Sən məNİ aldada biLMƏZSƏN, DÜnya



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə4/36
tarix19.07.2018
ölçüsü0,79 Mb.
#56727
1   2   3   4   5   6   7   8   9   ...   36

Bir az arxalılar özün öyəndə... 
Atalı uşaqlar ata deyəndə 
Atamın yanına qaçmaq istərəm. 
  
Qaytar, mənə qaytar cavanlığımı, 
Qaytar işığımı, qaranlığımı. 
Bir qara gözlüyə heyranlığımı 
Onun vüsalına çatmaq istərəm. 
  
Qaytar gəncliyimdə itməkdən ötrü, 
Yelqanad atları ötməkdən ötrü. 
Bir dəli köhlənə yetməkdən ötrü 
Tufan tək yerimdən qopmaq istərəm. 
  
Qaytar, mənə qaytar bir anımı sən, 
Doğrult istəyimi, gümanımı sən. 
Gətir can deyəni, yananımı sən, 
Bu gecə yuxumu qatmaq istərəm. 
  
Eldaram, ürəyin təlaşı gedib, 
Əcəl qırx ildir ki, bu ömrü güdüb. 
Sağ ikən Vətəni  laləzar edib, 
Öləndə qoynunda yatmaq istərəm. 
  
26.09.84. 
  


AZƏRBAYCANDI 
  
ġeir 1979-cu ilin sentyabrında Ġrəvan Ģəhərində 
bir aylıq kursda olarkən "Qarabağ bizimdir", 
"Naxçıvan bizimdir" deyən millətçi ermənilərə 
cavab olaraq yazılıb. 
  
Ay qardaş, eloğlu, başına dönüm, 
Ayım da, ilim də Azərbaycandı. 
Mənim məmləkətim, ürəyim, canım, 
Ağzımda dilim də Azərbaycandı. 
  
Halal mayadandır odum-ocağım, 
Bərəkət kanıdır aranım-dağım. 
Mənim Naxçıvanım, öz Qarabağım, 
Muğanım, Milim də Azərbaycandı. 
  
Eldaram, varlığım Vətəndir, 
Vətən,Xalqımın oğluyam əzəlki gündən. 
Soruşma kəndimi, mahalımı sən 
Obam da, elim  də Azərbaycandı. 
  
29.09.1979. 
  
MƏNİ 
  


Bu ana yurdumun hər tərəfində 
Dostlarım hörmətlə qarşılar məni. 
Bu gün görüşməsək dərhal soruşar 
Vəfalı qohumlar, qonşular məni. 
  
Nəğməkar bülbüləm çəmənim üçün, 
Öz dağım, öz dərəm, öz çənim üçün. 
Ürəyim məşəldir Vətənim üçün, 
Anlaya bilməyir naşılar məni. 
  
Eldaram, şöhrətli ad almasam da, 
Yüz çığır açmışam, yol salmasam da. 
Yox qəmim dünyada mən olmasam da, 
Yad edər həmişə yaxşılar məni.İrəvan,  
  
28.09.79. 
  
UNUTMAZSAN 
  
Ay Ağamir, bilirəm ki
Düz ilqarı unutmazsan. 
Sən özün də mənim kimi 
Etibarı unutmazsan. 
  
Polad kimi sınsan da sən, 
Kərəm kimi yansan da sən... 


Öz- özünü dansan da sən, 
Dostu-yarı unutmazsan. 
  
Dünya köhnə, dünya yeni, 
Hey əzizlər, sevər məni. 
Bu dünyada Eldar səni, 
Sən Eldarı unutmazsan! 
  
Ġrəvan, 20.12.79. 
  
BAKI 
  
Baxdıqca hüsnünə doymuram yenə, 
İlahi, nə qədər qəşəngdir Bakı! 
Mavi Xəzərimin geniş döşündə, 
Deyirsən bir dəstə çiçəkdir Bakı! 
  
Böyük xiyabanlar düşüb yanaşı, 
Göylərə ucalır evlərin başı... 
Dil açıb danışır divarı- daşı, 
Qaynar bir həyatdır, əməkdir Bakı. 
  
Necə aləmdirsə möhtəşəm şəhər, 
Günəş burda edir gecəni səhər. 
Deyirlər gözəldir Neapol qədər
Məncə Neapoldan yüksəkdir Bakı! 


  
Buruq meşələri atıb qol-qanad, 
Meydanlar şüşədir, küçələr asfalt. 
Bu yerdə insanlar xoşbaxtdır, xoşbaxt, 
Ləkəsiz vicdandır, ürəkdir Bakı! 
  
Doğmadır, əzizdir anam tək mənə, 
Bəxş edib çox nemət, bəxş edir yenə. 
Qurbanı olduğum ana Vətənə 
Su ilə hava tək gərəkdir Bakı! 
  
1963
  
GƏLMİŞƏM 
  
Bu qədim, möhtəşəm, ulu Gəncəyə
O dağların qucağından gəlmişəm 
Nənəm Məhsətinin ziyarətinə 
Göyçə gölün qırağından gəlmişəm! 
  
Məcnunun saçını Leyli saz eylər, 
Şirin də Fərhada işvə, naz eylər. 
Könlüm bu yerlərə hey pərvaz eylər, 
Öz könlümün marağından gəlmişəm! 
  
Mən Eldaram, Vətən adlı anam var, 


Şeir sənət dünyasında qalam var. 
Ələsgərdən  Nizamiyə salam var, 
Ələsgərin ocağından gəlmişəm. 
  
  
QUR YARAT 
  
Sazımızın, sözümüzün, ədəbiyyatımızın bilicisi, cəfakeĢi Abbasəli Kərimov rayon 
partiya komitəsində iĢləyirdi. Mən isə "Dostluq" rayon qəzetində redaktor müavini vəzifəsində 
çalıĢırdım. Demək olar ki, biz hər gün görüĢüb, söhbət edirdik. Yüksək bacarıq və qabiliyyət 
sahibi kimi tanınan Abbasəli müəllimi 1974-cü ildə öz kəndlərinə - ArdanıĢa kolxoz sədri 
göndərdilər. Biz bir neçə gündən sonra kiçik "yolasalma" mərasimi təĢkil edib, dostumuza 
uğurlar arzuladıq. Mən həmin günlərdə qələmə aldığım "Qur, yarat" Ģerimi orada Abbasəli 
müəllimə və dostlara oxudum. 
  
Dülgəroğlu, həyat tərzi dəyişdi
Bu işində Aslan kimi dur, yarat. 
Günəş eşqin  aydınlığa bələdçi, 
Əzəl əldə bu el üçün nur yarat. 
  
Yağış olsan səmərəsiz yağmazsan, 
Şimşək olsan gurlamamış çaxmazsan. 
Bilirəm ki, çətinliyə baxmazsan, 
"Daşı daşa, daşı başa vur, yarat. 
  
Bu obalar bir-birinə gərəkdir, 
"Şirin bulaq", "Dərin bulaq" tək-təkdir… 
Göyçə göldən Gədəbəyə yol çəkdir," 
Şah dağı"nı Fərhad kimi yar, yarat! 


  
Görüləsi işlərimiz çox hələ, 
Fikir vermə yaddan gələn əngələ. 
Bu millətin əllərini al ələ, 
Ürəklərdə atəş yarat, qor yarat. 
  
Bir şərəfdi alnındakı tər sənə, 
Söz mülkündən bir ləçək də dər mənə. 
İndən belə şairliyi ver mənə, 
Get Göyçəni başdan-başa qur, yarat. 
  
1974
  
GÖYÇƏNİN 
  
Eşit, a qardaşım, sənə sözüm var, 
Yenə də gül açır yazı Göyçənin. 
Deməsəm də bilir arif olanlar 
Şöhrətə layiqdir özü Göyçənin! 
  
Dedin: "Ələsgərdən, Əsəddən sonra, 
Daha sənətkar ha yetirmir ora" 
.Sənət meydanında gəl axtar, ara, 
Vardır öz cığırı, izi Göyçənin! 
  
Ədalət tanrıdan alışan çıraq, 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə