası bumu?! 
Bir kəsə xeyriniz dəymədi sizin, 
Gözünüz seçmədi ayaq altını, 
Nə qardaş, nə bacı, nə el, nə oba, 
Hər kəs dəhmərlədi öz kor atını. 
"Eloğlu" oldunuz seçki gələndə 
"Vətən yada düşdü, el yada düşdü". 
Ümidlə, istəklə, böyük maraqla 


Kim sizə səs verdi, o oda düşdü. 
Qaçqın statusu qalxdı aradan, 
Kömək eləmədin, deputat kişi! 
Quzu quzuluqla bir "mə" deyərdi, 
Bir yol mələmədin, deputat kişi! 
Öyündün zəhmətsiz qazancın ilə 
Gəlhagəl səndən da yan ötüşmədi. 
Ünlü, dəbdəbəli, odlu günlərdə 
Gethaget nədənsə yada düşmədi. 
Günahlımı deyim, günahsız deyim, 
Qəzetlər, jurnallar söydü sizləri. 
Doğru da, əyri də, haqq da, nahaq da 
Efirdən, ekrandan döydü sizləri. 
Verdiniz hər sözü boyun ardına, 
Bir qəzet çıxara bilmədiniz siz. 
Döyüb, söyənlərə cavab olaraq 
Bir ortaq məxrəcə gəlmədiniz siz… 
Siz eldən aralı düşdünüz tamam, 
Qura bilmədiniz birliyinizi. 
İndi gördünüzmü necə pozdular 
Sizin yalqızlaşan birliyinizi?! 
Sizə ünvanlanan o günahları 
Bir elin üstünə yıxanlar oldu! 
Şərin-şamatanın məngənəsində 
Suyu çıxanacan sıxanlar oldu. 
Bizə nə lazımdı ayrıseçkilik, 


Bu yerli, o yerli, başqa bölgəli? 
Sizin üzünüzdən, vəzifəlilər, 
Xalqı elədilər gözükölgəli! 
Demişəm: "türk olmaq çətindi burda"! 
"Yeraz" deyənlər də bilir nə deyir… 
Təkcə sən bilmirsən, vəzifəli dost
Kim kimi fitdiyir, kim kimi döyür! 
Burda çox Aşotlar "İslam" olubdu. 
Burda çox şeytanlar "imam" olubdu. 
Saxta demokratlar inam olubdu, 
Türk olmaq hər şeydən çətindi burda. 
Az deyil Arama dayı deyənlər, 
Erməni deyəndə döşə döyənlər. 
Az deyil türkləri burda söyənlər 
Türk olmaq hər şeydən çətindi burda. 
Biz belə deyildik vallah, bir zaman, 
Bacaran gedərdi vəzifələrə. 
Düşmən erməniylə gəlib üz-üzə 
Biz qalib gələrdik şər qüvvələrə. 
Demirəm kiminlə vuruşmaq gərək, 
Deyirəm haqqını deməyi bacar. 
Qorxma vəzifəni itirməyindən, 
Qaçqına, köçkünə köməyi bacar. 
Demirəm kimisə seçin, əliyin, 
Demirəm kimisə muma bələyin. 
Harda zülüm varsa ona daş atın, 


Harda məzlum varsa onu qoruyun, 
Xalqın qeyrətini canda yaşadın, 
Əvvəlin özündə sonu gözləyin. 
Sizin o təsibsiz ucbatınızdan 
Bu elin üzünə nə deyilmədi? 
Vəzifədən ötrü çox əyildiniz. 
Kasıb min dərd çəkdi, heç əyilmədi. 
Qaçqının taleyi göydən asılı, 
Onlar eşitməyən bir söz qaldımı? 
Onlar qaçqın kimi, didərgin kimi 
Kimdənsə, hardansa bir pay aldımı? 
Qərbi Azərbaycan deyilən yerdə 
Başladı söz-söhbət, Qəribə hillət. 
Halbuki yolların kənarlarında 
Yer qazan qadından xəbərin yoxdu. 
Bir quru söz ilə könlünü alıb, 
Qeydinə qalmağa təpərin yoxdu. 
Elindən aralı düşən zavallı, 
Bir də dar ayaqda elə qayıtma. 
Qayıtmaq istəsən üzü ağ qayıt, 
Hörmətsiz-izzətsiz belə qayıtma. 
Gedin vəzifəyə siz Yunis kimi, 
El üçün yanmaqda siz Qəşəm olun. 
Bu dünya malına əyilmək olmaz, 
Əgər gedirsiniz möhtəşəm olun! 
Dadlı vəzifənin son ucu zülüm, 


Şirəli həyatın son ucu ölüm. 
Sözümüz sizədi, vəzifə alıb 
Böyük imtahandan çıxammayanlar! 
Sözümüz sizədi, deputat olub 
Özündən kənara baxammayanlar! 
Yoxsa qəlbinizdə zərrəcə təpər, 
Böyük kürsülərə verməyin qərar. 
Arxalı, arxasız seçilən yerdə 
Sözümüz sizədi, ay eloğlular! 
Bu sözün bəzisi köhnə olsa da 
Bəzisi təzədi,ay eloğlular! 
  
10.02.2006. 
 

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə